DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                       
6-06-2026, 07:42
Nağılabənzər gün

Nağılabənzər gün

(Göydən 3 bərəkət düşür: yağış damlası, günəş şəfəqi, bir də ayın işığı...
“Bu gün bizim için böyük və mənalı bir gündür, arkadaşlar
Uyumayın
Ladies and gentlemen, this is” our essay. Please read...
Yəqin ki, xatırladınız. Deyərdim, son zamanların daha çox dinlənilən mahnılarındandır. Emre Felin oxuduğu, səsi və geyim tərzi ilə Barış Mançonu xatırladan ifası. Yaryuxulu halda evdən çıxıram. Mahnı isə xrustal stəkana dəyən qaşığın yaratdığı səs kimi qulağımda cingildəyir. Qarşıda uzun bədənli, qısaayaqlı, nazik tüklü bir itin qulaqbatıran zingiltisi eşidilir. Axşamkı yağışın yaratdığı bulanıq gölməçənin ətrafına yiğışmış boz sərçələr görünür. Onların civiltisi itin zingiltisinə qarışır. Səhərin öz xoru yaranıb. Birdən qarğanın kobud, boğuq səsi bu xorun ahəngini pozur. Diksinirəm. Elə bil boğazında nəsə ilişib qalıb. Bir anlıq ətrafa göz gəzdirirəm və görürəm ki, məndən fərqli olaraq, təbiət çoxdan oyanıb. Bu canlı mənzərəyə bircə dirijor çubuğu çatmır. Amma nə halım, nə də vaxtım var ki, yerdən qurumuş bir çubuq götürüb bu səhər orkestrinə rəhbərlik edim. Hal bir yana, vaxt yoxdur, vaxt! Çünki bizim saat səkkizn yarısında Bakı Dövlət Universitetinin önündə görüşümüz var.
Eşidirsinizmi? Səkkizin yarısında. Biz bu böyük görüşə tələsirik. Səhər məni silkələyib yerimdən qaldıran əl yuxulu və düşüncəli halıma yenidən sığal çəkir, sanki addımlarımı iri atım deyə kürəyimdən itələyir. Ancaq düşüncələr məni qəti rahat buraxmır. Heç narahat da eləmir. Əhməd Cəmilin “Yenə düşür yadıma ömrün ötən günləri” misrası beynimdən keçir. Gözümün önünə birinci kursda oxuduğum illər gəlir. O zamankı həyəcanı yenidən yaşayıram...
Hazırladığım ilk yazımı xatırlayıram “Bax: Ayxan İbişov, “5 ilin yekunu, yaxud 1 gündən sürreal reportaj”, “Bütöv Azərbaycan” qəzeti, 24 may, 2024-cü il). Addımbaşı bugünkü görüşümüzü necə təsvir etməyə çalışacağımı elə yol boyunca beynimdə götür-qoy edərək düşünürəm. Beləcə, düşüncələr qanadında doğma Bakı Dövlət Universitetinin önünə çatıram. Müəllimlərimi görürəm. Sərdar Əsədzadə və Kənan Novruzovla görüşürəm. Zaur Babayev, Samir Xalidoğlu, Arzu Məmmədovanın isti və səmimi tərzi havanın tutqunluğuna işıq salır. Hava isə elə hey qaş-qabaqlıdır.
Artıq avtobusumuz yola düşüb. Nədənsə maqnitofonun bultuzu işləmir. Şirin söz-söhbətlə yolumuz daha maraqlı keçir. Rus və ingilis bölməsinin tələbələri — Bartu Kamal, Ələkbər Ələkbərov və qrup yoldaşlarının şən əhvali-ruhiyyəyə köklənən söhbətləri, ürəkdən deyib-gülməkləri yolumuza gözəllik qatır. Ən gözəli isə müəllim-tələbə birliyindən doğan doğmalıqdır. Bizi isə qarşıda İsmayıllı adlı cənnət gözləyir...

Ziyalı, bir o qədər də səmimi müstəvidə başlayan səfərimizin, demək olar ki, bir saatı geridə qalır. Həyat öz axarında, ömür isə öz avtobusunda yeni bir mərhələyə can atır. Yolunu tapıb işə saldığımız maqnitofonda ardıcıl olaraq müxtəlif repertuarda musiqilər səslənir, sanki konservatoriyadasan. Qəribədir ki, ötən illərdəki səfərlərdən fərqli olaraq yolboyu milli və bəstəkar mahnıları bir-birini əvəzləyir. Tələbələrin musiqi zövqü adamı heyrətə gətirir. Normal günlərdə bu saatda yuxulu, həmçinin istəksiz olan beyin və bədəni bu gün xüsusi bir ahəng bürüyür.
Pəncərədən çölə baxdıqda hələ də yaşıl olan dağlar, buludlu səma və yenicə sünbül açmış zəmilər insanda böyük bir ümman təəssüratı yaradır. Nədənsə bu gün təbiət xüsusi bir gözəlliyə bürünüb. Doğrudur, yuxarıda da qeyd etdiyimiz və Bakıda olduğu kimi yenə də hava tutqundur. Ancaq biz bu tutqunluqda arabir avtobus pəncərələrinə düşərək ritmik ahəng yaradan damlaları lacivərd səmanın sevinc gözyaşlarına bənzədirik. Sanki təbiət bizim səfərimizə sevinib ağlamaq istəyir, amma hələ də özünü saxlaya bilir. İçəridə isə tam başqa bir ab-hava hökm sürür. Artıq maqnitofonu dinləyicilər üçün hazır vəziyyətə gətirmişik. Arxa oturacaqlarda, ənənəvi olaraq, tələbələr əyləşib və öz aralarında deyib-gülürlər. Bəziləri kiçik videoqeydlər apararaq bu günü tarixə həkk edir, bir müddət sonrası üçün xatirə anı hazırlayır.
Ön oturacaqlarda isə nümunəvi olaraq müəllimlər əyləşib, fikir mübadiləsi aparır, düşüncələrini bölüşürlər. Bu günü xüsusi edən və əsas söhbətlərin ana xəttini təşkil edən məqam Samir Xalidoğlunun əslən üz tutduğumuz
İsmayıllı, Zaur Babayevin Şamaxı şəhərlərindən olmasıdır.
Bizim üçün gözəl təbiəti, təmiz havası və əzəmətli dağları olan Qafqazın üç oğullarından Ağsu, Şamaxı, İsmayıllı müəllimlərimiz üçün məxsusi bir önəm daşıdığını duyuruq. Və bütün bunlar öz axarında davam edərkən, artıq Şirvanın gözü, şeirlərin sözü, tarixin özü və böyük mədəniyyətin beşiyi, “Şam”ın qardaşı Şamaxıya ilk qədəmlərimizlə daxil oluruq... Özü də maraqlı bir təsadüflə.
Beləki, avtobusun maqnitofonunda musiqisi Ramiz Mustafayev, sözləri Fikrət Sadıq olan “Şamaxı” mahnısını qoşuram, ifanın nəqarəti tələbələrin müşaiyətilə canlılıq, yeni nəfəs qazanır:
Mehri salmışam axı,
Heyran olmuşam axı!
Qurban olum, Şamaxı,
Şamaxı, ay Şamaxı!


Elə bu anda Zaur Babayev mahnının səsini azaldır: “Əzizlərim, bu da Şamaxı, ay Şamaxı”, deyir. Gülüş səsləri eşidilir. Yüksək əhvalla yetişdiyimiz ünvana daxil oluruq. Halil İbrahim sofrası qurulur. Bu zaman süfrə başında milliliyimizin işartısı olan aşıq peyda olur. Bizi milli ruhlu saz havasıyla qarşılayır... Restoranda Şamaxı dağlarını əks etdirən, haradasa onuncu əsrin əvvəllərini bildirən tablo diqqətimizi çəkir. Zaur Babayev tarixi reallıqdan -başımıza gələn dağıdıcı zəlzələdən danışır. Vaxtilə onun ulu babasının mədrəsə müəllimi - təbiətşünas olmasından söz açır. Həmin dövrlərdə dağa səyahətə apardığı şəyirdlərin gözləri önündə baş verən zəlzələnin şəhəri yerlə-yeksan etməsi, min çətinliklə müəllim şagirdlərini Bakıya gətirməsi, beləcə böyük xeyriyyəçi Tağıyevin himayəsinə sığınması faktları isə hər kəsdə heyrət doğurur. Burada bir gerçəklik görünür: demək ki, Zaur Babayevin təşkilatçılıq bacarığı, tələbə-müəllim dostluğunu qurmaq, bu bağı möhkəmləndirmək qabiliyyəti, bir sözlə xarakterindəki canyanğılılıq genetik kodlar üzərindəymiş.
Beləcə, Şamaxıdan İsmayıllıya doğru yolumuz davam edir. Samir Xalidoğlu yolboyu İsmayıllının tarixi kəndləri, “Şahdağ Milli parkı”, “Ögey ana” filmindən məşhur İsmayılın itburnu topladığı yeri, Səməd Vurğunun Talıstan kəndindən ilhamlanaraq eyniadlı poemasını qələmə almasını, rus yazıçısı,
dramaturq Maksim Qorkinin vəsf etdiyi İvanovka, Musa Yaqub ruhunun yaşadığı Buynuz, təbiətinin şəfaverici xüsusiyyətlərilə seçilən İstisu kəndlərini bizlərə tanıdır. Bu andaca yada yenə də Əhməd Cəmil yaradıcılığından bircə bəndlik şeir düşür:
Ey Vətən, ana Vətən,
Heyranam sana, Vətən!
Dupduru göllərin var,
Yamyaşıl çöllərin var.

