Azərbaycanın yeni ildə COP29-a ev sahibliyi etməsiylə bağlı tədbir keçirildi .....                        Sülhməramlılara məxsus maşın Xankəndidə qəzaya uğradı .....                        BMT konfransı - COP 29 gələn il Azərbaycanda keçiriləcək .....                        Azərbaycan və Ukrayna XİN Başçıları görüşdü - FOTO .....                        Avropa İttifaqı (Aİ) İrana qarşı sanksiyaları genişləndirir .....                        Orxan Fikrətoğlu yeni vəzifəyə təyin olundu .....                        Əli Əsədov Gürcüstan parlamentinin sədriylə görüşdü .....                        Audiovizual Şuradan telekanallara xəbərdarlıq .....                        İşğaldan azad olunmuş ərazilərdə bərpa olunan yolun uzunluğu açıqlanıb .....                       
9-12-2023, 20:52
Müəllimlərin vəzifə maaşlarına əlavələr edildi


Müəllimlərin vəzifə maaşlarına əlavələr edildi

Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesindən keçmiş 5 246 müəllimin vəzifə maaşına 35 faiz, 17 914 müəllimə isə 10 faiz artım tətbiq olunub.
9-12-2023, 18:27
Naxçıvanda ilk dəfə bu imtahan keçirildi


Naxçıvanda ilk dəfə bu imtahan keçirildi

Naxçıvan Şahmat Mərkəzində və Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan təsərrüfat müdiri, kitabxana müdiri, kitabxanaçı, uşaq birliyi təşkilatının rəhbəri, psixoloq, laborant və katibə-makinaçı vəzifələri üzrə ilk dəfə olaraq müsabiqə keçirilib.
Bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, təhsil müəssisələrinin yüksək ixtisaslı kadrlarla təmin edilməsi və işə qəbul prosesinin şəffaf həyata keçirilməsi məqsədilə təşkil olunan müsabiqədə 126 vakant vəzifə üzrə 600-ə yaxın namizəd iştirak edib.
Dekabrın 9-da keçirilən müsabiqənin test mərhələsində hər bir namizədə vəzifə üzrə 10, məntiq, dünyagörüşü, qanunvericilik və kompüter bilikləri üzrə isə 10 olmaqla, ümumilikdə 20, təsərrüfat işləri üzrə direktor müavini və təsərrüfat müdiri vəzifələri üzrə isə hər bir namizədə vəzifə üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 5, dünyagörüşü üzrə isə 10 olmaqla, ümumilikdə 30 sual təqdim edilib. Namizədlərə test suallarının cavablandırılması üçün 60 dəqiqə vaxt verilib.
Psixoloq vəzifəsi üzrə isə hər bir namizədə psixologiya üzrə 30, məntiqi təfəkkürün yoxlanılması üzrə 5, informasiya və kommunikasiya texnologiyaları üzrə 5 olmaqla, ümumilikdə 40 sual təqdim edilib. Test suallarının cavablandırılması üçün 80 dəqiqə vaxt ayrılıb.
Müsabiqənin test mərhələsində uğur qazanan namizədlər komissiya tərəfindən müsahibə olunacaq.
Test imtahanını müşahidə etmək üçün Təhsil Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisindən, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetindən, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsindən, Naxçıvan Muxtar Respublikası Radio- Televizya Şurasından və Ali təhsil müəssisələrindən nümayəndələr və digər qrumlardan müstəqil ekspertlər də dəvət olunub.
İmtahan prosesini müşahidə edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli iştirakçılara uğurlar arzulayaraq bildirib ki, muxtar respublikada işə qəbul prosesi artıq şəffaf şəkildə həyata keçirilir. Bu gün Naxçıvanda ilk dəfə olaraq ümumi təhsil müəssisələrinin yardımçı heyəti üçün keçirilən test imtahanı da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Qaydalara əsasən, tədris ili ərzində vakant olan direktor, direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.
7-12-2023, 17:46
DİM və YAŞAT Fondunun təşkilatçılığıyla şəhid övladlarıyla görüş keçirildi


