Ermənistan prezidenti Misirə getdi .....                        Şeyx İlham Əliyevin salamını Roma Papasına çatdırdı .....                        Bakı metrosunda YENİLİK .....                        Tramp Orbanın xahişini rədd etdi .....                        Rusiya Ukraynanı “İsgəndər”lə vurdu: ölən və yaralananlar var .....                        Putin Azərbaycan əsilli jurnalistə səfir rütbəsi verdi .....                        Sabahın hava proqnozu .....                        Ramiz Mehdiyevin həyat yoldaşı işdən çıxarıldı .....                        Bakıda Avrasiya Gənc İş Adamları Forumu keçirilir .....                       
Bu gün, 21:49
Sübh şəfəqi


Sübh şəfəqi

“ Ey işıqlar, sizi çağıra biləydim…“
(Anri de Sent Ekzüperi)


Doğan günəş
Və ya
Gələcək günün sorağında


Çovğun… sazaq… iliyə işləyən şaxta… Görəsən, bunların səsimi daha güclüdür, rəngimi daha qabarıqdır, ya ki dadı-tamı unudulmazdır onunla toqquşmaq qismətinə yazılan insan övladı üçün…onun bu zərbələrə tuş gələn çarəsiz qəlbi üçün…Hə…öz-özlüyündə mürəkkəb olan bu sualın öz yollarını da çovğunun, sazağın səsi elə bürümüş ki, o, gözünü açıb çox uzaqlarda heç bir şaxtaya, tufana əhəmiyyət vermədən, bəlkə də heç görmədən göz vuran dan ulduzuna baxıb, onun işığını qəlbində yeganə isti bir bucaq tək yerləşdirmək haləti ilə irəliləməkdən məhrumdur. Hələ bu sualın nə özünü, nə onu doğurmuş səbəbin və onu bu tufanla üzləşdirərək irəliyə aparan məqsədin adını, dadını, məğzini, mənasını bilmək həddində, iqtidarında olmayan balaca bir işıq seli - sel onun özündən xəbərsiz mahiyyətində idi - hər şeydən, hətta özündən belə - xəbərsizcəsinə irəliləməkdə idi. Bu, olduqca təbii idi. Axı ona müqavimət edən amillər həm də onu gücləndirir, təpərli edirdi. Bəs hələ o uzaq üfüqdə parlayan dan ulduzunu demirəm. Bu balaca işıq damlasının o dan ulduzundan xəbəri yoxsa da, o ulduzun bu zərrəcikdən yaxşı xəbəri vardı. Axı bu damlanın mahiyyətində gizlənmiş işıq həmin dan ulduzunun kiçicik payı, zərrəsiydi…
…Dan üzünün sökülməsinə bir udumluq Tanrı nəfəsi qədər vaxt qalmışdı hələ ki… Ətrafı cingilti ilə kəsən sazaq, kiçicik işıq damlamızın ağlamaq, sızlamaq belə yadına düşməyən bir cüt pəjmürdəhal gözlərinin yaşını iddialı təəccübü ilə dondurmuş çovğun ətrafda bir hay-küy qoparmışdı kı…Sanki incidən deyil, incidilən imiş kimi…Nə olsun ki…Ey gücü zəifliyində olan qoluzorlu, sənin zorun həddini aşmış əməlindədir. Fəqət mahiyyətində elə bir qorxu-filan yox. Qarşındakı da səni necə varsansa, eləcə də görür və sənə qarşı də güc göstərməyə sövq-təbii hazırdır. Buna görə də sən heç zaman güclü ola bilməzsən. Çünki sənin gücün sənə müqabil güc, müqavimət, daha möhkəm sipər, qarşıdurma yaradır. Ancaq o ulduz - uzaq üfüqdə dostcasına, sakitcə, əmin-arxayın göz vuran o dan ulduzunun gücü mahiyyətində, məğzindədir. Hələ kiçicik işıq damlamız səni - bıçaq təki kəsən nəfəsini yararaq ona - dan ulduzuna yaxınlaşdıqca, daha mülayimləşir, daha həzinləşir, hətta parıltısı da az-az artır deyəsən. Əlbəttə bütün bunlar onun özündən xəbərsiz baş verdiyindən bütün bunların fərqində də deyildir, şübhəsiz. Yolu səhərədir bu damlamızın…Gələcək günə aparası səhərə…
Biz də bu işığın müşayiəti ilə həmin o gələcəyə bələd olmaq niyyətindəyik. Bələdçimiz isə o gələcək günün sevdası olan Sevda İbrahimovadır. O Sevda ki, hələ kiçik olan damlamızın zər şəfəqidir… O Sevda ki, əsrin dörddə üçünə yaxın bir vaxtdır ki, qəlbinə çökmüş o işığı nəinki sönməyə qoymamiş, hətta onu qəlbinin tumarlarıyla möhkəmlədərək öz könül musiqilərinə çevirmiş, oradan isə ümmansız, sərhəd tanımayan musiqi dünyasına ərməğan etmişdir. Və cəmi Mirzə İbrahimovsevərlər inanırlar ki, dəyərli, bitkin müsiqili könüllər var olduqca, bu şəfəqlər onların da iç dünyalarında öz tərcümanını tapmış olacaqdır. Axı bunun ilk ladları görün öz köklərini haradan alır, haradan rişələnir…


Könül dünyasının pıçıltıları
və ya
Qələmin melodiyası…


- İlk olaraq M. İbrahimov sizin üçün kim idi? Onu necə xarakterizə edərdiniz?
Qəlbində hazır saf ümmanlar, dopdolu dərin-dərin dəryalar, elə bu qəlbin səmasında da ulduzlar səpili əsrarəngiz naxışlı çeşid-çeşid gözəlliklər, saplağından incədən-incə asılmış düzüm-düzüm çiçəklər və bütün bu qəlb dünyasının zərifyanə, xəfif hökmü gəzən bir qətiyyətlə dilləndi Sevda xanım:
- Mənim üçün atam, əlbəttə ki, ilk olaraq başımın tacı, canım-ciyərim, böyüyüm, həmişə qəlbimdə yaşayan bir insandır. Onun içində böyük xəzinə yatırdı. İstənilən mövzuda onunla saatlarla söhbət etmək olardı. İnanılmaz dərəcədə ensiklopedik biliyə malik bir insan olub.
…Mirzə müəllim haqqında yazılmlş xatirələrdən də məlum edirik ki, o, hərtərəfli geniş savada, dünyagörüşünə malik bir şəxsiyyət, ziyalı olmuşdu. Hələ onun musiqi duyumunu demirəm…Hərdən onu yaxından tanıyanlara maraqlı gəlirmiş ki, xüsusi musiqi savadı olmayan bu insan necə böyük musiqişünaslıq gəzdirirdi özündə. Deyilənlərə görə, o həmişə belə olmuşdu. Çox qəribədir ki, o niyə musiqiçi olmamışdı. Ya bu musiqiyə olan meyl, bacarıq elə əsl ədəbiyyatdan, ədəbiyyat isə onun müşahidəçilik qabiliyyətini birə üç qat artıran bitməz-tükənməz iztirablarından yararlanmışdı. Nə bilmək olar? Bəlkə də əksinə… Hər halda onun dəryalardan dərin qəlbində ədəbiyyatla musiqinin çox məhrəm, doğma, çulğalaşmış əzaları düyünlənmişdi. Mirzə müəllimi nə musiqisiz, nə də ədəbiyyatsız təsəvvür etmək mümkün deyildi. Həm də Sevda xanımın musiqiyə gəlməsində onun ana babası Qurban Pirimov və anası Sara xanımla yanaşı Mirzə müəllimin də əsaslı rolu olmuşdu. Buna görə də Sevda xanım həmişə onları minnətdarlıq hissi ilə yad edib və etməkdədir.
Sevda xanım o anları belə xatırlayır:
- …Mən şüurlu həyata qədəm qoyduğum gündən üzübəri dərk edirəm ki, musiqisiz, ədəbiyyatsız həyat olmadığı kimi, həyatdan məhrum musiqinin, ədəbiyyatın da varlığı mümkünsüzdür. Musiqi və ədəbiyyat həyatın ruhu, qəlbi, onları yaradan, yaşadan, var edən bir Tanrı məhəbbətidir. Məhəbbətsiz ruh, qəlb soyuq məzar olduğu kimi, ruhsuz, qəlbsiz həyatın mövcudluğu da kimsəyə gərək olmayan bir heçlikdir. Mənim atam isə bunları tam bütöv, bitkin şəkildə mahiyyətində gəzdirir, yaradıcılığına gur işıq seli kimi yayır, bununla da istər həyatını, istərsə də yaradıcılığını rövnəqləndirmiş olurdu. Belə bir insanın, şəxsiyyətin varlığı isə tez-tez rast gəlinən xoşbəxtlik deyil. Onun haqqında danışmaqla qurtarmaz. Onun şəxsiyyəti, yaradıcılığı barəsində cild-cild kitablara sığmayan tədqiqat işləri aparmaq olar. O, həqiqətən də bitkin, kamil bir şəxsiyyət idi. Belə bir bütövlüyün əsl səbəbı isə onun güclü iradəyə, iti zəkaya və gələcəyə olan inamlı hisslərə malik olmasında idi.
Bəli, həqiqətən də aclıq, səfalət girdabından qurtulmaq üçün qürbətə düşərək yerlə-göy arasında tam tək-tənha qalan körpə bir uşağın acı taleyi başdan-başa məhrumiyyət, fəlakət deyildimi?.. Hər anında, kiçicik qəlbinin hər bir döyüntüsündə min dəfələrlə duyduğu qorxu, həyəcan, ayaq üstə qala bilmək üçün bir kimsəyə arxalanmayası həniri, - əslində hənirsizliyi - onda polad kimi möhkəm məsuliyyət, bu məsuliyyətdən doğan dəyişməz, sərt intizam formalaşdırmışdı zaman-zaman onun mahiyyətində - qanında, ruhunda. Məhz bu məsuliyyət, bu intizam da onu yaşatdı, ərsəyə gətirdi, səsi bəşəriyyəti tutan, bəlkə də onun fövqünü aşan əzəmətli bir şəxsiyyətə çevirdi. Ədəbiyyatımız var olduqca və deməli dünyamız durduqca bu sənətkarın yaşayacaq hər bir kəlməsi, ifadəsi belə neçə-neçə alimin tədqiqat obyekti, məqsədinə aparası məram bucağı olacaqdır.
- Mirzə müəllimin Sevda xanımın həyatında oynadığı rol, tutduğu yer. Bu daha çox ata kimi ölçülürdü, ya xalqının yazıçısı kimi?
- Ümumiyyətlə, atam, anam və babam mənim həyatımın özü idi. Hər bir addımımda mən onların sevgisini, dəstəyini, diqqətini hiss edirdim. İndinin özündə isə daha çox hiss edirəm. Atamın bütün qəlbini xalqına, elinə olan məhəbbəti tutduğundan, o elə bütün həyatı boyu xalqın yazıçısı olaraq var idi. Tanrı onu belə yaratmışdı. Ancaq o bizim üçün - mən, Aydın qardaşım və Solmaz bacım üçün ən böyük hərflərlə yazılmış “ATA” idi. O mənim bütöv həyatımın əsas qayəsi, nuru, günəşi idi. İndi də elə olaraq qalır. İndi də mən onu daim yanımda hiss edirəm - bir işıq kimi, süzülən nur seli kimi…
- Uşaqlığınızı necə xatırlayırsınız? O illərdən xatirinizdə yaşatdığınız hadisə…
- Mən, qardaşım və bacım bütöv, zəngin, xoşbəxt bir uşaqlıq yaşamışıq. Əlbəttə bu zənginlik, xoşbəxtlik ancaq mənəvi dünyamızı rövnəqləndirən amillər üzərində qurulmuşdu. Bəli, Xəqani-19 bizim xoşbəxt uşaqlığımızın, ata-anamın isə nağıllara bənzər həyatının beşiyi, şahidi olan ünvan idi. Azərbaycanın o zamankı rəhbəri M.Bağırov atamın “Həyat” pyesinin uğurlu premyerasından sonra ona bu ünvanda mənzil ayrılmasına sərəncam vermişdi. Anam Sara xanım 1938-ci ildə bu evə gəlin köçmüşdü. Bir neçə ildən sonra atama daha geniş otaqları olan mənzil verilməli idi. Lakin anam buradan köçmək istəməmiş və demişdi: “Mən bu evə gəlin gəlmişəm və yalnız cənazəm bu evdən çıxacaqdır.” Beləliklə, biz uzun illər bizi xoşbəxt edən bu ünvanda, çox gözəl, layiqli, ziyalı, zəngin mənəviyyatlı insanlar olan qonşularımızla birgə yaşamışıq. O gün olmazdı ki, evimizdən musiqi, tar, kaman səsi, klassiklərimizin, dəyərli müasirlərimizin əsərlərindən, şeirlərindən parçalar eşidilməsin. Bacı qardaşımla mən hər gün, hər an daha nə isə yeni, gözəl, dəyərli bir kəlmə və ya musiqi eşidir, əlbət ki, bunları da mahiyyətimizə, ruhumuza hopdururduq. Elə bil indi də bu evdə yaşamış böyük şəxsiyyətlərin sənət dolu qəlblərinin döyüntüsünü eşidirəm. Əlbəttə, o şəxsiyyəytlərlə ünsiyyətdə olmaq böyük xoşbəxtlik idi…
- Atanız əhatəsində olduğu ədəbi mühitindən söz açırdımı? Ümumiyyətlə, iş söhbətləri evə ayaq açırdımı?
- Qətyyən. Atam anamın köməyilə evdə, ailədə elə bir mühit yaratmışdı ki, bu, ancaq bizim mədəni, ali dərəcəli tərbiyəmizə xidmət edirdi. Ailəmiz dedi-qodu, qeybət, şikayət nədir, bilməzdi. Valideyinlərimin hər ikisi o qədər daxilən zəngin, kamil, savadlı, eyni zamanda Allaha bağlı insanlar idilər ki, həyatımız, evimiz başdan-başa onların işığına, nuruna bələnmişdi.
…Təsadüfi deyil ki, Q.Pirimov kimi bir sənətkarın qızı olan Sara xanımın özü də ali təhsilli musiqiçi olmasına baxmayaraq bütün həyatını ailəsinə həsr etmiş və bundan xüsusi zövq və qürur hissi keçirmişdi…

