Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
17-05-2026, 10:49
Azad internet 8 milyon tümənə çatdı

Azad internet 8

milyon tümənə çatdı


İranda internetə qoyulan məhdudiyyətlərin davam etdiyi bir şəraitdə “pro internet” və ya internetə daha geniş çıxış imkanı verən xüsusi sim-kartların qiyməti milyonlarla tümənə yüksəlib və adi vətəndaşlar üçün əlçatmaz hala gəlib.
Gunaz TV-nin məlumatına görə, əvvəlcə bizneslər və müəyyən xüsusi qruplar üçün nəzərdə tutulan “pro internet” xidməti indi qeyri-rəsmi bazarda 8 milyon tümənə, bəzi hallarda isə daha yüksək qiymətə satılır.
Məlumatlara əsasən, bu xidmətin rəsmi qiyməti daha aşağı olsa da, internet məhdudiyyətləri və artan tələbat səbəbindən qara bazar formalaşıb və internetə daha sərbəst çıxış kommersiya malına çevrilib.
“Pro internet” istifadəçilərə beynəlxalq internetə daha yaxşı çıxış imkanı verir. Lakin bu imkan adi vətəndaşlar üçün ya ümumiyyətlə əlçatan deyil, ya da yalnız yüksək məbləğ ödəməklə əldə edilə bilir.
Qiymət artımı İran vətəndaşlarının internetin sürətinin aşağı salınması, filtrləmə və geniş onlayn məhdudiyyətlərlə bağlı şikayətlərinin artdığı bir dövrdə baş verir. Tənqidçilər bildirirlər ki, bu vəziyyət ölkədə rəqəmsal ayrı-seçkiliyi və internetə çıxışda sosial bərabərsizliyi daha da dərinləşdirir.

17-05-2026, 10:24
Qərbi Azərbaycanda 129 nəfərin   əmlakını müsadirə edilib


Qərbi Azərbaycanda 129 nəfərin

əmlakı müsadirə edilib


İran məhkəmə sistemi iqtisadi təzyiqin yeni mərhələsinə start verib. Gunaz TV-nin məlumatına görə, Qərbi Azərbaycan ostanının məhkəmə sisteminin rəhbəri bu ostanda yaşayan 129 nəfərin əmlakının təhlükəsizlik ittihamları ilə müsadirə edilməsi barədə göstəriş verildiyini açıqlayıb.
Qərbi Azərbaycan məhkəmə sisteminin rəhbəri Nasir Ətəbati şənbə günü, 26 ordibeheşt (16 may) bildirib ki, bu qərar məhkəmə orqanlarının “anti-təhlükəsizlik fəaliyyətləri” və “düşmən ölkələrlə əməkdaşlıq” adlandırdığı ittihamlar çərçivəsində verilib. O, bu şəxslərin kimliyi barədə heç bir məlumat vermədən onları “düşmən amilləri” və “xainlər” adlandırıb, bu cür işlərdə məhkəmə təqibi və əmlakın müsadirəsinin davam edəcəyini vurğulayıb. Bu addım İranın müxtəlif bölgələrində son aylarda vətəndaşların əmlaklarının müsadirəsi və ya üzərinə həbs qoyulması ilə bağlı xəbərlərin artdığı bir vaxta təsadüf edir. Bu addımlar adətən təhlükəsizlik ittihamları, xarici media ilə əlaqə və ya xarici qurumlarla əməkdaşlıq iddiaları ilə əsaslandırılır.
Tənqidçilər bu prosesi hökumət tənqidçilərinə və müxaliflərə qarşı iqtisadi təzyiq vasitəsi kimi qiymətləndirir. Onların fikrincə, məhkəmə şəffaflığı olmadan, işlərin detalları açıqlanmadan və təhlükəsizlik dosyeləri adı altında vətəndaş əmlakının müsadirəsi ciddi insan haqları narahatlığı yaradır.
İndiyədək İran məhkəmə orqanları 129 nəfərin kimliyi, müsadirə olunan əmlakın növü və ya bu işlərin hüquqi prosesi barədə əlavə məlumat yaymayıblar.