DİM və YAŞAT Fondunun təşkilatçılığıyla şəhid övladlarıyla görüş keçirildi

Dövlət İmtahan Mərkəzi (DİM) və YAŞAT Fondunun birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində şəhid olan şəxslərin məktəbli övladlarının iştirakı ilə görüş keçirilib.
Görüşdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov və Bakı-Abşeron-Sumqayıt məktəblərinin IX-XI siniflərində təhsil alan 70-dən çox şəhid övladı iştirak edib.
Görüşün keçirilməsində məqsəd buraxılış və qəbul imtahanlarına hazırlaşan şəhid övladlarının təhsilinə, gələcək karyeralarının planlaşdırılmasına və inkişafına əməli yardım göstərmək və onlara mənəvi dəstək verməkdir.
Görüşdən əvvəl şagirdlər DİM-də yaradılmış milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar.
Daha sonra Mərkəzin əməkdaşları tərəfindən iştirakçılar üçün “Peşə seçiminin psixoloji məqamları” mövzusunda təqdimat nümayiş etdirilib və tədbirdə iştirak edən şagirdlərə Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan dərs vəsaitləri (test topluları, fənlər üzrə qiymətləndirmə tapşırıqları) hədiyyə edilib.
Həmçinin DİM-in regional bölmələri vasitəsilə müxtəlif rayonlar üzrə də 100-ə yaxın şagirdə imtahana hazırlaşdıqları fənn və ixtisas qruplarına uyğun 1350 dərs vəsaiti çatdırılıb.
Görüşün rəsmi hissəsi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Bunun ardınca Ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu öndər Heydər Əliyevin ilk Prezident tədaüdçüləri ilə görüşləri əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın düşmən tapdağından azad olunması və ordumuzun qəhrəmanlığı haqqında danışıb, həmçinin şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin daim dövlətin diqqət və qayğısı altında olacağından bəhs edib.
Sədr həmçinin 2021-ci ilin sonlarından etibarən DİM və YAŞAT Fondu arasında imzalanan Memorandum çərçivəsində şəhid ailələrinin üzvləri və qazilərimizin iştirakı ilə Bakıda və regionlarda həyata keçirilən tədbirlər, buraxılış və qəbul imtahanlarına hazırlaşan abituriyentlərə göstərilən elmi-metodiki, həmçinin psixoloji dəstək xidmətləri haqqında məlumat verib.
M.Abbaszadə qeyd edib ki, bu müddət ərzində YAŞAT Fondunun DİM-ə təqdim etdiyi siyahıya uyğun olaraq ölkənin əksər şəhər və rayonlarında görüşlər təşkil olunub və şəhid övladları və qazilərə ümumilikdə 4 mindən çox dərs vəsaiti hədiyyə edilib.
YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov Vətən müharibəsi iştirakçılarının təhsilinə dövlət tərəfindən göstərilən diqqət və Dövlət İmtahan Mərkəzi ilə birlikdə görülən işlər haqqında danışıb.
Məlumat üçün bildiririk ki, bundan sonra da Dövlət İmtahan Mərkəzi tərəfindən analoji tədbirlərin təşkil olunması və bu istiqamətdə görüşlərin keçirilməsi davam etdiriləcək.






4-12-2023, 20:21
Emin Əmrullayevin əmriylə idarə heyətinə yeni sədr təyin olundu


Emin Əmrullayevin əmriylə idarə heyətinə yeni sədr təyin olundu

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Tural Əhmədov Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin olunub.
Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Bildirilib ki, Tural Əhmədov bundan öncə Elm və Təhsil Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
4-12-2023, 15:35
Qarabağ Universitetinin fəaliyyət göstərəcəyi bina məlum oldu


Qarabağ Universitetinin fəaliyyət göstərəcəyi bina məlum oldu

Qarabağ Universitetinin fəaliyyət göstərəcəyi inzibati bina məlum olub.
Bu barədə AzTV-də yayımlanan “HƏFTƏ” ictimai-siyasi proqramında bildirilib.
Proqramda qeyd edilib ki, daşnak yuvasına çevrilən Xankəndi Pedaqoji İnstitutunun ləğvi ediləcəyi və onun istiqamətini dəyişəcək Qarabağ Universitetinin fəaliyyət göstərməsi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 28-də imzaladığı Sərəncama əsasən, Xankəndidə Qarabağ Universiteti yaradılacaq.

