Siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı... .....                        Körfəzdə faciə - 34 nəfər öldü .....                        Azərbaycan mediasının inkişafı məni çox sevindirir - İlham Əliyev .....                        Sülh üçün cəmi 2 məsələ həll edilməlidir - Prezident AÇIQLADI .....                        Bu dövlətlərlə xüsusi əməkdaşlıq formatımız olacaq .....                        Zuğulba şossesində yanğın - Tıxac yarandı .....                        İlham Əliyev siyasətinin təməl prinsipləri .....                        Süni intellektdən istifadə etmirəm - Prezident .....                        İlham Əliyev təyyarə qəzasından danışdı: Rusiya hələ də cavab verməyib .....                       
20-01-2022, 13:49
Ramiya İmranqızının ədəbi dünyası

Məryəm İmanova,
BDU Jurnalistika fakültəsinin II kurs tələbəsi

Ramiyə İmranqızı (İskəndərzadə Ramiyə İmran qızı) 1952-ci ildə Goranboy rayonunun Sarov kəndində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetini (BDU) bitirib. Elm və mədəniyyətə çox böyük dəyər verən Ramiyə İmranqızı 2003-cü ildə "Azərbaycanın qadın aşıqları" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Ramiyə xanım bir tədqiqatçı kimi apardığı dəyərli elmi araşdırmaları qadın aşıqlarımıza verilən ən böyük dəyərdir. Digər tərəfdən, Ramiyə xanımın özünün də satirik istedadı bu elmi tədqiqat işinin yüksək səviyyədə ərsəyə gəlməsinə təkan vermişdir. "Ömür bir karvandır" seçilmiş şeirlər kitabı ədibin yaradıcılığının bir hissəsini təşkil edir. Oxuculara təqdim olunan bu kitabda müəllifin qəlbləri oxşayan gözəl şeirlərlə birlikdə, onun topladığı və dahilərin dediyi müdrik kəlamlara da yer verilir.
Filoloqun şeirlərinin böyük hissəsini bizi dünyaya gətirən müqəddəs varlığa- anaya həsr edib.

Onun "Ana" şeirindən:

"Gəl, öpüm mən sənin o ağ saçından,
Mənə pay vermisən sən öz yaşından.
Gecələr yatmayıb böyütdün məni,
Gözlərim rəng aldı qara saçından"
O, öz anasının timsalında digər anaların övladları uğrunda çəkdiyi əziyyəti vurğulayır. Saçlarını övladı yolunda ağardan, öz varlığı ilə ümid olan, ömrünü ona həsr edən analar...
Onun "Anamı düşünərkən" şeirindən:
"Yəqin, görüşərik səninlə bir gün,
Sənsizlik ürəyimi üzdü büsbütün!
Onda sarılarıq bir-birimizə,
Allah da son qoyar həsrəti bizə!"

Hər misrası ürək ağrıdır. Xanım bu şeirləri ilə oxucuları valideynlərinə elə sağ vaxtı hörmət bəsləməyə çağırır. Bizi onların qədrini dünyadan getmədən bilməyə səsləyir. Çünki bu zalım zaman onları bizdən alanda insanın lap canından can ayrılır.
Özü kimi yetişdirdiyi övladları da ziyalı, öz sözünü demiş insanlardır. O, bütün əsgər analarının səsi kimi çıxış edərək mükəmməl şeirlər ərsəyə gətirmişdir.
"Oğul" şeirinə nəzər salaq:

''Tökülsə də, qanın o yurd yerinə,
Qoyma, Vətən oğlu, qəddin əyilə!
Düşmən məğlub olub məhv olan günə,
Ağ qoçu qurbanlıq bağlaram, oğul!"
Ramiyə xanımın bu misralarından aydın olur ki, sonu ölüm belə olsa, düşmən məhv edilməlidir.
"Namusun, qeyrətin qoy coşsun sənin,
Düşmən əlindədir neçə qız, gəlin.
Qanını almasan, sən şəhidlərin,
Axirət evində yanaram, oğul!"

