Azərbaycanın “Kəlağayı Bayramı” .....                        Fəridə Səfiyevanın “İrəvan tarixi sənədlərin dili ilə” .....                        "Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                       
Tarix : 18-10-2026, 10:33
Tələbəlik illərindən başlayan ömür yolu


Tələbəlik illərindən

başlayan ömür yolu


Zaman axıb gedir, lakin insan həyatında elə izlər, elə dostluqlar buraxır ki, illər keçsə də, onların dəyəri zərrə qədər də azalmır. Bu il oktyabrın 16-da tanınmış qələm sahibi, gözəl ziyalı və vəfalı dost Hüseyn İsaoğlunun 65 illik yubileyi tamam olur. Bu əlamətdar gün münasibətilə onun tələbə yoldaşı, Qarabağ müharibəsi veteranı kimi ürək sözlərimi və xatirələrim əsasında qələmə aldığım bu yazı, əslində, bir ömrün şərəfli və örnək olası məqamlarından bəhs edir.
Hüseyn müəllimlə yollarımız 1983-cü ildə, o zamankı Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində kəsişdi. Biz beş il bir yerdə, eyni fakültədə tələbə yoldaşı olduq. Hüseyn müəllim birinci axında (potokda), mən isə hazırlıq kursundan gələnlərin təhsil aldığı və digər qruplardan bir il artıq oxuyan ikinci axının dördüncü qrupunda təhsil alırdım. Həmin illərdən Hüseyn müəllimi sakit təbiətli, mədəni və mehriban bir gənc kimi xatırlayıram. İnstitutun çayxanasında oturub çay içə-içə imtahanlara hazırlaşmağımız, bir-birimizi sorğu-sual etməyimiz dünənki kimi yadımdadır. Gənclik illərimiz həm də ictimai fəallıq dövrü idi. Mən rayon Komsomol komitəsində şöbə müdiri və rayon Həmkarlar ittifaqının sədri vəzifələrində çalışdığım vaxtlarda Hüseyn müəllim Bakı Qənnadı fabrikində Komsomol komitəsinin sədri kimi məsuliyyətli bir vəzifəni daşıyırdı.
1988-ci ildə institutu bitirdikdən sonra hər birimiz öz işimizin arxasınca getdik. Lakin 1989-cu ildə mənfur qonşularımızın torpaq iddiaları, Zəngəzur mahalının mühasirəyə alınması, Qubadlı, Zəngilan, Laçın və Şuşaya edilən hücumlar hər bir vətənpərvər azərbaycanlı kimi məni də silaha sarılmağa məcbur etdi. Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin batalyonunda döyüşlərə qatıldım. O qanlı-qadalı, çətin müharibə illərindən sonra tələbə yoldaşlarımın demək olar ki, heç biri ilə əlaqə saxlaya bilməmişdim. Taleyin qismətindən 1995-ci ildə "28 May" metrosunun yaxınlığında Hüseyn müəllimlə qarşılaşdıq. Bu görüş uzun illərin həsrətinə son qoydu. O, harada məskunlaşdığımızı soruşdu, dərdimizi, sevincimizi bölüşdük. O gündən sonra əlaqələrimiz bərpa olundu, tez-tez görüşüb dərdləşməyə başladıq.

Bir dəfə Hüseyn müəllimdən digər tələbə yoldaşlarımızla əlaqəsinin olub-olmadığını soruşdum. O, heç kimlə əlaqəsinin olmadığını, lakin mütləq APİ-nin arxivinə gedib uşaqların ünvanlarını tapacağını bildirdi. Vəfalı dost sözünün üstündə durdu. 2012-ci ildə o, bütün tələbə yoldaşlarımızın ünvanlarını tapıb mənə gətirdi və instituta daxil olmağımızın 25 illik yubileyini keçirməyi təklif etdi. Bu təklif ürəyimcə oldu. Hüseyn müəllim hər kəsə məktub hazırlayıb göndərdi. Dörd qrupun tələbələrindən 68 nəfər bu çağırışa səs verdi və biz 18 iyul 2013-cü ildə möhtəşəm bir görüş təşkil etdik. Hüseyn müəllimin yüksək təşkilatçılıq bacarığı sayəsində illər sonra hamı bir araya gəldi. Bu gözəl ənənəni davam etdirərək, beş il sonra məzuniyyətimizin 30 illiyini də eyni coşqu ilə qeyd etdik. Hüseyn müəllim təkcə gözəl təşkilatçı deyil, həm də çox istedadlı, yaradıcı bir insandır. O, bir neçə kitabın müəllifidir. Onun 4-5 əsərini oxumuşam. Çox axıcı, gözəl qələmi var.
Hüseyn müəllimin yaradıcılığı öz sanbalı ilə hər zaman seçilir. Ondan beş yaş böyük olsam da, Hüseyn müəllimin göstərdiyi yüksək ədəb-ərkana, mənəvi keyfiyyətlərinə görə mən onu özümə böyük qardaş hesab edirəm. Bizim ailəvi dostluğumuz var. O, tələbə yoldaşlarımızın xoş günlərində, xeyir - şərlərində hamımızı bir araya toplayan, koordinasiya edən əsl dostluq rəmzidir. Onun sayəsində hamımız bir nəfər kimi deyilən ünvana toplaşır və birliyimizi qoruyuruq.
Hüseyn müəllim, 16 oktyabr sizin 65 illik şərəfli yubileyinizdir. Bu müdrik yaşınız münasibətilə sizi bir qardaş, bir tələbə yoldaşı kimi öz adımdan və ailəmiz adından ürəkdən təbrik edirəm! Sizə cansağlığı, ailə xoşbəxtliyi və yaradıcılıq yolunuzda yeni-yeni uğurlar arzulayıram. Yaxşı ki varsınız, yaxşı ki bizim dostumuzsunuz!
Dərin hörmət və ehtiramla: Nəsir Əhmədov,
Tələbə yoldaşınız,


Paylaş



Bölmə: Ədəbiyyat / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!