Konkret şəxsiyyət
Və ya
Həyatımızın Mirzəsi…


…Bəli, məhz konkret şəxsiyyət prinsipləri ilə cilalanmış bu nurlu qəlb sahibinin keçdiyi bütün həyat yolu, elə bu qəlbindən də süzülüb gələn hikmətli əsərləri onu o dövrdən üzübəri olan bir nəslin böyük mənalı mirzəsi etmişdir.
- Elə bir gözəl, alicənab atanın, ləyaqətli ananın övladı olan Sevda xanımın mühitindən götürdüyü əsas cəhət…
- Əlbəttə ki, səmimiliyim və zəhmətkeşliyim. Atam həmişə deyərdi: “Ən gözəl, ən böyük səadət elə yaradıcılıqdır. Sən yaz. Həm də gözləmə ki, onu ifa etsinlər. Əsas odur ki, vicdanla, ürəklə yazıb-yaradasan. Darıxma, vaxt gələr ifa olunar. İnsana qalan, elə insandan da qalan məhz onun yaradıcılığı, işidir.” Onun özü də necə yorğun, hətta xəstə olduğu zamanlarda belə işindən, yaradıcılığından qalmırdı. Və yazı masasının arxasından duranda artıq onun simasında nə yorğunluqdan, nə də xəstəlikdən əsər-əıamət qalmırdı. Anam isə pərvanə kimi atam və biz övladlarının başına dolanardı.
- Bəs Mirzə müəllim sizi həyata hazırlayırdımı? Ya bunu şəxsi təcrübənizin öhdəsinə buraxmışdı…
- Elə Mirzə müəllimin hər bir hərəkəti - istər bizə, istər anama, istərsə də dostlarımıza aid - onlar isə həm sədaqətli, həm də ləyaqətli insanlar idi - olan davranışı, münasibəti əsl örnək, yüz sözdən, nəsihətdən təsirli olan nümunə, dərs idi. Biz övladlarda bu davranışı, mədəniyyəti zaman-zaman qanımıza, ruhumuza hopduraraq mənəviyyatımıza daxil edirdik.
- Şəxsi və ya ictimai həyatla bağlı seçiminizdə onun məsləhəti olurdumu?
- Əlbəttə ki, onun fikri bizim üçün çox vacib və əhəmiyyətli idi.
…Bu, əlbəttə ki, təbii idi. Axı Mirzə müəllim dünyağörmüş, hər cür əzab-əziyyətə qatlaşaraq öz gücünə inanan bir insan olmuşdu. Onun əməlləri ilə təlqin etdiyi yüksək alicənablıq hissi bütün dövrlər üçün gərəkli idi. Buna görə də hər zamanın öz hökmü olsa da, Mirzə müəllimin mayasını, gücünü böyük, dərin təcrübədən alan fikirləri, davranışı, insanlara yanaşma tərzi bütün zamanların fövqündə duran müqəddəs amillərə söykənmiş bəşəri prinsiplərə əsaslanırdı. Belə konkret, dürüst xüsusiyyətləri də onu sevənlər arasında birmənalı olaraq qəbul edilirdi. Elə övladlarının da məhz belə bir atadan aldıqları tərbiyənin, mədəniyyətin özülü üzərində yaşamaqları, şübhəsiz ki, elə indi də onlarla hesablaşmasını sübut edir. Mübahisə isə yox, mən sadəcə qəlbimlə atamın fikrini, məni narahat edən hər hansı məsələ ilə bağlı münasibətini hiss edir və onu birmənalı şəkildə qəbul edirəm. Çünki mənim qanım, canım, əzalarım onunla nəfəs alır, onun ruhundan güc alır.

“ Qəlbimə düşən işıq”
Və ya
“ O həmişə mənimlədir”


- Atalı həyatınız sizə nəyi aşılayıb, öyrədib?
- İlk növbədə dürüstlüyü, vicdanlı, əqidəli olmağı. Bizim evimiz dedi-qodudan, qeybətdən uzaq bir ocaq idi. Bir daha qeyd edim ki, valideyinlərimiz mənəviyyat, intizam məsələləri barədə bizlə söhbətlər etməzdilər. Onlar, sadəcə,yüksək, nümunəvi davranışları və ailədə yaratdıqları təmiz ab-hava ilə bizim daxilimizdə yaşayırlar.
- O illərə qayıdıb nəyisə götürmək mümkün olsa idi, Sevda xanım ilk öncə nəyi seçərdi?
- O illər, atalı-analı günlərim mənim qəlbimdə gözəl, unudulmaz xatirə kimi yaşayır.
- İndiyə qədər nəyi unutmaq çətindir Sevda xanım üçün?
- Atam, ən müqəddəs, əziz varlıq bildiyi anamı itirəndən sonra qəlbinə bir də Qarabağ dərdi vuruldu. Heyiflər olsun ki, o, bu ağır problemlə də dünyasını dəyişdi.
- Keçmişlə mükaliməniz tez-tezmi olur? Bu daxili mükalimədə o dövrün daha hansı ziyalıları, sənətkarları iştirak edir?
- Bütün ata-analı həyatımın hər bir vurğusu daim qəlbimdə, əksləri gözlərim önündədir. O dövrün bir çox ziyalı insanları, gözəl yazıçıları, şairləri, musiqiçiləri mənim üçün unudulmazdır.
- Uşaqlığınızdan qalan və uşaqlarınıza ötürülən vərdiş, xüsusiyyət...
- Daxili intizam, məsuliyyət, zəhmətkeşlik. Bu idi atamın nisgil, əzab dolu həyatının ona verdiyi dərs, əbədi nəsihət.
Elə məhz bu kimi dərsləri həyat prinsipinə çevirdiyi səbəbindən də Mirzə müəllim həyatın bütün keşməkeşlərinə duruş gətirə bilmiş, bir şəxsiyyət, ləyaqət simvolunadək ucalmış və bu ucalığını da ləyaqətlə qoruyub saxlaya bilmişdi. Elə biz övladlarının tərbiyəsində də bu prinsipin əsas əhəmiyyəti olmamış deyildi. Həm də o, bütün bunları bizə yanaşma tərzi, daxili dünyasının əyani sübutu olan davranışları ilə aşılayırdı. Axı o çox səmimi və müdrik insan idi.

İz üstünə düşən iz
Və ya
Bu yolun sonu yoxdur...