Yuxarıda gətirdiyimiz nümunələrdən yola çıxaraq deyə bilərik ki, Ramiyə xanım bu gün müasir Azərbaycan ədəbiyyatında özünün orijinal üslubu ilə fərqlənən ədiblərdəndir. Düşünmək olar ki, müəllif gələcəkdə Azərbaycanda ədəbiyyatına daha böyük töhfələr verəcək.
Vətənpərvərlik mövzulu şeirləri ilə ictimai şüuru formalaşdıracaq.

Bütöv.az
20-01-2022, 13:18
ALLAHIMDAN ÇOX RAZIYAM...

Jurnalist, şair, müəllimə Zəminə Cavadlının 60 illik yubileyinə

Jurnalist, şair, müəllimə Zəminə Cavadlının yanvarın 21-i doğum günü və 60 illik yubileyidir. Zəminə xanımı sakit təbiətli, ədalətli, gözəl rəftarlı bir insan kimi çox sevirəm. Düşünürəm, bu əziz gündə ona nə hədiyyə etsəm könlünə fərəh, gözlərinə gülüş qonar. Zəminə xanım şeiri çox sevir. Onun belə bir şeiri var, “Bir nəğmə oxu mənə!”

Bir nəğmə oxu mənə,

Qaytar keçmişə məni.

Bir sevgi dastanı de,

Yenidən sevim səni.

Elə bir söz söylə ki,

Xəyanəti unudum.

Elə bir söz söylə ki,

Bir də, sənə vurulum.

Odur ki, onun şeirlərindəki o hisslər, duyğular mənə bu misraları yazdırdı. Necə hədiyyədi, bəyənərmi görəsən?

Sənə nə hədiyyə edim, əzizim,

Qəbində bir ağrı, acı qalmasın?

Sənə nə hədiyyə edim, birdənəm,

Gözündə, könlündə heç vaxt solmasın.

Sən sınıq qəlbimin ağ çiçəyisən,

Səni düşünürəm gözlərimdə nəm.

Bağışla, o xoşbəxt günlərimizə,

Bağışla, qəlbini sındırmışam mən.

Beləliklə, bu günlərdə Zəminə xanımla etdiyimiz kiçik bir müsahibəni Sizə təqdim edirəm.

-Zəminə xanım, Sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edirik. Uşaqlıq arzularınızdan danışarsınızmı?

- Çox sağ olun. Mən Agdam rayonunun, Əliagalı kəndində dogulmuşam. Beşinci sinifdə oxuyanda, Əlfi Qasımovun “Adilənin taleyi” əsərini oxumuşdum. Oradakı qız jurnalist idi. O obraz mənə elə xoş təsir bagışlamışdı ki, jurnalist olacağıma qərar vermişdim. Məktəbdə bütün müəllim və şagirdlər bilirdilər ki, arzum jurnalist olmaqdı. Jurnalist olmaqdan qeyri bir sənət sahibi olacağımı heç vaxt düşünməmişdim. O zaman ancaq fəhlə balası olmalıydın ki, sənədlərini elə yerlərə verə biləsən. Birinci il bəzi səbəblərdən sənədlərimi götürmədilər. İkinci il 1980-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olundum.

-Bir jurnalist kimi harada çalışmağa başladınız?

-Mən ilk dəfə, 1990-cı ildə “Qarabag” qəzetində müxbir kimi işə qəbul olunmuşam. 1998-99-cu illərdə “Ədalət”, 2006-2008-ci illərdə isə “Respublika” qəzetində çalışmışam. 2008-ci ildə özüm “Saglamlıq və Rifah” adlı qəzet nəşr etdirməyə başlamışam. 3 ildir qəzetin nəşri dayanıb. “İdeal qadın” adlı jurnal da, təsis etmişdim. Pandemiya dövründə jurnalın fəaliyyətini dayandırdım. İnşallah, bu ildən yenidən jurnalın çapına başlamagı düşünürəm.

-Siz həm də, müəllimsiniz...

