Vardanyan yenidən hakim qarşısında .....                        “Sputnik Azərbaycan”ın əməkdaşları barədə qərar verildi .....                        İşğal nəticəsində Azərbaycana dəyən zərərin məbləği açıqlandı .....                        “Sputnik Azərbaycan” işinə görə saxlanılanların məhkəməsi keçirilir .....                        Azərbaycanda şəkər tozunun qiyməti bahalaşdı .....                        Ermənistan Azərbaycana 150 milyard dollarlıq zərər vurub - Samir Şərifov .....                        İlqar Mustafayevin qanunsuz əməlləri ifşa edildi - 11 milyon manat... .....                        Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşdü - FOTO .....                        Rəsmi Bakıdan Putinin xüsusi nümayəndəsinə cavab .....                       
Dünən, 17:43
Azərbaycanda şəkər tozunun qiyməti bahalaşdı


Azərbaycanda şəkər tozunun qiyməti bahalaşdı

Azərbaycanda şəkər tozunun qiymətində son günlərdə qiymət artımı müşahidə olunur.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli bildirib ki, bahalaşma bir neçə əsas amillə əlaqələndirilir. Onun sözlərinə görə, qiymət artımının ilk səbəbi mövsümi tələbatın artmasıdır:
“Qış fəslinə hazırlıq görmək üçün insanlar kompot, mürəbbə bişirmək məqsədilə şəkəri kisə ilə alır. Bu isə nəticə etibarilə, şəkər tozuna olan tələbatı əhəmiyyətli dərəcədə artırıb”.
O həmçinin vurğulayıb ki , bahalaşmaya təsir edən digər mühüm amil isə şəkərin daxili istehsalında müşahidə olunan ciddi azalmadır:
“Son illərdə ölkədə şəkər çuğundurunun becərilməsi tam şəkildə təşkil edilə bilmədiyindən, yerli istehsal xeyli aşağı düşüb. Azərşəkər zavodu mövcud olsa da, xammal baxımından tam təmin oluna bilmir.
Bu da daxili bazarda şəkər qıtlığına səbəb olur”.
Ekspert əlavə olaraq bildirib ki, bu kimi çatışmazlıqlar əvvəllər də mövcud idi. Lakin hazırda vəziyyətə mövsümi amillər də əlavə olunduğundan şəkər tozunun qiyməti daha sürətlə bahalaşır.
Qeyd edək ki, Azərbaycanda hər il təxminən 50-55 min ton şəkər idxal olunur və bu göstərici üzrə artma meyli özünü hələ də göstərməkdə davam edir.
Dünən, 17:38
Ermənistan Azərbaycana 150 milyard dollarlıq zərər vurub - Samir Şərifov