Bu səfərin unudulmayacaq tərəfi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin magistrantı - çinli tələbəmiz Susannanın İsmayıllıya, daha dəqiq bizim görüşümüzə gəlməsi oldu. Özü də əliboş deyil, adınalayiq tortla. Öyrənirik ki, Susanna həm də müəllimimiz Arzu Məmmədovanın tələbəsi imiş.
Yavaş-yavaş səfərimizin sonuna yaxınlaşırıq. Günəşli, yağışlı, bəzən sakit, bəzən küləkli günümüzün yaddaşına rayon ağsaqqallarından olan, İllərlə pedaqoji fəaliyyət göstərən, məsul vəzifələrdə çalışan, politoloq Balakişi Xudiyevin də adı yazılır. Balakişi müəllim səfər sonuna yaxın təcrübəsinə əsaslanaraq bildirir ki, yağışda çətinlik çəkməyək deyə, vaxt itirmədən yola düşməliyik. Səfər yekunlaşır. Gəldiyimiz kimi də yola düzəlirik. Amma bizi yağış deyil, öz şöləsini Vətənin göylərindən yayan günəş yola salır...

Bununla da nağılabənzər görüşümüz sona çatır. Göydən 3 bərəkət düşür: yağış damlası, günəş şəfəqi, bir də ayın işığı...

Ayxan İbişov
Əsgər İsmayılov

6-06-2026, 07:33
Söz ruhunda İlqar Fəhmi imzası

Söz ruhunda İlqar

Fəhmi imzası


Sözün tarixi bəşəriyyətin yaranışı, insanın özünüdərk prosesi qədər qədim və sirlidir. İlk insan daxilindəki tufanları, heyranlıqları və qorxuları ifadə etmək üçün sözə sığınandan bəri, poetik düşüncə ruhun ən sadiq bələdçisinə çevrilmişdir. Əsrlər bir-birini əvəz etsə, nəsillər dəyişsə də, poeziyanın mayası, toxunduğu mövzular demək olar ki, eyni qalmışdır: əlçatmaz yar, qovuşa bilməyən aşiqlərin pıçıltıları, təbiətin fəsillərlə dəyişən rəngləri və insanın daxili tənhalığı...
Lakin bu minillik, şablonlaşmağa meylli mövzuları özünəməxsus üslubda işləyən, onlara yeni nəfəs və fərqli semantik qatlar qazandıran yazıçı-publisistlər sayəsində oxucu heç vaxt eyni ritmdən darıxmır, bədii zövqün aşınmasına bais olmur. Çağdaş Azərbaycan ədəbiyyatında məhz bu bədii zövqü qoruyan, misraları ilə ruhun ən dərin qatlarına toxunan imzalardan biri də İlqar Fəhmidir. Onun yaradıcılığı ilə, xüsusən də şeir dünyası ilə tanışlıq insanı mistik və fəlsəfi bir məna aləminin dərinliklərinə çəkir. Bəzən bu misraların sehrinə qapılarkən insan qeyri-ixtiyari düşünür: Bu sətirlər həqiqətənmi qələmdən çıxıb? Onlar adi bir kağız vərəqində necə belə canlı, belə ağır dayana bilirlər?
Unut məni
Şairin sevgi fəlsəfəsini anlamaq üçün onun yaradıcılığında xüsusi çəkisi olan "Unut məni" şeirinə diqqət yetirmək kifayətdir. İlk baxışda bu şeir sadə bir ayrılıq fəryadı və ya unudulmaq istəyi kimi görünə bilər. Lakin misraların dərinliyinə endikcə poetik obrazın əslində tam tərsi bir arzunu – əbədi yaddaşda qalmaq istəyini necə gizlətdiyini görürük:
Unut məni səhərlər, üfüq işıldayanda,
Yavaşca pəncərəndə budaq xışıldayanda.
Unut məni günorta, külək günü əyəndə,
Divanda halsız-halsız kitab vərəqləyəndə...

Şair sevgilisindən onu elə anlarda unutmağı xahiş edir ki, həmin anlar insanın ən həssas, təbiətlə və özü ilə baş-başa qaldığı, duyğuların pərvazlandığı dəqiqələrdir. Üfüqün işıldaması, budağın xışıltısı, günortanın sakitliyi, kitab vərəqlərinin səsi onsuz da sevgini və seviləni xatırladan təbii stimullardır.
Şeirin kulminasiya nöqtəsi isə məişət fonunda verilən fəlsəfi-dramatik mənzərədir:
Unut məni hər axşam, sızıltıdan bezəndə,
Durub gedib ərinçün mixəkli çay süzəndə...
Bu misralarda sönmüş bir eşqin, başqasına aid olan bir qadının daxili sızıltısı var. "Mixəkli çay" detalı şeirə həm milli element, həm də vizual bir rəng qatır. Şair "Unut məni, unut, tam. Səhər... Günorta... Axşam..." deyərək zamanın bütün kəsiklərini əhatə edir. Bu isə o deməkdir ki, məni heç bir zaman unutma! Sadə, yaddaqalan, ritmik ahəngi ilə insanı uzaqlara aparan bu şeir, əslində unudulmazlığın poetik bəyannaməsidir.
Məni axtar
Müəllifin "Məni axtar" (Əruz üstündə mini-poema) adlı əsəri klassik ənənə ilə müasir urbanistik (şəhər) həyatın sintezindən doğan möhtəşəm bir poetik nümunədir. İlqar Fəhmi klassik əruz vəzninin ritmini müasir dövrün detalları ilə (bar, kafe, taksi, siqaret tüstüsü) elə ustalıqla birləşdirir ki, oxucu zaman və məkan anlayışını itirir. Şair insanın xoşbəxt və əyləncəli anlarında deyil, məhz daxili böhran, saxtalıq və tənhalıq anlarında sığınacaq yerinə çevrilmək istəyir:
Məni axtarma hər axşam, yığışıb şənlik edəndə,
Yenə də barda, kafedə ötəri gün keçirəndə...
Dadı şit qəhqəhələrdən bezikib təngə gələndə,
Taparaq nəysə bəhanə yenə küncə çəkiləndə – Məni axtar.

"Şit qəhqəhələr", "boş foye", "siqaret tüstüsü" müasir insanın depressiyasını, kütlə içindəki tənhalığını vizuallaşdıran güclü metaforalardır. Şair sevdiyi qadını "taksi kəsən gecəyarı yolların" soyuğundan, "soyumuş güzgüdə hiddətlə baxan öz əksindən" xilas etməyə hazırdır.
Şeirin son bəndi isə metafizik bir xilaskarlıq missiyası daşıyır:
Çıxmaram bircə sözündən, səni allam yer üzündən,
Çəkərəm mavi səmaya, öpərəm nəmli gözündən...
Bu misralar sevgini yerdəki bütün çirkinliklərdən, "sərsəm həyatın" ağırlığından qoparıb ülvi, transsendent bir müstəviyə – "mavi səmaya" qaldırır. Ritmin təkrarı (rədiflər) şeirə elə bir daxili musiqi bəxş edir ki, oxucu özünü həmin melodiyanın dalğasında hiss edir.
Ağlayan yağışa
İlqar Fəhmi poeziyasında təbiət hadisələri heç vaxt sadəcə dekorasiya deyil. "Ağlayan yağışa" şeirində şair romantik ədəbiyyatın ən çox istifadə etdiyi "yağış" simvoluna tam fərqli bir rakursdan yanaşır. Burada yağış – saxta göz yaşlarının, səmimi olmayan kədərin rəmzidir:
Gözünün yaşını tökmə. Bu soyuq ahı yığışdır,
Bu bulud süni buluddur. Bu yağış saxta yağışdır.

