Lüksemburq parlamenti siyasi avantüra meydanına çevrilib - BƏYANAT .....                        Rəsulzadənin sözləri "20 Yanvar"a qayıdacaq? - Rəsmi açıqlama .....                        Azərbaycanda yeni bulvar salınacaq .....                        Bu müəllimlərin maaşları artırıldı .....                        Rəşad Nəbiyev pakistanlı nazirlə görüş keçirdi .....                        Paşinyan İstintaq Komitəsinə yeni sədr tapdı .....                        Çovğun 70 min nəfəri işıqsız qoydu .....                        Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu silir .....                        Fidandan Ermənistan və Azərbaycana çağırış: bu tarixi fürsəti qaçırmayın! .....                       
Tarix : 14-02-2017, 20:07
Səfirimiz etimadnaməni Sudan prezidentinə təqdim etdi

Azərbaycan Respublikasının Sudan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev etimadnaməsini bu ölkənin Prezidenti Ömər Əl-Bəşirə təqdim edib.

Butov.az Axar.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin salamlarını Sudan dövlətinin başçısına çatdıran səfir ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün bütün qüvvələrini səfərbər edəcəyini deyib. Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti barədə ətraflı məlumat verərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə söhbət açan səfir T.Rzayev Sudan parlamenti tərəfindən Xocalı soyqırımının tanınmasına görə təşəkkürünü bildirib. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etdiyini deyərək, cari ilin may ayında ölkədə keçiriləcək İslam Həmrəyliyi Oyunlarında Sudan tərəfindən nümayəndə heyətinin iştirak edəcəyinə ümid bəslədiyini vurğulayıb.

Sudan Prezidenti Ömər Əl-Bəşir Azərbaycan Prezidenti İlham Əliyevə dərin salam və ehtiramını çatdırmağı xahiş edərək, səfir kimi Sudandakı fəaliyyətində T.Rzayevə uğurlar arzulayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının, İƏT-in qəbul etdiyi sənədlərə sadiq qaldıqlarını və Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərini vurğulayıb. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmamasından təəssüfləndiyini bildirib.

Prezident Ömər Əl-Bəşir ölkəsinin Azərbaycan ilə siyasi, iqtisadi, mədəni və təhsil sahələrində əlaqələrini daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Azərbaycanda keçirilən beynəlxalq səviyyəli tədbirləri yüksək qiymətləndirərək, onların dünya sülhü üçün əhəmiyyətini dilə gətirib.

Səfir T.Rzayev Sudana səfəri zamanı bu ölkənin xarici işlər naziri İbrahim Ğandur, investisiya naziri Muddəsir Əbdulğəni, informasiya naziri Yasir Yusuf, neft və qaz naziri Məhəmməd Zayed ilə də görüşüb.

Sudanın xarici işlər naziri İ.Ğandur ilə görüşdə səfir T.Rzayev Azərbaycan ilə Sudan arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu qeyd edərək, Azərbaycanın qarşısında duran əsas problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin, o cümlədən digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarların indiyədək Ermənistan tərəfindən yerinə yetirilmədiyini vurğulayaraq, dost və qardaş Sudanın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə dərin təşəkkürünü bildirib.

Sudanın xarici işlər naziri İ.Ğandur ölkəsinin Azərbaycanın haqlı mövqeyini əvvəl olduğu kimi, bundan sonra da dəstəkləyəcəyini vurğulayaraq, Sudan və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün bütün imkanların olduğunu diqqətə çatdırıb.

Sudanın investisiya naziri Muddəsir Əbdulğəni azərbaycanlı iş adamlarını ölkəsində görmək istədiyini, onlar üçün ən əlverişli şəraitin yaradılacağını vurğulayıb.

Sudanın informasiya naziri Yasir Yusuf Azərbaycanda keçirilən beynəlxalq səviyyəli tədbirlər barədə məlumatlı olduğunu, 2017-ci ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunmasını yüksək qiymətləndirdiyini, ölkədə keçiriləcək İslam Həmrəyliyi Oyunları tədbirində iştirak etmək arzusunda olduğunu bildirib.

Neft və qaz naziri Məhəmməd Zayed neft-qaz sahəsində Azərbaycan ilə əməkdaşlıq etməkdə Sudanın maraqlı olduğunu, xüsusilə də neft quyuları sahəsində mütəxəssislərin yetişdirilməsində Azərbaycanın təcrübəsinin öyrənilməsinə ehtiyac duyduqlarını vurğulayıb.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!