İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 30-06-2021, 12:51
Sabahdan toylar başlayır, bəs şadlıq saraylarında qiymətlər necədir? - AÇIQLAMA

Ötən illərlə müqayisədə şadlıq saraylarında menyuların qiyməti böyük miqdarda artırılıb. Belə ki, restoran sahibləri gəlirlərindən məhrum olmamaq üçün toy mərasimlərdə qonaq sayının az olmasını qiymətləri artırmaqla kompensasiya etməyə çalışırlar.

Butov.az xəbər verir ki, bu barədə Trend-ə açıqlama verən iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov süni şəkildə qiymət artımının müşahidə edildiyini deyib.

Onun sözlərinə görə, bu, əsasən tələbin yüksək olmasından irəli gəlir. Pandemiyadan öncə də bəzi ölkələrdə toya gələn qonaqların sayının tənzimlənməsi barədə qaydalar var idi. Məsələn, Tacikistanda belə qaydalar tətbiq olunurdu: "Amma toyda menyunun qiymətinin tənzimlənməsi ilə bağlı demək olar ki digər ölkələrdə də xüsusi qaydalar tətbiq olunmur. İnkişaf etmiş ölkələrdə və digər MDB ölkələrində bu, tələb-təklif əsasında formalaşır. Təbii ki, toylara tələb yüksəkdir. Gələn ayın 1-dən etibarən kifayət qədər böyük sifarişlərin olacağı gözlənilir. Tələb yüksək olduğuna görə, çox təəssüf ki, bir sıra şadlıq saraylarının sahibləri süni şəkildə qiymət artımına gedirlər və xüsusən pandemiya dövründə işləmədikləri üçün menyuları daha yüksək qiymətə təklif edirlər".

Millət vəkili həmçinin bildirib ki, şadlıq saraylarının sahibləri əhalinin aztəminatlı təbəqəsini də nəzərə almalı və məsələyə həm də sosial korporativ aspektdən yanaşmalıdırlar. Şadlıq saraylarının sahibləri nəzərə almalıdırlar ki, pandemiya təkcə onlara yox, əksər sektorlara və praktiki olaraq bütün ölkələrə təsir göstərib.

"Burda inzibati tənzimlənmə metodundan istifadə edilməsi real görünməsə də, amma sosial korporativ məsuliyyət məsələsi vacibdir. Sahibkarların məsələyə sosial korporativ məsuliyyət aspektindən yanaşmasına ehtiyac var. Qiymətlərin süni şəkildə artırılması deyil, vətəndaşlar üçün əlçatan olması olduqca vacibdir. Daha məqsədəuyğun olardı ki, şadlıq saraylarının sahibləri pandemiyanın əksər sahələrə təsirlərini nəzərə alaraq, uyğun menyu təklif etsinlər ki, uzun müddət toy etmək arzusunda olan, lakin bunu reallaşdıra bilməyən aztəminatlı ailələr də bu imkanlardan istifdadə etsinlər" - deyə deputat bildirib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!