2028-ci ildə keçiriləcək prezident seçkilərində də namizədəm - Sinan Oğan .....                        Konstitusiya dəyişikliyi təklifimizi yenidən parlamentə təqdim edəcəyik - Ərdoğan .....                        Ər-Riyadda İran səfirliyinin açılış mərasimi baş tutdu .....                        Ermənistan öhdəliklərinə əməl etməklə bağlı çağırışlarımıza məhəl qoymur .....                        Ərdoğanın sədrliyi ilə keçirilən iclas 4 saat davam etdi .....                        3 istiqamətdə fikir ayrılığımız var - Ceyhun Bayramov .....                        Erməni silahlı dəstələri fortifikasiya qurğularını quraşdırmağa cəhd etdi .....                        Erməni silahlı qüvvələri mövqelərimizi atəşə tutdu .....                        XİN başçısı ATƏT-in növbədənkənar iclasında çıxış etdi .....                       
2-06-2023, 13:06
Qazaxıstan prezidenti Şarl Mişellə görüşdü


Qazaxıstan prezidenti Şarl Mişellə görüşdü

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşüb. Bu barədə Qazaxıstan PA - "Aqorda" məlumat yayıb. Görüş “Mərkəzi Asiya – Avropa İttifaqı” sammiti çərçivəsində Qırğızıstanın Çolpan-Ata şəhərində baş tutub. Mişeli salamlayan Kasım-Jomart Tokayev Qazaxıstan və Avropa İttifaqı arasında strateji tərəfdaşlığın prioritet xarakterini qeyd edib: "Qazaxıstan ilə Aİ arasında Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi dərin əməkdaşlığın yeni mərhələsinin başlanğıcını qoydu. Bu gün Aİ aparıcı ticarət tərəfdaşıdır və Qazaxıstan iqtisadiyyatının ən böyük investorudur". Öz növbəsində, Mişel Avropa İttifaqı ilə Qazaxıstan arasında əməkdaşlığın artan dinamikasını yüksək qiymətləndirərək, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün birgə işin zəruriliyini qeyd edib. Həmçinin qlobal və regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2-06-2023, 12:20
Ukraynanı əks-hücuma keçməzdən əvvəl sülhə dəvət etməliyik - Orban


Ukraynanı əks-hücuma keçməzdən əvvəl sülhə dəvət etməliyik - Orban

Ukrayna ordusunun əks-hücumunun qarşısını almaq lazımdır. Bunu Macarıstanın Baş naziri Viktor Orban söyləyib. O, əks-hücum əməliyyatını “qanlı qırğın” adlandırıb. Orban hücum zamanı Ukrayna ordusunun Rusiyadan daha çox itki verəcəyini deyib. “Ukraynalılar əks-hücuma başlamazdan əvvəl atəşkəsə nail olmaq və sülh danışıqlarına başlamaq üçün əlimizdən gələni etməliyik” , - deyə Baş nazir vurğulayıb.
2-06-2023, 12:09
Türkiyənin müdafiə sənayesinin ixracı 2 milyard dolları keçdi


Türkiyənin müdafiə sənayesinin ixracı 2 milyard dolları keçdi

Türkiyənin müdafiə sənayesi şirkətləri ötən ay 554.4 milyon dollarlıq məhsul ixrac edib. Bu barədə Türikyə İxracatçılar Məclisi məlumat yayıb. Bildirilir ki, 2023-cü ilin ilk beş ayında müdafiə sənayenin ümumi ixracı 2 milyard dolları keçib. Qeyd edək ki, Türkiyə 2022-ci ildə rekord məbləğdə - 4 milyard dollardan çox silah satıb. Hökumət bu il ixracat həcmini 6 milyard dollara çatdırmağı hədəfləyir.
1-06-2023, 20:14
CHP idarə heyətinin bütün üzvləri iclasdan sonra istefa verdi


CHP idarə heyətinin bütün üzvləri iclasdan sonra istefa verdi

Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyasının (CHP) idarə heyətinin iclası keçirilib. İclas 4.5 saat davam edib. Məlumata görə, iclasda prezident seçkilərinin nəticələri dəyərləndirilib, eyni zamanda CHP-nin yol xəritəsi müzakirə edilib. İclasdan sonra idarə heyətinin üzvlərinin hamısı istefa verib.
1-06-2023, 16:32
Şarl Mişel Zelenski ilə görüşdü


Şarl Mişel Zelenski ilə görüşdü

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi” 2-ci zirvə toplantısı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Bu barədə Mişel twitter hesabında yazıb. O görüşü Avropa üçün güçlü həmrəylik kimi qiymətləndirib: “Təhlükəsizlik və beynəlxalq hüquqa hörmət üçün birgə səylərimizi davam etdirəcəyik”.
1-06-2023, 16:19
Rusiya Ukraynanı tam ələ keçirməyəndə səvhə yol verdi - Lukaşenko


