Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                        Ağdamda maşın sərxoş piyadanı vurub öldürdü .....                        XİN Başçısı Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi .....                        Bakıda uçqun oldu: Ölən var .....                        Bakıda vəzifəli şəxsin hamamda meyiti tapıldı .....                        Bakı metrosunun yeni sədri işə başladı .....                        Haluk Levent xəstəxanaya yerləşdirildi .....                       
Tarix : 24-12-2021, 10:50
60 yaşınız mübarək, Ali Baş Komandan!

Kubra Məhərrəmova yazır...

Əslində nə deyiləcək söz var, nə də yazılacaq. Çünki o, özü elə bir tarix yazdı ki, qalan bütün yazılar sadəcə faktların sadalanması olacaq. Amma bəzi şeylər var ki, onları hər dəfə yadına salanda qürurlanırsan. Qürurlananda da özünəinam hissin artır.

Biz “perestroyka” uşaqlarının ən böyük əyləncəsi divardan asılan xalçanın naxışlarını canlandırmaq olub. Psixoloji durumumuz isə bərbad idi. Müharibə uşaqları olan biz tez-tez “rus-erməni bizi qırdı” ifadəsini eşidirdik. Yəni kimlərsə bizdən daha güclüdür, o da bizi məhv edir. Və bunu gözümüzlə görürdük. Hər gün şəhidlər gəlirdi cəbhədən.

Nə qədər ağır olsa da, etiraf etməliyik. Bütün qurbanlara, qəhrəmanlıqlara, ölüm-qalım savaşlarına baxmayaraq I Qarabağ müharibəsində yaşadığımız məğlubiyyət bizi çökdürmüşdü.

Normal silah yox, ordu yox. Könüllü batalyonlardan başqa heç nə yox. Üstəlik ölkə də bərbad gündə. Xarici siyasət yox, Rusiya ilə münaqişəli münasibət. Avropadakılar heç bilmir ki, Qarabağ haradadır...

Bizdə isə daha yaşlı nəslin nümayəndələri açıq deyirdi ki, “Qarabağ getdi, daha geri dönən deyil”. Bəlkə də o vaxt ölkənin yarısı buna inanırdı, bilmirəm...
Açığı bu ritorika son illər də səslənirdi. “O qədər silah alınıb, niyə?”. “Qarabağ getdi” və s.

Hər zaman dillənməsini arzu etdiyimiz dünya birliyi isə bütün bu haqsızlığa həmişəki kimi “ay əqri viz yu” və “yalnız danışıqlar yolu mümkündür” ifadəsini səsləndirirdi. Həyasız, qırmızı sifəti ilə.

Minsk qrupunun həmsədri Anjey Kasprşik də hər dəfə regiona səfər edirdi, yeyib-içib qayıdırdı xarabasına. Hər dəfə onu televizorda müsahibə verən yerdə görəndə, elə bilirdim mən qazanıram o yeyir.

Bütün bu, açıq və gizli, daxili və xarici təsir və təzyiqlərə baxmayaraq o səbirlə, məqsədyönlü surətdə atasına verdiyi sözü planlı şəkildə həyata keçirirdi.

İlk növbədə ən müxtəlif yollarla Azərbaycanı dünyaya tanıtmağa başladı. İdman, mədəniyyət, mümkün olan bütün vasitələri həyata keçirtdi.
Güclü ordu yaratmaq üçün güclü infrastruktur qurdu. Ən son hərbi texnikanı, ən son silahları əldə etdi. Uzaq və orta mənzilli, super dəqiq raketləri, havadan müdafiə qurğularını və heç kimin ağlına gəlməyən vaxt o, PUA-ları əldə etdi.

II Qarabağ müharibəsində XXI əsrin müharibəsinin necə olmalı olduğunu dünyaya göstərdi, ustad dərsi keçdi.

Son model silahlardan istifadə edə bilən yeni, güclü, hərbi biliyi yüksək olan, vətənpərvər, möhkəm ruhlu nəsil yetişdirdi.

Torpağı, Vətəni hər şeydən üstün tutan qəhrəmanları tərbiyə etdi. 18 il hər gün səbirlə Qarabağa doğru getdi. Mümkün olan bütün beynəlxalq platformalarda rəsmi İrəvanla danışıqlara getdi. Hər dəfə onların axmaq, həyasız, absurd fikirlərinə, hücumlarına məruz qaldı. Siyasi meydanda hər dəfə bütün dünya birliyi ilə tək başına mübarizə apardı. Öz prinsip və məqsədlərindən əl çəkmədi. Heç vaxt Qarabağı unutmadı və unutdurmadı.

Və 28 il sonra Azərbaycan tarixində ən böyük qələbəyə imza atdı. Bu qələbə ilə xalq olaraq yenidən doğulduq. Anladıq ki, biz yiyəsiz deyilik. Biz gücsüz deyilik. Biz müdafiəsiz deyilik. Xalq olaraq bunu anlamaq əlahiddə hissdir. Bundan sonra bizim qaçqın uşaqlarımız, ana-bacılarımız olmayacaq. Biz qalib xalqın uşaqları, qalib qazilərin ana-bacısıyıq. Biz canının torpaq, namus uğrunda fəda edən şəhidlərin xatirəsini yaşadanlarıq.

Cənab Prezident, biz xalq olaraq elə torpaq vermişik, bu dəfə xalq-ordu-prezident birliyi itirilən torpaqları geri qaytardı. Birmənalı şəkildə ordunu qələbəyə aparan onun Ali Baş Komandanıdır. Əgər Ali Baş Komandanın siyasi iradəsi, siyasi manevrləri, bilikləri olmasaydı biz bu günləri yaşamazdıq.

Şuşanın işğaldan azad olunmasını xalqa çatdıran Ali Baş Komandan ata vəsiyyətini yerinə yetirdiyini bildirdi. Həm atasının ruhu qarşısında, həm də xalqın qarşısında hesabat verdi.

Onun rəhbərliyi altında qısa müddət ərzində Şuşaya “Zəfər yolu” çəkildi, Füzulidə Beynəlxalq Hava Limanı inşa edildi. İnfrastruktur yaradıldı. Öz işığımız Ağdamda, Şuşada, Füzulidə yandırıldı. Yeni binalar, evlər tikildi.

Növbəti məqsəd Zəngəzur dəhlizi, bütün yolların açılması və regionda sülhün bərqərar olmasıdır. Heç kimə də sirr deyil ki, regionda sülhün qarantı Azərbaycandır.

Bu işdə Sizə möhkəm can sağlığı, uzun ömür və hər zaman qələbə qazanmağı arzu edirik.

60 yaşınız mübarək, Ali Baş Komandan!

Hər zaman güclü və qüdrətli olun!

Bütöv.az


Paylaş



Bölmə: Siyasət / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!