Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                        Azərbaycanda sükut günüdür .....                        Təyyarə qəzasında həlak olanlardan biri bu universitetin tələbəsidir .....                        Təyyarə qəzası ilə bağlı birgə məlumat .....                       
Tarix : 27-09-2013, 12:09
“Qış bulvarı” Hüseyn Cavid bağına qədər uzadılacaq


“Bakı ilə bağlı gələcək planlardan biri də şəhərdə geniş yaşıllığın salınmasıdır”. Bunu APA-ya Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.

Onun sözlərinə görə, bu tədbirlər Böyük Bakının Regional İnkişaf Planında da əsas istiqamətlərdən biri kimi götürülüb. Bakının yaşıllaşdırılmasının hələ sovet dövründə planlaşdırıldığını xatırladan C.Qocayev deyib ki, həmin vaxt Dəniz Vağzalından Hüseyn Cavid bağına qədər yaşıllıqdan ibarət xiyabanın, yaşıl parkların salınması düşünülürdü: “Lakin müstəqillik dövründə ancaq indiki Heydər Əliyev Sarayının qarşısında park salındı. Təzəlikcə də “Qış bulvarı” kimi tanınan park açıldı. Çünki qış vaxtı dəniz kənarında gəzmək olduqca soyuqdur. Lakin gələcəkdə bu parkın da uzadılması nəzərdə tutulub. Bu park Hüseyn Cavid bağına qədər gedib çıxa bilər. Bağın ora qədər salınması isə həmin ərazidə elmi mərkəzlərin olması ilə əlaqədardır. Məsələn, Milli Elmlər Akademiyası, bir sıra ali məktəblər, bir sözlə, elmlə məşğul olan insanların bu cür bağlarda, xiyabanda gəzməsinə böyük ehtiyacı var”.

C.Qocayev əlavə edib ki, “Qış bulvarı”nın uzadılması üçün söküntülər qaçılmaz olacaq. Onun sözlərinə görə, bulvarın uzadılması üçün söküntülər gedən ərazilərdə mütləq yaşıllıq salınmalı, həm də söküntü kütləvi deyil, seçmə olmalıdır: “Elə tikililər var ki, hazırda orada yaşayış münasib deyil, həm də insanların sağlamlığı üçün ziyanlıdır. Məsələn, “Kubinka”, Sirkin ətrafı kimi yerlərin sökülməsi hesabına bu cür yaşıllıqları salmaq mümkün ola bilər. Çünki belə xiyabanlara çox ehtiyac var”.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!