30-11-2023, 17:46
Bəzi məktəblərdə şagird sıxlığı səbəbindən 6 günlük dərs həftəsi olur - Nazir


Bəzi məktəblərdə şagird sıxlığı səbəbindən 6 günlük dərs həftəsi olur - Nazir

"Bəzi məktəblərdə şagird sıxlığı səbəbindən 6 günlük dərs həftəsi olur. 5 günlük dərs həftəsi ilə həmin məktəblərdə sıxlıq çox ola bilər".
Bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, elə məktəblər də var ki, onların 6 günlük ənənəsi var və bunu davam etdirir:
"Biz də buna razı oluruq".
30-11-2023, 17:24
Azərbaycan tolerant ölkədir - Emin Əmrullayev


Azərbaycan tolerant ölkədir - Emin Əmrullayev

Azərbaycan etnik, dini, milli kimliyindən asılı olmayaraq tolerant ölkədir.
Bunu media üçün keçirdiyi brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.
"Odur ki, erməniəsilli müəllimlər də Qarabağ Universitetində tədrisə cəlb oluna bilər" - nazir deyib.
27-11-2023, 17:58
Qızılcayla bağlı Bakıda heç bir məktəb bağlanmayıb - BŞTİ


Qızılcayla bağlı Bakıda heç bir məktəb bağlanmayıb - BŞTİ

Qızılca ilə bağlı Bakı məktəblərindən heç biri bağlanmayıb.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.
Qeyd olunub ki, ümumi təhsil müəssisələrində qızılca xəstəliyinin kütləvi yayılması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) məlumat daxil olmayıb: "Tək-tək belə halların müşahidə olunması ilə bağlı məlumat daxil olduğu halda ümumi təhsil müəssisələrində müvafiq ixtisaslaşdırılmış qurumlar tərəfindən dezinfeksiya işləri həyata keçirilir. Kütləvi yoluxma halı baş verdikdə məktəbin bağlanması ilə bağlı qərarı Gigiyena və Epidemiologiya Mərkəzi verir. Buna baxmayaraq ənənəvi olaraq məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib. Məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən təyin edilmiş tibb bacısı və ya həkim tərəfindən həyata keçirilir. Məktəblərdəki tibb otaqları zəruri avadanlıqlarla təchiz edilib. Təhsil müəssisələrinə təyin edilmiş tibb bacısı və ya həkimin işinə müvafiq poliklinikalar tərəfindən nəzarət edilir".
Vurğulanıb ki, səhhətində narahatlıq müşahidə edilən məktəblilər tibb bacısı və ya həkim tərəfindən ilkin müayinə olunur, valideyn ilə əlaqə saxlanılır, şagirdin vəziyyətinə uyğun tədbirlərin görülməsi təmin edilir: "Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil".
22-11-2023, 22:39
Müəllimlərin sertifikasiyasıyla bağlı yenilik tətbiq olundu


Müəllimlərin sertifikasiyasıyla bağlı yenilik tətbiq olundu

Bağça və ümumtəhsil məktəblərinə inzibati və pedaqoji heyətin – direktorların və müəllimlərin qəbulu və yerdəyişməsi, o cümlədən müəllimlərin sertifikasiyasını Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi həyata keçirəcək.
Bu barədə agentliyin direktoru Eşqi Bağırov məlumat verib.
O bildirib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi müvafiq sahələrdə Elm və Təhsil Nazirliyinin əsas icra strukturu kimi fəaliyyət göstərəcək:
“Nazirliyin bir sıra icra funksiyaları əks-mərkəzləşdirmə prinsipinə uyğun olaraq, bəlli qaydada, agentliyə ötürüləcək. Məsələn, məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil müəssisələri, uşaq gənclər inkişaf mərkəzləri, internat tipli müəssisələrin əlaqələndirilməsi, idarə olunması və təhsilin dövlət standartlarına uyğun təşkilinə nəzarəti agentlik olaraq biz həyata keçirəcəyik. Vətəndaş müraciətlərinin araşdırılması və baxılması da agentliyin işidir. Həmçinin uşaqların və şagirdlərin təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi, təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarəti bizim vəzifəmizdir. Bağça və ümumtəhsil məktəblərinə inzibati və pedaqoji heyətin – direktorların və müəllimlərin qəbulu və yerdəyişməsi, o cümlədən müəllimlərin sertifikasiyası da bundan sonra agentliyin fəaliyyət dairəsinə daxildir”.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 iyul 2022-ci ildə imzaladığı Fərmanla yaradılıb.
22-11-2023, 20:20
Dövlət Agentliyinə yeni kadr təyinatı


Dövlət Agentliyinə yeni kadr təyinatı

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində yeni kadr təyinatı olub.
Bununla bağlı müvafiq əmr imzalanıb.
Müvafiq əmrlə İlahə Rəsulova Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri təyin olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!