Siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı... .....                        Körfəzdə faciə - 34 nəfər öldü .....                        Azərbaycan mediasının inkişafı məni çox sevindirir - İlham Əliyev .....                        Sülh üçün cəmi 2 məsələ həll edilməlidir - Prezident AÇIQLADI .....                        Bu dövlətlərlə xüsusi əməkdaşlıq formatımız olacaq .....                        Zuğulba şossesində yanğın - Tıxac yarandı .....                        İlham Əliyev siyasətinin təməl prinsipləri .....                        Süni intellektdən istifadə etmirəm - Prezident .....                        İlham Əliyev təyyarə qəzasından danışdı: Rusiya hələ də cavab verməyib .....                       
18-01-2022, 10:59
"“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR”

Vahid Əhmədov: "Niyə “qara bazar”da istənilən qədər valyuta olmalıdır, amma bankda yox?

“Hazırda manat üçün hər hansı təhdid yoxdur, məzənnə sabit saxlanılır. Buna səbəb indiki vəziyyətdə neft qiymətinin 80-85 dollar civarında olması, eyni zamanda, valyuta ehtiyatlarımızın bolluğudur".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov modern.az-a yeni devalvasiya təhlükəszi ilə bağlı narahatlıqları şərh edərkən bildirib.

V. Əhmədov dolların məzənnəsində dəyişiklik olacağını gözləmir. Deputat əmindur ki, ilin birinci yarısında məzənnə dəyişikliyi olmayacaq.

"Amma sonradan vəziyyət necə dəyişəcək, hansı proseslər gedəcək, bunu zaman göstərəcək”, o vurğulayıb.

Millət vəkili dolların alışında yaranan məhdudiyyətlə bağlı Azərbaycan Banklar Assosiasiyası ilə əlaqə saxladığını diqqətə çatdırıb: “Quruma müraciətimdən sonra, araşdırma aparıldı, məlum oldu ki, kommersiya banklarında dolların alış qiymətində dəyişiklik yoxdur. Ola bilər filallarda müşahidə edilsin. Amma Mərkəzi Bankın da bununla bağlı heç bir məktubu yoxdur. Həmçinin, Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var”.

V.Əhmədovun sözlərinə görə, ajiotajı yaradan “qara bazarlar"dır: “Çünki bu, onlar üçün qazanc yeridir. “Qara bazar”ın işləməsi üçün də mütəmadi belə informasiyaları tirajlayırlar. Ola bilər ki, bəzi bank filiallarının “qara bazar”la əlaqəsi var və dolları bankda yox, “qara bazar”da baha qiymətə satırlar. “Qara bazar”a “krışalıq" edən məmurlar var. Bunlar faktlardı. Mərkəzi Bank və hüquq-mühafizə orqanları bunun qarşsını almalıdılar. Bu “qara bazar” məsələsini sona çatdırmaq lazımdır. Niyə “qara bazar”da istənilən qədər valyuta olmalıdır, amma bankda yox? Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var. Bunu normal tənzimləmək lazımdır ki, ajiortaj yaranmasın”.

Bütöv.az
18-01-2022, 10:55
Vilayət Eyvazovdan YENİ TƏYİNAT

Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub.

Bütöv.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN Baş Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə nazirliyin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, daha əvvəl DİN Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev idi. O, daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
18-01-2022, 10:24
Rektor Elçin Babayevin həyat yoldaşı üsyan etdi: "Fəsadlarını gizlədirlər"

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin həyat yoldaşı Yazgül Abdıyeva bəzi həkimlərin TV proqramlarına çıxmasına etiraz edib.

Y.Abdıyeva bu barədə öz feysbuk hesabında paylaşım edib. O, bəzi tibb mütəxəssislərinin televiziya proqramlarına çıxmamalı olduğunu qeyd edib:

“Hörmətli həmkarlar! Azərbaycanımızın çox dəyərli həkimləri var. Həkim adı ülvi və təmiz bir ziyalı adıdır. Bu dəyəri hər zaman qorumaq lazımdır !

Son illər (xüsusilə özəl sektorlarda) artıq bəzi təcrübəsi olmayan və xəstəsi olmayan həkimlər üz tuturlar şou tv proqramlarına. Yaxşı və dəyərli həkimlərin şou oyunlarında reklama ehtiyacı yoxdur!

