Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
14-03-2024, 19:12
11-03-2024, 11:37
Təbrik edirik!


Təbrik edirik!


Bu gün BDU nəzdində İqtisadi humanitar kollecin tələbəsi Nəzrin Əliyevanın doğum günüdür. Anası Ülviyyə , atası Etibar, bacısı Nərmin,nənələri Rəhilə və Seyalı , xalası Bəyaz, xalası oğlu Avtandil xalası qızı Əsma adından təbrik edirik. Nəzərinə uğurlu bir həyat , xoşbəxt, sağlam yaşamağı arzulayırıq. Doğum günün mübarək Nəzrin bala!
29-02-2024, 10:52
29-02-2024, 00:42
26-02-2024, 09:01
25-02-2024, 23:27
Addım səsi


Addım səsi

Atılan addımlar hər insan üçün fərqlidir. Bu addımlarda insan üçün ən qiymətli olan qəlbin döyüntüsü, saatın saniyəsi vardır. Ümumiyyətlə, irəli-geri atılan addımlar görüləcək işin nüvəsidir. Hər şey burada gizlidir. Bu mənada addımlar böyük və kiçikliyindən asılı olmadan cəsarətlə atılmalıdır.
Bəziləri kimisə geri qaytarmaq, həyatında yeni səhifələr açmaq və ya aylarla qəlbində gizlətdiyi sirrlərin parıldamasını görmək üçün hərəkətə keçir. Fəqət elə addımlarda var ki, onu atsaq da xeyiri yoxdur. Sanki yerimizdə sayırmış kimi addımlayırıq. Buna misal kimi xatirələrdə yaşayan insanlar üçün atılan addımları misal göstərmək olar, məhz bu addımlar yararsız olur.
Bəzən düşünürsən ki, hər ayrılıqda da addım səsi vardır. Bax, bu səs çox vaxt qulaqda ağrılı-acılı zümzüməyə çevrilir. Ancaq üzüntü onların getməsi deyil, doyunca zaman keçirə və içimizdəki sevgini ötürə bilmədiyimizin səsidir. Ancaq ağır da olsa ayrılıq addımları ilə xoş xatirələrdə qalmağı da təsəlli hesab etmək olar. Və onları xatırladıqca qəlb az da olsa rahatlıq tapır. Qəlb hərdən acı da çəkir, görəsən, "nə edir, nə yeyir-içir?", "məni ağlından keçiribmi, nəsə məni ona xatırladıbmı", deyə öz-özünə pıçıldayır... Əlbəttə, ayrılıq addımları qüssəlidir, ölüm ondan da betər. Mahnıda deyildiyi tək:
Bir ayrılıq, bir ölüm,
Heç biri olmayaydı!

İnsan düşünəndə ki, addım ayrılığa, daha betəri əbədiyyətə doğru atılır, o zaman insan içdən göynəyir... Bəzən şirin dünyadan köçən insanlar yada düşür. Məzarının başına gedib saatlarca danışıb, göz yaxşı axıtsan da nə dəyişəcək? Ünvanlanan suallar da bir daha çiçək açmayan ağac kimi quru və cavabsız qalır. Amma onları qəlbdən, ağıldan silmək dəvəni iynə dəliyindən keçirməyə bənzəyir. Zaman keçir, həyat davam edir. İnsanlarda da həyatlarına davam edir. Gülsələr də o təbəssümün fonunda qəmli notlar gizlənir. "Davam etmək" heç də elə-belə, sadə ibarə deyil. Onun qüvvəti, qüdrəti Tanrı qədər müqəddəsdir. Atdığınız addımlarda, dediyiniz sözlərdə çox diqqətli olun. Elə sözlər var ki, onların deyilməsi insanı canlı ölüyə çevirə bilər. Sevgidən qorxmayın, qaçmayın, sevin, sevilin. Ən başlıca özünüzü olduqca çox sevin, özünüzlə çox vaxt keçirin. İçində sevgi olmasa ətrafına sevgi verə bilməzsən. Addımlarınızı sevgi ilə atın və daim cəsarətli olun. Unutmayın kiçik addımlar qayalıqda çiçəyin böyüməsi üçün bir damcı su ola bilər.

Tərlanə Abdullayeva,
BDU Jurnalistika fakültəsinin tələbəsi
26-01-2024, 04:27
Sözünüzün ömrü uzun olsun!


Sözünüzün ömrü uzun olsun!

