Azərbaycanın “Kəlağayı Bayramı” .....                        Fəridə Səfiyevanın “İrəvan tarixi sənədlərin dili ilə” .....                        "Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                       
Tarix : 18-10-2026, 08:20
Azadlıq Mübarizəsinin Şəhidləri və Davamçıları

Azadlıq Mübarizəsinin

Şəhidləri və

Davamçıları


I yazı

Milli Azadlıq mübarizəsi aparan xalqların, millətlərin, xüsusilə parçalanmış millətlərin birləşmək hüququ haqqında vaxtaşırı beynəlxalq mətbuatda müzakirələr aparılsa da, şanlı tarixi olan türk millətinin dünyanın bütün millətlərdən dəfələrlə çox parçalanmasından beynəlxalq mətbuatda danışan yoxdur. Türk torpaqlarına onilliklər öncə sığınan, bu torpaqlara məqsədli şəkildə kütləvi surətdə köçürülən azsaylı xalqların türk dövlətlərindən torpaq tələbi, məskunlaşdıqları türk torpağı ilə birlikdə müstəqillik, digər dövlətdə yaşayan həmcinsləri ilə birləşmək tələbi isə, tez beynəlxalq hüququn “parçalamış xalqların birləşmək hüququ” “əsasında” hər tərəfli müdafiə edilir. Tarixin son yüzilliklərində mövcud olmuş son iki türk imperiyaları olan Osmanlını birinci dünya müharibəsində birləşmiş türk düşmənləri çökdürə bilsə də, imperiyanın kiçik bir hissəsində Böyük Atatürk müstəqil türk dövləti qurub, onu müdufiə edə bildi.
Son türk imperiyası olan Qacar dövlətini isə, bu imperiyanı min il ərzində ağacı qurd içərisindən yediyi kimi, bəşəriyyətin ən çirkin və murdar xüsusiyyətlərini özündə birləşdirən ermənilərin ikinci nüsxəsi olan farslar, ingilislərin köməyilə etdikləri hərbi çevrilişdən sonra, türk milləti təkcə millət olaraq deyil, həm də ərazi cəhətindən də, bir-birindən ayrı düşmüş oldu. Türk milli ərazisinin gövhəri olan Azərbaycanın Güneyinin şovinist fars faşizminin əsarətində, Quzeyinin isə rus imperiyasının dəmir məngənəsində hər tərəfdə düşmənlə əhatə olunmasına baxmayaraq, Güneyli-Qüzeyli Azərbaycan türklərinin milli azadlıq mübarizəsi zaman-zaman obyektiv səbəblərdən səngisə də, heç vaxt dayanmayıb. 1991-ci ildə Quzey Azərbaycan, rus imperiyası olan SSRİ-nin dağılması nəticəsində felən müstəqillik qazansa da, həm də bu müstəqillik Quzey Azərbaycan vətəndaşları olan müxtəlif millətlərin qanı bahasına başa gəldi. Lakin, bu günə qədər türk düşmənləri, xüsusilə Qacar yurdunu hiylə-fəsadla ələ keçirib, bu ərazidə fars dövləti qurduqdan sonra, 1936-cı ildə bu ərazini İran, yəni, farsdillilərin milli ərazisi, adlandıraraq, bu ərazilərin fars milli ərazisi olması barədə beynəlxalq müstəvidə təsəvvür yaratmağa daim cəhd edən Tehranın şovinist fars faşizmi gec-tez bu ərazilərin öz sahibinə qayıdacağını bildiyindən Quzeydə müstəqil Azərbaycanın mövcudluğunu heç cür həzm edə bilmir. Anlayır ki, 10 milyonluq Quzey Azərbaycanın müstəqilliyi 45 milyonluq Güney Azərbaycanın, o, da 63,3 milyon Qacar yurdu türkünün fars faşizminə son qoymasının ilk addımıdır. Güney Azərbaycanda uzun illərdən bəri daim gedən milli azadlıq prosesi də bunu aydın