"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
7-11-2026, 10:08
Şuşa Zəfərdən sonra yeni   inkişaf və quruculuq dövrünü yaşayı


Şuşa Zəfərdən sonra yeni

inkişaf və quruculuq dövrünü yaşayır


8 Noyabr – Şuşa Şəhəri Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş tarixi Zəfərin, milli birliyin və dövlətçilik iradəsinin təntənəsidir. Qarabağın tacı, Azərbaycanın qədim mədəniyyət beşiyi olan Şuşanın 2020-ci il noyabrın 8-də işğaldan azad edilməsi xalqımızın tarixi ədaləti bərpa etmək əzminin parlaq təcəssümünə çevrildi.
Şuşanın azadlığına aparan yol uzun illərin siyasi, iqtisadi və hərbi hazırlığının nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildi. Azərbaycanın iqtisadi və hərbi potensialının gücləndirilməsi, müasir ordu quruculuğu və xalq-ordu birliyi tarixi Zəfər üçün möhkəm zəmin yaratdı.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu böyük qəhrəmanlıq nümayiş etdirərək Şuşaya doğru irəlilədi. Sıldırım qayalardan, keçilməz meşələrdən və çətin relyef şəraitindən keçən igid əsgər və zabitlərimiz 2020-ci il noyabrın 8-də şəhəri işğaldan azad etdilər. Bu əməliyyat hərb tariximizə misilsiz qəhrəmanlıq nümunəsi kimi düşdü.
Prezident İlham Əliyev Şuşanın azad edilməsi xəbərini Şəhidlər xiyabanında Azərbaycan xalqına çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyini böyük fəxarətlə bəyan etdi: “Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan!”
Şuşanın azad edilməsi ilə 8 Noyabr tariximizə Zəfər Günü kimi daxil oldu. 2021-ci il yanvarın 14-də Prezident İlham Əliyevin Şuşada Azərbaycan bayrağını ucaltması isə tarixi qələbənin rəmzinə çevrildi. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi ölkənin bütün ərazilərində tam bərpa edildi.
Bu gün Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəzə çevrilib. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. 2022-ci il ölkəmizdə “Şuşa İli” elan olunub, şəhər 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı seçilib. 2026-cı ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı statusunu daşıyır.
Şəhərdə genişmiqyaslı bərpa və quruculuq işləri davam etdirilir. Tarixi abidələr, məscidlər, muzeylər və memarlıq nümunələri bərpa olunur, müasir sosial infrastruktur yaradılır. Bülbülün ev-muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi və digər tarixi məkanlar yenidən əvvəlki görkəminə qaytarılıb. “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri istifadəyə verilib, yeni yaşayış kompleksləri inşa olunub.
Şuşanın gələcək inkişafı məqsədilə 2024-cü il oktyabrın 21-də şəhərin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiqlənib. Sənəddə tarixi-memarlıq simasının qorunması, müasir infrastrukturun qurulması, yaşayış və sosial xidmət obyektlərinin inkişafı əsas prioritetlər kimi müəyyən edilib.
Doğma yurda qayıdış prosesi də uğurla davam edir. 2026-cı il oktyabrın 23-nə olan məlumata görə, Şuşa şəhərində və Böyük, Kiçik Qaladərəsi kəndlərində ümumilikdə 420 ailə, 1579 nəfər məskunlaşıb. Bu, illərlə doğma yurd həsrəti ilə yaşayan insanların öz torpaqlarına qayıdışının mühüm göstəricisidir.Şuşa artıq beynəlxalq siyasi və mədəni tədbirlərin də ünvanına çevrilib. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, Şuşa Qlobal Media Forumları və Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü şəhərin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verib.
Prezident İlham Əliyevin mütəmadi olaraq Şuşaya səfərləri, bərpa-quruculuq işləri ilə yerində tanış olması və sakinlərlə görüşləri şəhərin inkişafının dövlət siyasətində xüsusi yer tutduğunu göstərir.
Bu gün Şuşa öz tarixi şöhrətini yenidən qazanır. İşğalın və dağıntıların izlərini daşıyan şəhərdə indi quruculuq, inkişaf və həyatın qayıdışı müşahidə olunur. Şuşanın hər küçəsi, hər daşı xalqımızın tarixi yaddaşını, milli qürurunu və mübarizə əzmini yaşadır.
8 Noyabr – Şuşa Şəhəri Günü yalnız tarixi qələbənin deyil, həm də milli birliyimizin, dövlətimizin qüdrətinin və tarixi ədalətin bərpasının rəmzidir. Şuşa azaddır, Azərbaycan xalqı doğma şəhərinə qayıdıb və bu qədim mədəniyyət beşiyi gələcək nəsillər üçün yenidən dirçəldilir.

Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

Xuraman Kərimova
Abşeron rayonu Səmidxan Əzizov adına Aşağı Güzdək qəsəbə tam orta ümumtəhsil məktəbinin direktoru
6-11-2026, 18:17
32 il əvvəl öldürülmüş Yüsif Orucovun  qətlinin şok detalları

32 il əvvəl öldürülmüş Yüsif Orucovun qətlinin şok detalları

İbrahim Orucov:

“Qardaşım Yusifin qətli ilə

bağlı Prezident cənab İlham

Əliyevə müraciət edirəm”


I Qarabağ müharibəsinin iştirakçısı Yusif Orucovun müəmmalı qətli ilə bağlı qardaşı İbrahim Orucov syatımıza müraciət edib. O, bildirib ki, qətl hadisəsində iştirak edən şəxslərdən biri Elşad Əliyev səs.tv-nin canlı https://www.youtube.com/live/z_hZNYcP-ss efirində qətlin təfərüatların etiraf etdi.
Bundan sonra işi Baş Prokurorluq nəzarətə götürdü. Onu da qeyd edim ki, səs.tv-nin efirindən sonra Elşad Əliyev eyni məzmunda Spase.tv-də də cinayətdə iştirakını etiraf etdi. Spase.tv-nin canlı efirindən Daxili İşlər Nazirliyinin əməkdaşları Elşad Əliyevi polis orqanlarına dəvət edərək izahatını aldılar. Lakin hələ də qardaşım Yusif Orucovu qətl etməkdə təqsirkar şəxslər azadlıqda gəzir.
İbrahim Orucov bildirir ki, cinayətdə iştirak edən qatillər biz məsələni həll etmişik bizi heç kim tuta bilməz söyləyirlər.

Qeyd edək ki, Sədərək döyüşlərinin iştirakçısı, Şərur rayon Dərə kənd sakini Yusif Barı oğlu Orucovun 1995-ci ildə həyata keçirilən müəmmalı qətli ilə bağlı təfərüatlar bəlli olub. Belə ki, Yusif Orucovun qətlində iştirak etmiş şəxslərdən biri Elşad Əliyev səs.tv-nin və sapse tv-nin efirində qətlin bütün detallarını açıqlayıb. Belə ki, Elşad Məcid oğlu Əliyev 1995-ci ildə qaradaşı Əliyev Elxan Məcid oğlu və onun Elnur adlı kirvəsi ilə Nərimanov metrostansiyası yanında Yusif Orucovu avtomobilə mindirərək Hövsan qəsəbəsində tullantıların atılması üçün nəzərdə tutulan yerə bıçaqlayaraq öldürməsini etiraf edib. O, bunu vicdan əzəbı çəkməsi ilə əsaslandırıb. Elşad Əliyev bildirib ki, cəzamız nədirsə çəkək, bu məsələni gənclərin öhdəsinə buraxmayaq. Verlişdə Elşad Əliyev onu da bildirb ki, qardaşı Davud Əliyev Yusifi öldürdükdən sonra atası Barı Orucova Yusifin adından saxta məktub göndərərək onun Türkiyədə PKK-ya qoşulmsı haqqında məlumat verib. İbrahim Orucovun sözlərinə görə atası bu dərddən dünyasını dəyişib.
İbrahim Orucov redaksiyamıza müraciət edərək qardaşı I Qarabağ müharibəsinin iştirakçısı Yusif Orucovun qətl hadisəsinin nəzarətə götürülməsini ölkə başçısı cənab Prezident İlham Əliyevdən xahiş edir. Yalnız bundan sonra bu işin obyektiv araşdırılacağına inanır. Odur ki bizim vasitəmizlə Prezident İlahm Əliyevə müraciət edərək qətl hadisəsinin iştirakçısının etirafını nəzərə alaraq bu işi nəzarətə götürməsini xahiş edir.
6-11-2026, 18:17
32 il əvvəl öldürülmüş Yüsif Orucovun  qətlinin şok detalları

32 il əvvəl öldürülmüş Yüsif Orucovun qətlinin şok detalları

İbrahim Orucov:

“Qardaşım Yusifin qətli ilə

bağlı Prezident cənab İlham

Əliyevə müraciət edirəm”


I Qarabağ müharibəsinin iştirakçısı Yusif Orucovun müəmmalı qətli ilə bağlı qardaşı İbrahim Orucov syatımıza müraciət edib. O, bildirib ki, qətl hadisəsində iştirak edən şəxslərdən biri Elşad Əliyev səs.tv-nin canlı https://www.youtube.com/live/z_hZNYcP-ss efirində qətlin təfərüatların etiraf etdi.
Bundan sonra işi Baş Prokurorluq nəzarətə götürdü. Onu da qeyd edim ki, səs.tv-nin efirindən sonra Elşad Əliyev eyni məzmunda Spase.tv-də də cinayətdə iştirakını etiraf etdi. Spase.tv-nin canlı efirindən Daxili İşlər Nazirliyinin əməkdaşları Elşad Əliyevi polis orqanlarına dəvət edərək izahatını aldılar. Lakin hələ də qardaşım Yusif Orucovu qətl etməkdə təqsirkar şəxslər azadlıqda gəzir.
İbrahim Orucov bildirir ki, cinayətdə iştirak edən qatillər biz məsələni həll etmişik bizi heç kim tuta bilməz söyləyirlər.