Bu artıq dəb halını alıb. Bu şou reklam sayəsində bəzi həkimlərə çox xəstə sayı gəlir. Sonda nə qədər xəstələrdə fəsad törədərək təcrübə yığırlar. Sonra cəmiyyətdə belə insanlar özünə vurulma xəstəliyinə tutulurlar. “Məndən savadlı həkim yoxdur”, deyə özünə qarşı yüksək qiymətli ideya fikri ilə artıq şan şöhrət xəstəliyinə tutulurlar, digər həkimləri bəyənmirlər. Fəsadlarını gizlədirlər. Olmaz belə, onlar həm özlərini, həm də xəstələri aldadırlar(xüsusilə də bəzi təcrübəsiz göz həkimləri-oftalmoloqlar belə etməməlidirlər). Bu məsələləri Səhiyyə və TƏBİB rəhbərliyi ciddi nəzərdən keçirməlidir”, -deyə paylaşımda qeyd olunub.(Sfera.az)

Bütöv.az
18-01-2022, 10:18
Təbii qaz bahalaşıb

Dünya bazarında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Bütöv.az xəbər verirk i, bu saata olan göstəricilərə görə, Nyu-Yorkun NYMEX birjasında fevralda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0.38% artaraq 4.28 ABŞ dolları təşkil edib.
17-01-2022, 22:03
Son sutkada COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 nəfərdir. İkinci mərhələ üzrə vaksinasiya olunan yoxdur. “Buster” doza üzrə vaksinasiya olunanların sayı isə 4 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11872089, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5200330, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4714478, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 1757281 təşkil edir.

Bütöv.az
17-01-2022, 17:32
Millət vəkilinin rəis oğluna TÖHMƏT VERİLİB?

Deputat Aqil Abbasın polis rəisi olan oğlu Tuncay Abbasov töhmət alıb.

Bütöv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova işində yol verdiyi nöqsanlara görə töhmət verilib. Onun Binəqədi RPİ-nin rəisi Musa Musayevin tapşırıqlarını vaxtında icra etmədiyi bildirilir.

Qeyd edək ki, Tuncay Abbasov bundan öncə Suraxanı RPİ 33-cü Polis Bölməsinin rəisi olub. Ötən ilin aprel ayında 7-ci PB-yə təyinat alıb.
17-01-2022, 17:10
Kapoeyra komandamız Budapeştdə 14 medal qazandı - FOTO

Azərbaycan Kapoeyra Federasiyasının yığma komandası yanvarın 14-16-da Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən beynəlxalq turnirdə 16 idmançı ilə iştirak edib.

Bütöv.az xəbər verir ki, yığma komandamız medal sayına görə (14 medal) ümumi hesabda 2-ci olub.
Uşaq kateqoriyalarında Fəxri Məmmədəlizadə, Cavidan Pənahlı, Şəms Rəhimzadə birinci yeri tutublar. Qabil Vəliyev, Rəsul Muradlı, Maksim Okolokulak, Əli Məmmədli ikinci, Kənan Abdullayev, Cavadxan Məmmədzadə isə üçüncü olublar.

Böyüklər kateqoriyasında Fərid Allahverdiyev (82 kq) qalib gəlib. Oxçu Şahmuradovla (+82 kq) Xuraman Ramazanova (+60 kq) ikinci, Fərid Səlimovla (-70 kq) Elsevər Heydərov (82 kq) üçüncü yeri tutublar.

Yarışda Elgiz Əlizadə, Oxçu Şahmuradov və Zahid Rüstəmbəyov hakim olaraq ölkəmizi təmsil ediblər.

17-01-2022, 16:27
Bölük komandirlərinin toplantısı keçirilib - FOTO - VİDEO

Təsdiq olunmuş döyüş hazırlığı planına əsasən hərbi hissələrdə bölük komandirləri ilə komandir hazırlığı toplanışları keçirilib.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, toplanış müddətində komandirlər yüksək texnologiyanın da tətbiqi ilə ümumqoşun hazırlığı üzrə keçirilən nəzəri və praktiki məşğələlərdə müxtəlif tapşırıqları yerinə yetiriblər.
Toplanışın keçirilməsində əsas məqsəd komandir heyətinin idarəetmə bacarıqlarının və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.





Bütöv.az
17-01-2022, 16:23
“Caliber”in Zəngəzurda aşkarladığı tapıntı: “Ermənilərin çıxış yolu yoxdur” - VİDEO

“Caliber” layihəsinin Qərbi Zəngəzurla sərhəd ərazidən hazırladığı növbəti buraxılışı təqdim olunub.

Sözügedən buraxılış “Caliber”in “Youtube” hesabında yayımlanıb.

Videoda həmçinin sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı məqamlara toxunulub.