göstərir. Hələ 1919-cu ildə Quzey Azərbaycanda ADR qurulduğu zaman Lord Kerzon demişdir ki, – “Azərbaycan hökuməti ilə bağlı çətinlik ondadır ki, o, ifrat dərəcədə türkpərəst, erməni və fars əleyhdarıdır. Bir sözlə, bizim onda olmasını istəmədiyimiz hər şey onda var. Azərbaycan dövlətinin əsas məqsədi isə indiyədək bizim vermədiyimiz tanınmanı əldə etmək və cənuba doğru genişlənməkdir”. Lord Kerzonun sözləri də onun Güneyli-Quzeyili Azərbaycanın birləşməsinin labüd olduğunu bildiyini sübut edir. Ümumilikdə Qacar yurdunda, xüsusilə Güney Azərbaycanda fars dövləti qurulmasına türk xanlarının ciddi müqavimətindən başlayaraq türk əhalinin milli azadlıq mübarizəsi daim davam edib. İkinci dünya müharibəsinin başlanmasından sonra SSRİ qoşunlarının Güney Azərbaycana, İngilis qounlarının isə ölkənin Qərb rayonlarına daxil olması Güney Azərbaycan türklərinə milli hökumət yaratmağa münbit şərait yaratmış oldu. Başda Seyid Cəfər Pişəvəri olmaqla 48 nəfər Güney Azərbaycan vətənsevərləri və ziyalılarının imzası ilə 03 sentyabr 1945-ci il (12 Şəhrivər 1324) tarixində Təbriz şəhərində “12 Şəhrivər Müraciətnaməsi” adlı bir sənəd nəşr edilərək yayımlandı və bu Güney Azərbaycan siyasi müstəvisində tam, əbədi milli istiqlala nail olanadək durdurulması mümkün olmayan əsaslı dönüş nöqtəsi oldu. Çox keçmədi ki, 21 Azər 1324-cü il (12 Dekabr 1945) tarixində Təbrizdə S.C.Pişəvərinin rəhbərliyilə Güney Azərbaycan Milli Hökuməti quruldu. Mövcud olduğu bir il ərzində bu hökumət hələ dünya tarixində indiyədək tayı-bərabəri olmayan sürət və məzmunda iqtisadi-ictimai islahatlar keçirsə də, o dövrdə dünyanın iki ən qüdrətli imperiyası olan SSRİ və İngiltərənin arasında mənafe anlaşması nəticəsində Güney Azərbaycan Milli Hökuməti onların fətvası və bilavasitə köməyilə süquta yetirildi. Mən oxucuya bu proses haqqında danışmaq istəmirəm, bu tarixçi alimlərimizin peşə borcudur və onlar bu günə qədər mövcud olduqları ictimai-siyasi şəraitin imkan verdiyi dərəcədə bu borclarını yerinə yetirməkdədirlər. Təkcə, onu qeyd edim ki, həmin bir il ərzində Quzey Azərbaycanın o vaxtkı rəhbər kadrlarından olan Mir Cəfər Bağırovun, Əziz Əliyevin, görkəmli yazıçı və dövlət xadimi Mirzə İbrahimovun, şair Süleyman Rüstəmin və adını çəkməyə yazının həcminin imkan vermədiyi yüzlərlə Quzey Azərbaycanlının və minlərlə bu məsələdə dolayısıyla əməyi və həmrəyliyi olanların zəhmətini, xidmətini xüsusi qeyd etməmək nankorluq və ədalətsizlik olardı. Mən Güney Azərbaycan mlli mübarizə prosesinin əbədi, dönməz proses olduğunu sübut edən və milli azadlıq prosesində iştirak etmiş, edən və iştirak edəcək nəsillərə örnək ola biləcək Seyid Cəfər Pişəvərinin həyat yolu və yüz ildən çox ötən müddətdə bu mübarizə yolunda heç də sıradan olmayan şəxsiyyətlərindən qurban verməsinə baxmayaraq, mayası milli şüurdan yoğrulmuş, hər bir nəslinin nümayəndəsi düşmənlə ölüm-dirim mübarizəsinə atılan bir nəslin nümayəndələri haqqında qısa məlumat verəcəyəm.

