Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
21-06-2024, 19:36
"Bir işçiyə düşən orta aylıq əməkhaqqı 5,2 faiz artıb"


"Bir işçiyə düşən orta aylıq əməkhaqqı 5,2 faiz artıb"

2023-cü ilin iyunun 2-də keçirilən rayon (şəhər) icra hakimiyyətləri yanında məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsi rəhbərlərinin dördüncü müşavirəsindən keçən müddət ərzində respublikada qeyri-neft özəl bölməsində təxminən 7,8 faizlik artım qeydə alınıb.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev rayon (şəhər) icra hakimiyyətləri yanında məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsi rəhbərlərinin beşinci müşavirəsində çıxışı zamanı deyib.
İ.Vəliyev qeyd edilən müddət ərzində qeyri-özəl neft bölməsi üzrə bölgələrdə 10,3 faiz artım qeydə alındığını bildirib. Rəis müavini həmçinin qeyd edib ki, ötən müşavirədən bu günə kimi respublikada bir işçiyə düşən orta aylıq əməkhaqqı 5,2 faiz artıb. O, bölgələrdə bu göstəricinin daha aşağı olduğunu diqqətə çatdırıb.
İ.Vəliyev rayonlarda xidmət və ticarət sektorunda fəaliyyət göstərən vergi ödəyicilərini işçilərin fəaliyyətini leqallaşdırmaqla bağlı mütəmadi maarifləndirməyin vacibliyinə də toxunub.
18-06-2024, 15:06
Azərbaycanın Avropa İttifaqının təbii qaz bazarındakı payı 7 %-ə çatıb


Azərbaycanın Avropa İttifaqının təbii qaz bazarındakı payı 7 %-ə çatıb

Ötən il Azərbaycandan Avropa İttifaqına (Aİ) 11 milyard kubmetr təbii qaz ixrac edilib.
Bu barədə Avropa Komissiyasının 2023-cü ilin son rübü ilə bağlı dərc etdiyi hesabatda bildirilib.
Bununla da, Azərbaycanın Aİ-nin təbbi qaz idxalındakı payı 2021-ci ildəki 3 %-dən (8 milyard kubmetr) 7 %-ə yüksəlib.
Ötən il Aİ-nin təbii qaz idxalı 290 milyard kubmetr, istehlakı isə 330 milyard kubmetr olub ki, bu da, illik müqayisədə müvafiq olaraq 13,4 % və 7,3 % azalıb.
Aİ 2023-cü ildə əsas qaz təchizatçısı olan Rusiyadan idxalı 3,5 dəfə azaldaraq 150 milyard kubmetrdən 43 milyard kubmetrə endirib. Rusiyadan təbii qaz alışının azalmasına Rusiya-Ukrayna müharibəsi səbəbi ilə tətbiq edilən sanksiyalar və mövsümi temperaturun normadan çox olması səbəb olub.
2023-cü ildə Avropa İttifaqının qaz hasilatı əvvəlki illə müqayisədə 19,1 % azalaraq 38 milyard kubmetrə enib və istehlakda payı 11 % təşkil edib. Aİ-da ən böyük təbii qaz istehsalçıları isə Niderland (12 milyard kubmetr) və Rumıniya (9,3 milyard kubmetr) olub. Ötən il Aİ-də anbarların doluluğu əvvəlki illə müqayisədə 18 faiz bəndi artaraq 79 %-ə çatıb. Halbuki, bu göstərici 2021-ci ildə 49 % təşkil edib.
18-06-2024, 13:36
Kəlbəcərə qaz çəkilir - VİDEO


Kəlbəcərə qaz çəkilir - VİDEO

İşğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Kəlbəcərdə də tikinti-quruculuq işləri sürətlə gedir. Vəhşi təbiətə baxmayaraq, infrastrukturun qurulması işində əsl qəhrəmanlıq nümayiş olunur.
"Modern Media Group"un çəkiliş heyəti bu yaxınlarda Kəlbəcərdə olub və görülən işləri, füsunkar təbiəti lentə alıb.
Kəlbəcərdən ən son görüntüləri təqdim edirik:

16-06-2024, 18:22
Türkiyədə qaz hasilatı iki dəfədən çox artıb


Türkiyədə qaz hasilatı iki dəfədən çox artıb

Türkiyədə təbii qaz hasilatının həcmi 2023-cü ilin yekunlarına görə 807,3 milyon kubmetrə çatıb ki, bu da ötən ilin göstəricisindən 113 faiz çoxdur (379,8 milyon kubmetr).
Hasilatın artması Türkiyənin Qara dəniz sektorundakı Sakarya yatağının aktiv işlənməsi ilə əlaqədardır, oradan hasil edilən mavi yanacaq 2023-cü ilin sentyabrından ölkənin qaz paylama sisteminə daxil olur.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bir müddət əvvəl bildirmişdi ki, bu ilin may ayına qədər Qara dənizdə qaz hasilatı sutkada 5 milyon kubmetr səviyyəsinə çatacaq.
Ümumiyyətlə, bu gün Türkiyənin on əyalətində qaz hasilatı aparılır. Birinci yerdə qazın Qara dənizdən ötürüldüyü Zonquldakdır, sonuncu yerdə isə gündə 4 min kubmetrlik hasilat həcmi olan Hatay gəlir.
13-06-2024, 22:17
SOCAR məşhur şirkətlə müqavilə imzaladı


SOCAR məşhur şirkətlə müqavilə imzaladı

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “Baker Hughes” şirkəti arasında Əməkdaşlıq Sazişi imzalanıb.
SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Baker Hughes” şirkətinin prezidenti və baş icraçı direktoru Lorenzo Simonelli tərəfindən imzalanan sənədə əsasən, Azərbaycan ərazisində mərkəzdənqaçma elektrik dalma nasoslarının (MEDN) yığılması, təmiri və texniki servis işlərinin aparılması həyata keçiriləcək.
Saziş çərçivəsində SOCAR-ın “Azneft” İstehsalat Birliyi ilə “Baker Hughes Services İnternational” MMC arasında əldə olunan razılaşmaya əsasən, MEDN-lərin yığılması məqsədilə yeni mərkəz yaradılacaq. Hazırlıq işlərinin bir hissəsi olaraq, ilkin mərhələdə 50 MEDN dəstinin Azərbaycana çatdırılması razılaşdırılıb.
Tətbiq ediləcək innovativ yanaşma prosesləri sadələşdirməklə yanaşı, səmərəliliyi və məhsuldarlığı artıracaq. Yeni texnologiyadan istifadə nəticəsində keçmiş nəsil dalma nasoslarının yaratdığı çətinliklər, o cümlədən təmirlə bağlı hasilat fasilələrinin çoxalması və məhsuldarlığın azalmasının qarşısı alınacaq. İnnovativ yanaşma dalma nasoslarına müstəsna etibarlılıqla işləməyə imkan verərək, onların istismar müddətini dəfələrlə artıracaq.
Strateji əməkdaşlıqlar və tərəfdaşlarla aparılan təcrübə mübadilələri, həmçinin innovativ yanaşmaların, yeni texnologiyanı tətbiqi sayəsində SOCAR fəaliyyətini daha da təkmilləşdirməyi və daha yeni nailiyyətlər əldə etməyi hədəfləyir.
12-06-2024, 17:01
Binə qəsəbəsinə və Hava Limanına dəmir yolu çəkiləcək - RƏSMİ


Binə qəsəbəsinə və Hava Limanına dəmir yolu çəkiləcək - RƏSMİ

Hazırda Vahid Nəqliyyat Strategiyası hazırlanır. Bu strategiyaya əsasən, gələcəkdə Hövsan yolunun da bərpası planlaşdırılır.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.
O bildirib ki, eyni zamanda Binə qəsəbəsinə və Hava Limanına dəmir yolunun çəkilməsi sözügedən strategiyada qeyd olunub. Bu işlər də mərhələli qaydada görüləcək.
8-06-2024, 18:48
Ərdoğan Rövşən Nəcəfə mükafat təqdim etdi