17-05-2026, 10:09
Avroviziyanın qalibi Bəlləndi

Avroviziyanın qalibi Bəlləndi

Avroviziyanın builki qalibi Bolqarıstan oldu
"Eurovision" mahnı müsabiqəsi 2026-nın qalibi müəyyənləşib.
Butov.az xəbər verir ki, final gecəsində keçirilən səsvermənin nəticələrinə əsasən, bu ilin qalibi Bolqarıstan seçilib.
Qalib ölkənin ifaçıları həm tamaşaçı, həm də münsif səslərinin yekununda ən yüksək - 516 xal toplayaraq yarışmanın kubokunu qazanıb.
17-05-2026, 08:25
“Türk” deməyə ürək gərək idi...

Afət Möhbalı yazır:

“Türk” deməyə

ürək gərək idi...


Bir zamanlar elə günlər vardı ki, “Türk” deməyə ürək gərək idi...
Bozqurd simvolunu sinəsində daşıyanlar, onu əlində tutanlar sanki hədəfə çevrilirdi. Qorxudan dillər susur, əllər gizlənirdi... Hətta elələri vardı ki, Bozqurd işarəsini görəndə başını yana çevirirdi - çünki qorxurdular. Bu qorxu ilə yanaşı, içlərində Turançılığa, Türkçülüyə qarşı nifrət də vardı. Amma o nifrəti açıq deməyə cəsarətləri çatmadığından, bizə kinayə ilə yanaşırdılar.
Amma biz...Biz o sükutun içində danışdıq. Qorxunun üstünə yeridik. Bilə-bilə ki, bu yolun sonunda təzyiq də var, təhdid də var, bəlkə həyatımız bahasına başa gələcək ağır sınaqlar da var- yenə də dönmədik! Bozqurdu qürurla daşıdıq. Çünki onun mənasını anlayırdıq. O, sadəcə bir əl işarəsi deyildi- bizim ruhumuz, kimliyimiz, tale yolumuz idi! İndi görürük ki, bir vaxtlar bizə gülənlər, meydandan qaçanlar, susanlar bu gün Bozqurd işarəsi ilə şəkillər çəkdirirlər. Sanki bu yola ilk çıxan da özləri olub, bu ruhun daşıyıcısı da...
Dəyərli şairimiz Rüstəm Behrudi deyirdi ki, hələ 80-ci illərdə Bozqurddan yazanda çoxları ona gülür, “heyvandan yazırsan?” deyirdilər. İndi isə o vaxt gülənlər Bozqurddan, Turançılıqdan elə canfəşanlıqla yazırlar ki, insan sadəcə acı-acı gülümsəyir...
Acı da olsa, gerçək budur. Çünki o çətin günlərdə bir Bozqurd işarəsindən belə çəkinənlər indi meydanda artıq Bozqurd ruhunun ayaqda olduğunu görüb bundan öz məqsədləri üçün yararlanmağa çalışırlar. Amma unudurlar ki:
Türkçülük görünmək üçün deyil -yanmaq üçündür!
Bozqurd olmaq təkcə simgə tutmaq deyil -can bahasına olsa belə, yolundan dönməməkdir!
Biz bu yola şüarla çıxmadıq. Biz bu yola canımızla, qanımızla, inandığımız Turan sevgisi ilə çıxdıq.
Bozqurd simgəsi bizim təkcə əlimizdə deyil-ürəyimizdədir! Ürəyində Turan sevgisi və Turan inamı olmayanların əlləri də o simgəni səmimi şəkildə qaldıra bilməz. Biz inanırıq ki, içimizdə yanan bu Turan eşqi bir gün göy üzü qədər geniş, Bozqurd qədər azad bir gerçəkliyə çevriləcək!
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!