Qeyd edək ki, Sədərək döyüşlərinin iştirakçısı, Şərur rayon Dərə kənd sakini Yusif Barı oğlu Orucovun 1995-ci ildə həyata keçirilən müəmmalı qətli ilə bağlı təfərüatlar bəlli olub. Belə ki, Yusif Orucovun qətlində iştirak etmiş şəxslərdən biri Elşad Əliyev səs.tv-nin və sapse tv-nin efirində qətlin bütün detallarını açıqlayıb. Belə ki, Elşad Məcid oğlu Əliyev 1995-ci ildə qaradaşı Əliyev Elxan Məcid oğlu və onun Elnur adlı kirvəsi ilə Nərimanov metrostansiyası yanında Yusif Orucovu avtomobilə mindirərək Hövsan qəsəbəsində tullantıların atılması üçün nəzərdə tutulan yerə bıçaqlayaraq öldürməsini etiraf edib. O, bunu vicdan əzəbı çəkməsi ilə əsaslandırıb. Elşad Əliyev bildirib ki, cəzamız nədirsə çəkək, bu məsələni gənclərin öhdəsinə buraxmayaq. Verlişdə Elşad Əliyev onu da bildirb ki, qardaşı Davud Əliyev Yusifi öldürdükdən sonra atası Barı Orucova Yusifin adından saxta məktub göndərərək onun Türkiyədə PKK-ya qoşulmsı haqqında məlumat verib. İbrahim Orucovun sözlərinə görə atası bu dərddən dünyasını dəyişib.
İbrahim Orucov redaksiyamıza müraciət edərək qardaşı I Qarabağ müharibəsinin iştirakçısı Yusif Orucovun qətl hadisəsinin nəzarətə götürülməsini ölkə başçısı cənab Prezident İlham Əliyevdən xahiş edir. Yalnız bundan sonra bu işin obyektiv araşdırılacağına inanır. Odur ki bizim vasitəmizlə Prezident İlahm Əliyevə müraciət edərək qətl hadisəsinin iştirakçısının etirafını nəzərə alaraq bu işi nəzarətə götürməsini xahiş edir.
3-11-2026, 12:10
Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinin açılışı olub-

Xankəndidə Zəfər Gününə

həsr olunmuş mini futbol

turnirinin açılışı olub-
FOTO

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş mini futbol turnirinin açılış mərasimi keçirilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi, Gənclər və İdman Nazirliyinin Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə Xankəndi və Qarabağda fəaliyyət göstərən dövlət orqanları və təşkilatlarının komandaları iştirak edir. Açılış mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev 8 Noyabr – Zəfər Gününün xalqımızın tarixində müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb. O, azad Qarabağda, xüsusilə Xankəndidə idman tədbirlərinin keçirilməsinin böyük qürur doğurduğunu bildirib. Qeyd edib ki, bölgədə həyata keçirilən tikinti-quruculuq və bərpa işləri ilə yanaşı, idmanın inkişafı, sağlam həyat tərzinin təşviqi və idman yarışlarının təşkili istiqamətində də mühüm addımlar atılır.Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəis müavini Hikmət Ələkbərli isə çıxışında idmanın gənclərin fiziki inkişafında, sağlam həyat tərzinin formalaşmasında və kollektiv ruhun möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib. O, belə turnirlərin dövlət qurumları və təşkilatları arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinə xidmət etdiyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb. Qarabağ Regional Su Meliorasiya Sistemlərinin İdarəsinin rəisi Müşviq Adıgözəlov da çıxış edərək Xankəndidə idman yarışlarının təşkilinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, turnirin iştirakçılar arasında dostluq münasibətlərinin və sağlam rəqabətin inkişafına töhfə verəcəyini vurğulayıb. Turnirin keçirilməsində məqsəd dövlət qurumları və təşkilatları arasında əməkdaşlığın möhkəmləndirilməsi, idmanın təşviqi, sağlam həyat tərzinin və komanda ruhunun inkişaf etdirilməsidir. Mini futbol turniri çərçivəsində komandalar arasında qarşılaşmalar keçirilib. Xankəndi BTİX Qarabağ SMSİİ qarşılaşması 2-2 hesabı ilə bitib. Qeyd edək ki, Zəfər gününə həsr olunmuş mini futbol turniri noyabrın 16-dək davam edəcək.









