Çempionumuzu təbrik edirik!Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə, ölkəmizdə idmanın və paralimpiya hərəkatının inkişafındakı xidmətlərinə görə bir qrup paralimpiyaçı “Tərəqqi” medalı ilə təltif edilib. Sərəncama əsasən təltif edilən şəxslər aşağıdakılardır:
Astanov Elvin Əmrah oğlu
Qasımov Ramil Famil oğlu
Məmmədov Pərvin Rasim oğlu
Musayev Oloxan İsayeviçEyni zamanda, yubiley çərçivəsində dövlət başçısı tərəfindən komitənin kollektivinə və idmançılara xüsusi təbrik müraciəti də ünvanlanıb.
Xatırladaq ki, Elvin Əmrah oğlu Astanov 5 iyul 1979-cu ildə Qafan rayonunun Gığı kəndində anadan olub. Azərbaycan balası Elvin 2020-ci ildə keçirilən XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. 2021-ci ilin iyun ayında Elvin Astanov Polşada keçirilən Dünya Çempionatında 8.22 metr nəticə ilə yenə də turnirin qalibi olub. 2021-ci ilin avqust ayında isə Elvin Astanov Yaponiyada keçirilən XVI Yay Paralimpiya Oyunlarında mübarizə apararaq Nüvə itələmə turnirində 8.77 metr nəticə ilə qızıl medala sahiblənib.
Azərbaycan Prezidentinin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Elvin Əmrah oğlu Astanov "Şöhrət" ordeni ilə təltif edilib.
“Bütöv Azərbaycan Media Qrupu” Elvini Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi və “Tərəqqi” medalı ilə təltif olunması münasibəti ilə təbrik edir.Hörmət və sayğılarla:
Tamxil Ziyəddinoğlu, qrupun rəhbəri