Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                        Canlı ifalar, rəngarəng anlar: .....                        Dostumuza sürpriz yubiley təbriki .....                       
Tarix : Bu gün, 20:24
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir


Laosla əməkdaşlıq

Azərbaycanın yeni

iqtisadi

imkanlarını

genişləndirir


Azərbaycan Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə toxunub. Dövlət başçısı siyasi əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu vurğulayaraq iqtisadi əməkdaşlığın genişləndirilməsini, ticarət dövriyyəsinin artırılmasını və yeni investisiya imkanlarının reallaşdırılmasını əsas prioritetlərdən biri kimi diqqətə çatdırıb.
Prezident İlham Əliyev bildirib ki, keçirilən təkbətək və geniştərkibli görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb, gələcək fəaliyyətin əsas istiqamətləri müəyyənləşdirilib. Qəbul edilən Birgə Bəyanatın da qarşılıqlı münasibətlərin inkişafı üçün mühüm yol xəritəsi rolunu oynayacağını qeyd edən dövlət başçısı səfərin Azərbaycan-Laos əlaqələrinin daha da dərinləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Azərbaycanla Laos arasında diplomatik münasibətlərin 30 ildən artıq tarixə malik olduğunu bildirən İlham Əliyev qeyd edib ki, tərəflər beynəlxalq təşkilatlar çərçivəsində uzun müddətdir qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər. Parlamentlərarası əlaqələrin inkişafı, hər iki ölkədə dostluq qruplarının yaradılması və hakim partiyalar arasında əməkdaşlıq da münasibətlərin möhkəmlənməsinin göstəricilərindəndir.
Dövlət başçısının bəyanatında iqtisadi əlaqələrin genişləndirilməsi xüsusi yer tutub. Prezident bildirib ki, mövcud ticarət dövriyyəsi iki ölkənin real potensialını və əməkdaşlıq niyyətlərini tam əks etdirmir. Bu baxımdan iqtisadi sahədə əlaqələrin intensivləşdirilməsi, xüsusilə qarşılıqlı ticarətin həcminin artırılması istiqamətində konkret addımların atılması nəzərdə tutulur. Bakıda keçirilməsi planlaşdırılan Laos-Azərbaycan biznes-forumu sahibkarlar arasında əlaqələrin qurulması, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və biznes təşəbbüslərinin inkişafı baxımından əhəmiyyətli platforma olacaq.
İlham Əliyev Azərbaycanın xarici ölkələrə investisiya qoyuluşlarının genişləndiyini diqqətə çatdıraraq Laosla bu istiqamətdə də əməkdaşlıq üçün imkanların mövcud olduğunu bildirib. Prezidentin sözlərinə görə, Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələrin təqdim edilməsi qarşılıqlı faydalı sərmayə təşəbbüslərinin reallaşdırılmasına şərait yarada bilər. Azərbaycanın beynəlxalq investisiya təcrübəsi yeni iş yerlərinin yaradılması və istehsal sahələrinin inkişafı baxımından tərəfdaş ölkələr üçün də faydalı nəticələr vəd edir.

Humanitar əməkdaşlıq da müzakirələrin əsas istiqamətlərindən biri olub. Prezident İlham Əliyev sovet dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil aldığını xatırladaraq bu ənənənin yenidən canlandırılmasını təklif edib. Bu məqsədlə təqaüd mexanizminin tətbiqi məsələsi də gündəmə gətirilib.

Azərbaycan və Laosun üzləşdiyi mina təhlükəsi də diqqətə çatdırılan məsələlər arasında yer alıb. İlham Əliyev qeyd edib ki, müharibədən uzun illər keçməsinə baxmayaraq, Laosda mina problemi insanların həyat və sağlamlığı üçün təhlükə yaratmaqda davam edir. Azərbaycanın da bu sahədə ciddi problemlərlə üzləşdiyini bildirən Prezident Ermənistanın işğalı nəticəsində ölkə ərazisində bir milyondan çox minanın basdırıldığını, son 5-6 il ərzində 400-dən çox azərbaycanlının mina partlayışları nəticəsində həlak olduğunu və ya ağır yaralandığını vurğulayıb

Nəqliyyat və logistika sahəsində əlaqələrin inkişafı da perspektivli istiqamətlərdən biri kimi qeyd olunub. Prezident İlham Əliyev Azərbaycanın əsas nəqliyyat-logistika infrastrukturunun formalaşdırıldığını, hazırda isə yeni yük mənbələrinin cəlb edilməsinə və daşımaların həcminin artırılmasına diqqət yetirildiyini bildirib. Laosun qonşu ölkələrlə dəmir yolu bağlantılarının inkişaf etdirilməsi nəticəsində Trans-Xəzər nəqliyyat marşrutuna çıxış imkanlarının yaranması gələcək əməkdaşlıq üçün yeni perspektivlər aça bilər.
Bəyanatda energetika, mədənçilik və kənd təsərrüfatı sahələrində də qarşılıqlı fəaliyyət imkanlarının müzakirə olunduğu bildirilib. Prezident İlham Əliyev bu sahələrdə əməkdaşlığın konkret layihələr və praktiki addımlar əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Laosu Azərbaycanın dost ölkəsi kimi xarakterizə edən dövlət başçısı iki ölkə arasında uzun illər ərzində formalaşmış qarşılıqlı münasibətlərin gələcək əməkdaşlıq üçün əlverişli zəmin yaratdığını bildirib. Thonqlun Sisulitin Azərbaycana səfərinin tarixi əhəmiyyət daşıdığını qeyd edən İlham Əliyev Laos Prezidentinin ötən əsrin 80-ci illərində də ölkəmizdə olduğunu, hazırkı səfərin isə Laos dövlət başçısının Azərbaycana ilk rəsmi səfəri olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycan və Laos arasında münasibətlərin inkişafı siyasi dialoqun möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi, humanitar və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi üçün də yeni imkanlar yaradır. Səfər çərçivəsində əldə olunan razılaşmaların konkret layihələrlə davam etdirilməsi iki ölkə arasında tərəfdaşlığın daha da inkişafına xidmət edə bilər.

Mehparə Əhmədova
Masazır kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru


Paylaş



Bölmə: Dünya / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!