30-10-2026, 22:49
Qazaxda gənclərin karyera planlama müzakirəsi


Qazaxda gənclərin karyera

planlama müzakirəsi


Qazaxda “CareerLAB” şəbəkəsi çərçivəsində “Region gənclərinin inkişafı və karyera planlaması” mövzusunda panel müzakirəsi təşkil olunub. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin koordinatoru Abuhəyat Əfəndinin moderatorluğu ilə keçirilən müzakirədə Qazax-Tovuz Regional Məşğulluq filialının mütəxəssisi və karyera məsləhətçisi Bəkir Bəkirli, “VA Academy MMC”nin təsisçisi və direktoru Vüsalə Əhmədova, Bakı Dövlət Universitetinin Qazax filialının müəllimi Ayşən Qasımova və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin əməkdaşı Asya Alhüseynova spiker qismində iştirak ediblər. Panel çərçivəsində rəqabətli əmək bazarında uğurlu karyera qurmağın əsas şərtləri, nəzəri biliklərin praktiki bacarıqlarla tamamlanmasının əhəmiyyəti, peşə və ixtisas seçimində özünüdərkin rolu, eləcə də regionlarda mövcud karyera imkanlarından səmərəli istifadə və yeni imkanların yaradılması istiqamətləri müzakirə olunub. Spikerlər öz peşəkar təcrübələrini iştirakçılarla bölüşərək gənclərin əmək bazarına hazırlığı, bacarıqlarının inkişaf etdirilməsi və karyera hədəflərinin düzgün müəyyənləşdirilməsi ilə bağlı tövsiyələrini təqdim ediblər. İnteraktiv müzakirə formatında davam edən tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin təşkilatçılığı, Bakı Dövlət Universitetinin Qazax filialının tərəfdaşlığı ilə keçirilən tədbirin məqsədi region gənclərinin karyera imkanları barədə məlumatlılığını artırmq, əmək bazarının müasir tələblərini diqqətə çatdırmaq və onların peşəkar inkişafına dəstək göstərmək olub. Qeyd edək ki, “CareerLAB” şəbəkəsi gənclərin ixtisas seçimində və karyera planlamasında düzgün istiqamətlənməsinə, əmək bazarının tələbləri barədə məlumatlılığının artırılmasına, eləcə də peşəkar əlaqələrinin genişləndirilməsinə xidmət edir.