Müəllif aşiqin və ya qarşı tərəfin nümayişkaranə kədərinə inanmır. "İti kirpikdəki yaşlar", "həyəcanla dolu sözlər" onun bədii intuisiyasını aldada bilmir, çünki o, insanın daxili aləmini mükəmməl bilir. "Gülüşün ağlamağınla arası bircə qarışdır" misrası insan psixologiyasının dəyişkənliyini, hisslərin teatrallaşdırılmasını tənqid edir. Fəsillərin, şimşəklərin və sellərin önəmi yoxdur; əgər daxildə səmimiyyət yoxdursa, təbiətin bütün möcüzələri şairin nəzərində əhəmiyyətini itirir: "Nə qədər yağsa da yağsın, bu yağış saxta yağışdı..."
İlqar Fəhminin şeir dünyasına səyahət göstərir ki, o, sadəcə qafiyə xatirinə yazan bir şair deyil. O, sözün arxasında dayanan böyük bir fəlsəfənin, intellektual bədii təfəkkürün daşıyıcısıdır. Onun poeziyası klassik şeirimizin irsi (əruzun əzəməti, təsəvvüfi dərinlik) ilə müasir insanın daxili dramatizminin mükəmməl vəhdətidir.
Müəllifin misraları sadəliyi ilə dərhal yaddaşa həkk olunur, lakin eyni zamanda insanın iliklərinə qədər işləyən fəlsəfi bir kədəri, bədii estetikası var. Fəhminin şeirləri oxucunu gündəlik həyatın adiliyindən qoparır, duyğuların aşınmasının qarşısını alır və bizi sözün, sevginin və ruhun əbədi, toxunulmaz dünyasına qovuşdurur. Bu yaradıcılıq – çağdaş ədəbiyyatımızın unudulmaz və hər zaman təzə qalan mənəvi xəzinəsidir.

Ayhan

4-05-2026, 21:20
Səssiz inqilabın səsi eşidilməkdədir


Səssiz inqilabın

səsi eşidilməkdədir


Son illərdə avtomobil sənayesində sakit, amma çox güclü bir inqilab baş verir. Söhbət elektrikli avtomobillərdən gedir. Bir vaxtlar gələcəyin texnologiyası kimi görünən bu nəqliyyat vasitələri artıq bu günün reallığına çevrilib. Dünyanın aparıcı iqtisadi mərkəzləri- Avropa Birliyi, Çin, ABŞ, və Yaponiya elektrikli avtomobillərin istehsalı və istifadəsini sürətlə artırmaq üçün ciddi addımlar atırlar. Dövlət dəstəyi, texnoloji inkişaf və ekoloji çağırışlar bu prosesi daha da sürətləndirir. Bəs bu sürətli yayılmanın arxasında hansı əsas səbəblər dayanır? Elektrikli avtomobillərin artması ənənəvi benzin və dizel bazarına necə təsir edir? Bu texnologiyanın üstünlükləri ilə yanaşı, hansı risk və çatışmazlıqları var?
Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov açıqlama verib.
Bildirib ki, yeni texnologiyaların tətbiqi avtomobil sənayesində əsasən səmərəliliyin artırılmasına və məhdud resurslardan daha effektiv istifadəyə yönəlib: ‘’Bu proses eyni zamanda xərclərin optimallaşdırılması, avtomobillərin daha əlçatan olması və nəticədə daha geniş istehlakçı kütləsinə çıxış imkanlarının yaradılmasını hədəfləyir. Bununla yanaşı, dövlətlərin də bu istiqamətdə mühüm strateji məqsədləri mövcuddur. Əsas hədəflərdən biri enerji tələbatının şaxələndirilməsidir. Ənənəvi yanacaq növləri ilə işləyən avtomobillər bir çox hallarda ölkələri xarici resurslardan asılı vəziyyətə salır. Son dövrlərdə baş verən hadisələr – regiondakı gərginliklər, Hörmüz boğazı ətrafında risklər, neft qiymətlərinin kəskin dəyişməsi – bu asılılığın nə qədər kritik olduğunu bir daha göstərdi. Bu isə həm ailə büdcəsinə, həm biznesə, həm də ümumi iqtisadi sabitliyə ciddi təsir edir. Digər mühüm çağırış isə ekoloji tarazlığın qorunmasıdır. Son 60–70 ildə atmosferə zərərin azaldılması, dayanıqlı iqtisadiyyatın qurulması və ətraf mühitin mühafizəsi avtomobil sənayesinin əsas prioritetlərindən birinə çevrilib. Bu istiqamətdə həyata keçirilən strategiyalar ənənəvi yanacaqdan asılılığın azaldılması, alternativ enerji mənbələrinə keçid və hibrid-elektrik avtomobillərin genişləndirilməsi ilə bağlıdır. Məqsəd atmosferin çirklənməsinin qarşısını almaq və daha sağlam ekosistem yaratmaqdır.’’
İqtisadçı qeyd edib ki, bu dəyişikliklər ənənəvi yanacaq növlərinin gələcəyi ilə bağlı suallar doğurur: ‘’Neft və qaz kimi resurslar məhduddur və tükənəndir. Eyni zamanda enerji tələbatı sürətlə artır, dünyada avtomobillərin sayı isə kəskin şəkildə çoxalır. Hazırkı mərhələdə elektrik avtomobilləri hələ ki, ənənəvi yanacağa olan tələbatı ciddi şəkildə azaltmayıb. Lakin yaxın 5 il ərzində bu istiqamətdə dönüş yaranacağı gözlənilir. Artıq Avropa Birliyi, Çin, Yaponiya kimi böyük iqtisadi mərkəzlər bu sahədə konkret hədəflər müəyyən ediblər. Elektrik avtomobillərinin sayının artırılması və texnologiyanın sürətli inkişafı həm minik, həm də yük nəqliyyatında geniş tətbiq imkanları yaradır. Bununla belə, prosesin mənfi tərəfləri də var. Elektrik avtomobillərində istifadə olunan batareyalar yeni təbii resursların istismarını artırır və onların tullantıları ekoloji risklər yaradır. Hazırda beynəlxalq tədqiqat mərkəzləri və texnologiya şirkətləri bu riskləri minimuma endirmək üçün müxtəlif həll yolları üzərində çalışırlar. Bu artıq başlanmış və qarşısı alınmaz bir prosesdir. Lakin bu o demək deyil ki, ənənəvi yanacaq növləri tamamilə sıradan çıxacaq. Neft və qaz təkcə avtomobil sənayesində deyil, plastik istehsalından gübrəyə qədər bir çox sahədə istifadə olunur. Nəticə etibarilə, avtomobil sektorunda ənənəvi yanacağa tələbat müəyyən qədər azalsa belə, digər sahələrdə artan tələbat bu resursların yaxın gələcəkdə əhəmiyyətini itirməyəcəyini göstərir.’’

Mövzu ilə əlaqədar nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, elektriklə işləyən avtomobillərin satışındakı artım innovasiyaya əsaslanan bir inkişaf modelinin nəticəsi kimi qiymətləndirilə bilər:
“Bu sahədə tətbiq olunan yeniliklər və əlçatan texnologiyalar bəzi iqtisadi sistemlər üçün cəlbedici görünür. Bu gün dünya ölkələri arasında elektrikli nəqliyyat vasitələrinin istehsalı, sifarişi və ümumilikdə dövriyyəsi sürətlə genişlənir. Xüsusilə ölkələrarası ticarətdə elektrik avtomobillərinin alqı-satqısı zamanı tətbiq olunan güzəştlər, gömrük rüsumlarının azaldılması, bəzi hallarda isə tamamilə ləğv edilməsi bu innovativ yanaşmanın birbaşa nəticəsidir. Başqa sözlə, bu proses innovasiyaya olan inamdan qaynaqlanır. İnsanlar və dövlətlər elektrikli nəqliyyatın daha perspektivli, davamlı və gələcəyə uyğun bir seçim olduğuna inanırlar’’.

Sevinc Yarməmmədova,
Azər Abuşov,

BDU Jurnalistika fakültəsinin III kurs tələbələri
3-05-2026, 11:19
Status xərcləri:


Status xərcləri:

(İnsanlar niyə borca girib “görünmək” istəyir?)

