Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                       
Tarix : Bu gün, 19:40
Latviyadan son məktub…


Latviyadan son

məktub…


İkinci Dünya Müharibəsinin qan-qadası milyonlarla ananın oğluna yığdığı toy boxçasına qara bağlatdı, ər, nişanlı gözləyən 100 minlərlə qız-gəlinin gözü illərlə yollarda qaldı. Təəssüf ki, müharibəyə gedən 600 min Azərbaycan vətəndaşının yalnız yarısı Vətənə salamat döndü. Onların da kimisi yaralı, kimisi şikəst, kimisi kontuziyalı. Bir sözlə, millətimizin genefondu sağalmaz yara aldı. Ən acınacaqlısı isə odur ki, Qərbi Azərbaycandan müharibəyə gedən soydaşlarımız həm Ermənistan Sovet Sosialist Respublikasının tarixindən kənarda qaldılar, həm də Azərbaycan Sovet Sosialist Respublikasının hərb tarixindən ayrı düşdülər. Belə nakam, izsiz, soraqsız oğullarımızdan biri də Əsgər Kazımovdur.
Kazımov Əsgər Usub oğlu 1920-ci ildə Gığı kəndində anadan olub. 1928-ci ildə kənddə yenicə fəaliyyətə başlamış məktəbin birinci sinfinə daxil olub. 1936-cı ildə Gığı kənd yeddiillik məktəbini bitirib. Təhsilini davam etdirməyə, oxumağa çox həvəsli olduğu üçün 20 km aralıda olan Şəhərcik kənd orta məktəbinə getməyin əzab-əziyətinə qatlaşıb.
Onda çox çətin zamanlar idi. Maddi çətinlik bir yana, nəqliyyatın olmaması bu çətinliyi birə beş qat artırırdı. Bütün çətinliklərə baxmayaraq 1937-ci ildə Şəhərcik məktəbinə daxil olub. 1940- cı ildə orta təhsili yaxşı qiymətlərlə başa vuraraq attestat alıb. Həmin dövrlərdə Əsgər Gığı və ətraf kəndlərdən tam orta məktəbi bitirən tək-tək məzunlardan biri olub. 1940 - cı ildə imtahan verərək İrəvan Pedaqoji Texnikumuna qəbul olunub. Elə həmin ilin payızında hərbi xidmətə aparılıb.
Əsgər Usub oğlu Kazımov çox ailəcanlı övlad olub. Şəhərcikdə oxuduğu vaxtlarda valideynlərinə təsərrüfat işlərində kömək edə bilməməsinə görə nə qədər əzab çəkdiyinə, üzüldüyünə tay-tuşları şahid olublar. Əsgərlikdə olanda da valideynləri nigaran qalmasın, deyə mütəmadi məktublar yazıb göndərirdi, məndən nigaran qalmayın deyirdi.
Əsgərin son məktubu Latviyadan gəlib. Məktub “Ana südünü halal elə, bu gün mənə serjant rütbəsi verib müharibəyə yola salırlar” cümləsi ilə bitir. Məktubun içərisində əsgər yoldaşları ilə bir şəkil də göndərib. Məlum olduğu kimi 1941-ci ildə İkinci Dünya Müharibəsi başlayıb və faşistlərin ilk hücumlarından biri Baltikyanı ərazilərə olub. Bununla da Əsgər Kazımovun sonrakı taleyindən heç bir xəbər - ətər gəlməyib.
(Şəkil 1941-ci ildə müharibə başlamazdan əvvəl çəkilib. Şəkildə sağdan birinci Əsgər Kazımovdur)


Paylaş



Bölmə: Zəngəzur / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!