29-10-2026, 10:58
Şərqlə Qərbin mədəniyyət körpüsü


Şərqlə Qərbin

mədəniyyət körpüsü


Prezident İlham Əliyev oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edərək Azərbaycanın multikulturalizm ənənələri, milli həmrəyliyi, ərazi bütövlüyünün bərpası, Ermənistanla sülh prosesi və beynəlxalq münasibətlərdə ikili standartlar barədə fikirlərini bölüşüb.
Dövlət başçısı bildirib ki, ötən 15 il ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal gündəlikdə duran aktual məsələlərin müzakirəsi, mədəniyyətlər və dinlər arasında münasibətlərin möhkəmləndirilməsi baxımından səmərəli beynəlxalq platformaya çevrilib. Qeydiyyatdan keçmiş 2000-dən artıq iştirakçının və 100-dən çox ölkədən gələn 500-dən artıq qonağın iştirakı forumun beynəlxalq əhəmiyyətini göstərir.
Prezident vurğulayıb ki, Azərbaycan tarixən Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayıb. Multikulturalizm, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu qoruyub saxladığı dəyərlərdir. Onun sözlərinə görə, ölkənin sabit inkişafının əsas amillərindən biri cəmiyyətdə mövcud olan həmrəylik, qarşılıqlı hörmət və anlaşmadır. Azərbaycanda bütün etnik və dini qrupların nümayəndələri Konstitusiya ilə təsbit edilmiş bərabər hüquqlara malikdir və vahid cəmiyyətin tərkib hissəsi kimi yaşayırlar.
İlham Əliyev qeyd edib ki, azərbaycançılıq ideyası ölkədə yaşayan müxtəlif xalqları birləşdirən əsas dəyərlərdəndir. Bu birlik Azərbaycanın müstəqillik tarixinin ən çətin dövrlərində, Ermənistanın hərbi təcavüzü və işğalı zamanı, eləcə də İkinci Qarabağ müharibəsində özünü aydın şəkildə göstərib. Dövlət başçısının sözlərinə görə, müxtəlif etnik və dini qrupların nümayəndələri ölkənin ərazi bütövlüyünün bərpası uğrunda vahid amal ətrafında birləşiblər.
Prezident Azərbaycanın müxtəlif siyasi sistemlərdə yaşamasına baxmayaraq, milli dəyərlərini, dilini, ənənələrini və həyat tərzini qoruyub saxladığını bildirib. O vurğulayıb ki, 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra ölkə öz taleyini müstəqil şəkildə müəyyənləşdirmək imkanı əldə edib. Müstəqillik illərində əldə olunan nailiyyətlərlə yanaşı, milli-mənəvi dəyərlərin qorunması və daha da möhkəmləndirilməsi də mühüm əhəmiyyət daşıyıb.
Çıxışında təhlükəsizlik məsələlərinə toxunan dövlət başçısı ideoloji risklərin də fiziki təhlükələr qədər ciddi olduğunu diqqətə çatdırıb. O bildirib ki, müasir dünyada baş verən proseslər ölkələrdən daim ayıq-sayıq olmağı, dövlətçiliyi, müstəqilliyi və milli özünəməxsusluğu qorumağı tələb edir.
Prezident Ermənistan-Azərbaycan münaqişəsinin həlli tarixindən danışarkən uzun illər davam edən danışıqların nəticəsiz qaldığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququna əsaslanaraq ərazi bütövlüyünü bərpa edib. İlham Əliyev bildirib ki, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi bütün ərazisi üzərində təmin olunub.
Dövlət başçısı Azərbaycanın münaqişədən sonra Ermənistana sülh təklif etməsini xüsusi vurğulayıb. O bildirib ki, Azərbaycan qisas siyasəti yürütmək niyyətində olmayıb və müharibədən sonra sülhün təmin olunmasını prioritet hesab edib.
İlham Əliyev beynəlxalq təşkilatların qərarlarının icra mexanizmlərinin gücləndirilməsinin vacibliyini də diqqətə çatdırıb. O xatırladıb ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı dörd qətnamə qəbul etsə də, həmin sənədlər uzun illər icra edilməyib. Prezident hesab edir ki, beynəlxalq təşkilatların qərarlarının kağız üzərində qalmaması üçün effektiv mexanizmlər yaradılmalıdır.
Dövlət başçısı beynəlxalq münasibətlərdə ikili standartların aradan qaldırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın üzləşdiyi işğal, etnik təmizləmə və tarixi-mədəni abidələrin dağıdılması faktlarına münasibətdə beynəlxalq ictimaiyyətin mövqeyi ilə digər münaqişələrə yanaşmalar arasında fərqlər ikili standartlar məsələsini gündəmə gətirib. Prezident bildirib ki, Azərbaycan bundan sonra da dövlətlərin suverenliyinə hörmət, qarşılıqlı münasibətlərdə bərabərlik və daxili işlərə qarışmamaq prinsiplərini müdafiə edəcək.
Çıxışda Azərbaycanın müstəqillik illərində əldə etdiyi iqtisadi və diplomatik nailiyyətlərə də toxunulub. İlham Əliyev qeyd edib ki, ölkə dağıntılardan və iqtisadi çətinliklərdən inkişaf və tərəqqiyə doğru uzun yol keçib. Prezidentin sözlərinə görə, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi, enerji və nəqliyyat sahələrində artan rolu, eləcə də müstəqil xarici siyasəti ölkənin beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirib.
Dövlət başçısı Azərbaycanın Çin və ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərini, Avropa İttifaqına üzv ölkələrlə əməkdaşlığını, eləcə də beynəlxalq təşkilatlardakı rolunu ölkənin xarici siyasətinin mühüm istiqamətləri kimi qiymətləndirib. Bildirib ki, Azərbaycan gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcək və təşkilata sədrlik edəcək. 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə Görüşünün Bakıda keçirilməsi nəzərdə tutulur. Prezidentin fikrincə, bu tədbirlər Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi rolunu nümayiş etdirir.
İlham Əliyev Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyinin daha iki il uzadılmasını, həmçinin ölkənin Mərkəzi Asiya Məşvərət Formatına tamhüquqlu üzv kimi dəvət edilməsini də beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətli hadisələr kimi qeyd edib.
Prezident çıxışında Azərbaycanın enerji təhlükəsizliyi və beynəlxalq nəqliyyat bağlantılarındakı rolunu da önə çəkib. Qeyd edib ki, ölkənin əlverişli coğrafi mövqeyi, müasir infrastrukturu, həyata keçirilən investisiyalar və qonşu dövlətlərlə qurulan münasibətlər Azərbaycanı regional bağlantılar baxımından mühüm tərəfdaşa çevirir.
Forumdakı çıxışının sonunda İlham Əliyev Ermənistanla sülh prosesinə bir daha toxunaraq, sülh sazişi layihəsinin 2025-ci ilin avqustunda Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflandığını xatırladıb. O bildirib ki, həmin tədbir zamanı Azərbaycan və Ermənistan arasında sülhün təşviqinə yönəlmiş üçtərəfli Bəyannamə də imzalanıb.
Prezidentin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, ardınca sülh təşəbbüsü ilə çıxış etməsi Cənubi Qafqazda yeni münasibətlər mərhələsinin formalaşması üçün zəmin yaradıb. Dövlət başçısı beynəlxalq ictimaiyyətin qarşılıqlı hörmət, suverenliyə ehtiram və əməkdaşlıq prinsiplərinə əsaslanmasının münaqişələrin azalmasına, xalqlar arasında dialoqun genişlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

