İrandakı etirazlarda 5 yaşlı uşaq güllələnib .....                        İrəvandakı iranlılar Pəhləvinin qayıtmasını istəyirlər .....                        Bakıda SSRİ bayrağı müzakirələrə səbəb oldu - VİDEO .....                        ABŞ ordusu hücuma başladı .....                        İranda Qasım Süleymaninin portretini yandırdılar .....                        ABŞ İranı bombalayacaq .....                        “Fənərbaxça”ya məğlub olan “Qalatasaray”dan gözlənilməz qərar .....                        ABŞ İran xalqına kömək etməyə hazırdır - TRAMPDAN SƏRT MESAJ .....                        İran səfirliyində dövlət bayrağı dəyişdirildi .....                       
Tarix : 5-12-2013, 18:24





       «Bu, ömürdür mən dediyim, nağıl yox»
«Bu, ömürdür mən dediyim, nağıl yox»

Vasif Süleyman 1965-ci ildə Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olub. 1996-cı ildə Bakı Dövlət Univesitetinin filologiya fakültəsini bitirib. «Azərbaycan dəmiryolçusu» qəzetinin redaktoru, «Ədəbiyyat qəzeti»nin redaksiya heyətinin üzvüdür. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, «Qızıl qələm», «Şahmar Əkbərzadə» mükafatlarının laureatı, Prezident təqaüdçüsüdür. «Sevgi atılandan sonra başlayır» adlı kitabı 1993-cü, «Eşq ol, dərgahına səcdəyə gəlim» adlı kitabı isə 2003-cü ildə çap olunub. Şeirləri Türkiyənin mətbu orqanlarında çap olunub, sözlərinə musiqi bəstələnib.
Bu gün isə Vasif Süleymanın yeni kitabının təqdimatı olub

«Azərbaycan dəmiryolçusu» qəzetinin redaktoru, Prezident təqaüdçüsü, şair Vasif Süleymanın «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətində «Bu, ömürdür mən dediyim, nağıl yox» adlı yeni kitabının təqdimat mərasimi keçirilib.

SalamNews xəbər verir ki, «Azərbaycan dəmiryolçusu» qəzetinin əməkdaşı Ziya Zakiroğlu, Mətbuat Katibliyinin əməkdaşı Kəmalə Əzməmmədova bildiriblər ki, kitab şair Məmməd İsmayılın «Növbədənkənar yazı və ya hər kitab sevinəni tapır» adlı ön sözü ilə açılır. Kitabda şairin müxtəlif illərdə yazdığı şeirlər, «Uçurum» poeması və publisistik yazıları toplanıb.

V.Süleyman hər kəsə minnətdarlığını bildirib və oxuculara avtoqrafla kitab bağışlayıb.


Paylaş



Bölmə: Mədəniyyət / Şəkilçarx / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!