Gürcüstanda MSK işçilərinə təhdid .....                        Müharibəyə hazırıq - İran XİN-dən mesaj .....                        Pekindən Avropa İttifaqına xəbərdarlıq .....                        Baydenin Almaniyaya "vida" səfəri .....                        Qəzzada ölənlərin sayı açıqlandı .....                        İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək .....                        Hava limanına ildırım düşdü - Yaralı var .....                        Ermənistanda hərbçi güllələndi .....                        İBTİDAİ HAZIRLIQ KURSU .....                       
8-05-2024, 23:56
Putin Paşinyanla görüşdə nələri müzakirə etdi?


Putin Paşinyanla görüşdə nələri müzakirə etdi?

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar başlayıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Görüşün protokol hissəsində Putin qeyd edib ki, Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlər çox uğurla inkişaf edir.
O, Paşinyana bağlı qapılar arxasında regionda təhlükəsizlik məsələlərini müzakirə etməyi təklif edib.
Kremldə keçirilən görüşdə Putin Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin rekord həcmdə artığını söyləyib.
Rusiya lideri Paşinyanla görüşdə qeyd edib ki, Avrasiya İqtisadi İttifaqında əməkdaşlıq bütün “beşlik” ölkələri, o cümlədən Ermənistan və Rusiya üçün müsbətdir.
Putin Paşinyanı təkcə ticarət dövriyyəsinin artımını deyil, həm regionda təhlükəsizlik məsələlərini müzakirə etməyi, amma bunu mövzunu qapalı rejimdə müzakirə etməyi təklif edib.
8-05-2024, 23:10
Keşlə bazarı sökülür? - AÇIQLAMA


Keşlə bazarı sökülür? - AÇIQLAMA

Bir neçə gündür Keşlə bazarının söküləcəyinə dair xəbərlər yayılır. Məlumata görə, yeni salınan yolun bu ərazidən keçməsi planlaşdırılır.
Məsələyə Nərimanov Rayon İcra Hakimiyyəti münasibət bildirməyib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə İctimai TV-yə bildirilib ki, hazırda tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanır. Tikinti altına düşən maneələrin ilkin qiymətləndirilməsi işləri yerinə yetirilir. İşlər yekunlaşandan sonra bu barədə dəqiq nəsə demək olar.
8-05-2024, 21:54
Torpağın səsinə hay verdik


Torpağın səsinə hay verdik

Tarix 8 may 1992-ci il idi. Xocalının işğalının ağrı və acısını, unuda bilməyən yurdum bir zərbəni daha o gün aldı.
Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın nazlı qızı, neçə- neçə dahilərin ana yurdu -Şuşa işğal edildi. Şuşa şəhəri artıq bizim deyildi, qəlbləri həsrət alovu bürümüşdü. Yurd həsrətiğ, ev həsrəti bütün Azərbaycanlıların qəlbində dərin ağrı salmışdı. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini və Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini; mədəni-maarif və kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialını və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi olan bəstəkar Üzeyir Hacıbəyovun, müğənni Bülbülün , musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeylərinin fondları qarət edilib.
O gün gəldi, vaxt döndü.
Həsrətə dözməyən xalq torpağın səsinə hay verdi.
Şuşanı görməyən gənclər, görüb həsrətilə qovrulan igidlər və Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin şücaəti sayəsində Şuşaya Qovuşduq . 28 illik həsrət vüsala yetdi. Payız səhəri, 8 noyabr idi.
28 il sonra igidlərimiz Şuşaya ayaq basdı. Əlbəyaxa döyüşərək, qəhrəmanlıqla, yalnız vətəni, torpağı düşünən igidlər o gün azad etdilər Şuşanı. Noyabrın küləyi, mayın günəşindən isti gəlmişdi o gün bizə. Biz Şuşamıza qovuşmuşduq. Öz elindən ayrılan insanlar, qovuşdular ata- baba evlərinə. Unutmadıq, unutdurmayacağıq, qisasımızı da aldıq. Bu gün Şuşa bizimdi çox şükür. Ali Baş Komandanın dili ilə desək :” ƏZİZ ŞUŞA SƏN AZADSAN!” .

Barıt qoxulu o yollar, o yollarda şəhid olan igidlərimizi qaytarmayacaq. Lakin, o igid əsgərlər vətənin keşiyində alnı- açıq, üzüağ duraraq ən uca mərtəbəyə yetdilər. Haqqınızı halal edin, igid qardaşlarımız.
Ali Baş Komandanın əsl liderliyi, əsgərlərimizin igidliyi, vətənpərvərliyi sayəsində Şuşaya qovuşduq, getdik və nazlı qızımız Şuşanı gördük.

O müqddəs torpağa ilk ayaq basarkən, başımı qaldırıb səmada dalğalanan şanlı, 3 rəngli bayrağımıza baxdım. Qürurlandım, duyğulandım.
Duyğulandım ona görə ki, uşaqlıq arzumu yerinə yetirən igid qardaşlarımız, şəhidlərimizi andım. Duyğulandım ona görə ki, “ ƏZİZ ŞUŞA SƏN AZADSAN “ bu tarixə keçən sözləri deyərkən, Cənab Prezidentimiz o zamanda duyğulanmışdım.
Ali baş komandanın güclü, əzmli siyasəti, ordumuzun yenilməzliyi sayəsində o gün orada idim. Şükür etdim.
İsa bulağının suyundan içib, bayrağımıza baxıb bir daha qürurlandım. Bu gün 8 maydır, əvvəllər bu gün haqqında yazarkən, kədər və ümid dolu hislər keçirirdim. Bu gün isə, sadəcə qürur və fəxr hissi ilə yazıram. Cənab leytenantlar bizə hay verin, hay verdiyiniz o torpağın hər yerini qarış - qarış gəzib sizə dualar oxudum. Məkanınız cənnət olsun, qazilərimizdə Allah can sağlığı versin.
Qurdbaşlı bayrağın balası bayraq öz yurdunda , olması gərəkən yerdə şanla dalğalanır.
Qazilərə, şəhidlərə yar olan o yollar, o yollarda can verən, vətənpərvərlik hissi ilə yanıb tutuşan igidlərin sayəsində bu gün bayrağımız QARABAĞDADIR, ŞUŞADADIR.
Tanrı Türkə yar olsun.
8 noyabr, 8 mayın qisasıdır. Dinməz yaramıza sürülən məlhəmdir.