Seyid Cəfər Pişəvəri (Cavadzadə)
Seyid Cəfər Cavad oğlu Cavadzadə – 1893 (1272)-ci ildə Güney Azərbaycanın Zeyvə kəndində anadan olmuş, ilk təhsilini orada almışdır. 1905 (1294)-ci ildə ailəsi ilə birlikdə Quzey Azərbaycana mühacirət etmiş, Bakının Bülbülə kəndində təhsilini davam etmişdir. O 1913 (1292)-ci ilin ortalarında Bakının Xırdalan kəndində məktəb təşkil etmiş 1917 (1296)-cı ilə qədər orada müəllimlik etmişdir. Pişəvəri 1918-ci ilin yanvar ayında (1297-ci ilin dey ayı) İran Demokrat Firqəsinin mətbuat orqanı olan “Soze-Layənfəkke-İran” qəzetində çalışır. 1919 (1298)-ci ildən tərəqqipərvər Güney Azərbaycanlıları tərəfindən Bakıda açılmış “İttihad” məktəbində müəllim işləyir. O 1919-1920 (1298-1299)-cu illərdə İran Ədalət Firqəsinin orqanı olan “Hürriyyət” qəzetinin məsul redaktoru da olur. Pişəvəri 1920 (1299-cu ilin əvvəllərində İrana qayıdır 23 may 1920 (1299, xordad ayı))-cü il tarixdə, onun başçılığı ilə Mirzə Kiçikxanla danışıq aparmaq üçün Rəşt şəhərinə göndərilir. Danışıqlar müvəffəqiyyətlə nətitcələnir və 04 iyun 1920 (xordad ayının ortaları 1299)-ci il tarixində Gilan Respublikası Hökumətinin təşkil edildiyi elan olunmaqla bərabər, Seyid Cəfər Pişəvəri bu inqilabi hökumətin Xarici İşlər Naziri təyin edilir. Gilan Respublikasının süqutundan sonra, uzun müddət təqib və axtarışlardan sonra, gizli inqilabi fəaliyyət göstərən S.C.Pişəvəri 1930 dekabr (1300 dey ayı) tarixində həbs edilərək, zindanda saxlanılır. 11 ildən sonra İranın ən dəhşətli zindanı olan Qəsre-Qacardan azad edilərək, Kaşan şəhərinə sürgün edildikdən sonra Rza Palani polisi onu yenidən həbs edir. 25 avqust 1941 (03 Şəhrivər 1321)-ci il tarixdə SSRİ-nin Qacar dövləti ilə bağladığı müqavilənin 6-cı bəndinə uyğun olaraq, Sovet qoşunları Güney Azərbaycan ərazisinə, İngilis ordusu da İranın Qərb hissəsinə girdikdən sonra Rza Palaninin hakimiyyətinə son oyulmaqla başqa siyasi dustaqlarla birgə Pişəvəri də Kaşan zindanından azad edilir və Tehrana gəlir. O orada 1943 (1322)-cü ilin may (xordad) ayında “Ajir” qəzetinin ilk nömrəsini ictimaiyyətə təqdim edərək, öz siyasi fəaliyyətini davam etdirir. Sonra o, İranın milli məclisinə (parlamentinə) namizədliyini irəli sürüb, seçkilərdə qalib gələrək millət vəkili seçilsə də, Tehran hökuməti məclisdə süni müxalifət yaradaraq, onun vəkillik etibarnaməsini rədd edir. S.C.Pişəvəri Güney Azərbaycanda inqilabi şəraitin yaranmasını başa düşərək Təbrizə qayıdır. Azərbaycan Demokrat Firqəsinin birinci konfransında bir səslə firqənin sədri seçildikdən sonra, “12 Şəhrivər bəyannaməsi”nin “Azərbaycan” qəzetinin təşkilində, Güney Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi ilə 21 Azər nehzətinin (inqilabının) qələbəsinin təşkilində aparıcı yer tutmuş və inqilabın qələbəsindən sonra təşkil edilən Milli Hökumətə, Güney Azərbaycan Milli Məclisi tərəfindən Hökumətin Baş Naziri təyin edilmişdir.