-Mən həm müəlliməm, həm də, jurnalistika ilə məşgulam. 2009-2012-ci illərdə Cəlilabad rayon Cəlayir Kənd Tam Orta Məktəbində direktor kimi fəaliyyət göstərmişəm. 10 ilə yaxındır ki, Agdam 33 saylı məktəbdə dil-ədəbiyyat müəllimi işləyirəm.

-Qələbəmizi, böyük Zəfəri necə qarşıladınız?

-Şəhər mühitində yaşamagı sevməmişəm. Bütün varlığımla kəndimə, elimə baglıyam. Qələbə xəbərini eşidəndə sevincdən öləcəyimi hiss etdim. Sonra birtəhər özümə gəldim. Mən bu möhtəşəm xəbərdən indi də özümə gəlməmişəm...

-Bir az da, kitablarınızdan danışarsınızmı?

-Mənim 5 kitabım işıq üzü görüb: “Üşüməsin əllərin”, “Bir ömrün acı xatirəsi”, “Məhəbbətdən doğulanlar”, “Minlərdən iki şəhid” və “Oxşar taleli yeddi igid”.

-Daha çox nəylə məşğul olmağı sevirsiniz, xüsusi bir hobbiniz varmı?

-Mənim hobbim şeir yazmaq, şeir oxumaqdır. Poeziya mənim həyatımdır desəm, inanın... Şeirə, poeziyaya böyük maragım oldugundan yazılarımda şeirə daha çox üstünlük verirdim. Publisistik yazılar yazsam da, daha çox şeir yazmışam. Kitablarıımın çoxu demək olar ki, şeirdir.

-Bizi ailənizlə qiyabi olsa da, tanış edərsinizmi?

-Bir qızım, iki ogul nəvəm var. Ən böyük arzum odur ki uşaqlarımız azad, firəvan bir həyatda yaşasınlar. Öz-özümə həmişə belə bir sualla müraciət edirəm: yenidən dünyaya gəlməyini istəyərsənmi? Deyirəm, yox. Bu həyatda lazımi qədər yaşamışam. Bəs edər. Allahımdan çox razıyam. Həyatda çoxlu dostlarım var, yaxşı qohumlarım var, Allah mənə gözü-könlü tox övlad verib, iki nəvəm var. İtkilərim çox olsa da, səbr edib dözmüşəm. Qalanlarıma şükür edirəm. Fəxr elədiyim qardaşım, güvəndiyim bacım var.

-Sizə həyatda cansağlığı, işlərinizdə uğurlar arzulayırıq.

-Mən də, diqqətinizə görə, qəzetinizə və Sizə təşəkkür edirəm.

Söhbətləşdi: Mina Rəşid

Bütöv.az
20-01-2022, 13:14
SƏNSİZ SƏNƏ OLAN BİR TOYDUR RAHİD

3 qat dünya cempionu Şəhid İlkin Məmmədovun evində, guşəsində olduq. Ofelya xanım min bir nemətlə süfrə açıb 3 Şəhid anasını da dəvət etmişdi və biz bacıları gözləyirdi. Məlahət Yusifqızı, Şamama Şeyda, Lətifə Rəşid və mən Rəna Mərzili. “Xan qızı Natəvan” ədəbi məclisinin “Şəhidlərə şahid misraları” kitabını aparmışdıq. Rahidin anası Sənubər xanımla tanış olub, fevralın 13-ü Rahidin ad günü olduğunu öyrəndik. “Toy etməmişəm, ad günün eləyəm” söylədi bə bizi də dəvət etdi. Ad gününə həsr olan bu şeirlər ruhunu şad etsin, Şəhidim!

