Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
1-07-2024, 14:40
Cəlili bu axşam Pezeşkianla debata çıxır - Namizədlər bir-birini vurur


Cəlili bu axşam Pezeşkianla debata çıxır - Namizədlər bir-birini vurur

İyulun 5-də İranda növbədənkənar prezident seçkilərinin 2-ci turu keçiriləcək.
İkinci tura keçən Səid Celili (İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi) və Məsud Pezeşkian (parlamentin deputatı, keçmiş səhiyyə naziri) bu gün canlı yayımda debata çıxacaqlar.
İran qəzetlərinin bugünkü sayında iki namizədlə bağlı fərqli yazılar dərc olunub.
“Armane Emruz” qəzeti bu axşam iki namizəd arasında keçiriləcək debatla bağlı “İki fərqli düşüncə qarşı-qarşıya” adlı manşet yazısı dərc edib.
Jurnalist İrfan Büyüknejadın yazdığı məqalədə bu ifadələr yer alıb:
“Səid Cəlili və Məsud Pezeşkian ölkənin iki mühüm siyasi fiqurudur. Hər iki şəxs müxtəlif siyasi qanadlardan olduqları üçün daxili və xarici siyasətə baxışları fərqlidir. Bu axşam iki namizəd arasında incə duel baş tutacaq.
Onların hərəsi İran cəmiyyətinin bir hissəsinin fikrini təmsil edir – Cəlili mühafizəkarları, Pezeşkian islahatçıları. Ona görə də bu namizədlərin ölkənin gələcəyi ilə bağlı fərqli baxışları var. Məsələn, mühafizəkar namizəd Səid Cəlili FATF-ın (Maliyyə Fəaliyyəti İşçi Qrupu) əleyhinədir. Lakin Pezeşkian vurğulayır ki, FATF-ı qəbul etməmək təzyiqlərin və beynəlxalq sanksiyaların artmasına səbəb ola bilər”.
“Keyhan” qəzeti “Pezeşkianın seçki kampaniyasının yeganə proqramı ictimaiyyəti rəqibindən qorxutmaqdır” başlıqlı məqalə ilə çıxış edib.
“Rəqibi qorxutmaq taktikası bütün dünyada ən çox yayılmış seçki taktikalarından biridir. Məsud Pezeşkianın ölkəni idarə etmək üçün öz planı olmasa da, seçki kampaniyasını vaxtilə Həsən Ruhaninin kabinetində olmuş şəxslər həyata keçirir. Bu adamlar prezident seçkilərinin ikinci dönəmində öz rəqibini vurmağa çalışırlar.
Məsələn, Qərbədn İrana tətbiq olunmuş sanksiyaların səbəbi kimi Səid Cəlili, hətta mərhum İbrahim Rəisi göstərilir”, - məqalədə deyilir.
“Şərq” qəzeti “İqtisadiyyat doktoru” başlığından istifadə edərək Məsud Pezeşkianı dəstəkləyən keçmiş iqtisadiyyat naziri Əli Tayyibniya haqqında məqalə dərc edib və onu tərifləyib.
Jurnalist Davud Haşmeti məqaləsində yazıb: "Son 10 ilin ən yaxşı iqtisadi dövrü Həsən Ruhaninin ilk prezidentliyi zamanı iqtisadiyyat naziri Əli Tayyibniyanın rəhbər olması ilə bağlı idi”.
30-06-2024, 18:21
İzmirdə qaz partlayışı: 5 nəfər ölüb, 63 nəfər yaralanıb


İzmirdə qaz partlayışı: 5 nəfər ölüb, 63 nəfər yaralanıb

Türkiyənin İzmir şəhərininin Torbalı rayonunda restoranda baş verən partlayış nəticəsində 5 nəfər ölüb.
Hadisə zamanı daha 63 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım, xilasedicilər və polis əməkdaşları cəlb olunub. Polis partlayışın baş verdiyi restoranın qarşısında təhlükəsizlik tədbirləri görüb.
Partlayış nəticəsində ətrafdakı 11 binaya da ziyan dəyib.
30-06-2024, 18:00
"Fırtına" hələ də səngimir - Dağıstan rəhbəri