Ermənistan Azərbaycana 150 milyard dollarlıq zərər vurub - Samir Şərifov

İspaniyanın Sevilya şəhərində keçirilən BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Beynəlxalq Konfransının ikinci günündə – iyulun 1-də İnkişafın maliyyələşdirilməsinə dair “Sevilya öhdəliyi” sənədi qəbul edilib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Baş nazirin müavini Samir Şərifov iyulun 1-də konfransın plenar iclasında çıxış edib. S.Şərifov davamlı inkişafın maliyyələşdirilməsinə həsr olunmuş tədbirin vacibliyini vurğulayaraq, Azərbaycan Hökumətinin 3-cü konfransdan ötən dövrdə “2030-Davamlı İnkişaf Gündəliyi”nin icrası üzrə Azərbaycanın həyata keçirdiyi tədbirlər haqqında məlumat verib.
Bildirilib ki, Azərbaycan dünyada Davamlı İnkişaf Məqsədlərinin (DİM) icrası üzrə 4-cü Könüllü Milli Hesabatını təqdim edən ilk 5 ölkə sırasındadır, regionda isə birincidir. Ölkəmiz Milli Maliyyələşdirmə Çərçivəsi və “DİM İnvestor Xəritəsi” kimi təşəbbüslərin tətbiqi nəticəsində icmal büdcə xərclərinin 80 faizindən çoxunun DİM-ə uyğunlaşdırımasına nail olub.
S.Şərifov vurğulayıb ki, konfrans beynəlxalq ictimaiyyət üçün həlledici və inkişaf məqsədləri üçün maliyyə resuslarında qıtlığın yaşandığı bir zamanda keçirilir. Geosiyasi gərginliklər və hərbi münaqişələr inkişaf üçün maliyyələşmənin resurs bazasını daraldır, münaqişənin nəticələrini aradan qaldırmağa yönəlmiş bərpa və yenidənqurma işləri isə dövlət büdcələri üçün əlavə təzyiq yaradır.
Baş nazirin müavini qeyd edib ki, Ermənistanın təcavüzünə məruz qalmış və ərazilərinin 20 faizi 30 illik işğal altında olmuş Azərbaycan, 2020-ci ilin noyabrında işğala son qoyduqdan və ərazi bütövlüyünü bərqərar etdikdən sonra işğaldan azad etdiyi ərazilərinin bərpasına başlayıb, təcavüz nəticəsində bu ərazilərdən didərgin salınmış soydaşlarımızın doğma şəhər və kəndlərinə qaytarılması üzrə Böyuk Qayıdış Dövlət Proqramını həyata keçirir. Bu günədək proqramın icrasına dövlət büdcəsindən 15 milyard ABŞ dolları məbləğində vəsaiti sərf olunub.
S.Şərifov daha sonra bildirib ki, Azərbaycan Hökumət Komissiyasının qimətləndirməsinə əsasən, hərbi təcavüz və işğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurub. Zərərin 15 faizdən artıq hissəsi ərazilərin minalarla çirklənməsi ilə bağlı olduğundan Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə mina təhlukəsizliyi Azərbaycan tərəfindən 18-ci milli DİM kimi qəbul edilib və bu yanaşma digər ölkələrə də tövsiyə olunub.
Baş nazirin müavini konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, azad olunmuş ərazilərin bərpası ilə əlaqədar Azərbaycan Hökumətinin üzərinə kifayət qədər yüksək maliyyə yükünün düşməsinə baxmayaraq, ölkəmiz beynəlxalq inkişafa yardım sahəsində fəal rol oynamaqda davam edir. Belə ki, Azərbaycan son 5 ildə inkişaf etməkdə olan ölkələrə 350 milyon ABŞ dollarından çox yardım göstərib.
S.Şərifov iqlim maliyyəsinin davamlı inkişafın mühüm elementinə çevrildiyini də vurğulayıb. Qeyd edib ki, Azərbaycan dayanıqlı inkişafın bu elementi üzrə qlobal töhfəsini verməkdədir. Belə ki, Azərbaycanın sədrliyi ilə Bakı şəhərində keçirilmiş COP29-da “2030 Dayanıqlı İnkişaf üzrə Gündəliy”ə nail olmaq məqsədilə Bakı Maliyyə Hədəfinin qəbul edilməsi, bununla inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi ilə bağlı mitiqasiya və adaptasiya ehtiyaclarının qarşılanması üçün inkişafda olan ölkələr tərəfindən ayırılması nəzərdə tutulan maliyyə yardımının 3 dəfəyədək artırılması qlobal əhəmiyyətə malikdir.
Sonda S.Şərifov Azərbaycanın inkişaf naminə çoxtərəfli əməkdaşlıqda bundan sonra da fəal iştirak edəcəyini və DİM-ə nail olmaq üçün öz töhfəsini verəcəyini bildirib.
Konfrans çərçivəsində qarşı tərəfin müraciəti əsasında nümayəndə heyəti BMT-nin Kapital İnkişaf Fondunun (UNCDF) icraçı katibi Pradeep Kurukulasuriya ilə görüş keçirib. Görüşdə ölkəmizin donor dövlətə çevrilməsi, sosial iqtisadi problemlərin həlli, münaqişəsonrası bərpa işləri sahəsindəki təcrübəmiz nəzərə alınaraq, mümkün əməkdaşlıq imkanları müzakirə edilib.
Sevilya konfransı 164 dövlətin və 49 beynəlxalq təşkilatın nümayəndələrini bir araya gətirərək Monterrey (2002-ci il), Doha (2008-ci il) və Əddis-Əbəbədən (2015-ci il) sonra BMT-nin inkişafın maliyyələşdirilməsi üzrə dördüncü böyük tədbiridir. Konfransın əsas məqsədi BMT-nin qəbul etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədinin (DİM) yerinə yetirilməsi üzrə konkret öhdəliklər hazırlamaqdan və yenilənmiş maliyyələşdirmə çərçivəsini formalaşdırmaqdan ibarətdir.
30-06-2025, 17:42
Şuşada İƏT-in forumu keçiriləcək