İkram Manafov
Xırdalan şəhər 11 illik musiqi məktəbinin direktoru, əməkdar müəllim
29-10-2026, 10:45
Doğma yurda qayıdışın sevinci


Doğma yurda

qayıdışın sevinci


İllərlə doğma torpağın həsrəti ilə yaşayan Vəliyəddin Rüstəmovun ən böyük arzusu bir gün ailəsi ilə birlikdə Xocalıya, Xanabad kəndinə qayıtmaq idi. Bu gün həmin arzu gerçəkləşib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, uzun illər keçmiş məcburi köçkün kimi Oğuz rayonunda müvəqqəti məskunlaşmış Xocalı rayonunun Xanabad kənd sakini Vəliyəddin Rüstəmov Böyük Qayıdış proqramı çərçivəsində ailəsi və nəvələri ilə birlikdə doğma yurda qayıdaraq, həyatının yeni mərhələsinə qədəm qoyub.

İşğaldan əvvəl Şuşada polis əməkdaşı kimi çalışan Vəliyəddin kişi hazırda təqaüddədir. Uzun illərdən sonra doğma torpağa qayıtmaq, uşaqlıq və gənclik xatirələri ilə bağlı olan yurdda yenidən yaşamaq onun üçün böyük sevinc və qürur hissidir. Bu gün Vəliyəddin Rüstəmovun xoşbəxtliyi, ailəsi və nəvələri ilə birgə doğma torpaqda yaşamaq, hər yeni günə öz yurdunda başlamaqdır. Onun üçün Xanabada dönüş sadəcə evə qayıtmaq deyil, həsrətin sona çatması, doğma torpaqda xoşbəxt həyatın yeni başlanğıcı deməkdir.


27-10-2026, 09:12
Abşeronda abadlıq-quruculuq   işləri davam etdirilir


Abşeronda abadlıq-quruculuq

işləri davam etdirilir


Abşeron rayonunda yol infrastrukturunun yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və yaşayış məntəqələrinin estetik görünüşünün yüksəldilməsi istiqamətində genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir.
Bakı–Quba avtomobil yolunun 12-39-cu km-liyində, Abşeron rayonu ərazisinə düşən hissədə son iki həftə ərzində aparılan abadlıq işlərinə gündəlik olaraq 300 nəfərədək işçi qüvvəsi və 70-ə yaxın texnika cəlb olunub.
Abadlıq işləri yolun Xırdalan şəhəri, Masazır, Ceyranbatan, Saray və Şəfəq yaşayış məntəqələrindən keçən hissələrini əhatə edir. Bu çərçivədə yolun hər iki tərəfində yerləşən tikililərin ümumi memarlıq üslubuna uyğunlaşdırılması, fərdi yaşayış evlərinin fasadlarının və hasarların bərpası, eləcə də ətraf ərazilərin abadlaşdırılması istiqamətində tədbirlər həyata keçirilib.

Belə ki, fərdi yaşayış evlərinin fasadları, həmçinin ümumilikdə 2.150 m² hasar bərpa edilərək suvanıb və rənglənib. Yolboyu hasarlarda xüsusi dekorativ naxışlar yaradılıb, ümumi görünüşə xələl gətirən sənədsiz yarımtikililər və 950 m² hasar sökülərək ərazi təmizlənib və abadlaşdırılıb.
Uçmuş, yarımçıq qalmış və avtomobil qəzaları nəticəsində zədələnmiş hasarların bərpası məqsədilə ümumilikdə 850 m² sahədə hörgü işləri aparılıb. Bundan əlavə, yolboyu 10.950 m² hasara suvaq vurularaq rənglənib, 4.000 m² sahədə isə hasarlara dekorativ taxta elementlər quraşdırılıb.
Ərazidə piyadaların hərəkətinin rahatlığının təmin edilməsi məqsədilə səkilər təmir olunub, ümumilikdə 27.000 m² sahəyə asfalt örtüyü çəkilib.
Rayonun yaşıllıq potensialının artırılması və yolətrafı ərazilərin estetik görünüşünün yaxşılaşdırılması istiqamətində də genişmiqyaslı işlər görülüb. Yolun hər iki tərəfində müxtəlif növ palmalar, bonsaylar, Eldar şamı, kiparis, leyland şamı, xan çinarı və zeytun ağacları olmaqla, ümumilikdə 23.000 ağac əkilib. Eyni zamanda, 40 növdə 117.200 dekorativ ağac və kol, eləcə də 23.300 gül əkilərək ərazilərin yaşıllaşdırılması təmin olunub. Bundan əlavə, 19.800 m² sahədə qazon salınıb.