Rusiya Ukraynanı tam ələ keçirməyəndə səvhə yol verdi - Lukaşenko

"Rusiya 2014-cü ildə Ukrayna Silahlı Qüvvələrinin döyüşə hazır olmadığı bir vaxtda Ukraynanı tam ələ keçirməyəndə səhvə yol verdi". Bu fikirləri Belarus Prezidenti Aleksandr Lukaşenko səsləndirib. Onun fikrincə, Rusiya Federasiyası Ukraynanı tamamilə ələ keçirməli idi. "2014-2015-ci illərdə Ukraynanın nə ordusu, nə də hazırlığı var idi. Bəlkə də yeganə səhvimiz o idi ki, belə məqamda məsələni həll etməmişik. Hamı bunu hansısa sülh yolu ilə həll etmək istəyirdi. Ukrayna bu müddət ərzində döyüşə hazır silahlı qüvvələr yaratdı", – Lukaşenko qeyd edib. Belarus Prezidenti vurğulayıb ki, Ukrayna məsələsini illər öncə Krımla birlikdə həll etmək lazım idi.
1-06-2023, 16:13
Messi Fransanın PSJ klubundan ayrılır


Messi Fransanın PSJ klubundan ayrılır

Argentinalı ulduz futbolçu Lionel Messi Fransanın PSJ klubundan ayrılır. Məlumatı klubun baş məşqçisi Kristof Qaltye təsdiqləyib. O, Messinin mövsümün sonunda komandanı tərk edəcəyini bildirib. "Futbol tarixinin ən böyük oyunçusu ilə məşq keçmək imtiyazına sahib oldum. Leonun "Klermont"la oyunu onun bu klubda son oyunu olacaq", - Baş məşqçi deyib. Messinin hansı kluba keçəcəyi məlum deyil. Mətbuatda yayılan məlumata görə, Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol klubu ona iki illik müqavilə təklif edib. Bundan əlavə, argentinalı futbolçuya "Barselona"dan da təklif gəlməsi barədə məlumatlar yayılıb.
1-06-2023, 16:01
Fransada baş vermiş silahlı hücum insan ölümü ilə nəticələndi


Fransada baş vermiş silahlı hücum insan ölümü ilə nəticələndi

Fransanın Nantua şəhərində yerləşən kafedə təxminən 30 yaşlı kişi insanlara atəş açıb. Bu barədə "Franceinfo" nəşri yazıb. Bildirilir ki, atışma nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb. Nəşrin məlumatına görə, atəş açan şəxs hadisə yerindən qaçaraq yaxınlıqdakı küçədə yerləşən evlərdən birində barrikada qurub. Hadisə səhər saatlarında baş verib. Atışma zamanı 19 yaşlı şəxs həlak olub, digər 31 yaşlı kişi mədəsindən yaralanıb və xəstəxanaya yerləşdirilib. Daha iki zərərçəkənə yerindəcə tibbi yardım göstərilib.
1-06-2023, 15:28
Kılıçdaroğlu istefasıyla bağlı ünvanlanan sualı cavabladı


Kılıçdaroğlu istefasıyla bağlı ünvanlanan sualı cavabladı

Türkiyədə sonuncu prezident seçkilərində qalib gələ bilməyən "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlunun istefası məsələsi sosial şəbəkələrdə müzakirə olunur. CHP lideri bu gün istefa məsələsinə aydınlıq gətirib. Jurnalistin "istefa verəcəksinizmi?" sualına partiya sədrinin cavabı belə olub: "CHP çox köklü bir partiyadır. CHP-də hər fikir rahatlıqla dilə gətirilə bilər, müzakirə oluna bilər və bu prosesin sonunda partiyanın səlahiyyətli orqanları qərar verər. İndi biz bu prosesi yaşayırıq. İdarə Heyətində, Partiya Məclisində araşdırma və dəyərləndirmələr aparılır. Prosedurlar başa çatandan sonra yekun nəticə hasil olacaq". Xatırladaq ki, Kılıçdaroğlu seçkilərdə 47.82 faiz səs toplayıb.
1-06-2023, 14:33
Zelenski NATO-ya üzvlükdən danışdı: “Bu il qərar veriləcək ildir”


Zelenski NATO-ya üzvlükdən danışdı: “Bu il qərar veriləcək ildir”

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlük prosesindən danışıb. Bu barədə "Reuters" agentliyi yazıb. O bildirib ki, Kiyev alyans liderlərinin iyulda Vilnüsdəki görüşü zamanı NATO-dakı gələcəyi ilə bağlı “aydın” qərar almaq istəyir. Moldovada 40-dan çox avropalı liderin iştirakı ilə keçirilən sammitdə o, Ukraynanın keçən il Rusiyanın genişmiqyaslı işğalına başlamasından sonra Kiyevin qoşulmaq üçün müraciət etdiyi Avropa İttifaqından irəliləyiş istədiyini də bildirib. "Bu il qərar veriləcək ildir. Yayda NATO-nun Vilnüs sammitində Ukraynaya üzvlük üçün açıq-aydın dəvət və təhlükəsizlik təminatları lazımdır", - Zelenski deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!