Son illər sosial şəbəkələrin təsiri ilə insanların “görünmək” arzusu daha da güclənib. Bir çoxları real imkanlarını aşaraq bahalı geyimlərə, telefonlara, tədbirlərə və status simvolu sayılan həyat tərzinə pul xərcləyir. Nəticədə isə bəziləri bu “görünürlük yarışına” qoşulmaq üçün borca girməkdən belə çəkinmirlər.
Mövzuya sosioloq Rəvan Əliyev aydınlıq gətirib. Bildirib ki, bu əslində iqtisadi yox, sosial-psixoloji təzyiqin nəticəsidir: “İnsan düşünür ki, əgər o da digərləri kimi görünməsə, cəmiyyət onu qəbul etməyəcək. Müasir cəmiyyətdə “status göstərmək” meyli əsasən insanların bir-biri ilə müqayisə etmə vərdişindən yaranır. İnsan təbiətən cəmiyyətdə qəbul olunmaq, hörmət qazanmaq istəyir. Lakin bu istək zamanla yanlış istiqamət alaraq maddi göstəricilər üzərindən formalaşır. Bu prosesdə sosial şəbəkələrin rolu xüsusilə böyükdür. Instagram və TikTok kimi platformalarda insanlar həyatlarının yalnız parlaq tərəflərini paylaşır və nəticədə “ideal həyat” illüziyası yaranır. Digər tərəfdən, cəmiyyətin özü də insanları maddi göstəricilərlə qiymətləndirir. Bahalı maşın, ev və geyim çox vaxt insanın xarakterindən və biliyindən daha ön plana çıxarılır. Bütün bunlar birlikdə fərddə belə bir düşüncə yaradır: “Hörmət qazanmaq üçün varlı görünmək lazımdır.”
Sosioloq vurğulayıb ki, insanların borca girərək bahalı həyat tərzi sosial bərabərsizliklə birbaşa bağlıdır:
Cəmiyyətdə imkanlar hamı üçün eyni deyil, lakin hamı eyni standartlara baxır və həmin səviyyədə görünmək istəyir. Maddi imkanı zəif olan insanlar da geri qalmamaq, cəmiyyətdə özlərini təsdiqləmək üçün borca girərək bahalı həyat tərzi qurmağa çalışır. Bu əslində iqtisadi yox, sosial-psixoloji təzyiqin nəticəsidir. İnsan düşünür ki, əgər o da digərləri kimi görünməsə, cəmiyyət onu qəbul etməyəcək. Nəticədə borclanma artır, maliyyə çətinlikləri dərinləşir və insan real həyatından uzaqlaşır. Bu baxımdan sosial bərabərsizlik yalnız gəlir fərqi deyil, həm də insanları süni həyat yaşamağa məcbur edən bir amildir.”
Müsahibimiz bildirib ki, bu tendensiyanın gənclər arasında daha sürətlə yayılmasının əsas səbəbi onların hələ formalaşma mərhələsində olmasıdır:
“Gənclər kimlik axtarışındadır və cəmiyyətin təsirlərinə daha açıqdır. Sosial şəbəkələrdə yayılan sürətli uğur, lüks həyat və “asan qazanc” görüntüləri gənclərdə yanlış təsəvvür yaradır. TikTok və İnstagram üzərindən formalaşan bu təsirlər gəncləri daha çox “görünməyə” yönəldir. Onlar düşünür ki, dəyərli olmaq üçün diqqət çəkməli və seçilməlidirlər. Bu isə çox vaxt maddi göstəricilər üzərindən qurulur. Nəticədə gənclər real inkişafdan çox, görüntüyə üstünlük verir və bu da həm psixoloji, həm də iqtisadi problemlərə səbəb olur.”

Psixoloq Aynur İsgəndərova da mövzu ilə bağlı fikirlərini bildirib. O qeyd edib ki, insanlar olduqları vəziyyətdən daha yaxşısını təqdim etməyə çalışırlar, yəni müəyyən mənada özlərini daha statuslu göstərmək istəyirlər: “Müasir dövrdə elə bir insan az tapılar ki, sosial mediadan istifadə etməsin və ya heç bir sosial profili olmasın. Demək olar ki, hər kəsin müəyyən mənada sosial profilləri var və hər kəs sosial media istifadəçisidir. İnsanlar sosial mediada özlərinin daha yaxşı tərəfini, cəmiyyət vasitəsilə daha yaxşı qəbul olunan və cəmiyyətin qiymətləndirmə meyarlarına uyğun olan paylaşımlar etməyə çalışırlar. Hətta bir çox hallarda insanlar olduqları vəziyyətdən daha yaxşısını təqdim etməyə çalışırlar, yəni müəyyən mənada özlərini daha statuslu göstərmək istəyirlər.”
Psixoloq bildirib ki, əvvəlki dövrlərlə müqayisədə insanların bir-birini şəxsiyyət olaraq dəyərləndirməsində daha çox şəxsi keyfiyyətlər və mənəvi dəyərlər üstün tutulurdusa, indi bu dəyərlər dəyişib: “Xüsusilə bu hal daha çox gənc nəsilə aiddir. Hazırda qiymətləndirmə meyarları daha çox vizual göstəricilərdən ibarətdir. Yəni bahalı əşyalar və bahalı həyat tərzi olan insanlar daha yüksək qiymətləndirilir və bu, başqalarını dəyərləndirmə amillərindən biri kimi görünür. Bu baxımdan insanlar cəmiyyətin sosial qiymətləndirməsi belə olduğu üçün öz statuslarında daha yaxşı geyimlərini, daha yaxşı həyat vəziyyətlərini nümayiş etdirməyə çalışırlar. Statuslarda yalnız yaxşı vəziyyətlərini paylaşırlar və buna ehtiyac duyurlar. Bunun üçün lazım olduğundan daha artıq maliyyə xərcləyirlər və ya daha imkanlı görünmək üçün öz maliyyə vəziyyətlərini nəzərə almadan müəyyən davranışlar sərgiləyirlər. Bunun səbəbi müəyyən mənada psixologiyada izah olunur.”
O, qeyd edib ki, Leon Festinger-in sosial müqayisə nəzəriyyəsinə görə, insanların yuxarı və aşağı müqayisəsi mövcuddur: “İnsanlar özlərini yuxarı səviyyədə olan insanlarla müqayisə etdikdə özlərini daha aşağı hiss edirlər və öz qiymətləndirmələri azalır. Aşağı səviyyədə olan insanlarla müqayisə etdikdə isə müəyyən mənada rahatlıq hiss edirlər. Yəni bu, son dövrlərdə insanların sosial dəyərlərə və sosial qiymətləndirməyə ehtiyac duyması ilə bağlıdır. Əvvəllər daha çox mənəvi dəyərlər əsas hesab olunurdusa, indi maddi dəyərlər ön plana çıxıb. Mənəvi dəyərlər müəyyən mənada öz yerini maddi dəyərlərə verib. Özünü aşağı dəyərləndirən, kompleksləri olan, psixologiyada isə natamamlıq kompleksi kimi izah olunan insanlar kompensator davranış sərgiləməyə başlayır.
Kompensasiya psixoloji müdafiə mexanizmlərindən biridir. İnsanlar özlərində olan və ya olmayan maddi imkan çatışmazlıqlarını və psixoloji boşluqları kompensasiya etmək üçün buna əl atırlar. Yəni daxilən özünü müəyyən məsələlərdə aşağı hiss edən, natamamlıq hissi yaşayan insanlar bunu başqalarına göstərmək istəyirlər. Ümumilikdə insanın əsas istəyi başqalarının onu sevməsi, hörmət görmək və başqalarının gözündə daha yaxşı görünməkdir. Müasir dövrdə isə cəmiyyət maddi dəyərlərə daha çox önəm verdiyi üçün insanlar bu boşluğu maddi göstəricilərlə doldurmağa çalışırlar. Gənclər arasında status xərclərinin artmasının əsas səbəbləri də məhz sosial mühitlə bağlıdır. Bu daha çox gənclərdə müşahidə olunur. Əvvəlki nəsillərdə, məsələn 1950-ci, 1960-cı illərdə dünyaya gələn insanlarda bu kimi problemlər o qədər də ön planda deyildi. O dövrlərdə insanlar özlərini və başqalarını yalnız maddi dəyərlərə görə qiymətləndirmirdilər.
Mənəvi keyfiyyətlərə də ciddi fikir verirdilər. Amma son dövrlərdə gənclərin dəyərləri dəyişib, sosial qiymətləndirmə meyarları dəyişib və bu, onların özünü dəyərləndirmə formasına da təsir edib. Gənclik dövrü sosial şəxsiyyətin formalaşdığı bir dövrdür. Bu mərhələdə gənclər yaşıdları arasında hörmət qazanmaq, qəbul olunmaq və sevilmək ehtiyacını ödəməyə çalışırlar. Bunun üçün də əllərindən gələni edirlər və daha yaxşı tərəflərini göstərməyə çalışırlar. Bir çox ölkədə maliyyə savadlılığı inkişaf edib. Azərbaycanda da maliyyə savadlılığı və büdcə planlaşdırılması məsələləri kiçik yaşlardan etibarən formalaşdırılmalıdır. Bu mövzular məktəb dövründən başlayaraq tədris olunmalı və geniş şəkildə maarifləndirmə aparılmalıdır. Böyüklərdən öyrədilən biliklərin praktikada tətbiqi üçün də şərait yaradılmalıdır.”