Bir ildən sonra SSRİ-İngiltərə razılaşmasından sonra SSRİ rəhbərliyi Pişəvərini danışıqlar aparmaq adı ilə Bakıya gətirdikdən sonra, öz nüfuz dairəsində olan səhra komandirlərinin vasitəsilə fədai (hərbçi) dəstələrinin əsas hissələrinin Quzey Azərbaycana keçirilərək, onların tərksilah edilməsini, insani təbiət etibarilə silahlı mübarizədən qorxan nazirlərində Quzey Azərbaycana mühacirət etməsini təşkil etdikdən sonra, Kreml M.C.Bağırovun vasitəsilə Pişəvəriyə çatdırıldıqdan “Güney Azərbaycanın Quzey Azərbaycanla birləşərək SSRİ-nin tərkibinə keçməsi” təklifinə Pişəvəri rədd cavabı verərək, 1945-ci ildə Güney Azərbaycandan Quzey Azərbaycana hərbi və sair ixtisaslar üzrə təhsil almağa göndərilən, xüsusilə Şəkidə və Gəncədə olan gənc hərbçiləri toplayıb, onlardan “Qızılbaş” döyüşçü dəstəsi yaradılaraq, vətənə qayıdıb, milli azadlıq uğrunda silahlı mübarizə aparmaq razılığını aldıqdan sonra, fədailərdən tərksilah ediləpək alınmış silahlarının qaytarılmasını Bakıdan və Kremldən tələb etmək üçün qayıdarkən xüsusi xidmət orqanları tərəfindən terrora məruz qalmış, sonra yaxındakı tibb məntəqələrindən birində tibbi yardım edilməsi əvəzinə, Xankəndinə aparılaraq, Əsriyan soyadlı bir erməni həkim vasitəsilə həyatına son qoyulmuşdur. Sonra isə Sovet təbliğat maşını, guya onun Gəncədən Bakıya qayıdarkən Goranboy rayonu ərazisində, Kürəkçay üzərindəki, təxminən 15 metr hündürlüyündə olan körpüdən Pişəvərinin, NKVD-nin rəisi Atakişiyevin, erməni sürücü və daha bir nəfərin olduğu maşının ağaca dəyib, çaya yuvarlanması nəticəsində Pişəvərinin həlak olması haqqında əfsanə quraşdıraraq, yaymışlar. Guya, digər hərəsinin iki Pişəvəri qədər çəkisi olan 3 nəfər isə yüngül xəsarət almışdılar.
Mən şəxsən çox sonralar uçulmuş həmin körpünü dəfələrlə görüb, maşınla, avtobusla üstündən keçmişəm, körpüdən çaya yuvarlanan heç bir nəqliyyat vasitəsinin içərisində olan bəni-adəm sağ qala bilməz, xüsusilə hərəsini iki Pişəvəri çəkisində olan üç nəfər.
Sürücü Qarik Melikyanı isə, cinayətin əsil məzmununun yayılmaması üçün İrəvana göndərmişlər. Onu sonralar dəfələrlə İrəvanda sağ-salamat görənlər olmuşdur.
Davamı var
"Bütöv Azərbaycan" qəzeti,
Azərbaycan Demokrat Firqəsinin xüsusi buraxılışından
16 Oktyabr 2026


Şapur Qasimi


Paylaş



Bölmə: Güneyin sesi / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!