Bu yolda mən varam!Türkçülük və Turançılıq mənim üçün sadəcə bir ideologiya deyil, bu, həyatımın mənası, varoluş səbəbimdir. Uğrunda mübarizə apardığım bu yol, hər bir Türk övladının şərəfli gələcəyi naminə seçilmiş müqəddəs bir yoldur. Milli kimliyimizin, dilimizin, tariximizin, mədəniyyətimizin qorunması və gələcək nəsillərə doğru şəkildə çatdırılması üçün göstərdiyim səylər gündəlik fəaliyyətimin əsasını təşkil edir. Yazdıqlarım, paylaşdıqlarım, qatıldığım tədbirlər və təşkil etdiyim təşəbbüslər bir məqsədə – Türk dünyasının birliyinə xidmət edir.
Bəzən həyatın təbii axarı içində yaşadığım şəxsi çətinliklər mənə yorğunluq gətirsə də, ruhən və mənən daima milli ideallarımın keşiyindəyəm. Bəziləri məni yolumdan döndərmək, inamımı qırmaq istəsə də, əksinə bu cəhdlər məni daha da möhkəmləndirir.
Çünki mən bilirəm – bu yol asan yol deyil. Amma bu yol, “Qızıl Alma” yoludur. Bu yol, Bütöv Azərbaycanın, Böyük Turanın yoludur!
İdeallarımız böyükdür, ona görə də mübarizəmiz də böyük və qətiyyətli olmalıdır. Hər bir addım, hər bir səs, hər bir fikir bu birliyə xidmət etməlidir.
Bu yolda mən varam – inamla, əzmlə, ruh yüksəkliyi ilə. Və bu yolda sonadək irəliləməyə hazıram!
Tanrı Türkü qorusun!