Sadıxov Rahid Vahid oğlu 13 fevral 2001-ci ildə Rusiya Federasiyasının Saratov şəhərində anadan olmuşdur. Orta təhsilinə 2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi M.Ələkbərov adına 1 nömrəli tam orta məktəbində başlamışdır. 2016-cı ildə Sumqayıt şəhər 6-cı mikrorayon ərazisində yerləşən Cümə məscidinin mədrəsəsində 6 ay dini təhsil almışdır. Bundan sonra bir il müddətində Maştağa qəsəbəsində yerləşən İmam Cəfəri Sadiq (ə.s) adına məscidin mədrəsəsində dini təhsilini davam etdirmiş, daha sonra Cəlilabad rayon mədrəsəsində 6 ay oxumaqla təhsilini başa vurmuşdur.

2019-cu il aprel ayının 1-də Masallı rayonundan hərbi xidmətə yollanmışdır. Aprel ayının 2-dən 3 ay müddətində “N” saylı hərbi hissədə xidmət etmiş. iyul ayında başqa bölükdə xidmətini davam etdirmişdir. 2020-ci il 28 sentyabrda Talış kəndi və Suqovuşan qəsəbəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 2020-ci il 29 oktyabr tarixində Abşeron rayonunun Saray qəsəbəsində yerləşən Səhidlər Xivabanında dəfn olunmusdur.

Rahid

Ananın ürəyi parça-parçadır,

Əxlaqın, namusun bəhəri Rahid.

O soyuq məzarın güllü bağçadır,

Atanın nisgili, qəhəri Rahid.

Mələk bir ananın İmam balası,

Getsə də tarixdə izi qalası.

Atanı, ananı dərdə salası,

Elinin qeyrəti, hünəri Rahid.

Oxudun “Quran”ı, sən vurdun başa,

İmamlarla adın çəkilir qoşa.

Sən özün könüllü getdin savaşa,

Vətən torpağının sipəri Rahid.

Vətən torpağının qeyrətin çəkdin,

Qarabağa qanınla lalələr əkdin.

Ox olub düşmənin gözünü tökdün,

Qoşa bacıların kədəri Rahid.

Dilinin kəlməsi “Quran” ayəsi,

Peyğəmbər övladı, imam nəvəsi.

Yolunu gözləyir İslam kəbəsi,

Müqəddəs Kərbəla şəhəri, Rahid.

“Ana can” kəlməni gözləyir anan,

Dərdinlə alışıb odunla yanan.

Qardaşın itirmiş o qoşa sonan,

Dərdli ürəklərin qubarı Rahid.

Tökdün neçə düşməninin qanını,

Vətəninə sipər etdin canını.

Atan da qoymuşdu qoç qurbanını,

Müqəddəs Şuşanın zəvvarı Rahid.

Şeyda çəkir dünyanın dərd-sərini,

Haqq-ədalət qoy tapsın öz yerini.

Tamı yox eləsin şərin cəmini,

Ananın dilinin qabarı Rahid.

Şamama Şeyda

Rahid

Hər səhəri şirin salam verərdin,

Anan yenə səni duyaydı, Rahid.

Pərişan saçları bir haray çəkir,

Kaş ki, toy xınası qoyaydı, Rahid.

Anan xonça bağlar, gülü qaralı,
Layla deyir, sızıldayır yaralı.

Mələkləri kövrəldibdir bu halı,

Toyunda oynayıb doyaydı, Rahid.

Həyalı, imanlı halal böyüdün,

Ata nəsihətin, ana öyüdün.

Qayıt bala, sən vəfasız deyildin,

Göylərə ucalan haraydı, Rahid.

Toy etmədim deyib, ad günü edər,

Müjdələr, dualar ruhuna gedər.

Zülüm ərşə dayanıbdır bu qədər,

Dünya bir xaraba saraydır, Rahid.

Əzbər bildin “Quran”ı cümlə-cümlə,

Şəhid oldun, ucaldın öz gücünlə.

Məkkə, Mədinə gəzdin öz səcdənlə,

Şəhid adın Allahdan paydır, Rahid.

Rəna deyər, müqqəddəsim, Şəhidim,

Ey sədalı səsim, sən ey Şəhidim.

Andım, əziz kəsim, sən ey Şəhidim,

Sənsiz sənə olan bu toydur, Rahid!