Şair “İz qoyma izim üstə, izim yandırar səni” - deyib nə vaxtsa, hansısa hissin və izin könül dünyasına düşən gizlindən gizlin, ən mübhəm sızıltılarının təsiri altında. Ancaq bu iz həm də özündən əvvəl qoyulan izə öz məhrəmliyini bildirərək onu daha da möhkəmləndirməyə xidmət etmirmi? Bu həm də onların eyni amal və məqsəddən yaranaraq vahid mərama can atmasının göstəricisi deyilmi?
- Bəs ailədə onun yolu ilə gedən oldumu?
Sevda xanım bu barədə bir söz demək istəməsə də, bacısı Solmaz xanımın “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktoru olması elə bu ata izinin üstünə düşmüş layiqli övlad izinin olmasından xəbər vermirmi? Hərçənd Mirzə müəllimin 3 övladının hər biri onun mənəvi davamçısı, bütün hallarda onun layiqli varisləridir. Sevda xanımın özü Mirzə müəllimin qəlbindəki, Sara xanımın ailəsinə qurban verdiyi sənətindəki ən şirin, ən mübhəm, dilləndirilməmiş notları musiqilərində, böyük sənətinin beş xətt üzərində qurulan ecazkar həyat ladları üzərində canlandırmamışmı? Onlar daim nədən yazırlarsa yazsınlar, sənətlərini hansı tərzdə, nəyin vasitəsilə ifadə edirlərsə etsinlər, öz müqəddəs Mirzə müəllim - Sara xanım adlı orbitlərindən heç zaman çıxa bilməyəcək, onların peyki olaraq nəsillərə cizdıqları aydın trayektoriya ilə tanınacaqlar. Çünki mayası, qayəsi kimi hətta ən dolanbac, ağrılı acılardan yoğurulmuş dalanlarının belə ehmalca açılan ala qapıları oranın ən xeyirxah, dürüst, işıqlı əməllər ünvanı olduğunu, yaşatdığını insan qəlbinə yetirən bir ahənglə açır... Çünki bu dəyərli insan qəlbini və ruhunu zənginləşdirən bir mühitdə dirçələn övladlar bu mühitin bütün ab-havasını əzalarına, mahiyyətlərinə tam hopdura bilmişlər. Çünki ailənin hər iki qanadının rişə çəkdiyi, tale yolunun lap başlanğıcından bəri nur alan, sonsuz ağrılarına rəğmən bu zamana başıuca, alnıaçıq gəlib çıxan Tanrı ilə aralarında mövcud olan təbii rabitə işığı ən pak, təmiz və möhkəm tellərdən ibarət idi.
- Atanızın əsas xasiyyəti, tərbiyədəki əsas diktə, son vəsiyyət...
- Respublikanın ilk akademiklərindən olan atamın xasiyyətindəki ən əsas cəhət onun böyük ziyalılığı ilə yanaşı, həm də mərdliyi idi. O nə edirdisə, mərdcəsinə, əsl kişi kimi edirdi. Bu, onun ən xırda hərəkətindən tutmuş, böyük, hətta işi ilə - bəşəri məsələlərlə bağlı olan (axı o, uzun illər, ömrünün lap son günlərinə kimi Elmlər Akademiyasında – indiki AMEA- “Cənubi Azərbaycan” şöbəsinə rəhbərlik etmişdi) beynəlxalq münasibətlərində də özünün aydın əksini tapmışdı. Elə övladlarına olan tərbiyəsi də bu vurğu əsasında idi. Axı atam tam bütöv və səmimi bir insan idi. O hər yerdə, hər zaman, hər xüsusda eyni insan, eyni şəxsiyyət idi.
- Etirafı, etirazları olurdumu?..
- Atam bütün şüurlu həyatını bədii, publisistik əsərlərində, xatirələrində əritmiş kamil bir insan olub. Doğrudur bitməyən əsərləri də yox deyil. Ömür vəfa etməsə də, bu əsərlər yarımçıq qalsa belə, onlar indi də öz dəyərlərini itirmir, Mirzə İbrahimov şəxsiyyətinin bütövlüyünü təsdiqləyir. Bəli, o, öz həyatı ilə, əsərləri ilə sözünü demiş bir şəxsiyyətdir.
- Bir balaca da Mirzə İbrahimov şəxsiyyətinin davamçıları, onu mənən yaşadan insanlar barəsində...
- Ümumiyyətlə götürdükdə, o dövrün insanlarının bir-biri ilə münasibətləri sözün tam mənasında səmimi hisslərdən yoğurulmuşdu. Burada böyük ziyalımız, professor, görkəmli tarixçimiz Cəmil Həsənlini, atamın əsərlərini həmişə diqqət mərkəzində saxlayan, onlar haqqında mətbuat səhifələrində tez-tez məqalələrlə çıxış edən, onları tədqiq edən şair-jurnalist, “Ədəbiyyat” qəzetinin redaktoru Ayaz Vəfalını, atamın ilk aspirantlarından olmuş Teymur Əhmədovu xüsusi qeyd etmək istərdim. Mirzə İbrahimovun Azərbaycan dilinin dövlət dili olması ilə bağlı böyük xidmətlərinə dair tədqiqatları, Cəmil Həsənlinin həm də xalqımız qarşısindakı ən dəyərli işlərindən biridir. AMEA-nın Nizami adına Ədəbiyyat institutunda “Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi”nin müdiri, “Respublika” qəzetinin baş redaktoru, filologiya elmləri doktoru, professor Teymur müəllim atama həsr edilmiş neçə-neçə kitabın, məktubun, xatirənin naşiri, redaktorudur. Atamı görkəmli sənətkar, qayğıkeş ustad kimi unutmayan və həmin fikirlərini bu günlərdə çap olunmuş “Yarıməsrlik yol”, (müəllifin ilk dəfə “Ədəbiyyat” qəzetində çap edilmiş məqalə, şeir və tərcümələrinin böyük bir qismi toplanmışdır) kitabında oxuculara təqdim etmiş Ayaz Vəfalıya olduqca minnətdaram. O da mənim üçün çox xoşdur ki, kitab atamın vaxtı ilə Ayaz Vəfalı haqqında yazdığı “Düzlük və yaradıcılıq” məqaləsi ilə açılır. Bəli, Ayaz müəllim, Teymur müəllim, Cəmil müəllim və bir sira bu kimi insanlar atamın xatirəsini əziz tutduqları, bununla da onu mənən yaşatdıqları üçün onlara sonsuz təşəkkürlərimi bildirirəm.
Onun əsərlərini vaxtaşırı tədqiq edən, bununla da yaşadan şair-jurnalist, “Ədəbiyyat” qəzetinin redaktoru Ayaz Vəfalını, atamın ilk aspirantlarından olmuş Teymur Əhmədovu qeyd etmək istərdim. Teymur Əhmədov atama həsr edilmiş neçə-neçə kitabın, məktubların, xatirələrin naşiri, redaktorudur. Həm Ayaz müəllim, həm də Teymur müəllim atamın xatirəsini əziz tutduqları, onu mənən yaşatdıqları üçün onlara sonsuz təşəkkürlərimi bildirirəm.
...Mirzə müəllim haqqında xatirələrdən həm də oxuyuruq ki, bütün gərginliklərinə rəğmən o, əsəbiliyin, əsəbiləşməyin tam ziddinə olan bir adam idi. Bütün bunların fövqündə durmağı bacardığı üçün də o, onu həyatın girdabından, burulğanından sağ-salamat çıxararaq yüksəklərə qaldıran Allahına çox inanırdı. Hamıya səbirli, təmkinli olmağı məsləhət görən Mirzə müəllimin özü də çox səbirli insan idi. Hər hansı səbəbdən qanıqara olduğu və ya yorğunluq anlarında yazı stolu arxasında əyləşərək ən çox sevdiyi işi olan yaradıcılığı ilə məşğul olar, bununla da mənfi yüklü əhvalını tamamilə dəf edərdi. Artıq stolun arxasından o, təbəssümlə, daxili rahatlığın çöhrəsinə səpdiyi işığı ilə qalxardı.

Kamillik nümunəsi
Və ya
Sənətlə həyatın vəhdəti


- Musiqiçi olmağınıza səbəb nə oldu? Sizcə, atanızın sözün qüdrəti ilə ifadə etdiyini siz musiqinin sərhəd bilməyən tərcümansız ruhu ilə həyatiləşdirə bildinizmi?
- Bilirsinizmi, mən həyatı dərk etdiyim gündən həm də anlamışam ki, bütün sənətlərin zirvəsində bir tac olaraq vahid bir anlam durur ki, bu da ürəklə ağlı birləşdirən zəka məfhumudur. Ancaq bu zəka adlı məfhumun özü də ancaq və ancaq zəhmətlə yoğrulan qabiliyyətə bağlı müqəddəs bir düyündür. Necə ki, atam yazıçı, ədəbiyyatçı olsa da, qəlbində musiqili bir axar, həzin, gözəl melodiya vardı, eləcə mənim də qəlbimdə əbədiyaşar musiqilərin ədəbi qəhrəmanlar misallı abidələri ucaldılmış, əbədiləşmişdir. Bu hiss məndə qeyri-ixtiyari formalaşaraq tam öz biçiminə düşmüşdür. Burada əlbəttə ki, anam Sara xanım və babam Qurban Pirimovdan gələn musiqi ruhu idi.
...Əlbəttə ki, Sevda xanım burada hiss olunmadan təvazökarlıq edir. Respublikamızın xalq artisti olması, bəstələri ilə xalqımızın qəlbində əbədi bir yer tutması bir daha sübut edir ki, bəli, o, atasının tam layiqli varisidir.
- ...Həm də siz atanızın bir çox şeirlərinə ürəyinizdə yaşatdığınız melodiyalarınızı da təbii olaraq əlavə etdiniz...
- İlk dəfə mahnı janrına müraciətim atamın təşəbbüsü ilə olub. Bir gün atam “Ədəbiyyat” qəzetinin bir nömrəsini mənə göndərərək orada Nəriman Həsənzadənin “Sən məni yad et” şeirini oxumağımı xahiş etdi. Mən də o şeiri oxudum və çox təbii olaraq ona bir musiqi bəstələdim. Sonralar korifey sənətkarımız Şövkət Ələkbərova o mahnını ifa etdi. Deyim ki, bu mahnı sevildi və dillər əzbərinə çevrildi. Bundan sonra mən atamın 10-a yaxın şeirinə musiqi bəstələdim.
-Qəlbinizin melodiyası atanızın sizə aşılamaq istədiyi əqidə ilə uzlaşırmı?
- Mənim qəlbim elə valideynlərimin mənə və digər övladlarına aşıladığı əqidədən, məsləkdən yoğrulmuş və tamamən də ondan ibarətdir. Mənim qəlbim də məhz o melodiya üzərində köklənmişdir. Belə olan halda əlbəttə ki, o melodiya da atamın hər bir hərəkəti, davranışı ilə onun əqidəsindən mayalanmışdır, şübhəsiz.
- Gənclərə tövsiyəniz, nəsihətiniz...
- Hər zaman, hər yerdə dürüst olsunlar, vicdanla yaşasınlar. Bu, bir həqiqət yoludur. Axı həqiqətin yolu bir, ondan sapdırılmaq yolları isə mindir. Qoy gənclərimiz bu bir yolu özlərinə həyat yolu etsinlər.
- Mirzə müəllimə hər zaman demək istədiyiniz kəlmə, diləmək istədiyiniz ən önəmli arzu...
- Bunu mən ona “Atama çatmayan məktublarım”da yazmışam, yenə də deyirəm:
...“…Mənim əzizim, çox mehriban, qayğıkeş və sevumli atam! Mən səni körpə vaxtımda necə istəyirdimsə, indi də elə və ondan da artıq... sonsuz bir məhəbbətlə səni sevdiyimi demək istəyirəm. Mən o zamanlar, sən bizimlə olanda, bu məhəbbəti sənə tam dolğunluqla bildirə bilmirdim, hətta səni qucaqlayıb öpəndə də mən utanırdım, sıxılırdım. İndi isə zamanın sürətli axınında mən sənin məhəbbətini, sənin işıqlı surətini daha da dərindən duyur və hiss edirəm. Hiss edirəm ki, sənin və gözəl anamın məhəbbət işığı mənim daxilimdədir. Mənim şad və fərəhli anlarımda, mənim kədərli və qəmli anlarımda siz mənimləsiz. Sizin mənə bəxş etdiyiniz gözəl günləri, saatları indi mən daha tez-tez xatırlayıram və deyirəm: “Allah, şükür! Şükür ki, sən mənim həyatımı bu insanlarla bağladın və mənə bu qədər xoşbəxtlik bəxş etdin.”
Səni, mənim əziz atamı hər an ürəyində yaşadan, ülvi bir məhəbbətlə sevən qızın Sevda.”
Bəli, hər yerdə, hər zaman Sevda xanım atasının varlığını hiss edirək deyir ki, hər yerdə, hər zaman o, mənimlədir... Bir nur axını kimi... İşıq seli kimi...

