20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
11-04-2026, 22:41
“Neftçi”dən növbəti QƏLƏBƏ


“Neftçi”dən növbəti QƏLƏBƏ

Misli Premyer Liqasının 27-ci turunda “Neftçi” “Araz-Naxçıvan”la qarşılaşıb.
Bakı təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.

Misli Premyer Liqası

27-ci tur

“Neftçi” - “Araz-Naxçıvan” - 2:1

Qol: İmad Faraj, 32 (1:0), Breno Almeyda, 57 (2:0), Slavik Alxasov, 65 (2:1)
11-04-2026, 20:10
Kürdə suyun səviyyəsi yüksəldi


Kürdə suyun səviyyəsi yüksəldi

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində son günlər suyun səviyyəsində ciddi artım müşahidə olunur.
Ölkə ərazisində yağan intensiv və fasiləsiz yağışlar çayın su rejiminə təsirsiz ötüşməyib.
Nəticədə son həftə ərzində çayda suyun səviyyəsi 1,5 metrdən çox qalxıb.
Ümumilikdə isə minimum həddən indiyədək Kür çayında suyun artım səviyyəsi 2,5 metrə çatıb. Məlumata görə, mövcud vəziyyət hələlik çay sahili boyunca yerləşən yaşayış məntəqələri üçün birbaşa təhlükə yaratmır.
10-04-2026, 23:21
Ötən ay kanalda batan Zaminin meyiti tapıldı


Ötən ay kanalda batan Zaminin meyiti tapıldı

Mart ayının 3-də Yuxarı Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən hissəsində batan və bir aydan çoxdur ki, axtarışları davam edən şəxsin meyiti tapılıb.
1995-ci il təvəllüdlü Abdullayev Zamin Elşad oğlunun meyiti FHN-nin Aran Dalğıc Axtarış Qrupu tərəfindən az öncə tapılaraq sahilə çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma başlanılıb.
10-04-2026, 21:52
İmişlidə 15 yaşlı qızın meyiti yarımtikilidə tapıldı


İmişlidə 15 yaşlı qızın meyiti yarımtikilidə tapıldı

İmişlidə 15 yaşlı qızın meyiti tapılıb.
Hadisə İmişli şəhərində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.
İmişli şəhər sakini Nigar Möhlət qızı Kazımlının meyiti yaşadığı evin həyətindəki yarımtikilidə qohumları tərəfindən aşkar edilib. Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.
10-04-2026, 20:17
Agentliyin sabiq sədri açıqladı - “Pullar Talıbova çatırdı”


Agentliyin sabiq sədri açıqladı - “Pullar Talıbova çatırdı”

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” (AAYDA) publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Arzuyar Kərimovun sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda təqsirləndirilən şəxsin ifadəsi dinlənilib.
Müttəhim Bəhruz Əsgərov bildirib ki, o, 2009-cu ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti”nə baş direktor vəzifəsinə təyin edilib:
“Daha sonra publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində çalışmışam. Qurumun 8 idarəsi olub və azad olunana kimi mənə heç kim heç nə deməyib. Maliyyə Nazirliyi tərəfindən yoxlamalar aparıldı, mən onların heç birində iştirak etməmişəm. Bəzi idarələrin 2018-ci ildə olmalı yoxlamaları 2023-cü ildə başladıldı.
Bizə sifarişlər Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən gəlirdi, buna uyğun olaraq “Forma 2”lərin əsasında pul ayrılırdı. Ayrılan pullardan Səbuhi Məmmədovun xəbəri var idi. Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov sifarişi verirdi, gedib baxırdıq, ölçürdük. Yolların çəkilməsinə ayrılan vəsaitin üzərinə əlavə olaraq 12 faiz qoyulurdu. Sonra hər ay iclas olurdu, orada gördüyüm işlər barədə məlumat verirdim. Sonra baş nazir Səbuhi Məmmədov sərəncam imzalayırdı, pul ayrılırdı.
Yol idarələrinin müdirləri götürülən yola ayrılan pulların 10 faizini gətirib mənə verirdilər, mən də elə həmin gün aparıb Hicran Rüstəmova təqdim edirdim. O da pulu Seymur Talıbova (Vasif Talıbovun oğlu - red.) çatdırırdı. 2022-ci ilədək bu belə davam edirdi. Digər iki faiz isə bank xərclərinə gedirdi.
Aldığımız “bonuslara”, paketlərə gəlincə, bunu maaşlarımız az olduğuna görə alırdıq. Məsələn, mühəndis 350 manat, digər işçilər daha az maaş alırdı, aldığımız bonuslar gördüyümüz işə görə verilirdi. Bu, Ali Məclis sədrinin tapşırığı idi. Pulların hamısını Maliyyə Nazirliyi görürdü”.
Təqsirləndirilən şəxs bildirib ki, 2023-cü ildə Maliyyə Nazirliyinin Mübariz adlı işçisi onun yanına gəlib:
“Mübariz yanıma gələndə özü ilə bərabər Cavid adlı birini gətirmişdi. Bildirdi ki, ona 20 min manat ödəniləcək, asfaltın qalınlığını yoxlayacaqlar. Nazirlər Kabinetinə məlumat verdim, maliyyə naziri Həsən İsmayılova bildirdim, etiraz etdim. Sonra Mübariz dedi ki, görərsiniz, başınıza oyun açacağıq. Mən də dedim ki, tenderdən kənar qorxuram, onlar da tərs düşdülər. Fuad Nəcəfli gələnə kimi 2 min manata yaxın maaş alırdım. Özü Bakıya zəng etdi, ezam kimi bir nümayəndəmizi göndərdik, əməkhaqqılarımız onların maaşlarına uyğun olaraq tarazlaşdırıldı.
Özümü qismən təqsirli bilirəm. Bilsəydim belə olacaq, heç əvvəldən burada işləməzdim”.
Məhkəmə növbəti iclası mayın 1-dək təxirə salınıb.
Qeyd edək ki, Bəhruz Əsgərova Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
10-04-2026, 20:05
30 ədəd qızılağac kəsildi - Cinayət işi başladı


