SSRİ bayrağı altında çıxış edən keçmiş sədri DTX saxlayıb - Məhkəmənin qərarı ilə həbs edildi .....                        MİQ universitet müəllimləri üçün tətbiq oluna bilər? - AÇIQLAMA .....                        Bəylik kəndinin sakinlərinə evlərin açarları təqdim edildi .....                        Məhkəmə saxtakarlıq edən gömrük işçisinə bu cəzanı verdi .....                        Goranboy sakini minaya düşdü - Ayağı amputasiya edildi .....                        Yaponiyada güclü zəlzələ .....                        Məhkəmə Rüfət Səfərovla bağlı qərar verdi .....                        Kürdəmirdə həmkəndlisini öldürən şəxs saxlanıldı .....                        “Neftçi” 7 futbolçu ilə vidalaşdı .....                       
Tarix : Dünən, 06:03
İNAM ATANIN (ASİF ATANIN) ANIM GÜNÜ

İNAM ATANIN (ASİF ATANIN) ANIM GÜNÜ

İNAM ATA (ASIF ATA): “HƏYAT MƏNADAN YARANIB, ÖLÜMÜN ÖZ MƏNASI YOXDUR. ÖLÜM VAR OLSA DA YAŞAMIR, YAŞAYAN HƏYATDIR”

Ata-Ocaq ilsırası ilə Közərti (iyun) ayının 5-i Mütləqə İnam Dünyabaxışının Yaradıcısı, Ruhsal Ocaq Atası, Dahi Azərbaycan filosofu İnam Atanın (Asif Atanın) ölümündən 28 il ötür (1935-1997).
Onun gəlişi İnsana, Ulusa, Bəşərə bənzərsiz Mütləqə İnam müjdəçiliyidir. İndiyə qədərki gəlişlərin çoxu insandan qıraqdakı qüvvələrə inam əsasında olub. Sonucda insan yox, insanüstü qüvvələr təsdiqlənib. Ancaq İnam Atada başlıca məqsəd İnsandır, insanın var olması özündən qıraqdakı quvvəyə yox, İnsandakı Mənaya, Mütləqlik imkanına əsaslanır.
İnam Atanın onillərdir Azərbaycana gətirdiyi özümlü, bənzərsiz düşüncə yönü, ideya fərqi yer-göy səviyyəsində ortadadır. Ata Ulusumuz, habelə Bəşər üçün yeni, qədimlik üstə yön, yol, gözümüzü özgəliklərdən yığmaq üçün ulusallığa əsaslanan inam, idrak, mənəviyyat, iradə imkanını ortaya qoydu. Azərbaycan insanının özümlü əsasda var ola bilməsini sübut etdi. O, yaratdığı dünyabaxış – Mütləqə İnam əsasında özünü var etdi. İnsan haqqında deyilən, yazılan bədbin fikirlərə uymadı, hamının insandan üz döndərdiyi bir çağda insanlığa üz tutdu. Özü demişkən, insanda yanılsa da, insanlığa inandı. Onun geniş, sınırsız idraki imkanları, şəri sarsıdan inamı var. Ona görə «var» deyirəm ki, Ata haqqında keçmiş zamanda danışmaq gerçəkdən mümkün deyil. Ona görə ki, ardıcıllarının ağlında, ürəyində, əməllərində hər an yaşayır, yaşadılır.
Oxuculara Atanın Ölüm konusunda fikirlərini sunuram.

Sayğıyla: İŞIQLI ATALI
***
İNAM ATA (ASİF ATA)
MATƏM ÜSTƏ MÜTLƏQLƏ TƏMAS
Ölən – Əzəlidə qalır.
Əbədidə qalır.
Sonsuzda qalır.
Kamildə qalır.
Üzlərdə qalır.
Gözlərdə qalır.
Dodaqlarda qalır.
Xalqda qalır.
Ölən – Gerçəklikdən gedir – Mənada qalır.
***
AQİBƏT

İnsanı torpağa basdırdılar. Tabutunun üzərində göz yaşı tökdülər, baş daşına ismini, doğulduğu tarixi həkk elədilər, xatirələrini yad etdilər.
Biri dedi: Gözəl ailə başçısı öldü.
O biri dedi: Səmimi dost öldü.
Biri dedi: Xeyirxah, xalqsevər öldü.
Digəri dedi: İti, parlaq zəka məhv oldu.
Biri dedi: Həssas, zərif, hərarətli ürək sahibini itirdik.
O biri dedi: İşıqlı mənəviyyat söndü.
Mərhumun vəfadarlığından, fədakarlığından, mətanətindən doyunca danışdılar.
Lakin bu sözlərin hamısı bir yerdə İnsanı ifadə etmirdi. Çünki İnsan bu deyilənlərdən sonsuz dərəcə artıq idi, onlara sığmırdı. Əslində İnsanı heç kəs tanıya bilməmişdi, o, həyata naməlum gəlib, naməlum da gedirdi, heç kəs onun kim olduğunu dərk etməmişdi, o, dünyaya, adi təsəvvürlərə sığmamışdı, torpağa da sığmayacaqdı, təbiətlə birgə oyanacaq, üzlərə, saçlara, dodaqlara, əllərə, ruhani niyyətlərə, arzulara, fikrə, duyğuya çevriləcəkdi, tapmadığı dünyasını daim arayacaq, arayacaqdı.

