Prezident Ursula fon der Lyayeni təbrik etdi .....                        Liftlərdə uşaqlara zorakılıq edən manyak kameraya düşdü - Həbs edildi .....                        Nigar harda olsa Azərbaycan üçün yaşayacaq .....                        Prezident seçkilərinin I turunun nəticələri ləğv edildi .....                        Ərdoğandan şok açıqlama: "İdlib, Hama, Hums və hədəf təbii ki, Dəməşqdir!” .....                        Şəki məktəbində bədbəxt hadisə: müəllim və şagirdlər yaralandı .....                        Bakıda Qərbi Azərbaycan parkı yaradılır .....                        Bakıda bu küçəsindəki avtobus zolağı ilə bağlı YENİLİK .....                        Baydenin Qafqaz üzrə baş müşaviri Bakıya gəldi .....                       
Tarix : 20-10-2013, 15:25

QAFAN - 1920-ci ildə bolşeviklərin Azərbaycandan qoparıb ermənilərə bağışladığı Vətənim

Zəngəzurda azərbaycanlıların tarixən ən geniş məskunlaşdığı rayon Qafan (hazırda Kapan) rayonu sayılır. Zəngəzur Ermənistana verildikdən sonra Qafan rayonu inzibati ərazi kimi 1930-cu il sentyabrın 9-da təşkil olunmuşdur. Qafan rayonu Sisyan, Gorus, Meğri və Zəngilan rayonları ilə həmsərhəddir. Ərazisi 1345 km2 təşkil edir.

Təbiəti

Qafan rayonu Zənşəzurun cənub hissəsində yerləşən, sıldırımlı qayalar, sərt uçurumlar, sıx meşələr, keçilməz çılpaq dağlar, bir-birini kəsib keçən dərin dərələr diyarıdır. şimalda Bərguşad, cənubda Meğri dağ silsiləsi, Şərqdə Xüstub zirvəsi (3202 m.) ilə əhatə olunmuşdur. Oxçu çayının orta axını və Xüstub zirvəsinin Şərq hissəsində Qafan çökəkliyi yerləşir. Xüstub dağının hər tərəfində özünəməxsus gözəl, dağətəyi çəmənliklər, meşəli yamaclar, güneyli-quzeyli otlaqlar, kolluqlar, şöz oxşayan vadilər, vadilərdən qalxıb dikələn təpələr bu dağlıq rayonun gözəlliyini daha da əsrarəngiz edir. Qafanın təkrarsız təbiəti və bitkilər aləmi çox qədimlərdən səyyah və tədqiqatçıların diqqətini cəlb etmişdir. Hələ XIV əsrdə tanınmış alim və salnaməçi Fəzlullah Rəşidəddin özünün "Ahsar və əhya" ("Təsir və dirçəliŞ") əsərində yazırdı: "Ərcəvan bəzək ağacıdır, Naxçıvan vilayətinin Qafan dağlarında və İsfahanda çoxdur" (səh. 67). "Zoğal ağacı gavalı ağacına bənzərdir; Naxçıvan vilayətinə aid olan Qafanda, Gəncənin və Gürcüstanın bəzi vilayətlərində bitir" (səh. 46). Bu yazıda iki fikir diqqəti cəlb edir: Qafanın orta əsr təbiətinə dair informasiya və Qafanın Naxçıvan vilayətinə aid olması.
Zənşəzurdakı ən uca dağ zirvəsi - Qapıcıq (3904 m) zirvəsi də Qafan rayonunun ərazisindədir. Rayon ərazisinin 25%-dən çoxunu dağ aşırımları və qayalıqlar təşkil edir.