Zülmət gecə... çovğun... və dan ulduzu...
Və ya
Küləyin sovurduğu işıq seli

(epiloq əvəzi)


Bəli, həmin o işıq seli ki dan yerinin sökülməsinə bir udumluq Tanrı nəfəsi qalmış çovğunlu, sazaqlı bir günün elə özü kimi soyuq, səfalət girdabında çırpınan bir məmləkətindən baş alıb üzü küləyə, dan ulduzunun ondan xəbərsiz göz vuraraq çağırdığı bir gələcəyə doğru gedirdi. O külək ki, onun bütün əzizlərini əlindən alaraq qaranlığa qərq etdi... O külək ki, onun ətrafını boş, özünü yalnız qoymuşdu... O külək ki, onun damla boyda keçmişinə, yumruğuna sığacaq qədər kiçicik dünəninə rəhmsizcəsinə qıyaraq əlindən almış, onları qaranlığa qataraq sovurub aparmışdı. Lakin bu möcüzəli işıq seli heç nəyə baxmadan irəliyə və yalnız irəliyə gedirdi. Bu da bir Tanrı dəstəyi, gələcək günün danılmaz sorağı, ya ki dünəndən, bu gündən, zalım zamandan silkinərək irəliyə getmək təpəri, müqəddəs bir missiya idi. İrəlidə isə onu sökülən dan yerinin aşırımları arxasından arın-arxayın göz vuran, qərinələrdən bəri məkanına sadiq qalan dan ulduzu gözləyirdi axı... Bizim işıq selimizlə o dan ulduzunun qovuşacağı zamana isə hələ bir Tanrı payı ömür məsafəsi qalmışdı. Bu ömür isə qaranlıqda itkin düşmüş digər şəfəqlərinin də ömrünü yaşamalı, neçə onilliklər sonra qarşıdakı dan ulduzunun lap qənşərindən onları müjdələməsi üçün hələ çox-çox küləklərə, boranlara duruş gətirməli olacaqdı. Bunları qeyri-iradi hiss edən işıq seli hər bir onun mahiyyətindəki qətiyyəti inadından dönməyən küləyə çatdırmamış deyildi. Məhz o qətiyyət də küləyə qarşı eyni inadkarlıqla bunları diktə edirdi:
“Külək, mən səndən qorxmuram...”
“Külək, mən səndən güclüyəm...”
“Külək, mən səni səndən qoparıb öz yoluma çevirəcəyəm. Beləcə, səninlə bir dost kimi gələcək günümə yetişəcəyəm. Mütləq yetişəcəyəm...”
...Səmanın uzaq bir nöqtəsində göz vuran bir ulduz da onun - sübh şəfəqinin bu inadına şərik idi, şübhəsiz...



Böyük ədibin 114 illiyinə və övladı Sevda xanımın əziz xatirəsinə hörmət və ehtiramla: Gülgəz NUR
9-06-2025, 17:34
YAZIÇI VƏ ŞAİRLƏR CƏMİYYƏTİN  HƏKİMLƏRİDİR


YAZIÇI VƏ ŞAİRLƏR CƏMİYYƏTİN HƏKİMLƏRİDİR
Müsahibimiz Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, "Dostluq" ordenli şair, yazıçı dramaturq və tərcüməçi Farida Afruzdur.

-İndiki dövrdə özbək yaradıcılarının əsas problemləri və çatışmazlıqları nədir?
- Bu, çox geniş sualdır. Ümumiləşdirmək çətindir, çünki bu gün yaradıcıları təhdid edən, onların yaradıcılığına mane olan böyük təhlükələr yoxdur! Yaradıcı ürəyi alovlanan şəxslər üçün demək olar ki, hər cür şərait var. Özbəkistan Yazıçılar Birliyi yaradıcılar üçün sərbəst yaradıcılıq üçün əlverişli şərait yaradıb. Qətiyyətlə deyə bilərəm ki, "Dörmon" yaradıcılıq evi buna misaldır; burada gecə-gündüz, münasib qiymətlərlə, rahat şəraitdə yaradıcılar üçün təmiz və rahat otaqlar mövcuddur və yüksək səviyyəli xidmət göstərilir. Qonşu Qazaxıstan və Tacikistandan gələn yaradıcıların sözlərinə qulaq asanda, onların yalnız Özbəkistanda belə şəraitin olduğunu eşidib sevindiklərini görmüşəm.
Qazax və Tacik yaradıcı dostlarımız:

"Bizdə də belə yaradıcılıq evləri olsaydı,"- deyə bizə həqiqətən heyran qaldıqlarını çox görmüşəm. Bundan əlavə, 2022-ci ildə Parkent rayonunun gözəl "Zarkent" kəndində tikilərək istifadəyə verilmiş "Parkent" yaradıcılıq evi və "Çorvoq" dağlarındakı böyük ədəbiyyatşünas Ozod Şarafuddinov adına "Çorvoq" yaradıcılıq evləri kimi yerlər də yaradıcıları ilhamlandırmaq üçün çox yaxşı şəraitdir. Problemlər və çatışmazlıqlar məsələsinə gəlincə, bu, hər kəsin şəxsi vəziyyətindən asılıdır. Çünki xalq deyir: "Axtaran tapar," yəni əgər yaradıcı həqiqətən yaradıcıq istəyirsə, hər şəraitdə yaratmaq imkanını tapar. Problemlərə və çatışmazlıqlara baxmayaraq, qələmini səbir və istəklə işlədərək, ruhunu alovlandıraraq yaradıcılıq etməyə davam edər.
Bu gün ölkə rəhbərliyinin yaradıcılığa, mənəviyyat, incəsənət və mədəniyyətə göstərdiyi diqqət həqiqətən heyrətamizdir.
-Bu gün ən ağrılı nöqtələr nədir, sizcə?...
-İndiki dövr yaradıcıları-yazıçı və şairlər, ümumiyyətlə ruhani dünyada yaşayan insanlar üçün ən ağrılı, ən sarsıdıcı nöqtə dəyərlərin çökməsidir. Uzun əsrlər boyu insanlığı mənəvi işıqlandıran yaxşılıq, ruhani köklər, müqəddəs duyğular bu günkü qlobal informasiya axını və istehlakçılıq təzyiqi altında yavaş-yavaş unudulur. "İnsanın könlü, əgər mənəviyyatdan kəsilərsə, qurumuş bədənə bənzəyir; xarici gözəllik olsa da, daxili həyat söndürülür." Bu gün biz məhz belə vəziyyəti görürük.
İnsan müasirlik maskası altında özünü zəngin sayır, amma ruhən kasıbdır. İnformasiya çoxdur, amma anlayış yetərsizdir.
Azadlıq var, amma mənəvi yük ağırdır.
Xarici dünya gözəldir, amma daxili dünya boşdur.
Şairin qəlbi bu prosesə laqeyd qala bilməz- o sözlə ağrını ifadə edir, tonla qəlbi oyandırır, fikir ilə ruhu xəbərdar edir.
Yazıçı və şair — bu zamana ruhi həkim, ağrılı dövrə sözlə dərman vuran müqəddəs şəxslərdir.
Onlar unudulan dəyərləri xatırladır, mənəviyyatı yüksəldir, nur istəyən qəlblərə işıq saçırlar.
Beləliklə, yaradıcılar həmişə ruhən ayıq olmalıdır.
-Bu günkü özbək ədəbiyyatında dünya ədəbiyyatı səviyyəsində əsərlər yaradılırmı?

- Özbək ədəbiyyatı- qədim və fasiləsiz inkişaf edən mənəvi zənginlik mənbəyidir. Onun kökləri "Örxun-Enəsay" yazılı abidələrinə gedib çıxır. Bu mənbələr yalnız türk xalqları üçün deyil, bütün insanlıq mənəviyyatı üçün böyük önəm daşıyır.
Özbək ədəbiyyatı əsrlər boyunca İslam mədəniyyəti, Turan sivilizasiyası və yerli xalqın şifahi ədəbiyyatı ilə bağlı olaraq formalaşıb və təkmilləşib. Bu gün də bu ədəbiyyat canlıdır: milli ruh, tarixi yaddaş və müasir dünya görüşü ilə birləşərək gözəl şeirlər, hikmətli əsərlər yaradılır. Onlar dünya ədəbiyyatı səviyyəsində öz yerini tapır.
Müasir özbək yazıçı və şairləri yalnız keçmiş mirasa söykənmir, onu tənqidi şəkildə təhlil edir və yeni bədii ton və üslublarla zənginləşdirirlər. Bu ədəbiyyatımızın davamlı inkişaf potensialını göstərir.
— Əvvəllər şair və yazıçıların çap olunmuş kitabları müzakirə olunub, təhlil edilirdi, səhvlər açılırdı, uğurlar tanınırdı.
Məncə ədəbi tənqid zəifləyib...

