“70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                        Canlı ifalar, rəngarəng anlar: .....                        Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                       
Tarix : Bu gün, 11:31
“70-in işığında”

“70-in işığında”

Vaqif Osmanlının “70-in işığında”
kitabının təqdimatı keçirilib


3 Oktyabr 2026- çı ildə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, "Ədəbi Ovqat" dərgisinin baş redaktoru, şair və publisist Vaqif Osmanlının Röyal Otelin konfrans zalında "70-in işığında" adlı kitabının təqdimat mərasimi keçirilib.
Kitabın redaktoru Rəfail Tagızadədi.
Kitab müəllifin sayca - 7- çi kitabıdı.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Təqdimat mərasimini aparan Rəfail Tağızadə qonaqları salamlayaraq Vaqif Osmanlının zəngin yaradıcılıq yolundan, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən, publisistik və ictimai fəaliyyətindən ətraflı bəhs edib. Bildirib ki, müəllif ömrünün yetmiş illik həyat və yaradıcılıq yolunu özündə əks etdirən bu kitab həm xatirələr, həm düşüncələr, həm də mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyd olunub ki, "70-in işığında" kitabı müəllifin keçdiyi ömür yoluna, həyat təcrübəsinə, yaradıcılıq axtarışlarına və milli-mənəvi dəyərlərə bağlılığını əks etdirən dəyərli nəşrdir. Kitab oxucunu müəllifin düşüncə dünyasına səyahət etdirir, müxtəlif dövrlərdə qələmə alınmış yazılar, xatirələr və həyat müşahidələri ilə zəngindir.

Tədbirdə çıxış edən ədəbiyyatçı alimlər Lütviyyə Əsgərzadə və Məti Osmanoğlu, yazıçı, Əməkdar jurnalist Zemfira Məhərrəmli, yazıçı və şairlər Azad Qaradərəli, Ağacəfər Həsənli, Təranə Məmməd, Süleyman Abdulla, Mikayıl Bozal, Xeyrulla Ağayev, Bəhruz Məmmədov, Nicat Həşimzadə, Nemət Mətin, Miri Rəsulzadə, Azər Qismət, Zaur Ustac, Pərvanə Bayramqızı, Lalə İsmayıl, Əmək Qəhrəmanı Tərlan Musayeva, tanınmış aktyor Arif Həkimoğlu, yubilyarın gənclik dostu Xıdır Sadıqov və Azadə Quliyeva Vaqif Osmanlının zəngin yaradıcılıq yolundan, Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən, yüksək insani keyfiyyətlərindən və vətənpərvər mövqeyindən bəhs ediblər. Natiqlər qeyd ediblər ki, Vaqif Osmanlı özünəməxsus dəst-xətti, milli düşüncəsi və mənəvi dəyərlərə bağlılığı ilə müasir Azərbaycan ədəbiyyatında seçilən söz adamlarından biridir. Bildirilib ki, "70-in işığında" kitabı müəllifin ömür yolunu, həyat fəlsəfəsini və yaradıcılıq axtarışlarını əks etdirən sanballı nəşr olmaqla yanaşı, oxucular üçün də dəyərli mənəvi qaynaqdır. Çıxış edənlər yubilyarı 70 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və uzun ömür arzulayıblar.
Sonda Vaqif Osmanlı tədbirin təşkilatçılarına, çıxış edənlərə və oxucularına minnətdarlığını ifadə edib. Müəllif kitabın ərsəyə gəlməsi prosesindən danışaraq, bu nəşrin onun ömür yolunun, həyat fəlsəfəsinin və yaradıcılıq düşüncələrinin bir ifadəsi olduğunu bildirib.

Təqdimat mərasimi xatirə şəkillərinin çəkilməsi, müəllif tərəfindən kitabların imzalanması və oxucularla səmimi söhbətlə başa çatıb.

Güllü Eldar Tomarlı,
Mirvarid Dilbazi Poeziya Məclis İB- nin sədri, Kəlağayı Ev Muzeyinin direktoru


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!