Qafan rayonu dağ-mədən rayonu kimi iki yüz əlli il bundan öncədən məşhur olmuşdur. Qacaran (əvvəllər Gecəlan) mis-molibden, Qafan (əvvəllər Qatar) mis və şümüş (polimetal) mədən yataqları, şist, bazalt layları ehtiyatı orta əsrlərdən məlum olsa da, bu yataqların əsaslı işlənməsinə XIX əsrin ikinci yarısından fransızlar tərəfindən başlanmışdır. Onlar bölgədə ilk müasir misəritmə zavodunu Qafanda tikmişlər. Bütün Zəngəzur ərazisi kimi, Qafan rayonu da aktiv seysmik zonaya daxildir. 1931 və 1967-ci illərdəki zəlzələlər zamanı rayonda xeyli dağıntılar olmuşdur. Qafan rayonunun dağətəyi yerlərində iqlim quru və qismən subtropik, dağlarda isə sərt soyuq havalarla şərtlənir. Vadilərdə illik orta temperatur 12°C təŞkil etdiyi halda, dağlarda orta temperatur 0; -14°C olur, yanvar ayında isə şaxtalar -26; -42°C-sə çatır. Qafanda iyul ayında orta temperatur +22°C təşkil edir. İllik yağıntıların miqdarı 500 mm, dağlarda 850 mm olur. Oxcu, Gığı, Şikahoğ, Sav, Çaundur çayları rayonun ərazisindən keçir. Oxcu çayı hövzəsinin yuxarı hissəsində "Turş su" deyilən məşhur mineral bulaqlar var. Qazangöl və Yaşılgöl gölləri də Zəngəzurun uca dağlarında yerləşir. Rayonun ərazisində dağ və meşə torpaqları, alp çəmənlikləri üstünlük təşkil edir. Qafan rayonu Zəngəzurun ən "yaşıl" rayonu sayılır, belə ki, burada meşələr ərazinin 30%-ni təşkil edir (42034 hektar). Meşələrdə əsasən vələs, palıd, vən (göyrüş), ağcaqayın, cəviz ağacları bitir. Orta hesabla, Qafan meşələrində bitən hər yüz ağacdan biri cəviz ağacıdır. Dərin meşələrdə sərt şaxta olmadığı üçün cəviz ağacı bu meşələrdə uzun ömür sürür. Kolluqlar və meşələr dadlı armud, əzşil, zoğal, yemişan, badam, itburnu, quş armudu, dağdağan, püstə ağacları ilə doludur. Meşələrdə ayı, qaban, cüyür, dağ keçisi, vəhşi qoyun (muflon), canavar, bəbir, vaşaq, müxtəlif quş növləri var.

Tarixi oçerk

Qafan rayonunun ərazisində insanlar hələ b.e.ə VI əsrdə məskunlaşmışlar.
Albaniyanın Sünik (Sisakan) vilayətinin qədim alban və erməni mənbələrində adı çəkilən Baqx, Zork, Qovsak əyalətlərinin ərazisi indiki Kapan rayonunun ərazisinə uyğun şəlir.
Qafan rayonunun ərazisi qədim Qafqaz Albaniyasının bir bölgəsi kimi uzun illər Arran dövlətinin təsiri altında olmuşdur. Bu bölgə VII əsrin ortalarına qədər Sasani imperiyasının, 740-cı ildən sonra isə bir neçə əsr Ərəb Xilafətinin tabeliyində yarımmüstəqil knyazlıq kimi mövcud olmuşdur. Babəkin Xilafətə qarşı mübarizəsinin son dövrləri Zəngəzurla, o cümlədən, Qafan rayonu ilə bağlı olmuşdur. Qafan rayonunda son zamanlara qədər qalıqları saxlanılan Oxçu qalası, Qırqalası, Babək qalası və s. qədim istehkamlar, bu yerlərin Bəzzeyn dağları ilə yaxın ərazilər olması, Xürrəmilər hərəkatı ilə bağlı tarixi mənbələrdə Qafan rayonunun ərazisindəki toponimlərin adlarının çəkilməsi və s. kimi dəlillər Qafan rayonunun atəşpərəst babalarımızın məskəni olduğunu bir daha təsdiq edir. Qafan rayonunun adı tarixi mənbələrdə 1074-cü ildən başlayaraq Kapan şəklində çəkilir. Çox güman ki, bu ad qədim türk tayfalarından olan peçeneqlərin kapan tirəsinin adı ilə bağlıdır.