— Hazırda mən Özbəkistan Yazıçılar Birliyində yaradıcı və təşkilati fəaliyyətimdə əsas diqqəti ədəbi tənqidi canlandırmağa, nüfuzunu bərpa etməyə və müasir ədəbi prosesdə təsir gücünü artırmağa yönəldirəm. Bu istiqamətdə ilham mənbəyim və yol göstərənim 1980-ci illərin ədəbi mühiti, həmin dövrün tənqidi düşüncə və əhvalıdır. Çünki o illərin ədəbi tənqidi təkcə yaradıcıları yüksək səviyyədə qiymətləndirmirdi, həm də milli ədəbiyyatın inkişafında böyük rol oynayırdı.
Bu sahədə tanınmış sahə mütəxəssisləri, akademik səviyyəli ədəbiyyatşünas alimlər, ustadlar və ədəbiyyata biganə olmayan gənc yaradıcılarla aktiv dialoq və əməkdaşlıq aparırıq.
Onlardan alınan fikirlər, praktik təkliflər və uzunmüddətli planlar bizə yalnız istiqamət deyil, həm də mənəvi dəstək, elmi və bədii əsas verir. Fikirlər müxtəlifdir: bəziləri tənqidə akademik əsasların möhkəmləndirilməsini, bəziləri yeni media vasitələri ilə müasir təhlil formalarının yaradılmasını təklif edir. Digərləri isə ədəbi tənqidi yalnız yaradıcıya deyil, həm də cəmiyyətə təsir edən mənəvi vasitəyə çevirmək zərurətini vurğulayır. Bu müxtəlif fikir və mülahizələr əsasında biz ədəbi tənqidin canlı qüdrətini bərpa etməyə, onu oxucu və yaradıcı arasında canlı dialoq vasitəsinə çevirməyə çalışırıq. Bu prosesdə tənqid yalnız ədəbi deyil, fəlsəfi, ruhani, mədəni və sosial ölçülərini də nəzərə alaraq onun elmi əsaslarını gücləndirmək, qiymətləndirmə meyarlarını yenidən gözdən keçirmək, həmçinin gənc tənqidçiləri yetişdirmək və elmi əsaslarla dəstəkləməyə xüsusi diqqət ayırırıq.
-Dramaturgiya digər janrlardan nə ilə fərqlənir?
-Dramaturgiya mənim qəlbimin təsviridir. Dramaturgiya səhnə dili vasitəsilə insan ruhunu, cəmiyyətin dərdlərini, qəlb ağrılarını dərin ifadə etmə sənətidir. Bu, insan duyğularının ən incə tellərinə toxunur, sözü hərəkətə, fikri səhnə ifadəsinə çevirir.
Qeyd etmək istəyirəm ki, “Oloy malıkəsi Qurbancan dodxon” kimi tarixi-sosial məzmunlu əsəri mən dramadan başqa heç bir janrda tam ifadə edə bilməzdim.

Bu obraz səhnənin nəfəsini, həyati hərəkət və mübarizəni, cəsarət və fədakarlığı tələb edirdi. Onun daxili dramı, xarici mübarizəsi və xalq dərdi ilə yaşaması ancaq dram vasitəsilə həqiqi qüvvəyə malik olur.
Dramaturgiya mənim üçün təkcə yaradıcılıq istiqaməti deyil-fikrin hərəkətə, duyğunun təsirə çevrilmə prosesidir. Bu mənə insan qəlbinə təsir etmək, keçmişlə bu günü körpüləmək, milli tarix və ruhu müasir nəfəs ilə ahəngləşdirmək imkanı verdi. Drama vasitəsilə mən həyatın ağrısını da, ümidini də, insan dəyərini də daha dərindən hiss etməyə başladım.
-Tərcüməçi kimi müxtəlif ədəbiyyatların qarşılıqlı əlaqəsi və təsiri barədə fikriniz nədir? Hansı əsərləri oxucuya çatdırmaq lazımdır?
- Tərcümə xalqları xalqlara, dilləri dillərə bağlayan qızıl körpüdür.
Bu körpünün möhkəmliyi və davamlılığı daim diqqət və qayğı tələb edir. Daim yeni-yeni tərcümələrlə zənginləşdirmək vacibdir. Ona görə də qardaş xalqların milli və ümumbəşəri ruhda olan əsərlərini keyfiyyətli, bədii və elmi cəhətdən tam tərcümə edib, onları özbək oxucusuna çatdırmaq təkcə mədəni vəzifə deyil, həm də beynəlxalq dostluq və həmrəyliyə xidmət edən şərəfli missiyadır.
-Şair və nəsrçi kimi nələrdən ilham alırsınız, təsirlənirsiniz?

- İlhamımı həmişə varlığın saf nəfəsindən, təbiətin misilsiz gözəlliklərindən almışam. Qəlbimdəkı hər duyğu, fikir və obraz təbiət mənzərələri ilə söhbətdən, həyatın səmimi notlarını dinləməkdən doğulub.
Təbiət mənim üçün gözəllik, heyranlıq və ilham mənbəyidir.
Şeirlərimdə də təbiətin nəfəsi, varlığın gözəlliyi ilə insanın daxili aləmini, hisslərini ifadə etməyə çalışmışam.
İlham mənbəyim həyatın özüdür, onun saflığı və sadəliyidir.
-Gündəlik həyat və yazı vaxtı arasında necə tarazlıq saxlayırsınız?
- Həmişə gündəlik, məişət qayğılarımdan yaradıcılığı, yazmaq arzusunu üstün tutmuşam. Lakin anayam, qadınam, ailəm və onun iç mühitinin bütövlüyünü qorumağa məsul olduğum üçün hər ikisinə bərabər vaxt ayırmışam.
Allahın köməyi ilə bu zəhmətimin bəhrəsi böyükdür -əmin-aman ailəm, uşaqlarım, nəvələrim var ki, ruhuma rahatlıq verir, sağlam və gözəl həyat yaşayırlar.
Yaradıcı işlərimə gəldikdə, nələrə nail olduğumu və ya yazdıqlarımın səviyyəsini mən yox, mütəxəssislər qiymətləndirməlidir; özüm haqqında bu barədə analiz aparmaq çətindir.
-Müasir ədəbiyyatın köhnə ənənələrdən fərqi nədir?

Gənc nəslə münasibətiniz necədir?

- Müasirlik adından da göründüyü kimi yenilikdir.
Fərqi məhz bu yenilikdədir! Gənc nəsil ruhu və yaradıcılığına münasibətimə gəldikdə, hazırda gənclərlə işlədiyim üçün qeyd etmək istəyirəm ki, gənclərdəki minnatsızlıq halı mənə uyğun deyil, çoxunun yaradıcılığındakı narazılıq, fasiləsiz narazılıq əhval-ruhiyyəsi yaxşı hal deyil.
Ömrünün çoxunu yaşamış, dünyanın yüksəliş və enişlərini görmüş, həyatın isti-soyuq günlərini ürəyindən keçirmiş böyük bir nəsil nümayəndəsi kimi gəncləri izləyərkən bu minnatsızlıq ruhunun onlar üçün təhlükəli olduğunu düşünürəm.
-Obrazların daxili dünyasına daxil olmaq üçün hansı metodlardan istifadə edirsiniz? Şəxsi araşdırmalarınız necə təsir edir?

— Yaradıcılıq prosesi həqiqətən, daim hərəkətdə olan, canlı bir orqanizm kimi içimizdə yaşayır; yaradıcı ağladıqda ruhu da ağlayır, güləndə gülüşün, ağrıyanda ağrısını çəkir, sevindikdə sevinir.
Obrazların daxili dünyasına gəlincə, hər yaradıcı dünyaya öz yaradıcılıq pəncərəsindən baxır və əlbəttə orada əks olunanları təsvir edir.

Söhbətləşdi:
Cahangir NAMAZOV,

“Butov Azərbaycan” qəzetinin Özbəkistan üzrə təmsilçisi.
Azərbaycan Jurnalistlar Birliyinin üzvü.


15-03-2025, 23:05
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başlayır


Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başlayır

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu beynəlxalq tədbir çərçivəsində çıxış edərək ölkəsinin nəqliyyat və kommunikasiya layihələri barədə danışıb.
O, Türkiyənin geostrateji əhəmiyyətini vurğulayıb.
Nazir Orta Dəhlizin gücləndirilməsi istiqamətində işlərin davam etdiyini bildirib, bu marşrutun Pekindən Londona yükdaşıma müddətini 18 günə endirdiyini vurğulayıb.
O, Həştərxan üzərindən keçən dəmir yolu layihəsi tamamlansa, bu müddətin 14 günə qədər azaldılacağını əlavə edib.
Uraloğlu çıxışında Zəngəzur dəhlizinin əhəmiyyətinə də toxunub: “Zəngəzur dəhlizi Azərbaycanın ərazisindən keçərək Ermənistan və ya İran üzərindən Naxçıvana, oradan isə Dilucu və Qars vasitəsilə Bakı-Tbilisi dəmir yolu xəttinə qoşulacaq. Əslində, bu dəhliz Türkiyənin dəmir yolu şəbəkəsinə də birbaşa bağlantı təmin edəcək. Hazırda onun inşası Azərbaycanda davam edir. Türkiyə ərazisində isə 224 kilometrlik hissənin tikintisinə yaxın aylarda başlanması planlaşdırılır”, - deyə nazir bildirib.
9-12-2024, 10:52
Polisə tabesizlik göstərən sürücü həbs edildi


Polisə tabesizlik göstərən sürücü həbs edildi

Baş Dövlət Yol Polisi İdarəsinin Şəmkir rayonu ərazisində yerləşən stasionar postunda Rəvan Əhmədovun idarə etdiyi “Daewoo” markalı avtomobil işıq cihazları nasaz olduğu üçün saxlanılıb.
Sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından o, müayinədən keçməyə dəvət edilib. Lakin, R.Əhmədov məsuliyyətdən yayınmaq məqsədilə sərnişini Tayfun Nəcəfovla birgə polisə tabesizlik göstərib, özünə xəsarət yetirməklə süni gərginlik yaratmağa calışıb.
Tibbi müayinə zamanı hər iki şəxsin narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Ərazi polis orqanına təhvil verilən R.Əhmədov barəsində müvafiq inzibati tənbeh tədbiri görülüb, üzərindən narkotik vasitə götürülən T.Nəcəfov isə məhkəmənin qərarı ilə 20 gün müddətində inzibati qaydada həbs olunub.
Baş Dövlət Yol Polisi İdarəsi hüquqazidd əməllər törədən sürücülərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və qanunazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