Şuşada İƏT-in forumu keçiriləcək

Şuşada bu ilin iyulun 2-də İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyi və İƏT Ticarət və Sənaye Palataları Konfederasiyasının təşkilatçılığı ilə 6-cı İƏT biznes forumu keçiriləcək.
Məlumata görə, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə keçiriləcək “İƏT Həftəsi” çərçivəsində baş tutacaq. Forumun keçirilməsində məqsəd İƏT regionunda investisiyalar və ticarətin təşviqi, işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsidir.
Tədbirdə ərzaq, kənd təsərrüfatı, tekstil, İKT, turizm, nəqliyyat və dairəvi iqtisadiyyat sektorlarında işbirliyinin şaxələndirilməsi imkanları, eləcə də digər məsələlər müzakirə olunacaq. Tədbir çərçivəsində “biznes-dövlət” (B2G), “biznes-biznes” (B2B) formatlarında görüşlər təşkil ediləcək.
17-06-2025, 15:33
Ölkəmizdə qızıl istehsalı 64 faiz artıb


Ölkəmizdə qızıl istehsalı 64 faiz artıb

Cari ilin yanvar-may aylarında qızıl istehsalı 63,9 faiz artaraq 1297,8 kiloqram təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, iyunun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 41,6 faiz azalaraq 119,4 kiloqram olub.
Hesabat dövrü ərzində gümüş istehsalı 23,8 faiz artaraq 1686,9 kiloqram təşkil edib.
İyunun 1-i vəziyyətinə gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz azalaraq 583,6 kiloqram qeydə alınıb.
11-06-2025, 13:19
Prezidentdən 12 min nəfəri sevindirəcək SƏRƏNCAM


Prezidentdən 12 min nəfəri sevindirəcək SƏRƏNCAM

Prezident İlham Əliyev “Xaçmaz rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (28 km)–Köhnə Xaçmaz–Xaspoladoba–Gəncəli–Bəbəli–Əzizli–Əhmədoba–Müşviq–Müşkür–Hacıqazma–Hacıəhmədoba–Şərifoba–Qaracəlli–Xəzərli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (28 km)–Köhnə Xaçmaz–Xaspoladoba–Gəncəli–Bəbəli–Əzizli–Əhmədoba–Müşviq–Müşkür–Hacıqazma–Hacıəh- mədoba–Şərifoba–Qaracəlli–Xəzərli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
11-06-2025, 11:39
Xankəndidə iqlim şəraitinə uyğun güllər əkilir