Kapan, Qafan, Qapan adı ilə Türkiyədə, Azərbaycanda (Qapanlı), Gürcüstanda və Şimali Qafqazda yaşayış məntəqələri vardır. Bu da ki, toponimin tayfa adı ilə, etnosla bağlılığını göstərən əlamətdir. Peçeneqlərin bu yerlərə gəlişindən əvvəl Albaniyanın Sünik vilayətinin ərazisinə daxil olan Qafan mahalı Haband, yaxud Aband adlandırılmışdır. Aband mahalının adı Moisey Kalankatuklunun "Alban tarixi" əsərində (88, I kitab XIV fəsil) Arsağın bir əyaləti kimi qeyd olunur. Bu yerin adı Moisey Xorenskinin "Tarix"ində də, Sisakan vilayətinin Haband bölşəsi kimi qeyd olunur (23, III kitab, III fəsil). Bu şəhərin adı Qafan şəklində ilk dəfə fars mənbələrində (Rəşidəddin) işlənmişdir. Orta əsr İran tarixçisi və coğrafiyaşünası Həmdullah Qəzvininin 1345-ci ildə yazdığı "Zeyle tarix-e qozide" ("seçilmiş tarixə əlavə") kitabında nəql edilir: "Əmir Hüseyn Çobaninin oğlu Əmir Qoç Həsən, Əmir Şeyx Həsən Çobanidən daldalanıb Qafan yaxınlığında olan Qarakilsəyə qaçdı və orada gizləndi. Qafan şəhəri XVIII əsrə qədər Kapan qalasından (erməni mənbələrində Baqaberd) ibarət olmuşdur.
Kapan qalası Kapan-Qacaran (oğuzların qacar tayfalarının adı ilə bağlıdır) şosse yolunun üstündə, Oxcu çayının sağ sahilində, indiki Kapan Şəhərindən 10 km şimalda olmuşdur. Kapan qalası 1103-cü ildə qəza Səlcuq türkləri tərəfindən fəth edilmiş, Kapan əhalisinin müsəlmanlaşdırılması prosesi bu dövrdə demək olar ki, başa çatdırılmışdır. Erməni mənbələrində qeyd olunur ki, Səlcuq türkləri Sünik knyazlığının paytaxtı sayılan Baqaberd qalasını ələ keçirmiş və orada olan 10 min dini mövzuda (xristian) əlyazmanı məhv etmiŞlər (199, 34). Çingiz xanın Qərb yürüşünü davam etdirən moğol-tatarlar XIII əsrin 30-cu illərində Süniki, o cümlədən, Kapan rayonunun ərazisini işğal etmişlər (116, 47). Qafan rayonu XV əsrdə Qaraqoyunlular və Ağqoyunluların, 1510-cu ildən isə Səfəvi xənadanının təsir dairəsində olmuş, 1578-ci ildə isə osmanlıların tabeçiliyinə keçmişdir. Osmanlı Türkiyəsi ilə Səfəvilər dövləti arasında bağlanmış müqaviləyə əsasən bu ərazi 1639-cu ildə Zəngəzurun qalan əyalətləri ilə birlikdə İranın, daha sonra isə Türkiyənin hökmranlığı altına keçmişdir.