25-11-2024, 10:11
ELMİN ÖMÜRLƏ VƏHDƏTİ

Oqtay Babayev -90

ELMİN ÖMÜRLƏ VƏHDƏTİ

Mən bütün həyatını elmə həsr etmiş babam-Əməkdar Kənd Təsərrüfatı İşçisi, biologiya elmləri üzrə fəlsəfə doktoru Babayev Oqtay Kərəm oğlundan müsahibə aldım. Qeyd edim ki, babam taxıl toxumçuluğu sahəsində elmi potensialı və peşəkarlığı ilə Respublikada tanınmış mütəxəssislərdən biridir. O, uğurlu əmək fəaliyyətinə görə dəfələrlə yarış qalibi olmuş, rayon və qəsəbə sovetinə deputat seçilmiş, “Əməkdə fərqlənməyə görə” medalına layiq görülmüşdür. Babam 1997-ci ildən əmək veteranıdır. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 31 oktyabr 2008-ci ildən “Əməkdar Kənd Təsərrüfatı İşçisi”dir.
Baba, zəhmət olmasa özünüz barədə məlumat verərdiniz. Uşaqlıq və gənclik illəriniz yaddaşınızda necə iz buraxıb?
-Aysel, mən 1934-cü il yanvarın 12-də Gədəbəy rayonunda anadan olmuşam. Uşaqlıq və gənclik illərim İkinci Dünya müharibəsi illərinə və ondan sonrakı illərə təsadüf edib. Çox çətin illər idi. Atam İkinci Dünya müharibəsində həlak olmuşdur. 1954-cü ildə Gədəbəy orta məktəbini, 1959-cu ildə isə Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) aqronomluq fakultəsini bitirmişəm. 1965-ci ildə Azərbaycan EA Genetika və Seleksiya İnstitutunun aspiranturasını bitirmiş və 1967-ci ildə müvəffəqiyyətlə dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışam. 1959-cu ildə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun Sabirabad Təcrübə Stansiyasında Professor R.Rzazadənin şöbəsində elmi işçi kimi fəaliyyətə başlamışam. Professorla birlikdə Muğan zonasını qarış-qarış gəzərək bitki örtüyünü dərindən öyrənmiş və heyvandarlığın yem bazasının artırılması üçün 1961-ci ildə ilk dəfə olaraq, “Muğan zonasında topinanburunun (yerarmudunun) aqrotexnikasına dair” və “Muğanda qızıl sarmaşığın növləri və onlarla mübarizə tədbirləri” adlı elmi məqalələr dərc etdirmişəm. 1960-1962-ci illərdə Azərbaycan EA-nın Torpaq ekspedisiyasında torpaqşünas-mühəndis, baş mühəndis, daha sonra isə Genetika və Seleksiya İnstitutunda Akademik Ə.Quliyevin rəhbərliyi altında kiçik və baş elmi işçi vəzifəsində işləmiş, 1972-ci ildən akademik İmam Mustafayevin göstərişi ilə Qarabağ Elmi-Tədqiqat bazasına direktor vəzifəsinə göndərilmişəm. 1976-1983-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Toxum Müfəttişliyinin rəisi işləmiş, 1983-1996-cı illərdə Nazirliyin Əkinçilik və İpəkçilik idarəsində müxtəlif vəzifələrdə fəaliyyətimi davam etdirmişəm. 1996-cı ildən yenidən Dövlət Toxum Müfəttişliyinə qayıdaraq əvvəl baş aqronom kimi, 1999-cu ildən 2009-cu ilədək isə həmin Müfəttişliyin rəisi vəzifələrində işləmişəm. Bu sahədə çoxsaylı elmi məqalələrin, tövsiyələrin, bir ixtiranın və standartların müəllifiyəm.
-Ömür yolunda və elmi fəaliyyətinizdə həyat yoldaşınız Gövhər Rasizadə ilə birlikdə addımladınız. Geriyə baxanda o illəri necə xatırlayırsınız?
-Mən o illəri çox xoş xatirələrlə xatırlayıram.

Gövhər xanımla 1965-ci ildə Azərbaycan EA Genetika və Seleksiya İnstitutunda işləyərkən tanış oldum. 1967-ci ildə biz ailə həyatı qurduq. Gövhər Rasizadə biologiya elmləri sahəsində alim olmaqla bərabər, həm də qayğıkeş, fədakar ana və həyat yoldaşı idi. Biz tez-tez elmi işlərimizlə əlaqədar bir-birimizlə fikir mübadiləsi aparırdıq. Bizim “Fillokseranı bioloji aktiv maddələrin qarışığından yeni alınmış cövhərlə məhv etmək olar!!” adlı bir ixtiramız var. Bu üsul ekoloji cəhətdən təmiz, təhlükəsizdir. Ətraf mühitin çirklənməsinin, insanların zəhərlənməsinin, eyni zamanda müxtəlif xəstəlik və zərərvericilərin yayılmasının qarşısı alınır. Bu mübarizə üsulu demək olar ki, yenilikdir.
-Siz yetişdirdiyiniz yeni soğan sortunun adını niyə “Aytac” qoydunuz?

-Bəli Aysel, Mən bir neçə soğan sortu yetişdirmişəm. Onlardan biri də “Aytac” sortudur. Mən yeni soğan sortuna ilk nəvəm Aytacın adını qoymuşam. Məqsədim də bu olub ki, Aytacı elmə alışdıraq.
-Baba, səni Aytacın bu il Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura pilləsinə qəbil olunması münasibətilə təbrik edirəm.
-Çox sağ ol Aysel. Allaha şükür olsun. Bu məni çox sevindirdi. Aytaca yeni-yeni uğurlar arzulayıram.
-Siz elm sahəsində çalışan gənclərə nə arzu edərdiniz?
-Elm sahəsində çalışan gənclərə arzu edirəm ki, heç vaxt nail olduqları ilə kifayətlənməsinlər, daim öz biliklərini təkmilləşdirsinlər. Onlara çalışdıqları sahədə böyük uğurlar, böyük müvəffəqiyyətlər arzulayıram.
Baba, bəs mənə nə arzulayırsan?
-Adam balasına nə arzulayar?! Arzum sənin xoşbəxtliyindir. Yaxşı oxuyub universitetə qəbul olunduğun üçün qürurlandım. İndi də təhsilini uğurla başa vurub həyatına firəvanlıqla davam etməyini arzulayıram. Allah səni min budaq eləsin.
Minnətdaram, baba. Bu, bacımın və mənim elmə, təhsilə xüsusi diqqət olunan ailədə böyüməyimizdən irəli gəlir. Sizin kimi nənə, babanın nəvəsi olmaq mənim üçün böyük şansdır. Sizinlə fəxr edirəm.

Aysel MÜBARİZQIZI (Babayeva),
BDU jurnalistika fakultəsinin 4-cü kurs tələbəsi
7-11-2024, 14:45
“QAQA” İLƏ ÜZ-ÜZƏ


Ağ adamın müsahibəsi
“QAQA” İLƏ ÜZ-ÜZƏ

Aida Şirinovanın-“QAQA”-nın çoxsaylı video müsahibələri və qəzet yazıları olduğundan onun haqqında geniş təfsilata varmadan aşağıdakı sualları ünvanlamaq fikrindəyik:
-Sizin haqqınızda ən yaxşı həqiqəti şeir kitabınız deyir,-fikrimizlə razısınızmı?
-Bəli. İnsanın gözləri onun ürəyini ələ verdiyi kimi hisləri də yaşadıqlarını və həyatını “ələ verir”.
-Gündəmi zəbt eləyən bir məsələ var ki, o da şəhidlərlə bağlı vikipediyanın silinməsi. Bunun mənəvi və psixoloji tərəfini necə izzah edərdiniz?
-Mən şeirlərimin birində virğulamışam ki:
“Mərd oğullar bu gün tarix yazacaq”
Tarix yazanları heç vaxt tarixdən silmək olmaz. Çünki insan yaddaşı adlı bir anlayış var. Necə ki, şifahi xalq ədəbiyyatımızda yaranmış əsərlər, şeirlər, nağıllar bu günümüzə qədər dildən-dilə gəlib çatmışsa, elə bu oğulların da qəhrəmanlığı yaddaşlardan silinməz. Odur ki, elektron dələduzlar xatircəm olsunlar.
-“Şəhid bulaqları” açılışdan bir müddət sonra biganəliyin və avtoyumanın qurbanına çevrilirlər. Bu etik cəhətdən nə dərəcədə doğrudur?
-Təbii ki, hər bir xalqın, hər bir millətin unutqanları, öz doğmalarına, yaxınlarına biganə və vecsizləri var. Çox təəssüf ki, bu bizim millətdən də yan ötməyib.
-Yeri gəlmişkən bizə elə gəlir ki, şəhidlər və qazilər haqqında kitabları hər yoldan ötən yazmamalıdır. Bu barədə siz nə düşünürsünüz?
-Bir neçə il bundan əvvəl Milli Qəhrəman Mübariz İbrahimov haqqında bir poema kitabını mənə təqdim etmişdilər. Oxuyarkən bir söz yığınına və bayağılaşdırılmış bəsit fikirlərə rast gəldim. Mən kitabın redaktoruna zəng edərək iradımı bildirdim. Məncə də hər əlinə qələm alan şeir yazan, əsər yazan hər bir müəllif kimin haqqında yazdığını dərk etməli və onun məsuliyyətini anlamalıdır.
- Bədəninizdə daşıdığınız qəlpələrin fəsadları sizi çoxmu incidir?
-Mənə dəfələrlə suallar ünvanlayıblar ki, müharibədə yaralanmısınızmı? 1992-ci ildə təxminən yay aylarında Ağdərənin Kasaped kəndi yaxınlığında düşmənin atdığı top mərmisi yanıma düşərək partladı və bunun nəticəsində mənim sağ qulağımın pərdəsi zədələndi. Ağır kəllə-beyin travması(kontuziya) aldım. Amma bununla belə ən böyük yara ürək-qəlb yarasıdır. Ondan böyük yara varmı dünyada?
-Son zamanlar polis sistemində işləyənlərə münasibət birmənalı deyil. Onları Xalqın Polisi etmək üçün nə lazımdır?
-Böyük Qabil demişkən:
“Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz”.

