Evdən iki meyit tapıldı .....                        Azərbaycan deputatından Zatulinə sərt cavab .....                        Son tarix avqustun 8-i... .....                        Zəngəzur dəhlizinin açılması mütləq baş verəcək - VİDEO .....                        Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi .....                        ABŞ-nin müvəqqəti işlər vəkili Şəhidlər xiyabanında .....                        Spiker Cenevrədə müzakirələrə sədrlik etdi - FOTO .....                        Maliyyə Nazirliyi 162 milyonluq əsassız ödəniş aşkarladı .....                        MOSSAD İran generalını Tehranda güllələyərək öldürübmüş - DETALLAR .....                       
Tarix : 8-07-2025, 10:28
Ağsaqqallar ehtiramla yad edilir


Ağsaqqallar ehtiramla yad edilir

Bu günlərdə Qafan Rayon İcmasının bir qrup fəalı Zəngəzur mahalının Dovrus kəndində dünyaya göz açan qocaman müəllim, 94 yaşlı Həsən Abışova baş çəkib, hal-əhval tutub. Həsən müəllimin evində, şirin süfrə arxasında keçirilən görüşdə Qafan Rayon İcmasının nümayəndəsi, şair Seyfulla Abbasov İcma rəhbərinin salamını şatdırıb. Həsən müəllimə xitabən bildirib ki, Qafan camaatının maariflənməsində, təhsil almasında və ictimai fəliyyətlə cəmiyyətdə tutduqları mövqenin qazanılmasında müstəsna xidmətlərinizi nəzərə alaraq Qafan Rayon İcmasının sədri, professor Eldar Abbasovun tapşırığı ilə biz Dovrus kənd icmasının rəhbəri Paşa Abbasov və Afiq müəllimlə birlikdə sizi təbrik eləməyə gəlmişik.

Seyfulla Abbasov İcma rəhbərinin məktubunu oxuduqdan sonra Dovrus kənd icmasının rəhbəri Paşa Abbasov icma adından Həsən Abışova verilmiş Fəxri Fərmanı sahibinə təqdim eləyib. Sonra eloğlular bir-biri ilə daha yaxından tanış olublar. Xatirələr çözələnib. Qürbətləşən ellərimizdən, o yerlərdə keçən günlərdən söhbət açılıb. Həsən müəllimin gənclərimizə örnək ömür səhifələri varaqlanıb:

Abışov Həsən Həşim oğlu 10 may 1931-ci ildə Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Dovrus kəndində anadan olub.
1938-ci ildə Dovrus kənd məktəbinin birinci sinfinə gedib, 1944-cü ildə yeddinci sinfi bitirib. 1945-1946-cı ildə kolxozda işləyib. 1946-cı ildən Şəhərcik qəsəbəsində səkkizinci sinfə qəbul edilib və 1948-1949-cu ildə orta məktəbi bitirib. 1949-1950-ci illərdə Bayıl adasında neft sahəsində işləyib. 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsini bitirib. Universiteti bitirdikdən sonra təyinatla Qubadlı rayonu Alıquluuşağı məktəbində müəllim, 1956-cı ildən 1959-cu ilə qədər Qubadlı rayon partiya komitəsinin qərarı ilə “Avanqard” qəzetində məhsul katib vəzifəsində çalışıb.
1959-1968-ci illərdə Məmmədli və Göyərçik kənd məktəblərində müəllim işləyib.
1968-ci il sentyabr ayında ailəliklə birlikdə Qafan rayonunun Dovrus kəndinə qayıdıb. 1968-1974-cü illərdə Oxtar kənd məktəbində, 1975-1988-ci illərdə Dovrus kənd məktəbində müəllim işləyib.

1988-ci il Qarabağ hadisələri ilə erməni faşistlərinin təzyiqi altında doğma yurdu tərk etmək məcburiyyətində qalıb. Elə o vaxtdan Bakı şəhərinə gələrək, 1989-1991-ci illərdə A. Vəliyev adına 258 nömrəli tam orta məktəbdə işləyib.
Həsən Abışov 1968-ci ildə Ermənistan Sovet Sosialist Respublikası Maarif nazirliyinin qərarı ilə “Baş müəllim” adına layiq görülüb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin, rayon təhsil şöbəsinin Fəxri fərmanları ilə təltif edilib.
Müstəqil Azərbaycan Respublikasının I Müəllimlər qurultayının, Azərbaycan ziyalılarının I qurultayının iştirakçısı olub.
Hazırda təqaüddədir, 5 övladı, 10 nəvəsi və 5 nəticəsi var.

Ömrünün qürub çağlarını övladları, nəvə-nəticələrilə keçirən Həsən müəllim ellilərinin gəlişindən, unudulmamasından xeyli xoşhal olub. İcma rəhbərinə və zəhmət çəkib görüşünə gələnlərə minnətdarlığını bildirib.
Sonda xatirə şəkili çəkdirərək Qafanda görüşmək ümidilə ayrılıblar.

“Bütöv Azərbaycan” qəzetinin Zəngəzur bürosu


Paylaş



Bölmə: Zəngəzur / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!