Azərbaycan ordusunun əsgəri vəfat etdi .....                        5 nəfərin öldüyü qəzanın yeni detalları .....                        Direktor müəllimləri təhqir edib? - Araşdırma aparılır .....                        "Səssiz ölüm" - Hikmət Hacıyevdən paylaşım .....                        Ağ Evdəki danışıqların yeganə qalibi Putindir .....                        Parisdə verilən 220 medal geri qaytarılıb .....                        Putin-Zelenski görüşü bir şərtlə baş tuta bilər .....                        Hakan Fidan Lavrovla Ukrayna məsələsini müzakirə etdi .....                        ABŞ-Avropa müttəfiqliyi sona yetir - Türkiyə faktoru önə çıxır .....                       
Tarix : Bu gün, 17:35
ABŞ-Avropa müttəfiqliyi sona yetir - Türkiyə faktoru önə çıxır


ABŞ-Avropa müttəfiqliyi sona yetir - Türkiyə faktoru önə çıxır

Ukrayna məsələsində ABŞ-nin haradasa Rusiya ilə uzlaşması Avropanı narahat edir. Avropa-ABŞ münasibətləri, müttəfiqliyi sual altına düşür. 28 fevral tarixli Tramp-Zelenski görüşündən sonra Avropa liderlərinin Ukrayna prezidentinə dəstək paylaşımları da belə deməyə əsas verir. Ondan öncə ABŞ administrasiyasının Avropaya verdiyi mesajlar iki tərəf arasındakı müttəfiqliyin artıq olduqca kövrək olduğunu göstərir.
Mövzu ilə bağlı siyasi şərhçi Nazim Cəfərsoy bildirib ki, ABŞ-Avropa münasibətlərinin tədricən daha balanslı şəkildə formalaşacağını gözləmək olar:
“Zelenskiyə Avropanın dəstək verməsi Rusiyanın Ukrayna ilə bağlı proseslərdə önə çıxması və geosiyasi manevr imkanlarının məhdudlaşdırılması ilə bağlıdır. Ukraynaya dəstək verməklə onu masada və siyasi arenada dik tutmağa çalışırlar. Təbii ki, bu həm də Avropa ilə ABŞ arasında münasibətlərin sərtləşməsinə xidmət edir. Avropada artıq həm Fransadan, həm Böyük Britaniyadan, xüsusilə də Almaniyadan belə səslər yüksəlir ki, artıq ABŞ-nin təhlükəsizlik rolu oynamadığı geosiyasi balans qurmalıyıq. Avropanın ABŞ ilə bugünkü iqtisadi balans, siyasi münasibətlərinin mənzərəsi yetərincə dərindir. Bu, son 80 ilin müxtəlif siyasi, iqtisadi, mədəni, texnoloji istiqamətlərini özündə ehtiva edən ciddi və köklü prosesdir. Bunun birdən-birə dəyişməsi, köklü şəkildə ortadan qalxması çox gözlənilmir. Amma yavaş-yavaş ənənəvi ABŞ-Avropa münasibətlərinin daha balanslı şəkildə formalaşması gözlənilə bilər. Təbii ki, burada ciddi iqtisadi imkanların, siyasi iradənin, hərbi potensialın meydana girməsi çox vacibdir. Bugünkü vəziyyətdə bunların qısa müddətdə həyata keçməsi çox da mümkün görünmür”.



Ekspert qeyd edib ki, bu proses ilk növbədə iqtisadi baxımdan özünü göstərəcək:
“ Amerikalılar, bəli, siz özünüzə baxın deyirlər, amma bu, ilk növbədə iqtisadi cəhətdən özünü göstərəcək. ABŞ Avropaya onları qoruduğunu, amma bunun ciddi xərc tələb edən məsələ olduğunu deyir. Yəni bu xərclərin qarşılanmasını istəyir. Bir sözlə, avropalılardan hərbi büdcələrini artımlarını istəyir. Bayden administrasiyası dövründə bu həcmin ÜDM-in 2%-i tələb olunurdu. Tramp administrasiyası isə bu miqdarın kifayət etmədiyini, bunun 5%-ə çatmalı olduğunu düşünür. Getdikcə büdcənin artırılması istiqamətində işlər planlaşdırılır. Büdcənin artırılması müdafiə xərclərinin artırılması və ona yönəlik istiqamətləri də gündəmə gətirəcək. Avropada ordunun gücləndirilməsi, buna görə də silahların alınmasına ehtiyac var. Avropanın öz imkanları bu silahların təmin edilməsində yetərli deyil. Belə olan halda ABŞ müdafiə sənayesi meydana girəcək. Bu da ABŞ büdcəsinə xeyli pulların daxil olması deməkdir. Avropalılar qısa müddətdə ordularını lazımi səviyyəyə gətirə bilməyəcək. Beləliklə də, keçid müddətində amerikalılar avropalılardan müdafiə qarşılığında pul alacaqlar. Bu, təhlükəsizlik xidməti qarşılığında Avropanın müxtəlif sektorlarda ABŞ-yə investisya qoyması şəklində və ya hansısa müdafiə xərclərinin ödənilməsi formasında təzahür edə bilər. ABŞ-nin hərbi büdcəsi təxminən 1 trilyon dollardır. Bu məbləğ ondan sonrakı 12 hərbi gücün müdafiə xərclərinin toplamına bərabərdir. ABŞ kobud şəkildə ifadə etsək, Avropaya "hərbi büdcəni siz ayırırsınız, biz də müdafiə xidməti veriririk" deyəcək. Avropalılar orta və uzun müddətdə öz başlarının çarəsinə baxmağa çalışacaqlar. Bu çərçivədə NATO-nun gücləndirilməsi məsələsi gündəmə gələcək. NATO-ya ayrılan vəsait təxminən 1 trilyondur, onun da üçdə ikisini ABŞ verir. Önümüzdəki dövrdə xərclərin daha çox Avropa ölkələrinin üzərinə yıxılması prosesi gedəcək. Bu prosesin məntiqi nəticəsi olaraq Almaniya, Britaniya kimi ölkələrin müdafiə xərclərinin artırılması məsələsi gündəmdədir. Proses Avropa üçün Türkiyənin strateji əhəmiyyətinin artmasına gətirib çıxaracaq. Artan Rusiya təhdidi və azalan ABŞ himayəsi fonunda bu təbii hal alır. Beləliklə də, Türkiyənin hərbi imkanlarından istifadə etmək, ona iqtisadi dəstək vermək kimi istiqamətlər önümüzdəki dövrdə çox daha fəal şəkildə təzahür edəcək”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!