30 ədəd qızılağac kəsildi - Cinayət işi başladı

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Abşeron, Sabirabad, Samux və Ağcabədi rayonlarında ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara yaşıllıqlara 317180 manat ziyan dəydiyi müəyyən edilib.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd olunub ki, araşdırma zamanı Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli, Xətai rayonu İnqilab İsmayılov küçələrində, Binəqədi rayonu Novxanı bağlar massivində, Nəsimi rayonu Cəlil Məmmədquluzadə 139 ünvanında, Badamdar qəsəbəsi C.İbrahimli küçəsi 15 ünvanında, Abşeron rayonu Aşağı Güzdək və Masazır qəsəbələri ərazisində, Abşeron rayonu Məmmədli-Kürdəxanı avtomobil yolunun sol hissəsində, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 151 ünvanında, Sabirabad rayonu Sarxanbəyli kəndi yaxınlığında, Samux rayonu Yenikənd kəndi və Ağcabədi rayonu ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 317180 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
10-04-2026, 19:21
AYNA taksilərlə bağlı məlumata AYDINLIQ GƏTİRDİ


AYNA taksilərlə bağlı məlumata AYDINLIQ GƏTİRDİ

Taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
Bu barədə AYNA-dan məlumat verilib. Bildirilib ki, Nazirlər Kabineti tərəfindən aprelin 7-də qəbul edilən 210 nömrəli sərəncam yalnız sifarişli qeyri-müntəzəm sərnişindaşıma sahəsinə aiddir və taksi fəaliyyətini əhatə etmir.
Qeyd olunub ki, sərəncama əsasən, iki ay müddətində təqdim ediləcək təkliflər məhz qeyri-müntəzəm sərnişindaşıma ilə bağlıdır. Bu çərçivədə texniki göstəricilərin, eləcə də nəqliyyat vasitələrinin daxili və xarici tərtibatına dair tələblərin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Açıqlamada xatırladılıb ki, sifarişli sərnişindaşımalara turist və ya rayonlararası sifariş əsasında fəaliyyət göstərən avtobus və mikroavtobuslar, minik avtomobilləri, korporativ servis xidmətləri, eləcə də özəl tədbirlər üçün kirayə edilən nəqliyyat vasitələri daxildir. Bu yanaşmanın yükdaşıma fəaliyyətinə də şamil edildiyi vurğulanıb.
10-04-2026, 18:00
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə olundu


Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə olundu

Ölkələrimiz arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədi ilə Müdafiə Nazirliyinin nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, səfər çərçivəsində bu ölkənin Milli Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsində “Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi üzrə işçi görüşü” keçirilib.
Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti, inkişafı üçün mövcud olan potensial imkanlar və gələcək planlar barədə danışıqlar aparılıb, qarşılıqlı maraq doğuran bir sıra əməkdaşlıq istiqamətləri haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Tərəflər ötən il üçün müəyyən edilmiş hərbi əməkdaşlıq planında nəzərdə tutulan fəaliyyətlərin icrasını müsbət qiymətləndirib və cari ildə planlaşdırılan tədbirlərin icrası məsələlərini müzakirə edib.
Görüşdə həmçinin Azərbaycan - Çin arasında hərbi əməkdaşlığın təcrübə və informasiya mübadiləsi baxımından faydalı olduğu vurğulanıb.
Qeyd edək ki, işçi görüşün əsas məqsədi, hər iki ölkənin müdafiə qurumları arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsidir.

10-04-2026, 17:19
Naxçıvanda Ombudsman təsisatı ləğv edildi


Naxçıvanda Ombudsman təsisatı ləğv edildi

Naxçıvan Muxtar Respublikasında Ombudsman təsisatı ləğv edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası keçirilib.
Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun ləğv edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun müzakirəsi zamanı qeyd edib ki, “Naxçıvan Muxtar Respublikası Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının müvafiq maddələrindən Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili ilə bağlı müddəalar çıxarılıb.
Bu səbəbdən “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun ləğv edilməsi zərurəti yaranıb.
Qanun səsə qoyularaq qəbul edilib.
10-04-2026, 17:18
Güclü külək əsəcək - XƏBƏRDARLIQ


Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Aprelin 11-13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Xızı, Siyəzən, Quba, Xaçmaz, Şabran, Gəncə, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan, Yevlax, Bərdə, Tərtər, Neftçala, Lerik, Yardımlı, Qobustanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir və Qusarda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!