Elə insanlar var ki, onlar sözü ilə birgə doğular. Yeni fikir tapmaq üçün daim axtarış yollarında olar. Düşüncə, fikir bahadırı kimi sözün əzəmətini, ululuğunu, calallığını qələminə sarılaraq qoruyar. Bu mənada hər misrası, hər kəlməsi hikmət dünyası olan müəllimimin sözünü onun özündən əvvəl sevmişəm. Yaratdığı əsərlərdə tər-təzə filoloji mülahizələr, fikir kamilliyi, məna bütövlüyü, bədii və elmi ruh maqnit kimi məni öz ağuşuna çəkib.
Hər dəfə düşünürəm ki, insanın gördüyü iş, fəaliyyəti, yaradıcılığı bilavasitə onun təbiətilə sıx bağlıdır. Təbiət etibarilə kübar insanların yaradıcılığında oxucu əhvalını müsbətə kökləyən, mənəvi rahatlıq və ucalıq gətirən elementlər zənginliyi vardır. Bu yazılarda xeyirxahlığın mahiyyəti ilə bərabər, həm də müəllifin etibarlığı görünür. Hər qələm məhsulunda ali münasibətlərə təsiri ilə bağlı nurlu fikirlərindən doğan işığın üfüqləri çox-çox uzaqlarda-insanlıq yolunun ən başındaca bərq vurur. Bu yolun sağı və solu insani fəzilət və mənəvi keyfiyyət gülzarı ilə çəkilmişdir, desək, yanılmarıq. Burada "çəkilmək" ifadəsini səbəbsiz işlətmədim. Çünki müəllimimin yazılarını qələmlə çəkilən söz tablosuna bənzədirəm. Hər məqam yerli-yataqlı, ruh və göz oxşayandır.
Səttar Bəhlulzadə Azərbaycan rəssamlığına poetik ruh qazandırmışdı. Bəli, qazandırmışdı, çünki rəssamın özü kimi, həm də yaradıcılığı bizim qazancımızdır. Bu mənada müəllimimin də yaradıcılığı müstəqil Azərbaycan jurnalistikasına fərqli bədii ruh qazandırıb. Səttar Bəhlulzadə fırçasıyla Ustadımın qələmində kamil oxşarlıq vardır. Bu, hər kəsin görmədiyini çəkmək, yazmaq qüdrətidir. Və hər iki – qələm və fırça adamının yaradıcılıq qayəsini səciyyələndirən ən ümdə məsələ məhz milli ruha bağlılıqlarıdır. Səttar Bəhlulzadə "Torpağın arzusu" əsərini yaratmış, cadar-cadar olmuş gil torpaqdan günəşə boy verən lalə qönçəsinin arzusunu, torpağın laləzara dönmək sevdasını duymuşdu. Müəllimim də REAL Tv-də efirə gedən "Azadlığın ad günü"nə həsr etdiyi yazısını oxucunu içdən silkələyən sətirlərlə belə başlayır: "Dilimizin işlək lüğət tərkibində mənim üçün ən duyğulu, ən kövrək və ən ağrılı sözlərdən biri də "qərib" anlayışıdır".
Nəticədə lalənin də, torpaqların da, insanın da, yerin-göyün də qəribsəməyində qəm var, ələm var. Bunu dərindən duymaq, anlamaq tək yaradıcılıq məsələsi deyil, burada həm də ziyalı həssaslığı, canyanğısı olmalıdır. S.Bəhlulzadə doğma xalqın həyatını, Vətən torpağını özünə güc-qüdrət bilir, buradan kənarda rahatlıq tapmadığını deyirdi. Müəllimimin də yaradıcılığı təpədən-dırnağa milli ruha bağlıdır. Əbəs yerə deyildir ki, əməkdar jurnalist Flora xanım Xəlilzadə müəllimimin publisistikasında ən çox özünü göstərən məqamın Vətən sevgisi olduğunu dəfələrlə qeyd edir.
Müəllimim elmi, bədii-publisistik əsərlərinə ziyalı sadəliyi ilə esse deyir. Müəllim adının ucalığı ilə qürur duyur. Bakı Dövlət Universitetini "qutsal yer" adlandırır. Müəllimim kiçik hücrəsində (evinin bir otağında) xoşbəxt günlərindən yadigar qalan bəzi ev əşyalarını qoruyub, saxlayır. İlk dəfə müəllimimgildə qonaq olanda həmin sadə otağı Apollon məbədinə-filosofların sevdiyi məkana bənzətmişdim. Bu ocaqda müdriklərin kitab timsalında "yığışdığını" gördüm. Rəfdə hər bir sahəyə aid kitab səliqə ilə düzülmüşdü. Bir məqamı da sezdim: müəllimim vaxtilə yazdığı qiymətli kitablarını bəzən unutsa da, ancaq yerli və xarici söz, düşüncə adamlarının kitablarını cild-cild xatırlayır.
Bəzən müəllimin nitqindəki təmizliyin, sözlərindəki cilalığın sehrinə düşürsən, bəzən də mütərəqqi fikirlərindən dolayı, yaxud da yenicə eşitdiyim terminləri tam həzm edə bilmədiyimdən və ya yeni kitab, müəllif adlarını indi duyduğumdan müəllimimi tam anlamasam da qulaq asmağa çalışıram. Bu anı hiss edən müəllimim ustufca yerindən qalxır, həmin kitablar, yazılar, terminlərlə məni tanış edir.
Müəllimimin publisistik fikir tariximizdə möhürünü vuran yaradıcılığının əsas qayəsi milli ziyalılığından və kosmopolitliyindən qaynaqlanır. O, dərk olunmuş həqiqətin sevdası ilə yazır, yaradır. Bu yolda sözünüzün ömrü uzun olsun, əziz Ustadım- Cahangir Məmmədli!