Yaşıllıqların qorunması və inkişafının təmin edilməsi məqsədilə bitkilərə aqrotexniki qaydalara uyğun qulluq göstərilir, əlavə texnikalardan istifadə edilməklə onların gündəlik suvarılması həyata keçirilir.
Yolun estetik görünüşünün və landşaft ahənginin təmin edilməsi məqsədilə dekorativ landşaft-relyef kompozisiyaları və yaşıl landşaft terrasları yaradılıb. Ağacların dayanıqlığının artırılması üçün 14.000 metr uzunluğunda kabel-troslu anker dayaq sistemi quraşdırılıb, yaşıllıqların küləyin təsirindən qorunması məqsədilə 9.450 ədəd taxta dirək basdırılıb.
Bununla yanaşı, yolkənarı ərazilərin abadlaşdırılması çərçivəsində 35.400 p\m uzunluğunda bordür düzülüb. Ərazilərdə genişmiqyaslı təmizlik işləri aparılıb, məişət tullantıları və tikinti qalıqları təmizlənib. Yolboyu ot və alaq bitkiləri xüsusi texnikaların və işçi qüvvəsinin köməyi ilə biçilərək ərazidən daşınıb.

Abşeron rayonunda həyata keçirilən abadlıq-quruculuq tədbirləri yol infrastrukturunun yaxşılaşdırılmasına, yaşıllıq sahələrinin genişləndirilməsinə və yaşayış məntəqələrinin daha səliqəli, estetik görkəm almasına xidmət edir. Bu istiqamətdə işlərin bundan sonra da mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.
Seymur Qasımbəyli
27-10-2026, 08:49
Siyasət daha   mürəkkəb oyundur


Siyasət daha

mürəkkəb oyundur


Siyasət də şahmat oyunu kimidir: ağıl və səbir qələbəni təmin edən əsas şərtlərdir, emosiyalara qapılan tez uduzar! Şahmatda fiqur o vaxt qurban verilər ki, ya yeni yollar açılsın, ya da daha əlverişli mövqeyə keçilsin. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hicab məsələsinə görə Azərbaycan hakimiyyətini sərt tənqid edən baş müşaviri Oktay Saralı istefaya göndərməsi də zəiflik və geriçəkilmə deyil, rəsmi Ankaranı gərginləşən Türkiyə-Azərbaycan münasibətlərində yeni yollara götürən və daha üstün bir mövqeyə keçirə biləcək ikinci əhəmiyyətli siyasi gedişdir.
Prezident Ərdoğanın birinci addımı münasibətlərin gərginləşdiyi və hər iki tərəfdən qarşılıqlı ittihamların dərinləşdiyi vaxt prezident Əliyevə ilk zəng vurması və onu oktyabrın 29-30-da Ankarada keçiriləcək TDT zirvəsinə şəxsən dəvət etməsi idi. Deməli, ikinci addım – müşavirin istefaya göndərilməsi - birincinin davamıdır: Ərdoğan hər şey edir və edəcək ki, qəfil ortaya çıxmış “hicab əməliyyatı” və ardınca da “heç kəs burnunu bizim işlərimizə soxmasın” kimi olduqca sərt, itələyici ritorikayla başlamış Türkiyəylə məsafəli davranmaq siyasəti davam etməsin, münasibətlər pozularaq geridönməz xarakter almasın!
Çünki Ərdoğan təkcə Azərbaycan - Türkiyə münasibətlərində yox, həm də Rusiya - Azərbaycan, ABŞ - Azərbaycan, İsrail - Azərbaycan, İran - Azərbaycan, Ermənistan - Azərbaycan münasibətlərində hal-hazırda nəyin baş verdiyini, nələrin planlaşdırıldığını və Azərbaycanın da üzərində hansı ağır yükün, məsuliyyətin olduğunu elə çətin geopolitik seçim qarşısında qalmış Azərbaycan prezidenti İlham Əliyev qədər bilən çox informasiyalı və təcrübəli dövlət başçısıdır. Üstəlik, o dövlət başçısıdır ki, Azərbaycanın taleyinin ən həlledici anında bütün komandasıyla birgə yanımızda olub, 44 günlük Vətən Savaşında qələbə qazanmağımızda müstəsna dərəcədə rol oynayıb - hər hansı məbləğ, pul-para bu zəhmətin, xidmətin və qələbənin qarşılığı ola bilməz! 200 illik bir problemdən qurtuluşumuzun, azadlığımızın və son 50 ildə bir xristian ölkə üzərində qalib gələn ilk müsəlman dövlət olmağımızın qürurunu, sevincini və üstünlüyünü heç bir maddi sərvət əvəzləyə bilməz və bu, heç dilə də gətirilməməlidir!
Deməli, məsələ heç də, Azərbaycan mediasının iddia etdiyi kimi, pulda-parada deyil, gələcəyin birgə dizaynında ortaya çıxmış fundamental baxış fərqlərində, kəskin düşüncə ziddiyyətlərində, strateji yanaşmadadır!
Hazırda Türkiyə tərəfində ciddi narahatlıq var ki, Azərbaycan hakimiyyəti son 1 ay ərzində yaşananları bəhanə edərək, ondan daha da uzaqlaşma xətti seçə, TDT-nin 29 - 30 oktyabrdakı Ankara zirvəsi pozula və ya sönük keçə, Rusiya - Çin - İsrailə münasibətdə ortaq qərar ala bilməyən bu qurumun daxilinə çat düşə, beləcə, Türkiyənin TDT üzərindən planlaşdırılan xüsusən hərbi-siyasi layihələri puça çıxa bilər. Çünki yeni dünya düzəninin, daha dəqiqi, dünyanın yeni təsir zonalarına bölüşdürülməsinin təməllərinin atılması üçün noyabrın 18 - 19-da Çində keçirilməsi planlaşdırılan Tramp - Si - Putin görüşünə qədər Aralıq dənizi - Cənubi Qafqaz - Mərkəzi Asiya xətti boyunca qurulan TDT-nin də hansı gücün yanında yer aldığını nümayiş etdirmək çox vacibdir.
Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə bu ilin 7 avqustunda “Məkkə”, 21 oktyabrında isə Qətər, Pakistan və İndoneziya ilə “Bədr” müdafiə sazişlərini imzalamaqla, faktiki olaraq, sünni müsəlman dünyasının lideri olduğunu ortaya qoyub, ciddi-cəhdlə şiə İranın da bu ittifaqlara cəlb edilməsinə çalışır və bununla da yeni nizamda bütün İslam coğrafiyasının əsas özək dövləti ola biləcəyini göstərir. Belə bir ərəfədə, əsas etibarilə müsəlman türklərdən ibarət TDT-ni (həm də MDB təmsilçilərini) öz yanına almağı bacarması onu ABŞ, Çin və Rusiya ilə gözlənilən sövdələşmədə daha da güclü edə bilər.
İndi baxaq, görək, Ankarada TDT zirvəsi necə keçəcək: bu qurum, həqiqətən, dildə, fikirdə, işdə birliyin olmasına çalışacaq, yoxsa “SSRİ şineli”ndə qalmağa üstünlük verəcək?!

