Canlı ifalar, rəngarəng anlar: .....                        Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                       
16-03-2025, 19:13
Ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan Respublikasının “Konstitusiya və Suverenlik İli

Ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan Respublikasının “Konstitusiya və Suverenlik İli

Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası zərurəti ilə şərtlənən 44 günlük Vətən Müharibəsi praktiki olaraq BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini yerinə yetirdi. Sonra Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı ilk addımlar atıldı. Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olması naminə dövlət sərhədlərinin qarşılıqlı tanınması haqqında müvafiq sülh sazişinin imzalanması ilə bu proses başa çatdırılmalı idi.
2023-cü ilin sentyabr ayında Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi. Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilməsi və Azərbaycanda konstitusiya quruluşunun bərpası məqsədilə bu ərazilərdə 24 saatdan az davam edən antiterror əməliyyatına başlanıldı. Əməliyyat nəticəsində Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyini tam bərpa etdi. Erməni silahlı birləşmələri və qanunsuz silahlı birləşmələr Qarabağ bölgəsində silahı yerə qoyub, döyüş mövqelərini və hərbi postlarını tərk etdilər.
Bu, təkcə Cənubi Qafqaz və milli təhlükəsizlik kontekstində deyil, həm də Azərbaycanın iqtisadiyyatının gələcəyini və xalqının rifahını müəyyən edən infrastrukturun, energetikanın, nəqliyyat kommunikasiyalarının, ticarətin gələcək inkişafı üçün həyati əhəmiyyət kəsb edirdi.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpasında mühüm nailiyyətlərdən iri infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq forumlarda nüfuzlu iştiraka və onların işinə töhfə verməyə qədər uzun bir yol keçmişdir.
Azərbaycanın suverenliyi konsepsiyası ədalətli, müasir, güclü, sabit hökuməti nəzərdə tutur ki, onun formalaşmasında ilk tədbirlərdən biri “sosial müqavilə”nin yaradılmasıdır. Liberal nəzəriyyənin tərəfdarları “ictimai müqavilə” anlayışı dedikdə Konstitusiyanı nəzərdə tuturlar. Müstəqil siyasət yeritmək bacarığının əsasında məhz bu dayanır və ona əməl olunması, həyata keçirilməsi dövlətin uğurunu təmin etməyə hesablanmış hüquqi alətdir.
1995-ci il mayın 2-də Milli Məclisin qərarı ilə Azərbaycanın yeni Konstitusiyasının layihəsinin hazırlanması üzrə Komissiyanın tərkibi təsdiq edildi. Onun tərkibinə tanınmış ictimai-siyasi xadimlər, alimlər, hüquqşünaslar daxil idi. Ümumimilli lider Heydər Əliyev komissiyanın sədri seçildi. Çox qısa müddət ərzində inkişaf etmiş ölkələrdə konstitusiya quruculuğu təcrübəsi öyrənilmiş və təhlil edilmişdir. Sonra hazır layihə ictimai müzakirəyə təqdim olunmuşdur. Konstitusiya 1995-ci il noyabrın 12-də referendumda qəbul edilmişdir. 2002-ci il avqustun 24-də və 2009-cu il martın 18-də ölkənin Əsas Qanununa əlavə və dəyişikliklər olunmuşdur .
Müstəqillik əldə etdiyi dövrdə Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur. Ölkənin 20 faizdən çoxu - Qarabağın dağlıq hissəsi və ona bitişik yeddi rayon işğal edilmişdir. 30 il ərzində bu ərazilərin Ermənistan Respublikası tərəfindən işğalı nəticəsində konstitusiya quruluşu və qanunauyğunluq təmin edilə bilməmişdir.
2023-cü ildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra dövlətin bütün ərazisində Konstitusiyası təmin olunub və Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü təsis edilib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilər üzərində qanuni suverenliyini tanıyan müasir dünya beynəlxalq hüququn təntənəsi mümkünlüyünü dərk etdi və Cənubi Qafqazda yeni reallıqları qəbul etdi. Bütün bunlar regionun geosiyasi mənzərəsini dəyişdi, Azərbaycanı liderliyə gətirdi. Azərbaycan ilə Türkiyə, Rusiya və regionun digər ölkələri arasında güclü ikitərəfli münasibətlərin inkişafı üçün yeni ilkin şərtlər yaranmışdır. Regiondankənar, qlobal oyunçular anladılar ki, Cənubi Qafqazla əlaqələri Azərbaycanla inkişaf etdirmədən qurmaq mümkün deyil.
Dünyanın 120-yə yaxın ölkəsini birləşdirən Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi bu təşkilatı canlandırdı və bu, ölkənin əksər dövlətlər arasında nüfuzunu kəskin şəkildə artırdı.
Azərbaycanın uğurları və artan nüfuzu ölkənin “İslam səkkizliyi”nə – D-8-ə qoşulma ehtimalına gətirib çıxarıb ki, bu da indi D-9 adlandırılacaq. Bu, həm İslam dünyasında, həm də Türk Dövlətləri Təşkilatında dövlətin əhəmiyyətinin artmasının müəyyənedici məqamlarından biridir. Xatırladaq ki, D-9 dünya müsəlmanlarının 60 faizini təmsil edən böyük və təmsilçi təşkilat kimi mövqedədir.
İlin ən böyük və ən mühüm hadisəsi 2024-cü ilin noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyasının uğurla keçirilməsi oldu.
“Konstitusiya və Suverenlik İli” Azərbaycanın irimiqyaslı nailiyyətlərinin inkişaf etdirilməsi, regional liderliyinin və dünya siyasətində nüfuzunun gücləndirilməsi ili kimi nəzərdə tutulub.
Qarayeva Çiçək Əhməd qızı
ADPU-nun nəzdində
Azərbaycan Dövlət Pedoqoji
Kollecinin müəllimi


