Azərbaycanda bu universitetin ləğvi elan edildi .....                        26 yaşlı qadın dəm qazından öldü .....                        Jurnalistlər Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində - FOTO .....                        Ermənistan ordusunda 40 ölüm qeydə alınıb .....                        “Böyüməyən uşaqlar” Xocalıya qayıtdılar .....                        Tramp Makronu qarşılamadı .....                        İkinci kurs tələbəsi vəfat etdi .....                        "Gülüstan" sarayında dövlət ziyafəti verilir .....                        Bakıda Azərbaycan-Pakistan biznes forumu - Liderlər çıxış ediblər .....                       
Tarix : 24-05-2016, 10:19
Azərbaycanda turizmin qiymətləri niyə bahadır?


İstirahət mövsümünün başlayacağı bir vaxtda ölkədə turizm obyektlərindəki bahalıqdan danışacağıq.

Yəqin ki ötən ilki statistik məlumatlar araşdırılsa, məlum olar ki, yay aylarındaölkəni tərk edən vətəndaşların sayı rekord həddədir. Bu, həm də ölkə iqtisadiyyatının turizmin hesabına itkisidir. Azərbaycanda istirahət etmək istəyən bir-iki turist tapılanda da ona eləqiymət oxuyurlar ki, yazıq bu əməlindən min peşman olur. Bir sözlə, yerli turizm obyektlərindəki fantastik qiymətlər insanları ölkənin olan-qalan səfalı yerlərindən didərgin salır.

Musahibimiz Rauf İmanəliyevin könlünə ailəsi ilə birlikdə şəhərin səs-küyündən uzaqlaşıb bölgələrin birində dincəlmək düşüb. Zəng vurub Şimal-Qərb bölgəsindəki məşhur otellərdən birinə qiymətlərlə maraqlanıb. Ona bir gecə üçün nə qədər pul oxusalar yaxşıdır, 550 AZN. Adamın təkcə həvəsi qaçmayıb, adam həm də istəyib ki, burdan baş götürüb qaçsın. Harda daha yaxşı qiymətə dincələ bilərsə, bax ora qədər. Çünki, Azərbaycanda istirahətin bir gecəsinə xərclədiyi pula o, xaricdə bir həftə ürəyi istəyən kimi istirahət edə bilər. Rauf deyir ki, ötən yay Misirdə istirahət edib. Dünyanın 7 möcüzəsindən ikisini öz gözləriylə görüb, Qırmızı dənizdə sualtı dünya ilə tanış olub, nə bilim Şarm əl-Şeyxdə beş ulduz otellərin dadını çıxarıb və bütün bunlar ona bilirsiz neçəyə başa gəlib?

Digər müsahibim Gülay isə təxminən 800 manata üç ölkəni gəzib. Türkiyə, Macarıstan və Avstriyada olub və istirahətini turizm şirkətinin vasitəsilə deyil təkbaşına həll edib. O deyir ki, sadəcə internetdə bir az vaxt sərf etmək lazımdır ki, hər şeyin yaxşısını və ucuzunu əldə edəsən.

Azərbaycanda isə ucuz istirahət sadəcə mümkün deyil. Bunu turizm şirkətləri bir cür əsaslandırır, otel-kotec sahibləri başqa cür. Amma istənilən halda, bu, arumentlərin vətəndaşa heç bir isti-soyuğu yoxdur. Vətəndaş istirahət etmək istəyir və onu da istəyir ki, bu ona nisbətən ucuz başa gəlsin. Amma araşdıranda məlum olur ki, bu gün Şamaxıda, Qəbələdə, Nabranda dincəlmək Dubayda, Antalyada, Misirdə dincəlməkdən də bahadır. Ona görə də əksəriyyət seçim qarşısında xaricdə istirahətə üstünlük verir. Öz dövlətimizin büdcəsinə verəcəyimiz pul başqa dövlətin cibinə axır. İtirən isə bizik. Özü də təkcə əcnəbi turistləri yox, vətəndaşlarımızı da itiririk.


Kanals.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!