Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 3-05-2025, 13:55
Azərbaycanda saatlıq əmək haqqına keçid - Bizi nələr gözləyir


Azərbaycanda saatlıq əmək haqqına keçid - Bizi nələr gözləyir

Azərbaycanda saatlıq əmək haqqı sisteminə keçid hazırda gündəmdə olan aktual məsələlərdən biridir. Görünən odur ki, yeni sistemə keçid nə vaxtsa baş tutacaq. Amma indidən bu mövzu ətrafında müakirələr intensivləşib. Bu da təbiidir. Saatlıq əmək haqqı sisteminin tətbiqi bir sıra sualları gündəmə gətirir. Məsələn,

- Ənənəvi aylıq əmək haqqı müqavilələri əvəzinə saatlıq əsaslı müqavilələr hüquqi baxımdan necə tənzimlənəcək?

- İstirahət vaxtı, qeyri-iş günləri və bayram günləri üçün saatlıq əmək haqqı necə tətbiq olunacaq?

- Aylıq minimum əmək haqqı əvəzinə saatlıq minimum əmək haqqı tətbiq ediləcəkmi və bu necə hesablanacaq?

- Saatlıq maaş sistemində işçinin sosial təminatı necə qorunacaq?

- İş saatlarının dürüst şəkildə qeydiyyatı və nəzarəti üçün hansı texnoloji və inzibati mexanizmlər tətbiq olunacaq?

- İşçilər sosial paketlərdən yararlana biləcəkmi? (maddi yardım, istirahət yerlərinə göndəriş və s.)

- Kredit, icarə, ipoteka kimi məsələlərdə gəlirlər hansı meyarlarla tənzimlənəcək?

Mütəxəssislər suallarla yanaşı, potensial problemlərin də olduğunu düşünürlər.
Ekspertlər hesab edir ki, bəzi işəgötürənlər saatlıq sistemdən sui-istifadə edərək işçini az saatla çalışdırıb daha az maaş ödəyə bilərlər.
Rəsmi qeydiyyatdan yayınmaq üçün bəzi müəssisələr saatlıq əmək sistemindən istifadə edib qeyri-leqal işçi saxlaya bilər.
İşçilər üçün sabit gəlir imkanları azalacaq, xüsusilə az saatla işləyənlər üçün aylıq dolanışıq daha çətin olacaq.
Saatlıq sistem kollektiv əmək müqavilələrinin tərtibində əlavə çətinliklər yarada bilər, çünki aylıq ödəniş sisteminə əsaslanan hüquqlar dəyişir.
Saatlıq əmək haqqı sisteminə keçid yalnız əmək münasibətlərini deyil, həm də maliyyə və bank sektoruna, o cümlədən kredit almaq, ipoteka, icarə, təhsil haqqı ödənişi kimi sosial məsələlərə də təsir edə bilər.
Banklar və kredit təşkilatları adətən sabit aylıq gəliri olan müştəriləri daha etibarlı hesab edir. Saatlıq sistemdə isə gəlirlər dəyişkən və proqnozlaşdırılması çətin ola bilər. Bu aşağıdakı problemlərə yol aça bilər. Gəlirin sabit olmaması səbəbilə kreditlərin təsdiqlənməsi çətinləşə bilər. Banklar riskləri nəzərə alaraq daha sərt şərtlər tətbiq edəcək.
Gəlirin sübutu da çətinləşə bilər, çünki hər ay fərqli saat və fərqli yerlərdə işləyən şəxsin aylıq ortalama gəliri bank tərəfindən riskli hesab oluna bilər.
İpoteka kreditlərinə çıxış məhdudlaşa bilər, çünki uzunmüddətli kreditlər üçün əsas meyar sabit gəlirlərdir.
Saatlıq maaş alan şəxslərin sosial sığorta ödənişləri qeyri-sabit ola bilər. Bu isə gələcəkdə pensiya kapitalının toplanmasında çətinliklər yarada, vətəndaşların təqaüd imkanlarını zəiflədə bilər. Həmçinin, doğum, xəstəlik və əmək qabiliyyəti itkisindən sığorta kimi hallarda da müavinətlər ödənilməsi aşağı düşə bilər.
Ailə büdcəsinin planlaşdırılması üçün sabit gəlir vacibdir. Saatlıq sistemdə gəlirin dəyişməsi ailələrin bəzi xərclərini – xüsusən məktəb, universitet, baxça və tibbi xidmətlər kimi bəzi xərclərini sual altına ala bilər.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsində qeyd olunub ki, gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.
2025-ci ilin istehsalat təqviminə əsasən, Azərbaycanda orta aylıq iş norması 158,6 saatdır. Minimum əmək haqqının 400 manat olduğunu nəzərə alsaq, indiki halda aylıq maaşa işləyən işçinin 1 saatlıq minimum əmək haqqı 2 manat 50 qəpik civarındadır. Saatlıq əmək haqqına keçid zamanı hansı həddin müəyyən olunması hökumətin qərarından asılı olacaq.
Xarici ölkələrdə saatlıq əmək haqqı sistemi geniş yayılıb və bu sistem hüquqi baza, sosial təminat və vergi mexanizmləri ilə dəqiq şəkildə tənzimlənir. ABŞ-da saatlıq əmək haqqı “Fair Labor Standards Act” qanunu ilə tənzimlənir. Federal minimum əmək haqqı 2024-cü ildə 7,25 dollar olsa da, bir çox ştatlarda bu göstərici daha yüksəkdir. Həftədə 40 saatdan artıq iş üçün 1,5 əmsal “overtime” ödənişi verilir. Saatlıq və maaşlı işçilər eyni sosial təminat haqları ilə əhatə olunur.
Birləşmiş Krallıqda minimum saatlıq əmək haqqı yaş qruplarına görə dəyişir və 2024-cü ildə 21 yaşdan yuxarı işçilər üçün 11 funtdur. Saatlıq işçilər də məzuniyyət və pensiya hüquqlarına malikdir.
Almaniyada saatlıq iş “Arbeitsrecht” və kollektiv müqavilələrlə tənzimlənir. Minimum əmək haqqı 12 avrodur. Bu işlərdə vergi və sosial sığorta yükü azdır, sosial təminat sistemi geniş və əhatəlidir.
Skandinaviya ölkələrində rəsmi minimum maaş yox, kollektiv müqavilələrlə müəyyən edilən saatlıq əmək haqları mövcuddur. Güclü həmkarlar ittifaqları və inkişaf etmiş sosial təminat sistemi sayəsində saatlıq işləyənlər də yüksək səviyyədə qorunur.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!