Əsgər İİSMAYILOV,
BDU Jurnalistika fakültəsinin tələbəsi


20-01-2024, 07:37
Yaşayan və yaşadan xatirələr...


Yaşayan və yaşadan xatirələr...

Xoş ülfətin, şirin sözün, bir gülüşün, bir də gülün xatirəsi...
Uzun zamandır ki, tariximiz üçün əhəmiyyətli günlərə, aylara, illərə şahidlik edirik. Şəhid qardaşlarımız canı bahasına Vətənin bütövlüyünü təmin edir. Dünən şəhidimin dəfn mərasimində – İkinci Fəxri Xiyabanda idim. Qeyri-ixtiyari şəkildə taxta oturacaqda əyləşdim. Gözlərim önündə Vətən torpaqlarının hər qarışı uğrunda aslan kimi döyüşən ər oğulların şücaəti canlanırdı. Qürur və qəmdən gözlərim dolmuşdu.
Düz qarşıda insan izdihamı yaşanırdı. Tən ortada da Vətən sevgisindən doğan və heç zaman öləziməyən günəş görünürdü. Bu dəfə günəş göydən yerə deyil, yerdən göyə nur ələyirdi...
... Elə bu zaman oturacaq tərpəndi. Balaca oğlanın yanımda əyləşməyi məni düşüncələrdən ayırdı...
Diqqətimi çəkən məqam özümə də qəribə gəldi. Yanımda utana-utana əyləşən oğlan aramızdakı boşluğu əlindəki çiçəklə doldurdu. Çiçəyi oturacağın tən ortasına qoyub gözlərini yerə dikdi. Bu gül ömürdən qopan şirinli-acılı zamanlara məlhəm kimi göründü. Daha dəqiqi məni sabaha bağlayan telə çevrildi. Cəsarətimi toplayıb:
– Gül mənim üçündür? – soruşdum.
– Bəli,- deyə qarşılıq verdi. Sonra da elə məlhəmcə, ürəkdən, içdən – Sən ağlayırsan, ağlamayasan deyə, sənin üçün gətirmişəm, dedi. Daha heç nə deyə bilmədim. Doluxsundum, sanki bütün sözlər qalın ipə çevrilib boğazımda düyünləndi. Adını necə soruşduğumu belə xatırlaya bilmirəm. Camal demişdi. Boyu balaca, qəlbi böyükdü Camalım.
Bir də bura tez-tez gəldiyini və qürurla "Azərbaycan Əsgəri olacam" dediyini xatırlayıram...
Camal! Bu ad unuda bilməyəcəyim xatirə yaşatdı mənə.
Camal, böyü, tez böyü. Bir xanımın göz yaşına dözməyəcək qədər qürura sahib olmağın, qəlbinin saflığı dəyişməsin. Parçalanmış, bölük-bölük Azərbaycanımızın hər yerində gözüyaşlıların sənin kimi oğullara hələ çox ehtiyacı var.

Aytac BABAYEVA,
BDU Jurnalistika fakültəsinin tələbəsi
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!