16-03-2025, 16:16
Serbiya prezidenti istefa verəcəkmi? - AÇIQLAMA


Serbiya prezidenti istefa verəcəkmi? - AÇIQLAMA

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə baş verən etirazlar fonunda istefa verməyə hazırlaşmır.
O, bunu Belqradda müxalifətin böyük mitinqinin keçirilməsindən sonra mətbuat konfransında bildirib.
Serbiya lideri vurğulayıb ki, ordunun hesablamalarına əsasən, Belqradda keçirilmiş etirazlarda 88 min nəfər iştirak edib, polis isə iştirakçıların sayının 107 min nəfər olduğunu bəyan edib.
Onun sözlərinə görə, bu rəqəmlər müxalifətçilərin özlərinin göstərdiyi rəqəmlərdən xeyli azdır.
2024-cü ilin noyabrından Serbiyada tələbələrin və müxalifətin hökumətə qarşı aksiyaları keçirilir. Etirazların əsas səbəbi ötən il noyabrın 1-də Novi-Saddakı dəmiryol vağzalında 15 nəfərin ölümü ilə nəticələnən faciədir.
16-03-2025, 15:50
Pakistanda hərbi kolona hücum: Ölənlər və yaralılar var


Pakistanda hərbi kolona hücum: Ölənlər və yaralılar var

Pakistanın Bəlucistan əyalətində ölkənin sərhəd qoşunlarına aid hərbi kolona qarşı bombalı hücum həyata keçirilib.
Hadisə nəticəsində beş əsgər həlak olub, ən azı 12 hərbçi yaralanıb.
Hücumu intiharçı-terrorçunun həyata keçirdiyi bildirilir. Belə ki, o, partlayıcı maddələrin olduğu nəqliyyat vasitəsini hərbi kolonun üzərinə sürüb.
Məlumata görə, hücumu ekstremist "Bəlucistan Azadlıq Ordusu" qruplaşması təşkil edib.
16-03-2025, 15:32
ABŞ-də qasırğa onlarla can aldı