Ərdoğan Rövşən Nəcəfə mükafat təqdim etdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Haliç Konqres Mərkəzində Türkiyə İxracatçılar Məclisinin (TİM) təşkilatçılığı ilə “2023-cü il ixracat çempionları”nın mükafatlandırma mərasimi keçirilib.
Bu barədə SOCAR-dan məlumat verilib.
Qeyd olunub ki, mərasimdə Türkiyədə ötən il ərzində ən çox ixracat həyata keçirən ilk 10 şirkətə mükafatlar təqdim olunub.
Qeyd edək ki, TİM tərəfindən açıqlanan “2023-cü il ixracat çempionları” siyahısına əsasən, qardaş ölkənin ən böyük birbaşa xarici investoru və inteqrasiya olunmuş sənaye qrupu olan “SOCAR Türkiyə”nin “STAR” Neft Emalı Zavodu (NEZ) Türkiyə üzrə ümumi məhsul ixracatı dəyərinə görə 3-cü yerə layiq görülüb.
“STAR” NEZ, həmçinin “Kimyəvi maddələr və məhsullar”ı kateqoriyası üzrə birinci olub. Prezident Rəcəb Tayyib Ərdoğan “STAR” NEZ-in ixracat çempionu mükafatını SOCAR-ın prezidenti Rövşən Nəcəfə təqdim edib. “STAR” NEZ-in “Kimyəvi maddələr və məhsullar”ı kateqoriyası üzrə birincilik mükafatı isə Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat tərəfindən SOCAR prezidentinə təqdim olunub.
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına əsaslanan Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə sürətlə inkişaf edir.
Hər iki ölkənin enerji sektorunun inkişafına töhfə vermək istiqamətində əzmlə fəaliyyət göstərən SOCAR-ın Türkiyədəki fəaliyyəti qardaş ölkə tərəfindən daim dəstəklənir. Təqdim olunan mükafatlar SOCAR-ın Türkiyədəki fəaliyyətinə verilən yüksək dəstəyin və önəmin bariz nümunəsidir.
5-06-2024, 17:17
Macarıstan şirkəti "Şahdəniz" layihəsi ilə bağlı sənəd imzaladı - FOTO


Macarıstan şirkəti "Şahdəniz" layihəsi ilə bağlı sənəd imzaladı - FOTO

Macarıstanın MVM şirkətinin "Şahdəniz" layihəsində pay alışı ilə bağlı imzalanan sənəd Azərbaycanın iqtisadi və enerji tərəfdaşlığını daha da gücləndirəcək.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
"Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə Azərbaycan-Macarıstan iqtisadi əlaqələrini gücləndirən birgə layihələr, enerji, nəqliyyat, əczaçılıq sahələrində fəal əməkdaşlıq, macar şirkətlərinin ölkəmizdəki fəaliyyəti və investisiya tərəfdaşlığımızın təşviqi barədə fikirlərimizi bölüşdük.
Macarıstanın MVM şirkətinin “Şahdəniz” layihəsində pay alışı ilə bağlı imzalanan sənəd ölkələrimizin iqtisadi və enerji tərəfdaşlığını daha da gücləndirəcək", - paylaşımda qeyd olunur.


4-06-2024, 13:05
İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib


İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri qəbul edib.
3-06-2024, 17:38
Azərbaycanda kənd təsərrüfatı istehsalının həcmi 3% artıb - Əli Əsədov


Azərbaycanda kənd təsərrüfatı istehsalının həcmi 3% artıb - Əli Əsədov

İyunun 3-də Azərbaycanın Baş naziri Əli Əsədov Minskdə keçirilən “Avrasiya İqtisadi Birliyinin ərzaq təhlükəsizliyi” adlı plenar sessiyasında qonaq qismində iştirak edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən xəbərə görə, plenar sessiyada çıxış edən Əli Əsədov iştirakçıların diqqətini ərzaq təhlükəsizliyinin vacibliyinə çəkib.
Baş nazir bildirib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövlətinin iqtisadi siyasətinin strateji əhəmiyyətli prioritetlərindən biri kimi müəyyən edilib.
Qeyd olunub ki, kompleks tədbirlər nəticəsində Azərbaycanda kənd təsərrüfatı istehsalının həcmi ötən il 3% artıb. Eyni zamanda, heyvandarlıq məhsullarının istehsalında artım 3,2%, bitkiçilikdə isə 2,7% təşkil edib.
“Müsbət tendensiya bu il də davam edir. İlin ilk 4 ayında kənd təsərrüfatı istehsalı 1,6% artıb. Heyvandarlıq məhsullarının istehsalı 1,5%, bitkiçilik məhsullarının istehsalı isə 2,7% artıb”, – Əli Əsədov əlavə edib.
Vurğulanıb ki, dəstək tədbirləri sayəsində ölkənin bir sıra ərzaq məhsulları, o cümlədən meyvə, tərəvəz, kartof, yumurta, ət və süd məhsulları üzrə özünütəminlik səviyyəsi 80 faizi ötüb. Baş nazir həmçinin ötən ilin yekunlarına görə, Azərbaycanın qeyri-neft/qaz ixracının təxminən 10% artdığını qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!