1722-26-cı illərdə gürcü mənşəli Davit Bek Qafanda Səfəvilərə qarşı üsyan qaldırmış, iki il ərzində isə Baqaberdi (Qapan, yaxud Oxçu qalasını) öz əlində saxlamışdır. 1730-cu ildə Türk qoşunları Qafanı ələ keçirmişlər, İran hökmdarı Nadir Şah Əfşarın qoşunları 1735-ciildə Qafana girmişdir. Qafanın ərazisi 1805-ci ildə Rusiyaya birləşənə qədər Qarabağ xanlığının tabeliyində olmuş və Qarabağ xanları tərəfindən idarə edilmişdir. Qarabağ Rusiyaya birləşdiriləndən sonra xanlıq ləğv edilmiş və xanlığın ərazisində 1829-cu ildə Qarabağ qəzası yaradılmıŞdır. Orta əsrlərdən başlayaraq Qafanda mis-molibden mədənləri tapılmış və mis istehsalı geniş vüsət almışdır. XIX əsrin ortalarında fransızlar Qafan Şəhərində o dövr üçün müasir sayılan avadanlıqlarla təchiz edilmiş mis istehsalı zavodu qurmuşlar. Fransızlarla yanaşı mis mədənlərinin bir hissəsi Zəngəzurda adlı-sanlı nəsil kimi tanınan Sultanovlara və aladinli Bəylər bəyə məxsus olmuşdur.Tarixi mənbələrin verdiyi bilgilərə əsasən Kapan rayonu ərazisində mis yataqlarının olmasının XIII əsrdə kəşf edilməsi qənaətinə gəlmək olur. O vaxtlar Ecanan mis mədənləri mühüm əhəmiyyət kəsb etmişdir. Burada karxana adlı misəritmə sahəsi (qalıqları Qafan Şəhərinin yaxınlığındadır) işləyirdi.Qafan rayonunun ərazisi Zəngəzur qəzasının bir hissəsi kimi 1861-ci ildə Azərbaycanın Yelizavetpol quberniyasına daxil edilmiş, çar Rusiyası dağıldıqdan sonra, 1918-ci ildən 1920-ci ilin dekabr ayının 1-dək Demokratik Azərbaycan Cümhuriyyətinin tərkibində olmuşdur. Bu tarixdən sonra isə Sovet Rusiyasının hərbi-siyasi təzyiqləri altında Zənşəzurun böyük bir hissəsi kimi Qafan torpaqları da Ermənistan Sovet Sosialist Respublikası deyilən, əslində Azərbaycan torpaqları hesabına yaradılmış ölkənin tərkibinə qatılmışdır.
Qafan rayonunda bütün tarix boyu azərbaycanlılar ermənilərdən çox olmuşdurlar. 1831-ci ildə rayonun ərazisində yaşayan əhalinin 1940 nəfərini azərbaycanlılar, 1872 nəfərini isə ermənilər təşkil etmişlər. 1873-cüildə azərbaycanlılar 6703 nəfər, ermənilər isə 3612 nəfər olmuşlar. 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı və deportasiya aktından sonra rayonda yaşayan iyirmi minə qədər azərbaycanlıların təxminən 30%-i qətlə yetirilmiş, qalanları isə öz doğma yurdlarından qovulub, çıxardılmışlar. Sovet hakimiyyəti illərində Qafan azərbaycanlılarının yalnız kiçik bir hissəsi geriyə qayıtmışdır. 1931-ciildə Qafan rayonunda yaşayan azərbaycanlılar cəmisi 5713 nəfər təşkil etmişlər (206, 136-137).1918-ci ilə qədər Qafan rayonundakı 130 yaşayış məntəqəsinin 104-də azərbaycanlılar, yalnız 26-da ermənilər yaşamışlar.Qafan rayonunun tanınmış ziyalılarından biri olan əməkdar müəllim Cəlal Zeynalovun elmi-tarixi mənbələrə əsaslanaraq verdiyi təsnifata görə, Qafan rayonunun azərbaycanlı kəndlərini 5 bölgəyə - Qafan dərəsi, Gığı dərəsi, Ecanan mahalı, Oxçu dərəsi, Sünik bölgəsinə ayırmaq olar.