Səmayə Səftərova,
Qənirə Şamxal,

BDU Jurnalistika fakültəsinin III kurs tələbələri
3-05-2026, 11:10
Tələb yüksək, təklif baha: çıxış yolu varmı?

Tələb yüksək, təklif baha:

çıxış yolu varmı?


Müasir dövrdə Bakı başda olmaqla, ölkənin böyük şəhərlərində yaşayış sahəsi tapmaq sadəcə bir seçim yox, həm də ciddi bir maliyyə sınağına çevrilib. Son illərdə ölkədə kirayə mənzil bazarında baş verən qiymət artımı cəmiyyətin sosial-iqtisadi gündəmində ən çox müzakirə olunan məsələlərdən biridir. Kirayə haqlarının davamlı şəkildə yüksəlməsi təkcə aşağı gəlirli təbəqələri deyil, orta gəlirli ailələri, tələbələri və gəncləri də ciddi şəkildə narahat edir. Əhalinin mühüm bir hissəsi üçün mənzil sahibi olmaq hələ də əlçatmaz olarkən, kirayə bazarındakı qeyri-sabitlik və bahalaşma onların gündəlik həyatına birbaşa təsir göstərir. Bəs, hər il artan qiymətlərin arxasında hansı real iqtisadi amillər dayanır? Müşahidələr göstərir ki, kirayə qiymətlərinin ildən-ilə artması təsadüfi proses deyil və bu, bir sıra iqtisadi, sosial və demoqrafik amillərin təsiri ilə formalaşır. Yeni tikililərin sayı artsa da, onların baha olması kirayə üçün əlçatan mənzillərin sayını məhdudlaşdırır.
İqtisadçı Xalid Kərimli isə bildirib ki, Bakıda kirayə mənzillər bazarında qiymətlər son illər durmadan artır: “Azərbaycan Mərkəzi Bankının maliyyə sabitliyi hesabatına baxdıqda görürük ki, Bakı şəhərində bazara çıxarılan açıq mənbələrdən məlum olan elanların 82 faizi yeni binalarda olan mənzillərin kirayə bazarına çıxarılmasıdır. Onun 75 faizi isə mərkəzə yaxın ərazilərdədir. Ümumi median kirayə haqqına baxdıqda görürük ki, 927 manatdır. Bu o deməkdir ki, bazara çıxarılan kirayə mənzillərin tam yarısı 927 manatdan yuxarı, digər yarısı isə 927 manatdan aşağı qiymətə təklif olunur. Bazarda qiymətlərin bu səviyyəsi onu göstərir ki, qiymətlərin artımı son illər stabil formada davam edir və bunun əsas səbəbi Bakıda yaşamağa olan tələbatın yüksək olmasıdır”.
Onun sözlərinə görə, iş yerlərinin, ümumi daxili məhsulun yaradılmasının böyük hissəsinin məhz Bakı və Abşeron yarımadasında cəmlənməsi, təhsil müəssisələrinin və dövlət mərkəzi aparat orqanlarının əsasən paytaxt ərazisində yerləşməsi mühüm rol oynayır: “Yəni ölkənin iqtisadi ürəyi burada döyünür. Bu səbəbdən həm təhsil alanlar, həm iş axtaranlar, həm də daha keyfiyyətli infrastruktur və xidmətlərdən yararlanmaq istəyən şəxslər Bakıya üz tutur və bu da kirayə qiymətlərinə birbaşa təsir edir. Kirayə qiymətləri ilə paralel olaraq mənzil qiymətləri də bahalaşır və bu proses tələbatın artması fonunda davam edir. Onun fikrincə, bunun qarşısının alınması üçün bazara daha çox kirayə mənzillərinin çıxarılması vacibdir. Yeni tikililərdə daha çox mənzilin kirayə bazarına yönəldilməsi qiymət artımının qarşısını müəyyən qədər ala bilər. Əks halda, tələbat artdıqca kirayə qiymətlərinin də yüksəlməsi davam edəcək”. İqtisadçı əlavə edib ki, dövlət idarələrinin və universitetlərin köçürülməsi ilə bağlı səsləndirilən təkliflər var, lakin bu, kifayət qədər mürəkkəb məsələdir və ciddi əsaslandırma tələb edir: “Ümumilikdə isə kirayə bazarında qiymətlərin artmasının əsas səbəbi tələbatın yüksək olmasıdır. İqtisadi aktivliyin, dövlət qurumlarının və ali təhsil müəssisələrinin əsasən Bakı və ətraf ərazilərdə cəmləşməsi burada yaşayış yerlərinə tələbatı artırır və nəticədə kirayə qiymətləri yüksək səviyyədə qalır. Mənzil qiymətlərinin bahalaşması da bu prosesə təsir edən əsas amillərdəndir. Bu artımın yaxın dövrdə stabilləşəcəyini demək çətindir. Əhalinin tələbatı artdıqca və Bakıda yaşamaq istəyi yüksəldikcə qiymətlərin də yüksək qalması qaçılmazdır”.
Ekspertin fikrincə, tikinti xərclərinin artması, torpaq sahələrinin məhdudlaşması və şəhərsalma standartlarının tətbiqi yeni tikililərin qiymətini artırır: “Bu isə öz növbəsində icarə haqlarına da təsir göstərir. Ümumilikdə, kirayə və mənzil qiymətləri arasında həm birbaşa, həm də qarşılıqlı əlaqə mövcuddur- biri artdıqca digəri də bu tendensiyanı dəstəkləyir. Qısamüddətli dövrdə tələbələrin davranışı da kirayə bazarına təsir göstərir. Tələbələr kirayə tələbatının pik olduğu dövrlərdə mənzil tapmaqda çətinlik çəkdikləri üçün yay aylarında belə evlərini saxlamağa üstünlük verirlər. Bu da qiymətlərin yüksək qalmasına səbəb olur.”

Mehriban Yariyeva,
Aytən Atakişiyeva,

BDU Jurnalistika fakültəsinin III kurs tələbələri
29-04-2026, 07:21
İqtisadiyyatın yeni “boss”u”