***
ÖLÜMLƏ GÖRÜŞ
– Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qor¬xum yoxdur! Çünki sən məni öldürə bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq. Gözüm, üzüm, saçlarım, dodaqlarım kimdəsə təkrar olunacaq. Sən olsa-olsa mənim indiki cismani biçimimi öldürürsən. Bu, ani ölümdür!
Cismimdə nə varsa – başqasında bərpa olunacaq: gözüm birinə qismət olacaq, saçım digərinə, əllərim bir başqasına. Cismimdən heç nə itməyəcək. Kimsə dünyaya mənim gözlərimlə baxacaq, mənim dodaqlarımla güləcək. Sən mənimlə bacara bilməzsən, ölüm! İndi tamam, vahidəm, sabah səpiləcəm ömürlərə, talelərə!
Ruhaniliyimə heç cür xələl gətirə bilməzsən! Heç bir ali fikrim, duyğum, vəcdim, ehtizazım ölmür! Peyğəmbərliyim, filosofluğum, şairliyim ölmür! Hərarətli misram, vəcdli ideyam ölmür! Bir vaxt naşıydım, zəifdim; gəlişini dəhşət sanırdım, elə bilirdim gəlməyinlə heçə çevriləcəm. İndi başa düşdüm, gördüm ki, qarşımda acizsən! Müqəddəsliyim əbədidir – öldürə bilmədin! Dahiliyim, Qəhrəmanlığım əbədidir – öldürə bilmədin! Məhəbbətim əbədidir – öldürə bilmədin! Zərdüştüm də sağdır – Füzulim də, Muğamatım da sağdır – Nəsimim də, Buddam da sağdır – Platonum da. Ruhum onlarda cəmlənib, onları öldürə bilməmisən!
Sən məndə böyüklüyü öldürə bilmirsən – balacalığı öldürürsən, sonsuzluğu öldürə bilmirsən keçiciliyi öldürürsən, Mənəviliyi öldürə bilmirsən – heyvaniliyi öldürürsən. Sən mənim bugünümü əlimdən alırsan, ancaq sabaha qovuşdurursan! Mənə oxşayan saysız-hesabsız körpələr gələcək dünyaya və ürəklərdə əbədi ruhanilik gəzdirəcəklər! Naşısan, ölüm! Elə bildin məni Yer üzündən siləcəksən! Səhv elədin, ölüm.
Mənə ölüm Yoxdur!

***
AQIBƏT
İnsanı torpağa basdırdılar. Tabutunun üzərində göz yaşı tökdülər, baş daşına ismini, doğulduğu tarixi həkk elədilər, xatirələrini yad etdilər.
Biri dedi: Gözəl ailə başçısı öldü.
O biri dedi: Səmimi dost öldü.
Biri dedi: Xeyirxah, xalqsevər öldü.
Digəri dedi: İti, parlaq zəka məhv oldu.
Biri dedi: Həssas, zərif, hərarətli ürək sahibini itirdik.
O biri dedi: İşıqlı mənəviyyat söndü.
Mərhumun vəfadarlığından, fədakarlığından, mətanətindən doyunca danışdılar. Lakin bu sözlərin hamısı bir yerdə İnsanı ifadə etmirdi. Çünki İnsan bu deyilənlərdən sonsuz dərəcə artıq idi, onlara sığmırdı. Əslində İnsanı heç kəs tanıya bilməmişdi, o, həyata naməlum gəlib, naməlum da gedirdi, heç kəs onun kim olduğunu dərk etməmişdi, o, dünyaya, adi təsəvvürlərə sığmamışdı, torpağa da sığmayacaqdı, təbiətlə birgə oyanacaq, üzlərə, saçlara, dodaqlara, əllərə, ruhani niyyətlərə, arzulara, fikrə, duyğuya çevriləcəkdi, tapmadığı dünyasını daim araya¬caq, arayacaqdı.
Çiçək ayı, 3-cü il.
(Aprel, 1981-ci il).

***
HƏYAT – ÖLÜM
Ölümü Həyatla Bərabərləşdirirlər, həyata qarşı qoyurlar Ölümçülər, Bədbinlər.
Əslində isə Ölüm – Bütöv həyatın bir hissəsidir.
O, həyatı yaşatmaq üçün Var olub, onun öz Varlığı Yoxdur.
Ölüm olmasaydı, həyat yaşamazdı.
Ölüm Həyat üçün Yaşayır – onun öz Həyatı Yoxdur.
Ölüm Var – ancaq Ölümə İnam Yoxdur – Həyata İnam Var.
Ölüm həmişə olub – ancaq Əzəli deyil, Əzəli olan Həyatdır.
Həyat olmasaydı – Ölüm olmazdı.
Ölüm həmişə olacaq – ancaq Əbədi deyil, Əbədi olan Həyatdır.
Həyat olmasa – Ölüm olmaz.
Ölüm Həyatla yanaşı yaşayır – onun öz həyatı yoxdur.
Həyatı – Həyatlıq yaşadır; Ölümü – Həyat.
Həyat Mahiyyətdən yaranıb – Ölümün öz Mahiyyəti Yoxdur.
Həyat Mənadan yaranıb – Ölümün öz Mənası Yoxdur.
Ölüm Var olsa da, yaşamır – yaşayan Həyatdır.


Paylaş



Bölmə: Mədəniyyət / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!