İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
Dünən, 14:53
Təbiətə 207 minlik ziyan vuruldu - Cinayət işi başlanıldı


Təbiətə 207 minlik ziyan vuruldu - Cinayət işi başlanıldı

Baş Prokurorluqda ekoloji hüquqpozma faktları üzrə cinayət işləri başlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.
Məlumata görə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Lerik, Cəlilabad, Xızı rayonunda, həmçinin Bakı şəhərinin Binəqədi və Yasamal rayonları ərazisində qanunsuz ağackəsmə faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 191, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 241, Xızı şəhəri H.Əliyev prospekti 194 ünvanında, Lerik şəhəri Honiyon adlanan ərazidə, Cəlilabad rayonu ərazisində köhnə Ələt-Astara magistral yolunun 143-144-cü kilometrliyində meşə fonduna daxil olmayan 413 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 207 min manatdan çox ziyan vurulması müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli və külli miqdarda ziyan vurduqda) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər və prokurorluq orqanlarına göndərilib.
19-04-2025, 13:30
Soyuducuda 4 kq narkotik gizlədən şəxslər saxlanıldı - FOTO


Soyuducuda 4 kq narkotik gizlədən şəxslər saxlanıldı - FOTO

Bakıda evinin soyuducusunda 4 kq narkotik vasitə gizlədən şəxslər saxlanılıb.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 25 yaşlı Kübra Ağamirzəyeva və 29 yaşlı Natiq Adıgözəlov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar. Onlardan psixotrop maddə metamfetamin və narkotik vasitə heroin götürülüb. K.Ağamirzəyevanın yaşadığı evə baxış zamanı isə əlavə olaraq 4 kiloqrama yaxın heroin və metamfetamin də aşkarlanıb.
Bu şəxslər ifadələrində narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Polisin ölkəboyu narkotik vasitə və psixotrop maddələrə qarşı mübarizə tədbirləri fasiləsiz davam etdirilir.

19-04-2025, 11:40
6 kq narkotiki ölkəmizə keçirmək istəyənlər tutuldu


6 kq narkotiki ölkəmizə keçirmək istəyənlər tutuldu

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır.
Belə ki, aprel ayının 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sahibsiz halda 10-ER-545 dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı nəqliyyyat vasitəsi aşkar edilib.
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq, xidməti ərazi qapadılmış, pilotsuz uçuş aparatı (PUA) vasitəsilə şübhəli şəxslərin axtarışına başlanılmışdır.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində əllərində bağlama ilə avtomobilə yaxınlaşan Ağdam rayon sakinləri – 1989-cu il təvəllüdlü Məmmədov Taleh Natiq oğlu və 1991 ci il təvəllüdlü İsmayılov Əhəd Natiq oğlu saxlanılmışdır.
Bağlamaya baxış zamanı ümumi çəkisi 5 kiloqram 800 qram narkotik vasitə marixuana götürülmüşdür
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
19-04-2025, 11:09
İşə düzəltmək adı ilə 88 minlik dələduzluq


İşə düzəltmək adı ilə 88 minlik dələduzluq

Nəsimi rayonu ərazisində ayrı-ayrı vətəndaşların ümumilikdə 88600 manatının dələduzluq yolu ilə mənimsənilməsi barədə polisə məlumatlar daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, paytaxt sakini olan 65 yaşlı qadın övladının işə düzəldiləcəyi vədi ilə aldadılıb və 80 min manatı ələ keçirilib.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı N.Şükürov və 37 yaşlı N.Qasımova saxlanılıblar.
Rayon ərazisində daha bir analoji hadisə baş verib. 65 yaşlı bir nəfərin təqaüdünü bərpa edəcəyi vədi ilə 3500 manatını ələ keçirən V.Allahverdiyev saxlanılıb.
Bundan başqa, vətəndaşın etibarından sui-istifadə edib 5100 manatını ələ keçirməkdə şübhəli bilinən 38 yaşlı E.Mirzəyev də polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.
16-04-2025, 22:25
Arvadını öldürüb özünü 14-cü mərtəbədən atdı