Xankəndidə iqlim şəraitinə uyğun güllər əkilir- FOTO

Xankəndi şəhərində ekoloji tarazlığın qorunması, yaşıllıq zolaqlarının artırılması məqsədilə yaşıllaşdırma aksiyası davam edir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, şəhərin küçə və prospektlərində, park və xiyabanlarda 17500 ədəd mövsümi dekorativ kol və gül-çiçək əkilir. Mərkəzi küçələrdə 80 ədəd çinar və müxtəlif növ ağaçların, şəhərin bəzi ərazilərində isə 4 min kv metr qazon əkilməsi nəzərdə tutulur. Güllərin daha uzunömürlü olması üçün əkindən öncə ərazilər torpaq və müxtəlif gübrələrlə zənginləşdirilib, aqrotexniki qulluq göstərilib, suvarılma təmin edilib. Həyata keçirilən aksiyanın məqsədi şəhər əhalisi və qonaqların xoş istirahətini təmin etməklə yanaşı, Xankəndinin ekoloji mühitinin sağlamlaşdırılmasını sürətləndirmək, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə töhfə verməkdir. Qeyd edək ki, mövsümü gül əkini aksiyası qarşıdakı günlərdə də davam etdiriləcək.




10-06-2025, 17:25
Qaz təchizatı haqqında yeni qanun - Məqsəd nədir?


[b]Qaz təchizatı haqqında yeni qanun - Məqsəd nədir?[/b]

“Qaz təchizatı haqqında“ qanun layihəsi yalnız “Azəriqaz” üçün deyil, bütün qaz sektorunun iştirakçıları üçün yeni perspektivlər açacaq. Hazırda 2,6 milyondan çox abonentin qaz təchizatını təmin edən “Azəriqaz” İstehsalat Birliyi (İB) paylama və pərakəndə satış funksiyalarını yerinə yetirir. Qanun layihəsinin qəbulu qaz sektorunda islahatların sürətləndirilməsi, aydın və şəffaf qaydaların tətbiqi, ədalətli tarif mexanizmlərinin qurulması və istehlakçı ilə etibarlı münasibətlərin formalaşdırılması baxımından mühüm bir mərhələ olacaq.
Bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Azər Məmmədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında çıxışı zamanı söyləyib.
Baş direktor, həmçinin qeyd edib ki, Avropa İttifaqı 1996-cı ildən etibarən enerji sektorunda islahatlar apararaq onu mərhələli şəkildə modernləşdirib. Qonşu ölkələr olan Gürcüstan və Türkiyə də bu təcrübədən faydalanaraq qaz sektoruna investisiya axınını və sənayenin modernizasiyasını sürətləndiriblər. Azərbaycan da uzunmüddətli inkişaf strategiyası çərçivəsində bu sahədə ardıcıl addımlar ataraq beynəlxalq təcrübəni nəzərə almaqla islahatları dərinləşdirməyi hədəfləyir. Qanun layihəsinin qəbulu sistemli risklərin aradan qaldırılmasına, fəaliyyətin daha çevik, şəffaf və dayanıqlı əsaslar üzərində qurulmasına, habelə sektorun orta və uzunmüddətli inkişafı üçün zəruri hüquqi tənzimləmə bazasının formalaşdırılmasına imkan yaradacaq.
10-06-2025, 16:35
Qazın qiymətini artıq Tarif Şurası müəyyən etməyəcək - RƏSMİ


Qazın qiymətini artıq Tarif Şurası müəyyən etməyəcək - RƏSMİ

“Qaz təchizatı haqqında” yeni qanun layihəsi ölkəmizdə qazın qiymət tənzimlənməsi mexanizmində əhəmiyyətli dəyişikliklər və sektorun strukturlaşmasında yeniliklər vəd edir.
Bu sözləri Energetika Nazirliyinin şöbə müdiri Rahid Əsədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında çıxışı zamanı söyləyib.
O bildirib ki, qanunun qəbulu ilə qaz tariflərinin müəyyən edilməsi səlahiyyəti indiki Tarif Şurasından tənzimləyici orqana keçəcək: “Layihədə qaz satıcısının hüquq və vəzifələri dəqiq şəkildə müəyyən edilib. Bundan əlavə, qaz təchizatı zəncirində fəaliyyət göstərən subyektlərin bölünməsi həyata keçiriləcək. Bu, qazın paylanması, satışı, nəqli, topdan satışı və idxalı ilə məşğul olan qurumun daxilində ayrı-ayrı hüquqi şəxslərin yaradılmasını nəzərdə tutur. Bu addımın sektorun daha şəffaf və səmərəli idarə olunmasına töhfə verəcəyi gözlənilir”.
Nazirlik rəsmisinin sözlərinə görə, yeni qanun layihəsi qaz sektorunda rəqabətliliyi artırmaq və istehlakçıların maraqlarını daha yaxşı qorumaq məqsədi daşıyır.
10-06-2025, 13:38
Moskvada azərbaycanlıların çalışdığı bazara hücum edildi