ABŞ-də qasırğa onlarla can aldı

ABŞ-də tüğyan edən güclü qasırğa nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb.
Məlumatda deyilir: "Ümumilikdə ölkə üzrə qasırğadan ən azı 33 ölüm faktı qeydə alınıb".
Bildirilir ki, bu ölümlərin 15-i tornado ilə əlaqədardır.
Qasırğa Arkanzas, İllinoys, İndiana, Kentukki, Missisipi, Missuri və Texas ştatlarında müşahidə olunur. Təbiət hadisəsi 138 milyon insanın həyatına təhlükə yaradır. Dağıdıcı küləyin sürəti saatda 130 kilometrə çatır.
16-03-2025, 15:20
Xankəndidə Novruz konserti


Xankəndidə Novruz konserti

Xalqımızın ən əziz bayramı olan Novruzun gəlişi Xankəndi şəhərində təntənəli şəkildə qeyd olunacaq.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə martın 18-də saat 19:45-də Xankəndidə Zəfər meydanında "Xankəndinin bahar nəğməsi" adlı konsert olacaq.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, martın 18-də Xankəndi, Xocalı və Ağdərədə axırıncı torpaq çərşənbəsi də qeyd olunacaq, Novruz tonqalı yandırılacaq.
Sakinlər Xocalı şəhərinin girişində quraşdırılmış Səməni ətrafına toplaşacaq, torpağın oyanışını uzun illər həsrətində olduqları el-obalarında qeyd edəcəklər. Hər ev, hər ailə bayram ovqatı və sevinc yaşayacaq.
16-03-2025, 14:28
Azərbaycan XİN-dən Şimali Makedoniyaya başsağlığı


Azərbaycan XİN-dən Şimali Makedoniyaya başsağlığı

Azərbaycanın Xarici İşlər Nazirliyi insan tələfatı ilə nəticələnmiş yanğınla əlaqədar Şimali Makedoniyaya başsağlığı verib.
Bu barədə xarici siyasət idarəsinin "X" hesabında qeyd olunub.
"Şimali Makedoniya, Koçanidə onlarla insanın ölümünə yol açmış dəhşətli yanğın xəbərindən dərindən kədərləndik. Bu ürəkparçalayan itki ilə üzləşən hər kəsə ən səmimi başsağlığımızı bildirir və yaralananların tezliklə tam sağalmasını ümid edirik", - XİN-in paylaşımında deyilir.
Xatırladaq ki, Koçanidə konsert zamanı baş vermiş yanğın nəticəsində azı 50 nəfər ölüb.
16-03-2025, 14:08
Pezeşkian və Paşinyan telefonla nədən danışdılar?


Pezeşkian və Paşinyan telefonla nədən danışdılar?

İran Prezidenti Məsud Pezeşkian ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Məlumata görə, söhbət zamanı Bakı ilə İrəvan arasında sülh danışıqlarının son vəziyyəti, eləcə də Ermənistan və İran arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.
16-03-2025, 13:43
Mövqelərimiz atəşə tutuldu


Mövqelərimiz atəşə tutuldu

Martın 16-sı saat 09:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
16-03-2025, 13:30
Krımın ilhaqı beynəlxalq hüququn pozulmasıdır - Türkiyə


Krımın ilhaqı beynəlxalq hüququn pozulmasıdır - Türkiyə

Türkiyə Xarici İşlər Nazirliyi Krım yarımadasının qanunsuz ilhaqının 11-ci ildönümü ilə bağlı bəyanat yayıb.
Bəyanatda Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq etməsi beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib.
Sənəddə Ankaranın bu durumu qəbuledilməz hesab etdiyi, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyi qeyd olunub: “Krım tatar türklənin durumu başda olmaqda yarımadadakı vəziyyət yaxından izləyir və mövcud prosesləri beynəlxalq ictimaiyyətin gündəmində saxlamağa çalışırıq”.
16-03-2025, 13:14
Bakıda 28 dərəcə isti olacaq


Bakıda 28 dərəcə isti olacaq

Martın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 20-25° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!