Rəna Mərzili

Bütöv.az
20-01-2022, 13:09
Baş nazir: “Ərdoğan dediyini edən yeganə insandır...”

“Bir söz var: mən müsəlman deyiləm, katolikəm, həyat yoldaşım müsəlmandır. İstər Avropa İttifaqında olsun, istərsə də Albaniyada Türkiyə ilə aramızdakı münasibətlər heç kəsi narahat etməsin”.

Bütöv.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında Albaniya Baş naziri Edi Rama deyib.

Baş nazir Albaniyanın həmişə Türkiyə ilə yaxın əlaqələrinin olduğunu bildirib:

“Hər yer bağlı olanda da Albaniyanın Türkiyə ilə əlaqələri olub. Türkiyə ilə əlaqələr çox qədimlərə gedib çıxır. Cənab Prezident Ərdoğanla aramdakı münasibətə gəlincə, narahat olacaq bir şey yoxdur. Verilən şərhlərin hamısı gülüncdür. Bunu ancaq konspirasiya nəzəriyyəsi irəli sürənlər edirlər. Bununla belə, xüsusilə Avropa İttifaqı daxilində bu şərhləri ciddiyə alanlar da var. Bəzi şeylər var ki, onları pozmaq olmur. Prezident Ərdoğanın hökumətindən başqa bir ölkə tanımıram ki, bizim üçün xüsusi görüş təşkil edərək bizi dəstəkləsin. Ayrıca, Türkiyə Albaniyanı dövlət kimi tanıyan ilk ölkələrdən biridir. Bunu yanımdakı cənab (Ərdoğan) etdi.

Konspirasiya nəzəriyyəsi bir yana qalsın, Türkiyənin bölgədəki rolu dəyişməz və bənzərsizdir. Bu, şübhəsiz ki, çox konstruktiv roldur. Bu, sülhü təşviq edən konstruktiv roldur. Başda Türkiyə olmaqla prezidentin üstünə salınan kölgələr hamısı ssenaridir. Bunlar müxtəlif düşüncələrin ssenariləridir, reallığa uyğun gəlmir. Bu, mənim üçün imtiyazdır. Kiçik bir ölkənin baş naziri kimi Ərdoğanla bu qədər tez-tez görüşmək bir imtiyazdır. Onunla görüşlərimdə heç vaxt onu mənə dərs verən müəllim kimi görməmişəm”.

Edi Rama bildirib ki, Ərdoğanın mövqeyi heç vaxt onu çətin vəziyyətə salmayıb:

“Bizim belə bir münasibətimiz olmayıb. Əksinə, qarşılıqlı hörmət var. Bunlar vacib şeylərdir. Mənim üçün özəl gündür. Bu qədər açıq deməmişəm, beynəlxalq aləmdə çox da rast gəlinmir ki, həmişə xeyirxah işə “bəli” deyən liderlərlə görüşəsən, onları asanlıqla tapa bilməzsən. Əsl lider tapmaq asan deyil. Ərdoğan dediyini edən yeganə insandır”.
20-01-2022, 13:02
Baş Qərargah rəisi “Şahinlər”imizə tapşırıqlar verib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Hərbi Hava Qüvvələrinin hərbi hissələrindən birində olub.

Bu barədə Ordum.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
HHQ-nin şəxsi heyəti ilə görüşən Baş Qərargah rəisi hava hücumundan müdafiə rəisləri, zenit-raket divizionlarının komandirləri ilə keçirilən təlim-metodiki toplanışda iştirak edib.
General-polkovnik K.Vəliyev döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazır olma vəziyyətinin yüksək səviyyədə saxlanılması, hava məkanımızın etibarlı qorunması, döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılması ilə bağlı tapşırıqlar verib.
Sonda Baş Qərargah rəisi şəxsi heyətin qayğıları ilə maraqlanıb və Müdafiə nazirinin müvafiq tapşırıqlarını aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırıb.

