Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Tarix : 2-08-2013, 14:18
Andımız


BÜTÖV AZƏRBAYCAN ANDI

Məndən haralısan, deyə soruşmayın! Çünki anam məni bir dəfəyə doğmayıb. Parça-parça, bölük-bölük, zərrə-zərrə doğulmuşam. Hər sümüyüm bir ormanda, hər tikəm bir ostandadır. Gözümün biri Təbriz, biri Bakı, bir əlim Borçalı, biri Dərbənddir. Ayağımın biri İrəvanda, biri Qarabağda yer tutub. Dizlərim Ərdəbildə, Qəzvində, Zəncanda, Marağada təpər alıb. Igid olum deyə atam məni at belində böyütmək istədi, böyümədim. Çünki bütövləşə bilməmişdim. Nənəm məni Zəngəzurda qundaqladı, qundağında dil açmadım. Dilləndirmək istədikcə dilimi dişlədim, yaralarım qan verdi.
Balama qurban ilanlar,
Balam nə vaxt dil anlar,

- deyə, təlaşlandı. Mən dil anlamadım. Çünki bu taylılar rusca, o taylılar farsca anladırdılar. Babamı bayrağımızı sevdiyi üçün güllələdilər. Anam məni ağlamağa qoymadı. Saçlarıma sığal çəkib, kürəyimə əl qoydu. Yola çıxarıb, get dedi – özünü tap, bütövləş! Əgər bütövləşə bilsən, onda sən mənim oğlum Tamxil, mən də sənin anan – Bütöv Azərbaycan olacağam. Odur ki, 55 ildir yol gedirəm, əlli beş milyonluq “zərrə”lərimə qovuşmaq, bütövləşmək üçün.


Paylaş



Bölmə: fotomanset2
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!