“Caliber” komandası çəkiliş zamanı ərazidə SSRİ dövründən qalma və sərhədlərin delimitasiya və demarkasiya prosesinə kömək edə biləcək tapıntı aşkarlayıb.

Ətraflı videoda:



Bütöv.az
17-01-2022, 16:18
Mədəniyyət Nazirliyində nə baş verir?

Azərbaycanda aparılan kadr islahatları fonunda – 2021-ci il yanvar ayının 5-də Anar Kərimovun Mədəniyyət naziri vəzifəsinə təyinatı cəmiyyətimizdə müəyyən ümidlər yaratmışdı. Təəssüf… O, bu ümidləri və ona göstərilən etimadı doğrultmadı. Əgər hər hansı rayonun icra başçısına görə bu qədər təəssüf hissi keçirsəydik, bəlkə də dəyməzdi. Amma qalib bir ölkənin “mədəniyyət korpusu”na cavabdeh şəxslə bağlı təəssüf hissi keçirmək ağrılıdır. Nazir təyin edilməmişdən 6 ay öncə A.Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilmişdi və nazirin vəzifələrini icra edirdi. Təxminən 1 il 6 aydır ki, Azərbaycan mədəniyyətinə bu şəxs rəhbərlik edir. Ötən il yanvar ayının 27-də Azsiyaset.com saytında “Mədəniyyət Nazirliyində “köhnə hamam, köhnə tas” – Yeni nazirdən gözləntilər böyükdür” sərlövhəli məqalə də dərc olunmuşdu. Məqalədə A.Kərimova dəstək ifadə edir, onun Mədəniyyət naziri kimi görməli olduğu işlərin konturları barədə tövsiyələrlə də çıxış etmişdik.

Bu gün isə Mədəniyyət Nazirliyində baş verən özbaşınalıqlara, qanunsuzluqlara hamı göz yumur, ölkənin ordu sistemini, ayrı-ayrı generalları təftiş edən media qurumları, jurnalistlər, blogerlər rəsmən sus(durul)ublar.

Başa düşürük, ölkədəki pandemiya mühiti bir çox məmurlar kimi A.Kərimovun da yarıtmaz fəaliyyətini ört-basdır elədi. Pandemiyanın “bəraətverici” şərtlərinin arxasında gizlənmək heç bir məmura, ələlxüsus da nazir postunu tutan şəxsə yaraşmaz.

A.Kərimov vəzifəyə təyin ediləndə iki mühüm amilə diqqət etməli idi:

– Prezident İlham Əliyevin yeni kadrlara olan etimadına kölgə salmalı deyildi

– 2020-ci ilin may ayında Mədəniyyət Nazirliyində həyata keçirilən həbslərdən nəticə çıxarmalı idi

Ancaq Anar Kərimov Mədəniyyət Nazirliyində hansı “islahatlara” başladı?

Azsiyaset.com-un redaksiyasına daxil olan məlumatlardan aydın olur ki, nazir bütün peşəkar kadrları işdən azad edib. Onların yerinə isə bu sahədə heç bir təcrübə və qabiliyyəti olmayan şəxsləri təyin edib. Ən dəhşətlisi budur ki, Nazirlikdə müxtəlif vəzifələrə təyinat alan A.Kərimovun yaxınları heç vaxt bu sahədə işləməyiblər. Açığı, bu cür məntiqsiz addımlar gözlənilən idi. Çünki nazirin özü də mədəniyyət sisteminə tamamilə yad adamdır. O, ömrü boyu XİN-in diplomatik strukturlarında müxtəlif vəzifələrdə işləyib. Zaman göstərdi ki, 3 dil bilən A.Kərimov hər hansı bir qurumda birinci şəxs olası adam deyildi. Bəzilərinin məntiqi ilə yanaşsaq, 7-8 dil bilən müəllimləri də gətirib yüksək vəzifələrə qoymaq lazımdır. Nazirlikdə idarəetmənin keyfiyyəti o qədər aşağı düşüb ki, bu, ümumilikdə ölkənin mədəniyyət sektorunu dərin bir uçuruma aparır.

Vasif Eyvazzadə işdən niyə çıxarılıb?

Nazirlikdəki bütün peşəkarları vəzifəsindən kənarlaşdırmağı hədəfləyən A.Kərimov qurumun ən peşəkar adamlarından birini də işindən uzaqlaşdırdı. Söhbət Vasif Eyvazzadədən gedir. V.Eyvazzadə Nazirliyin beynəlxalq əlaqələrini xüsusi həssaslıqla qurub yaradan və qurumun struktur-ideoloji fəaliyyət prinsiplərini möhkəmlədən adamlardan biridir. Bu hal A.Kərimovu qətiyyən narahat etməsə də, V.Eyvazzadənin Nazirlikdən kənarlaşdırılması ölkə mədəniyyətinə məqsədli şəkildə vurulan zərbədir.