Bütöv.az
20-01-2022, 12:06
Sabir Rüstəmxanlı yazır: "Qazaxıstanın rus qışı, Rusiyanın qazax xofu"


Sabir Rüstəmxanlı


Qazaxıstanın rus qışı, Rusiyanın qazax xofu
1990 cı ilin Qanlı Yanvarının anım günündə bütün şəhidlərimizə bir daha Allahdan rəhmət diləyir və bu yaxınlarda qardaş Qazaxıstanda baş vermiş daha bir qanlı yanvarı da düşünməli oluruq. On beş gündən artıqdır dünya mətbuatında qardaş ölkədə baş verənlər təhlil edilir, bu faciəli olayların təşkilatçıları və səbəbləri haqqında yazılar yazılır. Hər qəzetin də öz variantı, öz yanaşması...
Nəhayət, internet açılıb, əlaqələr bərpa olunub. Narahatlıq və sual dolu yazılarımız qazax dostlarımıza çatıb və onlar da bəzisi ehtiyatla, bəzisi açıq şəkildə cavablar yazır, həmin günlərdə görüb- izlədikləri haqqında fikirlərini bölüşürlər. Otuz il əvvəl Sovet ordusunun Azərbaycanda törətdiyi vəhşiliklərdən sonra bizim göz yaşı ilə dolu yazılarımız, dünyanın eşitmək istəmədiyi harayımız yada düşür. O vaxt Sovet Ordusu Bakı işğalını bir müddət gizli saxlada bilmişdi, lakin Qazaxstan hadisələri gizli qalmadı.
Bir qazax ziyalısının yazısında oxuyuram:
“Tokayev ölkəyə ordu yeritdi və biz dünənki gündən Rusiyanın işğalı altındayıq.Tokayevin apardığı iyrənc təbliğata aldanmayın.. Yağmaçılar, vəhşilik törədib evləri yandıranlar hakimiyyətin öz adamlarıydı. Xalqın dinc mitinqini gözdən salıb boğmaq üçün.”
Başqa bir akademik dostum qazax xalqına müraciət edir ki, adını dəyişmək istəyiriksə, Nursultan şəhərinə türklərin böyük sərkərdəsi Çingiz xan adını verək...Üstəlik, türk dünyasının və Qazaxıstanın ağsaqqalı N.Nazarbayev də bir çoxlarının sevincinə, marağına, narahatlığına son qoyub mətbuatda açıqlama ilə çixiş edib, baş verən olaylarda düşmən əli olduğunu bildirib, xalqı yekdilliyə çağrıb və Tokayevin qiyamı yatırmaq üçün atdığı addımları bəyəndiyini bəyan edib…
Görünən budur ki, Kollektiv Təhlükəsizlik müqaviləsinə üzv ölkələrin ordusunu Qazaxıstana soxmaqla qazax xalqının iradəsini qıracaqlarını, xalqın türklük sevdasını söndürəcəklərini düşünənlər yanıldılar...Bu baxımdan da Qazaxıstandakı durum bizdə 20 Yanvardan sonrakı vəziyyətə çox bənzərdir.
Şübhəsiz, bu hadisələr haqqında əsl həqiqəti müəyyən vaxt keçəndən sonra öyrənəcəyik. Bu arada Rusiya mətbuatında on beş gündür “Qazax qiyamının texnologiyası”na həsr edilmiş məqalələr uc-uca calanıb. Məşhur qəzetlərdən birində oxuyuruq:
“Artıq məlumdur-Qazaxıstandakı proqram klassik “rəngli inqilablara” bənzəmirdi. Qazax qiyamı bir şəhərdəki dinc etirazdan ildırım sürəti ilə bütün ölkəni bürüyən xaos alovlanmasına çevrildi.” Bu qiyamı “kim və necə təşkil edib?” sualına cavab gəzən icmalçılar və siyasətçilər təxminən eyni mövqeyi bölüşürlər. Onlar hesab edirlər ki, bir çox ölkələrdə olduğu kimi, Qazaxıstanda da hakimiyyət orqanları sosial tələblərlə küçəyə çıxan narazı insanlarla vaxtında dil tapa bilmədi və buna görə də vəziyyətdən kimliyi bəlli olmayan dağıdıcı qüvvələr, “düşmənlər, hakimiyyət hərisləri” bacarıqla istufadə etdirlər. Əhalinin bir bölgədə başlanan dinc mitinqlərinə hakimiyyətin cavabı gecikəndə, görünür, öncədən yüksək səviyyədə hazırlanmış qüvvələr təşəbbüsü ələ aldılar. Ya Qazaxıstanı parçalamaq, ya da hakimiyyəti zəbt etmək məqsədilə...
