“Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                       
Tarix : 14-04-2021, 11:05
Yol polisi Bakıya nəzarəti gücləndirdi
“Bakı şəhərinin inzibati ərazisi əməkdaşlarımız tərəfindən tam nəzarətə götürülməklə xidmət təşkil edilib. Bütün əməkdaşlarımız səfərbər edilərək, nəzarət gücləndirilib”.

Butov.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) şöbə rəisi Vaqif Əsədov bu gündən start verilən reydlərlə bağlı danışarkən bildirib.

Şöbə rəisi qeyd edib ki, tədbirlərdə məqsəd vətəndaşları cərimələmək deyil, maarifləndirmə işlərini gücləndirmək, yol hərəkətində mədəniyyət səviyyəsini, təhlükəsiz davranış vərdişlərini formalaşdırmaqdır.

V.Əsədov şəhərdəki tıxacların səbəbləri barədə də fikir bildirib:

“Bəzi hallarda avtobus və taksi sürücülərinin tələblərə riayət etmədiyinin şahidi oluruq. Avtobus sürücüləri avtobus duracağı istiqamətində hərəkət edərkən, yolun sağ hərəkət zolağını tutmalıdır. Eyni zamanda, taksi fəaliyyətilə məşğul olan sürücülər də dayanma-durma qaydalarına riayət etməli, müştərilərin düşürülməsi üçün düzgün ərazi seçməlidirlər. Təəssüflər olsun ki, bu kimi amillər süni sıxlığın, lüzumsuz səs siqnallarının verilməsinə, ləngimələrə səbəb olur. Eyni zamanda, yollarımızın konusvari olması da sıxlıq yaradan amillər sırasındadır. 6 və 8 hərəkət zolaqlı avtomobil yollarının ən azından “Şamaxinka”da 2 hərəkət zolağına dəyişdirilməsi süni sıxlığın yaranmasına səbəb olub. Ona görə də piyadaları və sürücüləri qaydalara riayət etməyə çağırırıq”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!