Belə izah edim də. Orta məktəb partasının arxasından yenicə durmuş, il yarım əsgəri xidmət keçmiş bir gəncə əgər mundir geyindirib insanların arasına buraxırıqsa təbii ki, onlar insanlarla ünsiyyət qurmaqda, asayişi qorumaqda çətinlik çəkirlər. İnsanlarla ünsiyyət qurmaq üçün insan pedaqoqika, psixologiya bilməlidir. Ona görə də bu cəmiyyətdə polislə vətəndaş arasında anlaşılmazlıq baş verir. Ümumiyyətlə, hansı peşənin yiyəsi olmamışdan əvvəl Xalqın Adamı olmalısan.
-Bilirik ki, sizinçün dostluq və qardaşlıq anlayışları müqəddəsdir. Çünki siz heç vaxt bu mənəvi dəyərlərə xəyanət etməmisiniz. Bəs sizə edilən xəyanət?
Saçımın ağının günahlarını,
Dosta ehtibarsız olandan soruş.
Qəlbimin bu qədər intizarını
Gözləri yollarda qalandan soruş.

Mən elə bilirəm ki, insanın qaldıra bilməyəcəyi ən ağır zərbə xəyanətdir. İstər o vətənə xəyanət olsun, istər dosta, istər silahdaşa olsun, istər valideyinə, fərqi yoxdur. Xəyanətin bağışlanacaq tərəfi yoxdur.
- İndiki poeziyanın durumuna necə qiymət verərdiniz?
-Açığı deyim ki, əlinə qələm alıb şeir, nəsr yazan insan öz məsuliyyətini və təmsil elədiyi milli ədəbiyyatı dərk etməlidir. Amma çox təəssüf olsun ki, cəmiyyətdə bir az mizan, tərəzi-dəyərlər itibdir. Bunu biz televiziyalarda da görürük, sosial şəbəkələrdə də. Cəmiyyətdə sağlam ədəbi tənqid olmayanda bəzi dırnaqarası gözəl şairlər və “şairciklər” yetişir. Amma çox təəssüf edirəm, bu cür şeirlər, yazılar gələcəyimiz olan gənclərin zövqünü korlayır. Bu bizim musiqimizdə də var, həyatımızın digər sahələrində də. Mənə elə gəlir ki, hər bir insanın içində daxili senzura olmalıdır. Bu sözü deyimmi deməyimmi, bu geyimi geyinimmi, geyməyimmi, bu söz cəmiyyət arasında işlənə bilərmi, bilməzmi.
- Aida xanım, indiyə kimi hansı sualı sizə verməyiblər?
-Məsələn, çox istərdim ki, mənə təxminən belə bir süal verilərdi: “Nədən xoşunuz gəlmir və ya nə sizi sevindirir?”
-O zaman sizi nə sevindirir və nə xoşunuza gəlmir?
-Əvvəl xoşuma gələyənlərdən başlayaq. Bağlı qapı görməkdən xoşum gəlmir. Əvvəllər qapılarda qıfıl olardı. Heç vaxt qapılarda qıfıl görmək istəməzdim. Bir də bəzən evlərdən işıq gəlməyəndə xoşum gəlimir, elə bilirəm o evdə hər şey zülmətə dönüb...
-Məni nə sevindirir?
-Yazda, hətta maşından ötərkən bağda-bağçada işləyən insanları görərkən, bir evin tikildiyini görəndə və gecə bir ocaqda, evdə gur işıq seli görəndə sevinirəm. Mənə elə gəlir ki, aşağıdakı şeir bunu tam əhatə edir:
Gündə neçə dəfə keçsəm yanından
Sənsiz salam verir mənə pəncərən.
Inan, çox isidir məni qanımdan
Odlanıb, alışıb yanan pəncərən.

Yaman xəbərsizsən bu sevinclərdən
Yaman xəbərsizsən kədərdən, qəmdən.
Niyə doğma olub, bilmirəm nədən
Sənsiz sevən olub məni pəncərən.
-Hörmətli dostum! İndi mən sizə sual verirəm. (Aida Şirinova sual verir)
Hansı sual ürəyinizdən keçir ki, onu mənə vermirsiniz?
“Qaqa”mızın bir möhürlənmiş mövzusu var. Açmasını açıqlaya bilərmi?
Hörmətli yazar sətiraltı sualınızın nə olduğunu anladım. İstədiyirəm ki buna uzun illər əvvəl yazdığım şeirlə cavab verim:
Mən arımı atmadım,
Namusumu satmadım.
Kişilər cərgəsində
Kişi kimi yaşadım.

Arzu edirəm ki, bütün Türk Dünyasının qadınları özümün də aforizmlərinmin birində dediyim kimi birinci növbədə Türk Kişisinin papağını, başını dik eləsin.
Müsahibəni apardı:
Giya Paçxataşvili,
Rusiya, Azərbaycan, Gürcüstan Yazıçılar Birliyinin üzvü, şair-tərcüməçi
22-09-2024, 10:12
ƏDƏBİYYAT DÜNYANIN, HƏYATIN, İNSANIN MƏNASINA ÇATMAQ YOLUDUR