Dinc mitinqləri qanlı toqquşmalara çevirənlər arasında prezident Tokayevin də adı çəkilir, təqaüddə olan N. Nazarbayevin də, xarici qüvvələrin də...Hətta Moskvanın “Versiya” qəzeti “inqilabı küçələrdə yox, saraylarda edirlər” hökmü ilə öz ehtimalını aksiom kimi, qəzetin üz qabığını dolduran iri hərflərlə verməkdən də çəkinməmişdir:
“Qazaxıstanda Maydanın rejissoru (tərtibçisi) prezident aparatında idi.” Demək olar ki, bütün təhlilçilər küçələrə axan insanların arasında qonşu ölkələrdən gəlmiş və xüsusi hazırlanmış silahlı dəstələrin olduğunu vurğulayırlar. Maraqlıdır ki, hələ bir il əvvəl Nazarbayevin nəvəsi, Aysultan (Londonda naməlum şəkildə dünyasını dəyişib) feysbukda məlumat yaymışdı ki, babasını aradan götürmək üçün Qazaxıstanda cələfilərdən ibarət 400 nəfərlik xüsusu gizli dəstə var.
Rusiya mətbuatı xüsusi bir arxayınçılıqla köhnə illə bərabər Nazarbayevin də yola salındığını vurğulayaraq, onun və ailəsinin xaricdəki əmlaklarının suyahısını dərc edərkən, Qazaxıstana gələn “rus qışı”nın “ərəb baharı”na bənzəmədiyini də unutmur; çünki bu qışın Rusiyada “qazax sindromu”na cevrilmək qorxusu var.. ( Bu yaxınlarda məlumat yayılmışdı ki, dünyanın milyarder ölkə başçıları arasında V.Putin birinci yerdədir)
Bəzi Moskva şərhçiləri Rusiyanın bu hadisədən dərs çıxarmalı olduğunu da dönə-dönə vurğulayır. Dimitri Papov adlı müəllif “Qazıxstanın rus qışı” adlı məqaləsində yazır:
“ Qazaxıstan inqilabından bir neçə dərs almaq olar. Qazaxıstanda da, bizdəki kimi, ... işlər plana uyğun gedir: əhali kasıblaşır, oliqarxlar zənginləşir, sənaye dağılıb. Qazaxıstan hakimiyyti Rusiyanın təcrübəsini nəzərə almamaqla ciddi səhv buraxıb. Vəhşi oliqarx kapitalizmində sabitliyi saxlamaq üçün əhalini tam dilənçiyə çevirmədən kasıblıq həddində saxlayır, həm də böyüyüb orta təbəqəyə çevrilməsinə, dirçəlməsinə, özünü arxayın hiss edib siyasi tələblər irəli sürməsinə imkan vermirlər... (Bunlar hamısı bizim də keçdiyimiz yollardır).
Başqa müəlliflər, deputatların, beynəlxalq əlaqələr üzrə mütəxəsislərin yazılarında xoruzun quyruğu daha aydın görünür; əllərinə bəhanə düşüb: Qazaxıstanda rus əhalisinin demoqrafik vəziyyəti üzrə statistikalar aşkarlanır, rusofobiyanın güclənməsi, rus dilinin dövlət dili olmaması və hətta 1986-cı ilin Kolbin hadisələri xatırlanır...
Sanki bunları demək üçün susub bu günü gözləyirmişlər. Qazaxıstanın gələcəyi ilə bağlı suallara verilən cavablarda isə belə bir arxayınçılıq var ki, bu qiyamdan sonra ölkədə Rusiyanın təsiri artacaq, Tokayev Putindən daha çox asılı olacaq; neft-qaz istehsalında İngiltərə-ABŞ- ın təsiri məhdudlaşacaq, “latınlaşma”(yəqin əlifbanı nəzərdə tuturlar) və “millətçilik” meyllərinin qarşısı alınacaq... Onu da açııq-aşkar, yazırlar ki, bu hadisələrin Rusiyaya sıçramaq qorxusu da var.