İqtisadiyyatın yeni “boss”u

Süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə insan ilk dəfə olaraq özünə bənzər başqa bir insanla deyil, görünməz bir rəqiblə - alqoritmlərlə üz-üzə qalıb. Bu rəqib yorulmur, səhv etmir, maaş istəmir və ən əsası, getdikcə daha çox işi insanın əlindən alır. Avtomatlaşma artıq yalnız zavodları deyil, ofisləri, media sahəsini, hətta yaradıcılıq tələb edən peşələri belə əhatə edir.
Bir vaxtlar minlərlə insanın saatlarla gördüyü işlər indi bir neçə saniyəyə həll olunur. Bu dəyişiklik sadəcə texnoloji yenilənmə deyil - bu, “iş” anlayışının kökündən dəyişməsidir.
Əmək bazarında dəyər ölçüləri səssizcə yenidən yazılır. Əzələ gücü, mexaniki təcrübə, illərlə formalaşan rutin bacarıqlar artıq əvvəlki çəkisini itirir. Amma burada maraqlı bir ziddiyyət yaranır. Texnologiya insan əməyini ucuzlaşdırdıqca, insanın özünə məxsus xüsusiyyətləri bahalaşır. Empatiya, yaradıcılıq, hiss etmək və anlamaq qabiliyyəti - bunlar artıq sadəcə insani keyfiyyətlər deyil, bazarda nadir tapılan dəyərə çevrilir. Sanki
insan olmaq özü bir peşəyə çevrilir. Bugünkü reallıqda sual artıq belədir:
Gələcəkdə bir çox peşənin avtomatlaşması fonunda insan əməyi nadir bir lüksə çevrilə bilərmi? Maaş rəqibi artıq insanlar yox, alqoritmlər olduqda, insanın yaradıcılığı və emosional zəkası iqtisadiyyatın yeni əsas valyutasına çevrilə bilərmi?
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir deyib ki, gələcəkdə bir çox peşənin avtomatlaşması fonunda insan əməyi bəzi sahələrdə nadir bir lüksə çevrilə bilər: “Ümumilikdə, mövcud texnoloji proseslər əmək bazarında ciddi struktur dəyişikliklərinə səbəb olur. Bu dəyişikliklər bir tərəfdən yeni məşğulluq imkanları yaradır. Hesablamalara görə, 2027-ci ilə qədər dünyada təxminən 97 milyon yeni iş yerinin yaranacağı proqnozlaşdırılır. Digər tərəfdən isə, bu yeni iş yerləri işçi qüvvəsindən daha yüksək səviyyədə bilik və bacarıqlar tələb edir.Texnoloji transformasiyanın təsiri ilə əmək bazarında tələb və təklif arasında uyğunsuzluq dərinləşir. Belə ki, 2023-cü ildə işəgötürənlərin 77%-i ixtisaslı kadr tapmaqda çətinlik çəkmiş, işçi qüvvəsinin təxminən 50%-nin isə yenidən ixtisaslaşmaya ehtiyac duyduğu müəyyən edilmişdir.”
Ekspertin sözlərinə görə, avtomatlaşma və süni intellekt artıq rutin, təkrarlanan və qaydalara əsaslanan funksiyaları sürətlə öz üzərinə götürür: “Bu tendensiya davam etdikcə, bəzi sahələrdə insan əməyinə tələbat azalacaq. Daha real ssenari isə əmək bazarının ikiqütblü xarakter almasıdır: bir tərəfdə yüksək yaradıcılıq, strateji düşüncə və sosial bacarıqlar tələb edən peşələr, digər tərəfdə isə avtomatlaşdırılması çətin olan fiziki və xidmət yönümlü fəaliyyət sahələri. Bu kontekstdə “lüks” anlayışı bütün əmək növlərinə deyil, məhz yüksək ərdiləşmiş və nadir kompetensiyalara malik insan əməyinə aid edilə bilər.Yaradıcılıq və emosional zəkanın iqtisadiyyatın yeni “valyutası”na çevrilməsi məsələsinə gəldikdə isə, bu proses artıq qismən müşahidə olunur.
Alqoritmlər məlumatın emalı və optimallaşdırılması sahəsində insanlardan üstünolduqca, insanın fərqləndirici xüsusiyyətləri (estetik və orijinal yaradıcılıq, kontekst qurmaq bacarığı, qeyri-müəyyən şəraitdə çevik qərarvermə qabiliyyəti) daha çox iqtisadi dəyər qazanır. Bununla belə, süni intellektin artıq yaradıcılığın bəzi formalarını təqlid edə bilməsi göstərir ki, elementar yaradıcılıq kifayət etmir. Dəyər daha çox dərin, orijinal ideyalarda, fərdi təcrübəyə əsaslanan baxış bucağında və insanlarla birbaşa qarşılıqlı təsirdə (məsələn, liderlik, psixoloji dəstək, təhsil və s.) formalaşır.
Beləliklə, gələcəkdə iqtisadiyyatın “valyutası” yalnız yaradıcılıq və emosional zəka ilə məhdudlaşmayacaq, daha doğrusu, bu bacarıqların yüksək keyfiyyətli və fərqləndirici formaları ön plana çıxacaq. Nəticə etibarilə, rəqabət modeli “insan-insan” müstəvisindən “insan-alqoritm” müstəvisinə keçəcək, dəyər isə məhz insana xas olan xüsusiyyətlərin daha dərin və nadir təzahürləri üzərində qurulacaq”.

Çinarə Tarverdiyeva,
İlhamə Nurəhmədova,

BDU Jurnalistika fakültəsinin III kurs tələbələri
29-04-2026, 07:01
Süni intellektin yayılması: Azərbaycanda iqtisadi   təsirlər və gözləntilər

Süni intellektin yayılması:

Azərbaycanda iqtisadi

təsirlər və gözləntilər


Süni intellekt artıq yalnız texnologiya sahəsinin deyil, eyni zamanda iqtisadiyyatın gələcəyini müəyyən edən əsas amillərdən biri kimi qiymətləndirilir. Dünyada olduğu kimi, Azərbaycanda da bu texnologiyaya maraq sürətlə artır. Bununla yanaşı, onun əmək bazarına, biznes mühitinə və ümumi iqtisadi göstəricilərə təsiri ilə bağlı suallar aktuallığını qoruyur.
Mövzu ilə bağlı iqtisadi ekspert Elşən Bağırzadə mövcud vəziyyəti və gözləntiləri dəyərləndirib. Ekspertin sözlərinə görə, əsas məsələ texnologiyanın mövcudluğu deyil, ona uyğunlaşma səviyyəsidir:
“Süni intellekt Azərbaycanda ilk növbədə xidmət sektorunda- xüsusilə təhsil, səhiyyə, bank-maliyyə, dövlət xidmətləri, ticarət və media sahələrində dəyişikliklərə səbəb olacaq. Bu sahələrdə məlumatların emalı, analiz və qərarvermə proseslərinin çoxluğu süni intellektin tətbiqini sürətləndirir. Əmək bazarında kütləvi işsizliyin yaranması gözlənilmir. Əsas dəyişiklik iş yerlərinin yox olması deyil, onların mahiyyətinin transformasiyası olacaq. Rutin və təkrarlanan tapşırıqlar avtomatlaşdırılacaq, insanın analitik düşüncəsi, yaradıcılığı və qərarvermə bacarıqları isə daha çox ön plana çıxacaq. Gələcəkdə uğur qazananlar süni intellekti əvəz edən yox, onunla işləməyi bacaran insanlar olacaq”.
Azərbaycanda bizneslərin süni intellektdən istifadəsinə toxunan ekspert bildirib ki, maraq yüksək olsa da, tətbiq hələ geniş yayılmayıb: “Daha çox iri şirkətlər və maliyyə sektoru bu istiqamətdə addımlar atır, kiçik və orta biznesdə isə istifadə məhduddur. Bu, bir sıra amillərlə bağlıdır. İxtisaslı kadr çatışmazlığı, keyfiyyətli və sistemləşdirilmiş məlumat bazasının olmaması, idarəetmə səviyyəsində tərəddüdlər və texnoloji infrastrukturun qeyri-bərabər inkişafı. Bu, sadəcə texnologiyanın tətbiqi deyil, bütövlükdə biznes modelinin dəyişməsini tələb edir”.
Süni intellektin ÜDM artımına təsiri ilə bağlı danışan ekspert daha realist yanaşmanın vacibliyini qeyd edir: “Yaxın 1–2 ildə kəskin iqtisadi sıçrayış gözləmək düzgün deyil. Süni intellektin təsiri adətən dolayı olur və zaman tələb edir. Əvvəlcə şirkətlər texnologiyanı mənimsəyir, sonra məhsuldarlıq artır və bu artım tədricən makroiqtisadi göstəricilərə təsir edir. Bununla belə, süni intellektin qeyri-neft sektorunda məhsuldarlığın artırılması üçün yeni imkanlar yaratdığını və düzgün tətbiq olunduğu halda orta müddətdə ÜDM artımına müsbət təsir göstərə bilər. Süni intellekt sahəsinə investisiyaların cəlb edilməsi üçün əsas prioritet texnologiyanın sadəcə idxalı deyil, ekosistemin qurulmasıdır. İnvestorlar bazarla yanaşı, həmin bazarın hazırlıq səviyyəsini də qiymətləndirir. Bu baxımdan rəqəmsal infrastrukturun gücləndirilməsi, insan kapitalına — xüsusilə süni intellekt bacarıqlarına — investisiya qoyuluşu, məlumatların idarə olunmasının təkmilləşdirilməsi və aydın tənzimləyici mühitin formalaşdırılması vacib hesab olunur.
Bununla yanaşı, müsahibimiz süni intellektin yalnız startap səviyyəsində deyil, real sektor layihələri üzərindən inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb: “Səhiyyə, təhsil, logistika və kənd təsərrüfatı sahələrində konkret tətbiqlər investorlar üçün daha cəlbedicidir. Əsas məqsəd texnologiyanı yalnız idxal edən deyil, onu tətbiq edən və inkişaf etdirən ölkəyə çevrilməkdir”.
Fatimə Məmmədli,
Selcan Əhmədli,

BDU Jurnalistika fakültəsinin III kurs tələbələri
27-04-2026, 06:59
Nuray Qurban yazır: Xalqla bağlı ömür


Nuray Qurban yazır:

Xalqla bağlı ömür

Azərbaycan elə bir ölkədir ki, tarix boyu,demək olar, hər zaman öz mədəniyyəti,incəsənəti, silinməz tarixiylə,istər coğrafiyasıyla,istər təbiətiylə,istərsə də öz mərd,yenilməz xalqıyla seçilmiş, daim diqqət mərkəzində olmuşdur.Bir xalqı xalq edən,onun tarixi,dili,mədəniyyəti,incəsənətidir.Onları silinməz edəndə,qoruyanda,məhz,xalqdır..Daim inkişafda olan bir ölkədə,bir dövr gəldiki,adəta,bir zirvə yaşandı..Bu tarix,Heydər Əliyev tarixi idi...Qızıl hərflərlə tarixə işlənən bir dövr..
Öz siyasəti,vətən,xalq sevgisilə,danışığı,dühasilə bir iz qoyan şəxsiyyət,Ulu Öndər Heydər Əliyev..Elin oğlu,xalqın oğlu,Heydər Əliyev..Necəki bir mahnıda deyilir: “ Xalq Heydər söyləyəcək!” Bəli, hər zaman xalq Heydər söyləyəcək,çünki, Ulu Öndər daim xalqını düşünmüş,onun üçün fəaliyyət göstərmişdir.Necəki dedik,bir xalqı xalq edən,onun tarixi,dili,mədəniyyəti,incəsənətidir.Onları silinməz edəndə,qoruyanda,məhz,xalqdır..Ulu Öndər də hər zaman mədəniyyət,incəsənət,xüsusilə tarixini və dilini müqəddəs bilmiş,fəaliyyəti boyu üstün tutmuşdur..Bunun üçün deyirik ki, Ümummilli lider Heydər Əliyev xalqın içindən gəlmiş, xalqın, elin oğlu idi..Xalqını xalq edənləri silinməz etmək üçün daim çalışmış,və buna nail olmuşdur..Ulu öndər deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Nəinki mədəniyyət,incəsənət,cəmiyyəti əhatə edən hər sahədə Heydər Əliyev öz imzasını atmışdır.Bunun nəticəsidirki,bu gündə adı çəkilən zaman böyük bir fəxarət və qürur hissi ilə alınır Ulu Öndərimiz..Bu imza elə bir imza oldu ki,sərhədləri aşan bir imza..Öz imzasilə xalqının imzasını atdı ki,bu gün də imzamız var imzaların içində..

Ümummilli Lider Heydər Əliyevin 1960-cı llərin axırlarında hakimiyyətə gəlməsilə,iqtisadi və mədəni tənəzzül yaşayan ölkədə,artıq, dirçəliş,milli ruhun yüksəlişi,cəmiyyətin bütün sahələrində inkişaf dövrü başladı.Buna faktdır ki,Heydər Əliyevin hakimiyyət fəaliyyəti dönəmində jurnalistika və jurnalistlərə xüsusi marağı və önəmi nəticəsində “Jurnalistlərin dostu” adlandırlırmışıdır,hətta,ümumilli liderin belə bir cümləsi var ki,“Mənə deyiləndə ki, “Jurnalistlərin dostu” seçilmişəm, əvvəl inanmadım”. Bu da sübut edir ki, Heydər Əliyev heç bir qarşılıq,heç bir tərif məqsədi güdmədən sadəcə və sadəcə xalq və onun tərəqqisənə mərkəzlənmiş fəaliyyətə yönəlmişdi ki, bu Ulu Öndərin əvəzsiz siyasətidir.
Heydər Əliyev siyasətinin ana xətti doğma dilə ögey münasibətin aradan qaldırılması idi ki, dahi rəhbər buna da nail olmağı bacardı..Dilini üstün tutub,müqəddəs bilən rəhbər siyasəti nəticəsində milli ruhda yüksəliş,oyanış olmuş,dilimizə ögey münasibət aradan qalxmışdı,mətbuat sahəsində də həmçinin,bunun bariz nümunələrini görmək mümkün idi.
Heydər Əliyev fəaliyyəti çoxşaxəlidir.Mədəniyyət sahəsində fəaliyyət diqqəti cəlb etməkdədir.Dediyimzi kimiz,daim mədəniyyətin inkişafına yönələn Ümumilli liderin mədəniyyətə tövhələri danılmazdır.Böyük inkişaf dövrü yaşayan mədəniyyət və incəsənət sahələri,qüdrətli rəhbər fəaliyyətilə zirvələrə qalxmışdır.İstər musiqi,istər teatr,istər rəssamlıq,istərsə də rəqs və digər incəsənət və mədəniyyət sahələri -hər biri Hedər Əliyev qayğısı və dəstəyindən bəhrələnmişdir.Bunun üçündə,daim,diqqət mərkəzində olmuşdur.
Bunu bu cür bir faktla dahada təsdiqləmək olar.Müstəqillik əldə etdikdən sonra,bir sıra problemlər meydana çıxmağa başladı,məsələn,mədəniyyətin qarşılaşdığı problemlər və ya sosial problemlər ki bu cür sosial problem nəticəsində ölkəni tərk etməli olan sənət adamları və.s Lakin dahi rəhbər Heydər Əliyevin gəlişi və siyasəti nəticəsində artıq mədəniyyət öz inkişafını yaşamaqda,yaranan soail problemlər,artıq, bitməkdə idi ki,bununlada,sənət adamları vətənə qayıtmış və onlara xüsusi önəm və qayğı göstərilməyə başlanmışdır.Problemlərə görə,bağlanan teatr,kitabxana kimi mədəniyyət ocaqlarının qapıları ədəbi olaraq açılaraq öz tamaşaçılarına,oxucularına qovuşmuşdur.Filarmoniyanın təmiri və yenidən istifadəsidə buna ən yaxşı nümunədir,çünki,filarmoniya demək,musiqi ocağı deməkdir.Azərbaycan musiqiləri,dünya musiqiləri içində ən seçilən və mükəmməl sənət nümunələridir.Daim musiqilərimiz öz melodiyası ilə,ardıcıl,mükəmməl notları ilə qəlblərə də,yaddaşlara da imza atmışdır.Muğamlarımız,baletlərimiz,operalarımız və digər möhtəşəm musiqi nümunələrinində ,əlbətdə,dünya musiqi tarixində iz qoymuş yaradıcı bəstəkarları olmuşdur.Azərbaycan öz bəstəkar və ecazkar musiqiləri,əsərlərilə tanınmış və bu gün tanınmaqdadır.Ulu Öndərdə hər zaman bunu diqqət mərkəzində saxlamış və musiqiyə xüsusi önəm vermişdir.Xalq mahnılarını isə sevərək dinləmişdir.Hətda,Heydər Əliyevin ən sevdiyi xalq mahnısı, “ Küçələrə su sərpmişəm” və “Alagöz” olmuşdur.Nəinki sevərək dinləmişdir,hətda,videomateriallardan görürük ki,Heydər Əliyev həmin mahnıları sevərəkdə ifa etmişdir.Görkəmli müğənni,bəstəkar,Müslüm Maqomayevlə eyni masa arxasında əyləşən Heydər Əliyev Maqomayev və digər musiqiçi şəxslərlə birlikdə “Alagöz”dən balaca bir hissə oxumuşdur.Budur, bu da təkrar sübut edirki xalqını sevən,xalqın oğlu Heydər Əliyev Xalq mahnılarına xüsusi rəğbət hissi ilə yanaşmış,onu ifa edənlərə,nəinki onlara,bəstəkarlara,daim qayğı göstərmişdir.
Musiqi sənətimizin inkişafına xüsusi qayğı ilə yanaşan ulu öndərin sərəncamı ilə 24 bəstəkar və musiqişünasa Prezident təqaüdü verildi. Onların bir çoxu “Şöhrət” ordeninə layiq görüldülər. Arif Məlikov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Habil Əliyev, Arif Babayev kimi musiqi xadimləri “İstiqlal” ordeni ilə təltif olundular.
Bir bəstəni,mahnını yaradan,ona melodiyalar qatan,notları canlandıran musiqi alətləridir,ona ritm verən nağara,həzin səsilə könüllərə yol tapan kamança,muğamlarım ayrılmaz parçası tardır.Əlbətdə,musiqiyə,bəstə və bəstəkara önəm göstərən dahi rəhbər musiqinin təməlini təşkil edən musiqi alətlərini ifa edən səmətkar şəxslərə də ,həqiqətən,böyük önəm vermişdir.Musiqi və onun Azərbaycan mədəbiyyət və incəsənətində,qısaca,Azərbaycan musiqisi və incəsənətinin dünya incilərindən olduğunu yaxşı bilən Ümummilli lider Heydər Əliyev,əlbətdə,onu yaradnlara,ifaçılarınada qayğı göstərməyə və onların inkişafı üçün adımmlar atmaya bilməzdi.Bu qayğının nəticəsidir ki,mədniyyət ocaqları,musiqi məktəbləri fəaliyyətə başlamış,burada sənətində öz sözünü deyən sənətkarlar Azərbaycan mədəniyyətinə yeni şəxsiyyətlər yetişdirəyə başlamışdır.Budur,Heydər Əliyevin bir dəyər və veridiyi önəmlə Azərbaycan mədniyyətində,incəsənətində yeni-yeni və nəticələri yüksək olacaq addımlar atıldı.
Verilən bu diqqətin nəticəsi idiki,Naxçıvanda da sənət sahəsində iz qoyan nağara ifaçısı Pənah Qurbanov Mədəniyyət evinin təməlini qoymuş və burada yeni fəaliyyətə başlamışdır.Yaranan Nağaraçalanlar” ansamblı Heydər Əliyevində iştiraı ilə baş tutan,yaradıcılıq günləri,festivallarda,konsert və tədbirlərdə iştirak etmiş və dəfələrlə mükafatlara laiq görülmüşlər və xüsusi olaraq fəaliyyətləri Ümumilli lider tərəfindən dəyərləndirilmişdir.Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Bakıda keçirilən Naxçıvan günlərində P.Qurbanovun rəhbərliyi ilə “Nağaraçalanlar” ansamblının iştirakı bu sənətin Naxçıvanda layiqli davamçılarının yetişdiyini və Ümumilli lider fəaliyyətini sübut edir.
Qurbanovlar ailəsinin nağara ifaçılığı sahəsində yaradıcı fəaliyyəti diqqətdən kənarda qalmamışdır. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev 1974-cü ildə P.Qurbanovun digər oğlu Mustafa Qurbanova imzalı nağara hədiyyə etmişdir. Bu sənətə və sənətkara ulu öndər tərəfindən verilən qayğı,önəm,əsasən,göstərilən hörmətə ən yaxşı faktdır.Məhz,bununlada,bu gündə həmin ansambıl,öz fəaliyyətindədir və Musiqiyə önəm ənənəsini davam etdirən prezident İlham Əliyev tərəfindən həmin ansamblın bədii rəhbəri Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət işçisi, “Prezident mükafatı”na laiq görülmüşdür.Bəli,budur bu gündə dahi rəhbər,Ümummilli lider Heydər Əliyevin mükəmməl siyasəti və ənənələri davam etdirilir.Faliyyəti dönəmində inkişaf yollarında sürətlə addımlayan Azərbaycan bu gün artıq öz zirvəsinə çatmışdır.Bu günün inkişaf zirvəsinə çatan Azərbaycanın mərkəzində Heydər Əliyev siyasəti dayanmaqdadır.
Prezident İlham Əliyev:"Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim"
O vəsiyyətki,içində Şuşaya qovuşmaq vədi və arzusu var idi.Musiqinin,incəsənətin,mədəniyyətin incilərinin ocağı Şuşaya çatmaq vədi,vəsiyyəti.O vəsiyyət,davam etdirilən dahi şəxsiyyət,Ulu öndər siyasətilə yerinə yetirildi.Bu gün Cıdır düzündə musiqilərimiz səslərin,milli rəqslərimiz oynanılır.Budur,Ulu öndər qayğısı,dəyərilə bu gün belə inkişafda olan incəsənət və mədəniyyət nümunələrimiz özünü məhz elə “ocaq” olan Şuşa da göstərməkdədir.
Beynəlxalq aləmdə öz sözünü deyən Heydər Əliyev siyasəti tək mədəniyyət,incəsənəti deyil,bütün sahələri əhatə etmiş və daim inkişafa və tərəqqiyə yönəlmişdir.Prezident İlham Əliyevində şəxsi təşəbbüsilə davam etdirilən siyasətin nəticəsidirki bu gün ölkəmmiz hər sahədə öz imzasını ata bilir.Bəli,nəinki bu gün, illərdə ötsə,əsrlərdə keçsə,hər zaman Heydər Əliyev böyük ehdiram və qürur hissilə anılacaqdır.
Sən elə bir zirvəsən, küləklər neyləyəcək,
Dünənim, bu günümsən, səninlədir gələcək.
Nə qədər Azərbaycan, nə qədər bu millət var,
Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək!
Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək!