"Fırtına" hələ də səngimir - Dağıstan rəhbəri

Mahaçqala və Dərbənddə baş verən terror aktlarından sonra region və onun sakinləri təqiblərlə üzləşib.
Bu barədə Dağıstanın rəhbəri Sergey Melikov bildirib.
Onun sözlərinə görə, respublika ətrafında fırtına hələ də səngimir: "Respublikanı təhqir edən bəyanatlar artıq bir həftədir ki, dayanmır. Bizi radikalizmdə ittiham edirlər, cinayətkarları bütün dindarlarla qarışdırırlar, niqablarda terror əlamətləri görürlər və ictimaiyyətin gözü qarşısında ehtiyatsızlıq edirlər, hətta deyərdim ki, təhlükəli şərhlər verirlər”, - deyə respublika rəhbəri öz "Telegram" kanalında yazıb.
Melikovun fikrincə, hər şey elə görünür ki, sanki bəzi yüksək rütbəli spikerlər vəziyyəti gərginləşdirmək istəyir.
Dağıstan rəhbəri həmçinin terror aktlarının ötən il İsraildən təyyarənin gəlməsi zamanı baş verən iğtişaşlarla əlaqələndirilməsini qəribə cəhdlər adlandırıb. O, əmin edib ki, həmin hadisələrə görə məsuliyyət daşıyanların hamısı layiq olduqları cəzanı alacaqlar və iğtişaş iştirakçılarına qarşı cinayət işləri onlara daha obyektiv baxılması üçün Krasnodar diyarına köçürülüb.
“Dövlət Dumasının bəzi deputatlarının həmin cinayət işlərinin Dağıstana qaytarılması ilə bağlı qəribə, razılaşdırılmamış bəyanatları tamamilə yersizdir. Mən bunun əleyhinəyəm, necə ki, kiminsə xüsusi strukturların işinə qarışmasının əleyhinəyəm”, - deyə Melikov qeyd edib.
30-06-2024, 17:00
Qəzzada ölən fələstinlilərin sayı açıqlandı


Qəzzada ölən fələstinlilərin sayı açıqlandı

Qəzza zolağında hərbi əməliyyatlara başlayandan bəri həlak olan fələstinlilərin sayı 37 877 nəfərə çatıb.
Bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zərərçəkənlərin sayı 86 969 nəfərdir.
Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.
30-06-2024, 16:46
İsraildən Livandakı Hizbullah hədəflərinə yeni hücumlar


İsraildən Livandakı Hizbullah hədəflərinə yeni hücumlar

İsrail ordusu Livanın cənub bölgələrinə yeni hücumlara başlayıb.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onların hədəfi Hizbullah şiə təşkilatının hərbi infrastrukturu və onun silahlı birləşmələrinin üzvləri olub.
Belə ki, ordunun verdiyi açıqlamaya görə, Livanın cənubundakı Hula bölgəsində bir radikal hərbi obyektə girərkən görüntülənib. İsrail əsgərlərinin dediyinə görə, orada başqa radikallar da var idi. Tezliklə bu struktur İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları tərəfindən hücuma məruz qalıb.
Eyni zamanda silahlı radikalın da göründüyü Kfar Killa kəndi yaxınlığındakı Hizbullah hərbi obyektinə növbəti zərbə endirilib.
Bundan əlavə, gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Əl-Teybe və Rab-Taliatin yaşayış məntəqələri yaxınlığında Hizbullahın hərbi infrastrukturuna hücum edib.
30-06-2024, 15:49
Fransada seçki məntəqəsinin sədrinə hücum


Fransada seçki məntəqəsinin sədrinə hücum

Fransanın cənubunda parlament seçkilərinin birinci turunda səsvermə başlamazdan əvvəl seçki məntəqəsinin sədrinə hücum edilib.
Bu barədə Nitsa şəhərinin meri Kristian Estrosi "X" sosial şəbəkəsində yazıb.
“Bomet məktəbindəki seçki məntəqəsinin sədrinə Respublikaçılar Partiyasının lideri Erik Skiotti tərəfindən təyin edilmiş müşahidəçinin hücumunu şiddətli şəkildə qınayıram”, - mer qeyd edib.
“Nitsa-Matin” qəzetinə görə, müşahidəçi seçki komissiyasının tərkibinə etiraz edib. Erik Skiotti müşahidəçinin zorakılığını pisləyib və onun davranışını “açıq-aşkar yersiz” adlandırıb.
Müşahidəçi polis tərəfindən saxlanılıb.
İyunun 30-da Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) seçkilərin birinci turu keçirilir.
30-06-2024, 15:10
Türkiyə və Suriya dialoqa başlayacaq


