Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
9-06-2026, 13:08
Paşinyanın qələbəsini həzm etməyənlər var

Paşinyanın qələbəsini

həzm etməyənlər var


Ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vaaqn Ovakimyan bildirib ki, Ermənistanda parlament seçkilərinin nəticələrindən narazı qalan siyasi qüvvələr iyunun 19-na qədər Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
MSK sədri bildirib ki, iyunun 19-u şikayət üçün son gündür və növbəti proseslər məhz məhkəmənin qərarından asılı olacaq. O, seçkilərin yekun nəticələrinin iyunun 14-də elan ediləcəyini, o vaxta qədər isə daxil olan şikayətlərə baxılacağını və səslərin yenidən sayılacağını dəqiqləşdirib.
Xatırladaq ki, ilkin nəticələrə görə, baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası 49,83% səslə seçkilərin qalibi olub. İkinci yerdə 23,28% səslə "Güclü Ermənistan" Partiyası, üçüncü yerdə isə 9,93% səslə Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku qərarlaşıb.

9-06-2026, 13:01
Görkəmli rejissorun yubileyi keçirilib


Görkəmli rejissorun

yubileyi keçirilib


İyunun 7-də Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə “Nizami” Kino Mərkəzində rejissor Maarif Məhərrəmbəylinin 65 illik yubileyi qeyd olunub.

Yubiley tədbirində rejissorun həmkarları, dostları iştirak ediblər, təbrik və ürək sözlərini yubilyara çatdırıblar. Qeyd olunub ki, Maarif Məhərrəmbəyli 26 may 1961-ci ildə Bakıda dünyaya göz açıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 1978-ci ildən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərməyə başlayıb, əvvəlcə fəhlə, sonra rejissor assistenti olaraq çalışıb. “Azərbaycanfilm”in istehsalı olan bir çox filmlərdə – “Qəribə adam”, “Solmaz bir bahar kimi”, “Qocalar, qocalar”, “Qoca palıdın nağılı” filmlərində rejissor assistenti kimi çalışan Maarif Məhərrəmbəyli 2004-cü ildən rejissor və senari müəllifi kimi yaradıcılığını davam etdirib. “Dağlı məhəlləsi”, “Üzü gündoğana tikilən evlər”, “Bakı toyları” və s. bir çox bədii və sənəd filmlərin ərsəyə gəlməsində xidmət göstərib.

Tədbirdən sonra Maarif Məhərrəmbəylinin qısametrajl filmləri tədbir iştirakçılarına təqdim olunub.
9-06-2026, 12:57
Dünən səhər Təbrizdə hərbi obyekt vurulub.

Dünən səhər Təbrizdə

hərbi obyekt vurulub.


Yerli medianın yaydığı məlumata görə, İsrail Müdafiə Qüvvələri səhər saatlarında Təbriz şəhərində hərbi obyektə hava zərbələri endirib.
Şərqi Azərbaycan valiliyinin rəsmisi Məcid Fərşi hərbi obyektə hücum olduğu barədə xəbəri təsdiqləyib.
Məcid Fərşi hərbi hədəfin vurulması nəticəsində insan tələfatı olmadığını bildirib.
9-06-2026, 12:55
Təbriz etirazlarının dosyesi yenidən gündəmə gəlib.


Təbriz etirazlarının dosyesi

yenidən gündəmə gəlib.


Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinin 26-cı şöbəsi azərbaycanlı fəal Yusif Sələhşurun 2021-ci ilin avqust ayında Təbrizdə keçirilən etiraz aksiyaları ilə bağlı açılmış iş üzrə məhkumluq hökmünü dəyişdirmədən təsdiqləyib və qərarı qəti edib.
Bu hökmə əsasən, Yusif Sələhşur “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamı ilə bir il təzir həbs cəzasına məhkum edilib. Məhkəmə əlavə cəza olaraq onun iki il müddətinə ölkədən çıxışına və iki il müddətinə virtual məkanda fəaliyyət göstərməsinə qadağa qoyub.
Apellyasiya Məhkəməsinin qərarında qeyd olunub: “Təhlükəsizlik qurumlarının hesabatları, iş materialları və aparılmış araşdırmalar nəzərə alınaraq, bu azərbaycanlı fəalın virtual məkandakı fəaliyyəti rejimə qarşı təbliğat nümunəsi kimi qiymətləndirilmiş və ibtidai instansiya məhkəməsinin hökmünün ləğvi üçün təsirli əsas müəyyən edilməmişdir.”
Yusif Sələhşurun işi 2021-ci il avqustun 2-də Təbrizdə baş verən etiraz aksiyalarına aiddir. O, həmin ilin avqustun 3-ü axşam saatlarında, azərbaycanlı fəallara qarşı genişmiqyaslı həbslərlə eyni vaxtda, şəxsi evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Təhlükəsizlik əməkdaşları həbs zamanı ona məxsus bəzi şəxsi əşyaları da müsadirə ediblər.
Sələhşur həmin il Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında və bu şəhərin Mərkəzi Həbsxanasında təxminən 20 gün saxlanıldıqdan sonra girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.

Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!