Halbuki, redaksiyamıza daxil olan məlumata görə, A.Kərimovla V.Eyvazzadə arasında çox yaxın münasibətlər olub. Hətta bu yaxın münasibətlər V.Eyvazzadənin xarici ölkələrdən birinə təyin olunmasına da mane olub. A.Kərimov onun ölkədə qalıb işləməsinin vacibliyini bildirib və V.Eyvazzadə təyinatdan məhrum olub. Bəs nəticədə nə baş verib? A.Kərimov onu nazirlikdəki vəzifəsindən də çıxarıb. Bu nə zehniyyət, nə təfəkkürdür, Anar müəllim!? Hətta illərlə əli xalqın cibində olan köhnə komandanın üzvləri də belə sürətli “sədaqətə” yol verməzdi.

Nazir mədəniyyət qurumlarını “JEK” adlandırır…

Azsiyaset.com-un redaksiyasın daxil olan başqa bir məlumata görə, A.Kərimov keçirdiyi iclasların birində musiqi məktəblərini “JEK” adlandırıb. Anar müəllim, ölkə mədəniyyətinə, musiqi sahəsinə bu ayıb və çılpaq baxışı sizə harada öyrədiblər? Və təsəvvür edin, musiqi məktəblərini “JEK”lərlə müqayisə edən bir adam bizim musiqimizi, mədəniyyətimizi yüksəldəcək?!

Əcəba, idarəetməni bilməyən, işçilərə qarşı ironik və qəzəbli münasibət ortaya qoyan nazir mədəniyyət sahəsinin dövləti və fəlsəfi mahiyyətini başa düşmədən bu postda oturur. Təəssüf ki, bir çoxları Nazirlikdəki dözülməz xaotik vəziyyətdən xəbərsizdir. Çoxmilyonluq büdcəyə, tender “balon”larına sahib olan A.Kərimovun başı nəyə qarışıb?!

Hər halda bu quruma nəzarət edən ali icraedici orqan nəzarət və təftiş tədbirlərinə başlamalıdır. İmkan verməliyik ki, kimsə 10, 20 il hansısa qurumu talasın, sonra tədbir görək?! Vaxtında alınmalıdır bu çirkabın, xaosun qarşısı…

A.Kərimov işçiləri necə şantaj edir?

Nazir Əmək Məcəlləsini məftilə döndərib, istədiyi tərəfə əyir, sonra da düzəldir. Məsələn, Nazirliyə tabe müxtəlif qurumlara rəhbər şəxsləri 6 aylıq əmrlə təyin edir. Həmin şəxslər aylarla stress altında saxlanılır. Rəhbər şəxslər tam həvəsdən salınır, onların hər an işdən çıxarıla biləcəyi, əslində daxili əmrin ciddi etimad olmadığı onlara bildirilir. Ardınca nə baş verir? Bu rəhbər şəxslərin əli ilə qanunsuzluqlar həyata keçirilir, daha sonra onlar şantaj edilərək işdən uzaqlaşdırılır. Bu, məntiqə və ağlasığmazdır. Amma maraqlıdır, Anar müəllim bütün bunları İraqda, İtaliyada, Avstriyada, Polşada keçdiyi ödənişli kurslarda öyrənib, yoxsa necə!?

Prezidentin xəbərdarlığından Anar Kərimovun payına nə düşür?

Yanvar ayının 12-də Prezident İlham Əliyev ölkə telekanallarına müsahibəsində korrupsiya ilə mübarizə haqqında və yeni kadrların fəaliyyəti barədə danışarkən belə bir fikir bildirdi: “Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır”.

Deməli, Dövlət başçısı bəzi yeni kadrların da işindən narazıdır. Anar müəllim, ola bilərmi ki, Prezidentin narazı qaldığı yeni kadrlardan biri də siz olasınız?! Bəlkə bu barədə bir azca düşünəsiniz…

Sonda böyük filosof-şair Hüseyn Cavidə istinad etmək yerin düşər:

Turana qılıncdan daha kəskin, ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!


Anar müəllim! Mədəniyyət ölkənin ən güclü silahıdır. Ölkəni təkrsilah etməyin, silahsız qoymayın! Bacarmırsınızsa, gedin! Yoxsa bir gün bunun hesabı sizdən də sorulacaq! Mütləq!

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!