Moskvada azərbaycanlıların çalışdığı bazara hücum edildi

Moskva vilayətində azərbaycanlıların çalışdığı bazara silahlı hücum olub.
İnsident iyunun 1-də Moskva vilayətinin Şolkovo rayonunun Fryanovo qəsəbəsində baş verib.
Həmyerlilərimizin çalışdığı bazara iki nəfər əlində “Vinçester” markalı odlu silahla daxil olaraq bazarda çalışan azərbaycanlılar daxil olmaqla qeyri-rus millətindən olanları hədələyiblər.
Bazara silahlı hücumun və azərbaycanlılar daxil olmaqla bazarda çalışan miqrantların silahla hədələnməsinin görüntüləri ətrafdakı obyektlərin müşahidə kamerasından lentı alınıb.
Bazarda çalışan Fryanovanın yerli sakini Svetlana Məmmədova həmin şəxslərə müqavimət göstərib.
“Bazara iki qardaş, Sergey və Aleksandr Qavrilovlar silahla hücum elədilər. Onlar avtomobildən düşüb silahı bazarda çalışan miqrantların üzərinə tuşladılar. Mən onları sakitləşdirməyə çalışdım. Lakin onlar məni silahın küt hissəsi ilə vurdular. Onlar bizim qəsəbədə qeyri-rus millətindən olan şəxslərin yaşamasını, bazarda çalışmasını istəmirlər”, - Svetlana Məmmədova bildirib.
Rusiyada yaşayan vəkil Ələkbər Qarayev Fryanovada yaşayan azərbaycanlıların ona bu videogörüntüləri göndərdiklərini söyləyib:
"Həmin videolardan görünür ki, həqiqətən də şəxs əlində "Vinçester" silahı ilə girir bazara, hətta silahı onların üstünə yönəldir. Bu silahla atəş açmaq istəyir. Bu, həqiqətən də çox qorxulu haldır. Doğrusu mən bura gələndə elə fikirləşdim ki, 90-cı illərin əvvəlindəyəm. Əlbəttə ki, lazımdır ki, müvafiq orqanlar bununla məşğul olsunlar. Çünki, konstitusiya qarşısında bütün millətlər eyni hüquqdadırlar, heç kimin hüququ pozulmamalıdır".
Svetlana Məmmədova polisə baş vermiş insidentlə bağlı ərizə yazdığını bildirib:
“Lakin polis hələ ki heç bir tədbir görməyib. Kamera insidenti çəkib, videoda hər şey var. Polis heç nə demir, ancaq şikayət ərizəsini qəbul edib. Bu, insident birinci hal deyil. Həmin qardaşlar tez-tez bazara hücum edir”.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin Fryanovo polis bölməsindən məlum insidentlə bağlı araşdırma aparıldığı bildirilib.
6-06-2025, 14:04
Paytaxtda qurbanlıq heyvanları bu qiymətə satırlar


Paytaxtda qurbanlıq heyvanları bu qiymətə satırlar

İyunun 6-7-də Azərbaycanda Qurban bayramı qeyd olunur.
Bayramla əlaqədar paytaxtın müxtəlif yerlərində xırdabuynuzlu qurbanlıq heyvanların satışı təşkil olunub.
Əksər yerlərdə qurbanlıq heyvanların diri çəkisinin 1 kq-ı 11 manata satılır. Qurbanlıq qoç və toğlunun kəsilib doğranmış ətinin 1 kq-nı isə 22 manata satırlar.
Satış yerlərindəki alıcılar qurbanlıq heyvanların bahalaşdığını bildiriblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!