Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür .....                        Daha bir güləşçimiz Parisə vəsiqə əldə etdi .....                        Paşinyan istefa tələbinə məhəl qoymadı .....                        Zelenski fövqəladə vəziyyəti 90 gün uzatdı .....                        Güləşçimiz Paris olimpiadasına vəsiqə qazandı .....                        İrəvanda Paşinyana qarşı mitinq başladı - VİDEO .....                        İki eks-xarici işlər naziri Paşinyana qarşı mitinqə qoşuldu .....                        Azərbaycan hərbçilərinin Türkiyədəki təlimindən görüntülər - VİDEO .....                        Ərdoğandan Rusiya və Ukraynaya çağırış .....                       
Tarix : 13-05-2014, 15:03

 

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası Mətbuat Xidmətinin verdiyi məlumata görə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin 93-cü sessiyasında iştirak edəcək.

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatı olan, Azərbaycan Respublikasının 1995-ci ildən üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (İMO) 14-23 may 2014-cü il tarixlərində London şəhərində keçiriləcək Dəniz Təhlükəsizliyi Komitəsinin 93-cü sessiyasında iştirak edəcək.

      “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”ya, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”ya, “Yük nişanı haqqında Beynəlxalq Konvensiya”nın 1988-ci il Protokolunun B Əlavəsinə, “Yanğın təhlükəsizliyi haqqında Beynəlxalq Məcəllə”yə, “Xilasedici vasitələr haqqında Məcəllə”yə, “Təhlükəli kimyəvi yükləri qalama şəklində daşıyan gəmilərin konstruksiya və avadanlıqları haqqında Beynəlxalq Məcəllə”yə təklif edilən dəyişikliklərin nəzərdən keçirilməsi və qeyd olunan təkliflər ilə bağlı müzakirələrin aparılması Sessiyanın gündəmində duran əsas məsələlərdir.

       Eyni zamanda Komitənin iclasında beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, dəniz mühitinin mühafizəsinin və dənizdə təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsi ilə əlaqədar dünya dəniz dövlətləri tərəfindən həyata keçirilməsi zəruri olan fəaliyyətlər ilə əlaqədar ümumi müzakirələr aparılacaq.

           Həmçinin, Sessiya müddətində Azərbaycan Respublikasının nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatı rəsmiləri və Sessiyada iştirak edən Üzv Dövlətlərin nümayəndələri ilə iki tərəfli görüşlər keçirməsi nəzərdə tutulmuşdur.

 

 



Paylaş



Bölmə: Şəkilçarx / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!