Tehran Yusifli
Bakı Dövlət Universiteti
Jurnalistika Fakültəsinin 2.kurs tələbəsi
8-05-2024, 21:47
Ankarada Azərbaycan-Türkiyə Biznes Forumu


Ankarada Azərbaycan-Türkiyə Biznes Forumu

Mayın 8-də Ankara şəhərində Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib.
Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Biznes Forumun açılışında iştirak ediblər.
Ə.Əsədov və C.Yılmaz açılış mərasimində çıxış ediblər.
Tədbirdə Azərbaycanda və Türkiyədə mövcud olan biznes və investisiya mühiti barədə məlumat verilib, iki ölkənin hökumətlərinin bundan sonra da biznes dairələri arasında dialoqun təşviqinə dəstək vermək əzmində olduqları bildirilib.
Biznes Forum çərçivəsində Azərbaycan və Türkiyənin iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
8-05-2024, 21:24
Köməksiz qalan iki azyaşlı belə xilas edildi - VİDEO


Köməksiz qalan iki azyaşlı belə xilas edildi - VİDEO

Qəbələdə subasma zamanı köməksiz vəziyyətdə qalmış iki azyaşlı təxliyə edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Bunud kəndində intensiv yağıntılar səbəbindən ərazinin subasmaya məruz qalması nəticəsində fərdi yaşayış evində iki azyaşlının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qrupu cəlb olunub.
Xilasedicilər tərəfindən köməksiz vəziyyətdə qalan azyaşlılar təhlükəsiz əraziyə təxliyə ediliblər.
Həmin görüntüləri təqdim edirik:

8-05-2024, 20:50
Şəhid anası: “Oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO


Şəhid anası: “Oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO

“İtkin oğlumun sümüklərinin tapılmasına sevindim”.
Bu sözləri İctimai TV-yə müsahibəsində şəhid Ağayev Ayazın anası deyib.
O, oğlunun son dəfə “arzularım ürəyimdə gedirəm” sözlərini dediyini bildirib.
“Dövlətimiz tərəfindən itkin oğlumun sümüklərinin tapılıb gətirilməsinə şad oldum”, - deyə şəhidin anası qeyd edib.
Qeyd edək ki, Ağayev Ayaz 30 il öncə Birinci Qarabağ müharibəsində şəhid olub.
Ətraflı videomaterialda:


8-05-2024, 20:26
Sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan


Sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan

Azərbaycanla Ermənistan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident iqamətgahında Azərbaycanın Baş naziri Əli Əsədovla görüşündə deyib.
Onun sözlərinə görə, regionda sabitliyə nail olunmalıdır.
Ərdoğan Bakı ilə İrəvan arasında əldə olunan irəliləyişdən məmnun olduğunu və iki ölkənin xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Almatıda keçiriləcək görüşündən müsbət nəticələr gözlədiyini qeyd edib.
8-05-2024, 20:14
Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə başlanıldı


Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə başlanıldı

“Dönərxanalarla bağlı agentlikdə daha genişmiqyaslı tədbirlər həyata keçirilir”.
Bunu Baku TV-yə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılov deyib.
Onun sözlərinə görə, dönərxanalar üçün yeni sanitariya norması hazırlanıb.
“Dönərxanalar tərəfindən çiy ətin hazırlanması qadağan ediləcək. Çiy ət yalnız sanitar-texniki tələblərə cavab verən ərazilərdə və istehsal sahələrində hazırlanacaq. Eyni zamanda yalnız baytarlıq nəzarətindən keçmiş çiy ətlərin hazırlanması həyata keçirilməlidir. Biz artıq bu tələblərin icrasına başlamışıq”, - deyə E.Mikayılov bildirib.
Qeyd edək ki, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə baş verib. İlkin ehtimala görə, zəhərlənmə toyuq ətindən hazırlanan dönərdən baş verib. Məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.
8-05-2024, 19:53
Nazir İsrail rəsmisi ilə görüşdü


Nazir İsrail rəsmisi ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun arasında görüş keçirilib.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı, ikitərəfli və çoxtərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən iki ölkə arasında iqtisadi, təhlükəsizlik, yüksək texnologiyalar və s. istiqamətlərdə əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə müzakirə aparılıb.
C.Bayramov qarşı tərəfi post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə ətraflı məlumatlandırıb.
Görüş çərçivəsində həmçinin geniş narahatlıq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İsrail nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası ilə İsrail Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib. Məsləhətləşmələrdə, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İsrail nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun rəhbərlik edib.
8-05-2024, 19:03
Rumen Radevin Azərbaycana səfəri başa çatdı


Rumen Radevin Azərbaycana səfəri başa çatdı

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycan Respublikasına rəsmi səfəri mayın 8-də başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Bolqarıstan Prezidenti Rumen Radevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola salıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!