1. Qafan dərəsi. Rayon mərkəzindən başlamış Qafan qalasına - Zeyvəyə qədər olan kəndlər: Şəhərcik, Açağu, Aşağı Kirətağ, Yuxarı Kirətağ, Davidbəy, Quşçulu, Arxüstü, Qala, Yamaxlı, Armıdlı, Köşəkənd qışlağı, Kənd Craxor, Aşağı Craxor, Baldırqanlı, Qatar, Bıx, Bıx bazarı, Qatar Şamı.
2. Gığı dərəsi. Gığı yarımrayonu, Zeyvədən başlayaraq Acıbac və Kirsə qədər olan kəndlər: Qovşud, Qarabaşlar, Mollalı, Baharlı, Daşbaşı, Kənd Pürülü, Pürülü, Gığı, Səncərəli, Dərməzür, Pəyhan, Mahmudlu, Keypəşin, Acıbac, Kurud, Kirs, Çiriş, Ğərd, Yuxarı Gərd, Həçəti, Zeyvə.
3. Ecanan mahalı. Baydaqdan başlamış Dortnı, Şabadinədək olan kəndlər: Təcəddin, Almalıq, Yeməzli, Axtaxana, İncəvar, Paşa kəndi, Xələc, Molla Uruzbər qışlağı, Taxta kənd, Turabxanlı, Noraşennik, Çobanlı, Oxdar, Hürmas, Qaradğa, Hünüt, Ağşöl, Dortnı, Şabadin,Dorvus, Kisar, Şiləmeşə, Kollu, Qışlaq.
4. Oxçu dərəsi. Qafan qalasından başlamış Oxçu-Şabadinədək olan kəndlər: Müsəlləm, Əfsərli, Əcili, Şotalı, Boğazcıq, Oxçu, Aralıq, Pirdavdan, Atqız, Şabadin, Qapıcıq.
5. Sünik bölşəsinin kəndləri: Qafan Şəhərindən cənuba doğru yerləşən kəndlər: Gomaran, Baydaq, Aşağı Gödəkli, Baharlı, Bəsid (Sav çayının yanında), Bəkdaş, Qaraçimən, Siznək, Yamaxlı, Yuxarı Gödəkli, Gödəkli Zciqan, Göllü zəmi, Sünik, Çöllü, Cıbıllı.
Zəngəzur azərbaycanlılarının 1918-ci ildəki faciəsindən sonra Qafan rayonundakı azərbaycanlı kəndlərinin hamısı dağıdılmış, talan edilmiş, yandırılmışdır. Sovet hakimiyyəti illərində yalnız 48 kəndin camaatı şeri qayıtmışdır ki, onlardan 11-i ermənilərin apardığı milli ayrı-seçkilik siyasəti nəticəsində Sovet hakimiyyəti illərində müxtəlif bəhanələrlə ləğv edilmiş, 12 yaşayış məntəqəsinin isə adı erməniləşdirilmişdir.1988-ci ilin əvvəllərində Qafan rayonunda azərbaycanlılar yaşayan 37 yaşayış məntəqəsi olmuşdur ki, həmin ilin sonunda bu kəndlərin hamısı ermənilər tərəfindən zorla boşaldılmış, azərbaycanlı əhali öz dədə-baba yurdlarını tərk edərək Azərbaycanın müxtəlif rayonlarına, əsasən Bakı və Sumqayıt şəhərlərinə pənah gətirmişlər. Ermənilərin uzun illər bu və ya digər üsullarla həyata keçirdikləri türksüzləşdirmə, monoetnik dövlət yaratmaq siyasətinin nəticəsində, 1988-ci ilin sonunda bu respublikanın tərkibində olan digər bölgələrdə olduğu kimi Qafan rayonunda yaşayan aborigen sakinlər-azərbaycanlılar sonuncu nəfərinədək deportasiya olunmuşlar.


Paylaş



Bölmə: fotomanset2
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!