Türkiyə və Suriya dialoqa başlayacaq

Bağdad Suriya və Türkiyə arasında ikitərəfli münasibətlərin normallaşdırılması məqsədilə danışıqların keçiriləcəyi məkana çevriləcək.
Bu barədə Dəməşqdəki hökumət mənbəsi bildirib.
Onun sözlərinə görə, qarşıdakı Suriya-Türkiyə görüşü “uzun danışıqlar prosesinin başlanğıcı olacaq və bu, siyasi anlaşmaya və sərhədyanı ərazilərdə vəziyyətlə bağlı razılaşmalara gətirib çıxaracağı gözlənilir”.
Nəşrə görə, Türkiyə tərəfi Moskva və Bağdaddan “ikitərəfli dialoqun aparılacağı masada mediadan uzaqda iştirak etməyi” xahiş edib. Tərəflər “iki qonşu arasında münasibətləri normal vəziyyətə gətirmək” üçün təfərrüatları müzakirə etməli olacaqlar.
Qəzet iddia edir ki, Ankara ilə Dəməşq yaxınlaşması ərəb ölkələri, xüsusilə də BƏƏ və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənir.
29-06-2024, 16:43
Mirzoyan və Kuleba Azərbaycandan danışdı


Mirzoyan və Kuleba Azərbaycandan danışdı

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba erməni həmkarı Ararat Mirzoyanla görüşüb.
Bu barədə məlumatı Ermənistan tərəfi yayıb.
Onlar Xorvatiyanın Dubrovnik şəhərində keçirilən forum çərçivəsində Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Nazirlər ikitərəfli siyasi dialoq məsələlərini müzakirə ediblər. Bu kontekstdə Kiyevdə keçirilən müxtəlif formatlarda siyasi məsləhətləşmələr və s. qeyd olunub. Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyət məsələlərinə dair fikir mübadiləsi aparılıb. Regional mövzulara toxunulub.
Mirzoyan Azərbaycanla münasibətlərin normallaşması prosesində baş verən son hadisələrə toxunub, regional təhlükəsizliyin təmin edilməsi üçün sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıb.
29-06-2024, 14:29
Putin Ermənistana görə Narışkini danladı: "Düşmənlərimizlə otururlar..."


Putin Ermənistana görə Narışkini danladı: "Düşmənlərimizlə otururlar..."

Rusiya Prezidenti Vladimir Putin Ermənistan ətrafında yaranmış vəziyyətə görə Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkini təxminən 10 dəqiqə danlayıb.
Bu barədə Kremlə yaxın teleqram kanalları məlumat yayıb
Buna səbəb Qərb ölkələrinin Ermənistanla yaxınlaşması olub.
Kanal qeyd edir ki, İrəvan iyulda baş tutacaq NATO sammitinə öz nümayəndə heyətini Vaşinqtona göndərəcəyini təsdiqləyib.
Putin bildirib ki, Xarici Kəşfiyyat Xidməti Qafqazda qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gəlmir. Putinin fikrincə, bu, Narışkinin şəxsi günahıdır.
Müzakirə zamanı Xarici Kəşfiyyat Xidmətinin rəisi NATO sammitinin əhəmiyyətsiz bir hadisə olduğunu izah etməyə çalışıb.
“Amma indi Ermənistan bizim düşmənlərimizlə masa arxasında oturub, bu, faktiki olaraq bizim şş düşmənimizdir”, - Putin belə cavab verib.
29-06-2024, 12:32
İran seçkiləri: Heç bir namizəd qalib gəlmədi - İkinci tur olacaq


İran seçkiləri: Heç bir namizəd qalib gəlmədi - İkinci tur olacaq

İranda keçirilən prezident seçkilərinin birinci turunda heç bir namizəd mütləq səs çoxluğu əldə edə bilməyib.
Məlumatı artıq İran Daxili İşlər Nazirliyi yanında Seçki Qərargahı təsdiqləyib.
Namizədlərdən heç biri 50 faizdən artıq səs toplaya bilmədiyi üçün seçkilərin ikinci turu keçiriləcək.
İkinci turda ən çox səs toplayan iki namizəd - islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili yarışacaq.
Ümumilikdə 24,535,185 bülleten hesablanıb. Məsud Pezeşkian 10,415,991 səslə liderlik edir. İkinci yerdə 9,473,298 səslə Səid Cəlilidir.
Seçkilərin ikinci turu iyulun 5-i baş tutacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!