Vaşinqtondan Əliyev-Paşinyan görüşünə reaksiya .....                        ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü .....                        Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər .....                        “Qarabağ” Cica ilə yollarını ayırdı .....                        İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı .....                        Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış .....                        Sahibə Qafarova Tuzlaya getdi .....                        Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi .....                        Ukraynadan 30 uşaq Azərbaycana gətirildi .....                       
Tarix : Dünən, 13:49
Abşeron rayonunda təqdimat


Abşeron rayonunda təqdimat

İyulyn 9-da Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində müəllifləri Əziz Ələkbərli və Səbuhi Hüseynov olan “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimetmə mərasimi keçirildi.

Əvvəlcə Heydər Əliyevin abidəsi ziyarət olundu, önünə gül dəstələri qoyuldu, xatirəsi ehtiramla yad edildi. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli Liderin və Şəhidlərimizin xatirəsi sükutla yad edildi. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı Nigar Məmmədova, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Nağıqızı, Şəhid ailələrinin üzvləri, rayonda məskunlaşmış Qərbi azərbaycanlılar və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə azərbaycanlıların deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasından sənədli videoçarx nümayiş etdirildi.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, professor Mahirə Nağıqızı Qərbi Azərbaycanın minilliklər boyunca Azərbaycan xalqının yaşayış məskəni, zəngin mədəniyyətimizin, elmimizin, ədəbiyyatımızın, memarlığımızın beşiyi olmuş müqəddəs yurd yeri olduğunu, bu torpaqların nəinki coğrafi anlamda həm də mənəvi baxımdan hər birimizin qəlbində əvəzsiz yer tutduğunu, indi isə bu irsin yazılı sənəd halında, bir kitab şəklində gələcək nəsillərə ötürüldüyünü bildirdi.

Mahirə xanım hazırkı Ermənistan ərazisi minilliklər boyunca Qərbi azərbaycanlıların yaşayış yeri, doğma yurd-yuvaları olduğunu, lakin XX əsrin müxtəlif dövrlərində Ermənistan hökumətinin həyata keçirdiyi məqsədyönlü etnik təmizləmə siyasəti nəticəsində Qərbi azərbaycalıların doğma yurdlarından zorla deportasiya edildiyini, bu təqiblər nəticəsində müxtəlif illərdə 2.5milyon insanın öz ev-eşiyindən didərgin düşdüyünü, min illərlə formalaşan maddi və mənəvi irsin məhv edildiyini bildirdi. Qeyd etdi ki, erməni faşistləri nəinki abidələrimizi hətta məzarlıqlarımızı dağıdıb, yerlə yeksan ediblər. 22 mahalda 600-dən çox qəbiristanlığımız yer üzündən silinib. Təkcə Dərələyəz mahalından yüzlərlə din xadimini sürgün ediblər.
Dünyanın heç bir yerində görünməyən rəzalətə məhz indi Ermənistan adlanan yerlərdə imza atılıb. Beləki Ermənistan Ali Soveti müxtəlif vaxtlarda 80 dəfə topononimlərimizin adının dəyişdirilməsilə bağlı qərar qəbul edib. Natiq bütün olub keçənləri unutmadıq. Onu bizə unutdurmağa çalışdılar,- dedi. Onu da bilin ki, bütün başımıza gələnlərə rəğmən nə vaxtsa dogma yerlərimizə qayıdacağımıza əminəm.

Sonra deputat Nigar Məmmədova Prezident İlham Əliyevin 2022-ci ildə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə keçirdiyi görüşdəki çıxışını xatırlatdı: “Vətən müharibəsindəki tarixi Qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri məhz Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir.”
Millət Vəkili əlavə etdi ki, bu il ölkəmizdə Konstitusiya ilidir. Aartıq 5 ildir Azərbaycanın ərazi bütövlüyü və Konstitusyamıza əsasən ölkə boyu Dövlətimizin süverenliyi təmin olunub. Həm də yeni konstitusiyamızın 30 illliyidir. Bu nailiyyətlərin qazanılması uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyərək, onların ailələrinə, qazilərimizə minnətdarlığımızı bildiririk. Əsgərlərimizə güc və bol enerji diləyirik. Mövzumuza keçməzdən əvvəl bunları qeyd eləməyi özümə borc bildim. Çünki ordumuz daim bizim təhlükəsizliyimizin keşiyindədir.

