Masazıra gedənlərin nəzərinə! .....                        Ukrayna üçün vacib sənəd imzalandı .....                        Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - Yeni təyinat .....                        Ağsuda maşın aşdı - Ölən var .....                        İran dağılır - İnsanları güllələyirlər .....                        Bakıda güclü duman - Sürət həddi endirildi .....                        Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı anonim sənədlər yayıldı .....                        Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü .....                        İnsan kimi yeriyə bilən robot hazırlandı .....                       
Tarix : 28-10-2025, 18:39
İşıq və Sən


İşıq və Sən


"Günəşdən gizlənən yarasalardır..."

(S.Vurğun)


İşıq, Nur Allahın təcəlləsindəndir. Hər bir xeyirli başlanğıc, həyatın özü, dünyəvi və bəşəri keçidlər, maddi və mənəvi möhürlər onun adı, birbaşa hərəkətə keçməsilə bağlıdır. Hərçənd onun həyat çırpıntısı, doğuşu zülmətin fonunda (olsun ki, bətnində) daha dəqiq isbatlanır, ancaq yenə də bəşərin məlhəmi Eşq, eşqin isə səbəbi də, səbəbkarı da işıq damlasıdır. Könüllər (və demək ki, Dünyanın özü) Onun səbəbinə fəth olunur.
Nahaq yerə Yer, Göy, canlı, cansız aləm boy(n)unu, ruhunu işığa ismarlamamışdır (məhz). Çünki Həyat nəinki O-dur, ondadır, həm də Onda başlanıb və... Onda da bitir deməyək, bir şəkildən başqa bir şəkilə, hala (efir halına) keçir. Demək ki, hər kəsin mahiyyətində bu möcüzə mütləqdir ki var. Amma... ancaq... lakin... bəs hər bir daşı, qayası dağlanmış dağların ağrı-acısı, görünməzliklərə bülənd olan həsrət bükülü hicranların odu-alovu, Göylərə əyan göz yaşlarının yerə salama tələsən leysan yağışlarından çiliklənən kövrək hıçqırıqları, hər ləçəyində bir qəlb telinin titrədiyi şeh səpili incəcik çiçəklərin ürəkləri dələn məhzun duruşları nədən, haradandır, əcaba? Belə olan halda məsələyə bir qədər də kənardan baxaq. Cəmi varlığın quruculuğuna yönələn qüvvə olduğu kimi, bu işə qənim kəsilən tərəf də var axı. Nəsiminin təbiricə desək: "Kamil insan yaradır, cahil insan dağıdır".
Aha... yenə də mətləb mahiyyətə dirənməyə doğru yönəlir. Axı eyni cismi hər cür quruculuğa da xərcləmək olar, dağıdıcılığa da. Burada məsələ cismin kimin səlahiyyətində və o kəsin hansı niyyətdə olmasındadır. Olsun ki, özündə o məşum dağıdıcı xisləti daşıyan varlıq da həmin qığılcımdan yaransa belə, mahiyyətinə onun haçalanmış, qorlaşmış hissəsi düşmüşdür. Bu üzdən içində daim səbəbsiz, ünvansız, haçalanmış bir xislət, məzmunsuz eqo gəzdirən həmin yanlış törəmə ətrafla qətiyyən razılığa gəlmək iqtidarında olmur. Buna səbəb isə əlbəttə ki, o törəmənin ilk öncə məhz özü ilə razılıqda olmamasıdır.
Elə o natamamlıq sindromu səbəbilə könülləri pərişan etməyi özünə peşə edən o "haçalı xətakar" kainatı dövr edərək yaxşı ilə yamanın, vəfa ilə xəyanətin, göz yaşı ilə sevincin bir-biri ilə çulğalaşmasına səbəbkar olmuşdur.
İndi Sən İşıq adlı o başlanğıcın həyat verən Nur-undansan, ya gözləri, könülləri kor qoyan haçalı dilimlərindən?
Diqqət et: niyyətin qəlbini Günəşə doğru çevirirsə, quranlardansan... yox, qara-boz atəşlərlə çılğınlaşdırırsa, o zaman yıxanlardan, ora-bura çırpılan vətənsiz, ünvansız yarasanın özüsən ki varsan.

Hörmətlərimlə: Gülgəz NUR


Paylaş



Bölmə: Köşə / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!