Arvadını öldürüb özünü 14-cü mərtəbədən atdı

Yasamalda qətl hadisəsi olub.
Hadisə General Məmmədşərif Həmidov küçəsi, 53 ünvanında qeydə alınıb.
Məlumata görə, ər arvadının başını kəsib, daha sonra özünü binanın 14-cü mərtəbəsindən ataraq intihar edib.
16-04-2025, 17:35
Üç nəfəri qətlə yetirən şəxsə hökm oxundu


Üç nəfəri qətlə yetirən şəxsə hökm oxundu

Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda şübhəli bilinən Müşfiq Tağıyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Müşfiq Tağıyevin ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəmişdi.
Qeyd edək ki, 2023-cü il oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb.
Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri - Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşfiq Məhəmməd oğlu saxlanılıb.
İstintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Müşfiq Tağıyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.3, 29,120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29,186.2.1, 29,186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd), 228.1, 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) və 229.1, 229.4-cü (qanunsuz olaraq partlayıcı qurğuları, qaz silahını, soyuq silahı hazırlama) maddələri ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
15-04-2025, 15:31
29 kq marixuana ilə tutuldu - VİDEO


29 kq marixuana ilə tutuldu - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasiləsiz xarakter alıb.
DİN-dən verilən məlumata görə, Sabunçu rayonunda keçirilən əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 49 yaşlı Fuad Cəfərov tutulub. Onun idarə etdiyi avtomobildən 29 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanaraq götürülüb.
F.Cəfərov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə paytaxt ərazisindəki gizli yerdən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polisin ölkəboyu narkotik vasitə və psixotrop maddələrə qarşı mübarizə tədbirləri fasiləsiz davam etdirilir.

[media=https://youtu.be/PDbSTfd44lM?si=fPWZjoCMB_hc1lQC]
15-04-2025, 13:06
Evdən oğurluq edən şəxs saxlanıldı


Evdən oğurluq edən şəxs saxlanıldı

Oğuz rayonunun Xaçmaz kəndində yerləşən evlərin birindən oğurluq edilib. Polisə müraciət edən zərərçəkmiş dəyəri 4 min manat olan məişət əşyaları və təmir-tikinti alətlərinin oğurlandığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Vələd Əhmədli saxlanılıb.
O, oğurladığı əşyaları Qəbələ rayonunda satdığını bildirib.
"Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Əhmədli barəsində həbs qətimkan tədbiri seçilib",- deyə məlumatda qeyd edilib.
15-04-2025, 11:41
Binədə marketləri qarət edənlər SAXLANILDI


Binədə marketləri qarət edənlər SAXLANILDI

Paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisində talama cinayəti qeydə alınıb.
Qabaqcadan əlbir olan naməlum şəxslər gecə saatlarında iki marketin anbarının qapısını qıraraq içəri daxil olub və oradan 54 min manat dəyərində naqil oğurlayıblar.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ərazidəki təhlükəsizlik kameraları yoxlanılıb və əməliyyat-axtarış fəaliyyətinə başlanılıb. Nəticədə oğurluq cinayətini törədən şəxslərin əvvəllər hər ikisi məhkum olunmuş 22 yaşlı Asif Pirimov ilə 24 yaşlı Kənan Cəfərov və 23 yaşlı İbrahim Nuriyev, 18 yaşlı Mirəhəd Əliyev olduqları müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
14-04-2025, 18:58
Yeniyetmə qızı döyüb videosunu çəkdilər - DİN-dən AÇIQLAMA


Yeniyetmə qızı döyüb videosunu çəkdilər - DİN-dən AÇIQLAMA

Sosial şəbəkələrdə Sumqayıtda yeniyetmə qızın döyülməsi ilə bağlı görüntülər yayılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, görüntülərlə bağlı araşdırmalara başlanılıb.
“Sosial şəbəkələrdə azyaşlılar arasında baş verən mübahisəni əks etdirən görüntülərlə bağlı araşdırma aparılır. Tərəflər müəyyən olunub. Onlar polis orqanına dəvət olunublar. Polis əməkdaşları tərəfindən mübahisə ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir”, - açıqlamada bildirilib.
Qeyd edək ki, görüntülərdə azyaşlı qız amansızcasına döyülüb. Həmyaşıdına şiddət göstərən qızın da şəhər sakini olduğu iddia edilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!