Elxan Şükürlü

23-10-2026, 22:48
Abşeronda müşavirə

Abşeronda müşavirə

Abşeron rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib


Abşeron rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, regional idarələrin müdirləri, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzüblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Müşavirəni geniş məruzə nitqi ilə açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqinin əhəmiyyətindən danışıb. A.Fərzəliyev qeyd edib ki, Azərbaycanın bugünkü inkişafının, suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasının kökündə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt və uzaqgörən ideyaları durur. Bu siyasi xəttin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla icra olunduğunu önə çəkən RİH başçısı bildirib ki, Müzəffər Ali Baş Komandanın siyasi iradəsi, hərtərəfli düşünülmüş qərarları və “Dəmir yumruğu” ətrafında birləşən qəhrəman oğullarımızın, qüdrətli ordumuzun şücaəti sayəsində düşmən döyüş meydanında diz çökdürüldü və xalqımızın vətən həsrətinə son qoyuldu. O vurğulayıb ki, ölkəmizdə təmin olunmuş sabitlik, milli birlik və həmrəylik qarşıya qoyulan strateji hədəflərin reallaşdırılması üçün möhkəm zəmin yaradır. Cənab Prezident İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələrin vaxtında yerinə yetirilməsi, dövlət siyasətinin yerlərdə ardıcıl həyata keçirilməsi, vətəndaş məmnunluğunun təmin olunması və rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə dövlət qurumlarının, Yeni Azərbaycan Partiyasının yerli təşkilatının və ictimaiyyət nümayəndələrinin birgə fəaliyyəti olduqca vacibdir.

Daha sonra müşavirədə Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev və Bakı Mühəndislik Universitetinin müəllimi, əməkdar müəllim Teyyubə Hüseynova çıxış edərək bildiriblər ki, vətənimizi qorumaq, onun gələcək inkişafı üçün çalışmaq, yad və zərərverici ideyalara, təxribatlara qarşı mübarizə aparmaq hər birimizin məsuliyyətidir. Qeyd edilib ki, Prezident cənab İlham Əliyevin Qurultaydakı nitqindən irəli gələn vəzifələr, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, milli həmrəyliyin qorunması və qarşıya qoyulan hədəflərin həyata keçirilməsi istiqamətində hər kəs çalışmalı və hər kəs dövlətinin yanında durmalıdır. Çıxışçılar qazanılan qələbəyə, əldə olunan uğurlara, o cümlədən ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!