Bəli,bu günümüz və gələcəyimiz səninlə bağlıdır,ey,dahi rəhbər!Nə qədər bu xalq varsa,öz oğlunu,rəhbərini xatırlayacaq,zirvələrdə,qəlblərdə,dillərdə yaşadacaq.İnkişafına can atdığı musiqilərdə,şeirlərdə unudulmaz edəcək,heykəllərdə baxışını əbədiləşdirəcək və ucaldacaq..Hər bir şeydə xatırlanacaq və unudulmayacaq..Heydər xalqım dedi və xalqa Heydər dedi,Heydər deyir və deyəcək!
Hörətlə anırıq..
Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi Nuray Qurbanlı( Nuray Qurban)
24-04-2026, 22:53
Söz səngərinin cəngavərləri

Söz səngərinin

cəngavərləri


Bir neçə il qabaq BDU Jurnalistika fakültəsinin tələbəsi kimi redaksiyamızda təcrübə keçən və maraqlı yazıları ilə çıxış edən Kənan Novruzov bu gün öz tələbələri ilə birlikdə Bütöv Azərbaycançılar ordusunun sıralarını genişləndirir. Biz də öz növbəmizdə qürur duyuruq ki, “Bütöv Azərbaycan” qəzetini sevən, onun səhifələrinə imza atmaqla fəxr edən tələbə-jurnalistlərimiz yetişir. Qəzetimizin 24 aprel 2026-cı il tarixli sayında BDU Jurnalistika fakültəsinin “Media iqtisadiyyatı” seçmə fənn qrupunun tələbələri Qəmər Qurbanova, Aysun Hüseynova, Fatima Aslanova, Aləmzər İbrahimova, Fatimə Məmmədli, Selcan Əhmədli, Çinarə Tarverdiyeva, İlhamə Nurəhmədova, Mehriban Yariyeva, Aytən Atakişiyeva, Səmayə Səftərova, Qənirə Şamxal, Sevinc Yarməmmədova və Azər Abuşov müxtəlif mövzularda maraqlı yazılarla çıxış ediblər. Gənc tələbə-jurnalistlərimizə yaradıcılıq uğurları arzulayıram. İnanıram ki, belə gənclərimiz peşələrinə sədaqətlə sarıldıqca, mətbuata soxulmuş yaramazlar tədricən meydanı tərk edəcəklər. Sizlərə sevgi və sayğılarla: Tamxil Ziyəddinoğlu
24-04-2026, 21:26
Əcnəbi tələbəl üçün hüquqi maarifləndirmə tədbiri keçirilib.

Əcnəbi tələbəl üçün hüquqi

maarifləndirmə tədbiri keçirilib.


DMX yanında İctimai Şurada təmsil olunan "Miqrasiya Könüllüsü" və "Miqrasiya Sahəsinin İnkişafı" ictimai birliklərinin Bakı Avrasiya Universiteti ilə birlikdə təşkil etdikləri tədbirdə, DMX yanında İctimai Şuranın sədri Sima Yaqubova, "Əcnəbi tələbələrin Azərbaycan Respublikasının atributlarına, milli və mədəni sərvətlərinə hörmətlə yanaşması, onların cəmiyyətimizə effektiv və faydalı inteqrasiyası"mövzusunda çıxış etdi.

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və Memarlıq” ili elan olunduğunu qeyd edən S.Yaqubova, ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaraylar, məscid, məbəd və türbələrin milli memarlığın parlaq ənənələrini əks etdirdiyini və Azərbaycan şəhərsalma və memarlıq sənətinə aid bir çox əsərin dünya inciləri sırasında layiqli yer tutduğunu xüsusi ilə qeyd etdi.
İctimai Şuranın sədri, mədəni irsimiz olan, dövlət mühafizəsinə götürülmüş tarix və memarlıq abidələrinin qorunması və toxunulmazlığının qanunla qorunması və bu qanunvericiliyin pozulmasına görə məsuliyyət həddi müəyyən edilməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi və tədbirin təşkilində göstərdikləri dəstəyə görə Dövlət Miqrasiya Xidməti və Bakı Avrasiya Universitetinin rəhbərliyinə təşəkkür etdi.

Tədbirin sonunda Azərbaycanın tarixi memarlıq abidələri barədə hazırlanmış videoçarx nümayiş etdirildi və əcnəbi tələbələrin sualları cavablandırıldı.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!