Yadımdadır, 1990 cı ildə sovet ordusunun Azəraycana yeridilməsinin bir bəhanəsi də burda güya millətçiliyin güclənməsi idi. Yəni rus, ingilis, fransız millətini sevə bilər, biz yox!
Maraqlıdır ki, ilk mitinqlərə çıxanlar neftin, qazın qiymətinin artırılmasına etiraz edir, sosial tələblər irəli sürürdülərsə Rusiya mətbuatının maraq və istəkləri qazaxların bu tələblərini kölgədə qoyur və daha aqressivdir: rus dilinin rəsmi status alması, siyasi hakimiyyətə ruspərəst qüvvələrin gətiriləsinə yardım, rusların köçünün qarşısının alınması və hətta Kollektiv Təhlükəsizlik müqaviləsinə qoşulmuş ölkələrin SSRİ-dən qopmuş başqa ölkələrdə də belə hadisələrin ola biləcəyini nəzərə alması və hazır olması. Anlamaq olmur, bu təşkilat ölkələrin daxili işlərinə hansı haqla qarışa bilərlər...
Bəli, Qazaxstan faciəsindən “dərs almaq” lazımdır. Ən birincisi milli birliyi, vətəndaş həmrəyliyini qorumaq dərsi; ikincisi milləti aclıqla, bahalıqla imtahana çəkməmək dərsi; üçüncüsü oliqarx vəhşiliyi və saymazlığına və ölkənin sərvətinin kənara axmasına yol verməmək dərsi, dördüncüsü, ölkədə qarşılıqlı sayqı, dialoq mühitinin qorunması, siyasi mübarizələrin yalnız Konstitutsiyaya və qanunlara uyğun şəkildə aparılması dərsi , nəhayət, Milli kimliyin təməli olan Ana dilinin qorunması, dilimizin naşıların əliylə elmi don geyindirilərək korlanmasının qarşısını almaq və ölkədə təhsilin birmənalı olaraq dövlət dilinə keçirilməsi dərsi və s.
Sabir Rüstəmxanlı
19.01.2022
20-01-2022, 10:36
Milli Məclisin sədrindən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım - FOTO

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova özünün tviterdəki hesabında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Allah bütün şəhidlərimizə rəhmət eləsin!”




Bütöv.az
20-01-2022, 10:32
İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər

Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad ediblər.

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Bütöv.az
19-01-2022, 20:27
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 097 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 746 nəfərdir. İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 953 nəfərdir. Buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 398 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 729 782, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 206 120, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 720 935, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 802 727 təşkil edir.

Bütöv.az
19-01-2022, 20:23
Türkiyədə Qarabağ Zəfəri barədə kitab dərc edildi

“Anadolu Agentliyi Yayınları” Qarabağ Zəfəri barədə kitab dərc edib.

Qələbənin necə qazanıldığı, hansı proseslərin yaşanması ilə bağlı fotoşəkillər və qrafiklərlə təqdim edilən 228 səhifəlik kitab 3 hissədən ibarətdir.

Qeyd edilir ki, dünya mediasının gözünü və qulaqlarını yumaraq, bölgədəki reallıqları görməzlikdən gəlməyə çalışdığı günlərdə “Anadolu” agentliyi fədakarlıq, cəsarət və peşəkarlıqla müharibənin hər anını bütün dünyaya yayımlayıb.

Mənbə: Anadolu

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!