Bilirsiniz ki, bu gün Qərbi azərbaycanlılar Azərbaycan Respublikasının müxtəlif bölgələrinə səpələniblər. Prezidentimiz bu məsələyə İyulun 4-də Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə də toxundu. Qeyd etdi ki, Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək.
Ümidvarıq ki, gün gələcək onlar necəki Qarabağımıza gedirlər, eləcə də Qərbi Azərbaycandakı doğma yerlərinə gedə biləcəklər. Bizdə buna əminliyi yaradan Ali Baş Komandanımızın yürütdüyü uğurlu Ordu quruculuğu siyasətidir.

Sonra Vətən müharibəsi şəhidi İlqar Vəliyevin həyat yoldaşı, Abşeron Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı Təhminə Vəliyeva çıxış edərək bildirdi ki, özü və həyat yoldaşı Qərbi Azərbaycandandırlar. O, atasının və həyat yoldaşının deportasiyadan əziyyət çəkdiklərini vurğulayaraq qeyd etdi ki, onların həmişə ən böyük arzuları həm Qarabağı azad görmək, həm də Qərbi Azərbaycana qayıtmaq olub. Bir var vətənpərvər olmaq, bir də var Vətən sevdalısı olmaq. İlqar Vətən sevdalısı idi, vətən uğrunda da şəhid oldu. Mən inanıram ki, gün gələcək Vətən Müharibəsində, vətən uğrunda şəhid olanların övladları Qərbi Azərbaycan torpaqlarını, dədə-babalarının ruhlarının dolaşdığı yerləri də ziyarət edə biləcəklər. Çünki onları o ruhda böyüdürük.

Təhminə Vəliyeva Abşeron rayonunda şəhid ailələrinə, qazilərə göstərilən diqqətdən də söz açdı.
Daha sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı

Abdin Fərzəliyev bildiridi ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi, diplomatik gücü və hərbi səfərbərlik bacarığı, o cümlədən ordumuzun şücaəti, şəhidlərimizin qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsində xalqımız Şanlı Qələbə qazandı. Tarixi ədalət zəfər çaldıqdan sonra respublikamızın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bir neçə il qabaq Şuşada yallı gedib, Qarabağ hayastandır deyənlər Dəmir Yumruğu görəndən sonra 5-cə dəqiqə İlham Əliyevlə fikir mübadiləsi aparmağa fürsət axtarırlar. Təsəvvür edin ki, 5 il əvvəl düşmən tapdağında olan Füzuli rayonu bu il özünün beynəlxalq hava limanında dünya liderlərini qəbul eləyir. Daşnakların yuva saldğı Xankəndidə qardaş ölkələrin prezidentləri eyni masa arxasında regionda, dünyada baş verən hadisələri, görəcəkləri işləri müzakirə edirlər. Bundan sonra xalqımızın yeganə problemi öz əzəli və əbədi torpaqları olan Qərbi Azərbaycanın həqiqi sahiblərinin ata-baba yurdlarına qaytarılması, onların hüquqlarının bərpasıdır.
Kitaba gəlincə “Qərbi Azərbaycan irsi” kitabını mən də əldə eləmişəm. Əziz müəllimin rəhbərliyi və gərgin zəhməti sayəsində ərsəyə gələn kitab tarixi faktlarla zəngin bir mənbədir. Vaxt tapdıqca oxumağa çalışacağam.
Hörmətli tədbir iştirakçıları, bilirsiniz ki, şəhid ailələrinə, qazilərə, veteranlara qayğının vəziyyəti həmişə möhtərəm Prezidentimizin diqqət mərkəzində olub. Ona görə biz də çalırıq heç kim diqqətdən kənarda qalmasın. Elə bu gün də Vətən Müharibəsi şəhidi Xəqani Əsgərovun övladı Ahu Əsgərovanın ad günüdür. Sizinlə birlikdə Ahu balamızı təbrik edəcəyik.

Beləcə Ahu balaya, 8 yaşının tamamlanması münasibətilə, Abşeron Rayon rəhbərliyinin hədiyyəsi və buket təqdim olundu. Mahirə Nağıqızı (Hüseynova) isə Qərbi Azərbaycan İcması üzvlərinin hüquqlarının qorunması və o yerlərdəki mədəni irsimizin araşdırılmasındakı xidmətlərinə görə, Abşeron Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı ilə təltif olundu.
Tədbirin rəsmi hissəsindən sonra qonaqlarla xatirə şəkili çəkdirildi.

Tamxil ZİYƏDDİOĞLU
Fotolar Firuz DADAŞOVUNDUR








Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!