Avropa İttifaqı 25 milyard avro itiribAvropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirib ki, ABŞ və İsrailin İranla bağlı münaqişəsi fonunda Avropa İttifaqı 25 milyard avro itki ilə üzləşib. Bu barədə o, Kiprdə keçirilən qeyri-rəsmi Aİ sammitindən sonra mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, münaqişənin başlanmasından ötən 54 gün ərzində Aİ-nin enerji xərcləri kəskin artıb.
“Bu müddətdə karbon resurslarının alınmasına görə hesabımız 25 milyard avro artıb, halbuki biz artıq resurs almamışıq”, – deyə o bildirib.
O, əlavə edib ki, üzv ölkələr tərəfindən strateji enerji ehtiyatlarından istifadə ciddi şəkildə məhdudlaşdırılmalıdır, xüsusilə də aviasiya yanacağı üzrə.
Avropa Komissiyasının sədri vurğulayıb ki, Aİ alternativ enerji mənbələrinin tətbiqini sürətləndirməlidir.