ƏDƏBİYYAT DÜNYANIN, HƏYATIN, İNSANIN MƏNASINA ÇATMAQ YOLUDUR

İnam Ata (Asif Ata) ilə bu ruhani təmasdan (müsahibədən) 31 il ötdü, 6 Köçəri ayı, 14-cü ildə (06.02.1993) yazılıb. Yazıda imperiyanın caynağından yenicə qurtulmuş, çaşqın durumda olan Azərbaycanın ədəbiyyatla bağlı çoxlu problemlərinə Ata münasibəti var.
İşıqlı Atalı: - Müqəddəs Ata, bu təmasda məqsədim Atamızın ədəbiyyatla bağlı düşüncələrini təqdim etməkdir. İlk sual belədir: Ocaq və ədəbiyyat. Doğrudanmı ədəbiyyat zamanın, şəraitin məhsuludur?
İnam Ata: - Ocağın məqsədi İnam, yalansız etiqad əsasında İnsanlaşma əməli yaratmaq, Azərbaycanda mahiyyətcə müqəddəslik səviyyəsində yaşayan xalq becərməkdir. Ədəbiyyatın məqsədi həyat hadisələrini mənalandırmaq, onun Mütləq - Əzəli, Əbədi, Sonsuz, Kamil Mahiyyətini aşkara çıxarmaqdır. Bu baxımdan Ocaq ilə Ədəbiyyat arasında qırılmaz birlik var.
Çoxları elə bilir ki, ədəbiyyat dünyanı yalnız əks etdirir. Bu, kökündən yanlış bir fikirdir. Ədəbiyyat hadisələri Mənaya, Mahiyyətə yüksəldir. Bu səbəbdən də yaxşı ədəbiyyat mütləq şəraiti ötür, mühiti ötür, yaxşı ədəbiyyat, hətta realist ədəbiyyat belə zamandan üstün olur. Bizdə isə yalnız bir şeyi daim təkrar edirlər ki, ədəbiyyatı zaman yetişdirir, şərait yetişdirir, mühit yetişdirir; unudurlar ki, şərait, mühit, zaman - siyasət yetirir, ayrı-ayrı ictimai quruluşlar yetirir, müəyyən hadisələr yetirir, lakin ədəbiyyatı zaman yetirmir. Əgər ədəbiyyatı zaman yetirirsə, onda ədəbiyyat zamanla gərək heç döyüşməsin. Ədəbiyyat daim zamanla döyüşür. Əgər ədəbiyyatı şərait yaradırsa, onda gərək ədəbiyyat şəraitlə döyüşməsin. O şərait əgər onun anasıdırsa, onda o, "şərait" adlanan anasıyla döyüşməsin. Həmçinin də mühit. Əgər ədəbiyyatı mühit yaradırsa, onda ədəbiyyat gərək öz yaradıcısı ilə döyüşməsin, onu mədh eləsin, vəsf eləsin. Əslində isə dünya ədəbiyyatında böyük nə varsa, ali nə varsa, ülvi nə varsa, o, zamana qarşıdır mühitə qarşıdır, şəraitə qarşıdır. Füzulilər, Nəimilər, Nəsimilər; onların heç biri zamançı olmayıb, şəraitçi olmayıb, mühitçi olmayıb. Hamısı şəraitə qarşı olub, mühitə qarşı olub, zamana qarşı olub, əsas odur ki, dünyaya qarşı olub.
Elə Ocağın da əsas fəlsəfəsi odur ki, İnsan gərək şəraitə sığmasın, mühitə sığmasın, zamana sığmasın, şəraiti, mühiti, zamanı ötsün. Bu səbəbdən də ədəbiyyatla Ocağın yönündə bağlılıq var, o bağlılığı açmaq gərək. Ədəbiyyatı bizim estetika, bizim tənqid, bizim ədəbiyyat çox balacalandırır, ədəbiyyatın yaradıcı mənası çox qısalır. Onun inikas mənası, əksetdirmə mənası çox şişirdilir; nəinki ədəbiyyat, ümumən insan təfəkkürünün özü təkcə əks eləmir bu dünyanı, onu yaradır, özü də təzədən yaradır. Dünyada aşiqlər olub, Məcnunu isə Füzuli yaradıb. Füzulinin yaratdığı Məcnun Füzulininkidir. Dünyada balaca Hamletlər çox olub, ancaq Şekspirin yaratdığı Hamlet olmayıb dünyada. Çoxlu balaca Qobseklər olub, ancaq Balzakın yaratdığı Qobsek Balzakın yaratdığı Qobsekdir və sairə.
Mənim zənnimcə, vaxt gəlib çatıb ki, ədəbiyyatın Mütləqliyindən əməlli-başlı, heç bir sıxılmadan danışmaq lazımdır. Ədəbiyyat - dünyanın, həyatın, insanın mənasına çatmaq yoludur. Ona görə də Asif Ata Ocağına gərəkli olan, çox emosional, idraki bir vasitədir.
İşıqlı Atalı:-Ədəbiyyatda forma-məzmun məsələsi barədə fikriniz?
İnam Ata: - Ədəbiyyatın başqa növlərindən fərqi ondadır ki, ədəbiyyatda məzmun gözəlliyi olduğu dərəcədə forma gözəlliyi var. Ədəbiyyat - məzmun gözəlliyi ilə forma gözəlliyinin birliyidir. Forma burada elə-belə yalnız ifadə deyil, o, Mənanın gözəllik səviyyəsində təzahürüdür. Ona görə də ədəbiyyat sözün gözəlliyidir, təkcə mənası deyil. Bu, məsələnin bir tərəfidir. Başqa idrak növlərində fikir gözəl olmaya bilər, ədəbiyyatda isə gözəl olmayan fikir qeyri-ədəbidir. Ona görə də çox yazıçılar var ki, yaxşı mənalı sözlər deyirlər, fikirlər söyləyirlər, gözəl olmur. İstedad - müəyyən mənada gözəl fikir deməkdir, gözəl söz deməkdir, gözəl səs deməkdir, gözəl rənglərin ahəngi deməkdir. İkinci bir tərəfdən sənətdə məzmunla forma arasında zahirilik və daxililik əlaqələri olmur. Haradasa fikir deyəndə daxili məzmunun zahiri izharı nəzərdə tutulur. Ümumiyyətlə, fikir xaricilik mənasındadır.
- Atanın fəlsəfi-bədii tənqidi dünya ədəbi tənqidçiliyində Göy halıdır - bu vaxtacan olmayan. Bu barədə Atanın özündən eşitmək oxucularımız üçün çox maraqlı olardı.
- İndiyə qədər olan tənqiddə zirvə Belinski tənqididir, eyni zamanda Brandes tənqidi də yüksək qiymətləndirilir. Başqa tənqidçilər də var, ancaq bu iki qütb - Belinski və Georq Brandes əsas sayılır. Bədiyyat da, ayrı-ayrı fəlsəfi fikirlər, düşüncələr də var, inkar etmək olmaz, ancaq mənə bunlar az gəldi: oradakı bədiilik də, fəlsəfilik də az gəldi. Onlar nə qədər istəsələr də, istəməsələr də, hər halda ədəbiyyatın özündən asılı oldular, hədsiz dərəcədə asılı oldular və fəlsəfə burada tam aşkarlanmadı, bədiiyyat da burada tam aşkara çıxmadı. Mən isə Şərq adamı və fəlsəfəyə bağlı olduğum üçün, eyni zamanda bədii ədəbiyyata çox meyil elədiyim üçün elə ilk tənqidçiliyimdən tənqidin yönünü tamamilə dəyişdim. Mənim əsas məqsədim - ədəbiyyatı yaxşı mənada vasitəyə çevirməkdir. Bunun ədəbiyyata qəti ziyanı yoxdur və qəti onu alçaltmır. Ədəbiyyatı vasitəyə çevirmək, ədəbiyyat vasitəsilə dünyanın, həyatın böyük fəlsəfi problemini həll eləmək.
Ədəbiyyat buna çox gözəl imkan verir. Buna ədəbiyyat qədər imkan verən heç nə yoxdur. Yəni əgər filosoflar fikirlərini təsdiq etmək üçün həyata müraciət edirlərsə, burada sən həyatdan artq olana - ədəbiyyata müraciət edirsən: burada filosofluq üçün təzə üfüqlər açılır.
Mənim bütün yazılarım bu filosofluqdur: "Sənət və şəxsiyyət", "Sənət və kəşf", "Fəlsəfə və poeziya", "Yerdəkilərin Göy Həsrəti", "Həqiqət və Yarımhəqiqət", "İnam və Şübhə"...Bunlar hamısı fəlsəfi məsələlərdir. Beləliklə, burada üstünlük fəlsəfənin özünə verilir. Əgər Belinskidə ədəbiyyat üstünlük təşkil edirdisə, burada fəlsəfənin özü əsas olur və bu, ədəbiyyatın xüsusiliyini inkar etmir, onu heç cür də alçaltmır, əksinə, onu daha da böyüdür. Onda rüşeym halında olan balaca fikirlər böyüyür. O dərəcədə ki, yazıçı özü bilmədiyini burada görür. Burada ədəbiyyat öz imkanlarından artıq olur. Bu, həmçinin bədiiyyata da aiddir.
Onu da deyim ki, Azərbaycan ədəbiyyatı nə qədər böyük olsa da, Azərbaycan tənqidi onun yanında balacadır. Hər kəs, mənim zənnimcə, azdan-çoxdan ədəbiyyatçı olan, yaxud özünü ədəbiyyatçı kimi qələmə verən adam başa düşür ki, Mirzə Fətəli Axundov tənqidi mifdir. O, tənqidi əsər yazmayıb, tənqid necə olmalıdır haqda məktublar yazıb. Onun dramaturgiyası özfəaliyyət səviyyəsindədir. Fəlsəfəsi yoxdur. "Kəmalüdövlə məktubları" fəlsəfi əsər deyil, yaxşı bir publisistikadır olsa-olsa.
Belinskidən öyrəndim, Brandesdən öyrəndim, onlar məni təmin etmədi, özümdən öyrəndim. İndi Azərbaycan ədəbiyyatında Asif Atanın yaratdığı fəlsəfi-bədii tənqid var, heç kəs bunu dana bilməz. Tamamilə təzə və dünya tənqidinin fövqündə.
- Müasir Azərbaycan ədəbiyyatı haqqında Ata fikrini bilmək istəyirəm.
- Müasir Azərbaycan ədəbiyyatı gərək indi tövbə eləsin. Tövbə ədəbiyyatı gərəkdir məncə. Tövbə eləsin ki, yolunu azmışdı. Ayrı-ayrı əsərlər yəqin ki, var. Söhbət yöndən gedir və "sosializm" adlanan bir varlığı süni şəkildə mədh eləyirdi.
Ədəbiyyat özünün mahiyyətindən uzaqlaşmışdı. Ədəbiyyat heç zaman şəraitlə, zamanla uyğunlaşmır, zamanı ötür. Zamana bərabər ədəbiyyat olmayıb. Burada isə hər şey sosializmə bağlanmışdı, kommunizmə bağlanmışdı. O dərəcədə ki, heç kəs görmürdü sosializm də həmişəlik deyil. Konkretlik adıyla ədəbiyyatı cılızlaşdırdılar, Əbədiyyətdən uzaqlaşdırdılar. Əbədi məsələləri mücərrəd məsələ adıyla damğaladılar. O tendensiya qalıb, beşgünlük ədəbiyyat yarandı. Kommunizmə ilişib qalan ədəbiyyat yarandı, partiyalılıq prinsipinə ilişib qalan ədəbiyyat yarandı. Ədəbiyyatın üfüqləri hədsiz dərəcədə daraldı.
İndi tövbə vaxtıdır. Təzə Füzulilərə qayıtmaq vaxtıdır, Nəsimilərə qayıtmaq vaxtıdır. Ədəbi ideyalar vaxtıdır. Ədəbiyyatın özü olması vaxtıdır: özgələşib ədəbiyyat.
- Ədəbiyyatda xəlqilik və dünyəvilik məsələsinə Ata necə baxır?
- İndikilər belə düşünürlər ki, əgər məni dünyanın hansısa bir əcnəbi ölkəsi çap edirsə, deməli, mən böyük adamam. İkincisi, əgər kimisə dünya tanıyırsa, o, böyükdür. Bu, illüziyadır. Səni dünya tanıyar, sən dünyada olmazsan. Səni dünya tanımaz, sən dünyada olarsan. Dünyəvilik coğrafi anlayış deyil, dünyəvilik məna anlayışıdır. Dünya boyda məna var sənin yaradıcılığında. Budur dünyəvilik. Sən Nizami Gəncəvi kimi Gəncədən qırağa çıxmazsan, dünyəvi ədəbiyyat yaradarsan. Və sən bizimkilər kimi orada-burada, Fransada, hardasa bir əyalətdə çap olunarsan, sənin ədəbiyyatın heç özünə də lazım olmaz, balaca bir otağına da, nəinki dünyaya.
Şəxsən mənim heç arzum yoxdur ki, məni tanısınlar haradasa. Mən burada otura-otura öz dünyəvi işimi görürəm. Heç dünya məni tanımasın da.
Hədsiz dərəcədə formalçı olmuşuq. Füzulini dünyada tutaq ki, Folknerdən az tanıyırlar, Heminqueydən az tanıyırlar. Məgər onlar bir yerdə Füzulinin bir beytinə bərabərdirlərmi? İndi deyək ki, Folkner böyükdür, Füzuli böyük deyil? Bu səviyyədə anlam var. Bu səviyyədə anlamaq - anlamsızlıqdır. Dünyəvilik - xəlqilik deməkdir. Xüsusi dünyəvilik yoxdur. Əgər xəlqilik əsildirsə, o, elə dünyəvidir. Şərq ölkələrindən başqa muğamatı tanıyan yoxdur. Məgər bunun muğamatın dünyəvi mahiyyətinə bir ziyanı var? Özündən küssün. Mahiyyətcə olan dünyəvidir, mənası dünyəvi mənadır, insanın pillə-pillə artması, müəyyən bir səviyyədə ilahiləşməsidir. Camaat savadsızlığından, idraksızlığından hər şeyi çox bəsitləşdirir, çox asanlaşdırır. Filan sənətkar getdi Amerikada qastrolda oldu, deməli, bu, dünyəvidir. Bu isə burada oturdu "Bayatı-Şiraz" yaratdı, dünyəvi deyil.
Son 70 ildə insanların beyni azaldı. Ona görə çox bəsit, çox yanlış, tələm-tələsik fikirlərlə dolub tənqid də, ədəbiyyat da, fəlsəfə də.
- Atamızın romantizm və naturalizmə qiyməti.
- Ümumən "izm"lərin əleyhinəyəm indiki səviyyəmdə. Burada çox ehtiyatlı olmaq lazımdır. Yazıçıları bağlayırlar məktəblərə, cərəyanlara bölməyə və yazıçı şəxsiyyəti itir. Məgər Bayron romantik məktəbin nümayəndəsi idi, yoxsa böyük şair idi?
Bu nümayəndəlik, bu məktəblər, bu sxemlər hamısı buxovdur, ədəbiyyat üçündür. Realizm: Balzak olmasaydı, realizm olacaqdı? Mən belə deyərdim: xəyalın gerçəklik üzərində üstünlüyü olur ki, sonra o da gətirib fəlakətə çıxardır və "romantizm" adıyla sxematik şəkildə təsvir olunan hadisə budur. Xəyala vurulurlar, hadisəyə vurulurlar, istəyə vurulurlar Bayronlar; sonra həyat bunların bütün bu istəklərinin hamısını məhv eləyir, onlarda dəhşətli bədbinlik əmələ gəlir.
15-ci, Bakı (1993-cü il, fevral)
20-09-2024, 09:42
RƏQSDƏ FONOQRAM YOXDUR


RƏQSDƏ FONOQRAM YOXDUR

Hörmətli “Bütöv Azərbaycan" qəzetinin oxucuları, budəfəki qonağımız tanınmış Özbək rəqqasə, istedadlı aktrisa, “Malikə” uşaq milli rəqs məktəbinin rəhbəri, “İncəsənət və mədəniyyət qurbanı” döş nişanının sahibi Malikə QURBONOVAdır. Onun sənət aləminə girişindən, yaradıcılıq uğurlarından, şəxsi baxışlarından, uğur sirlərindən danışdıq.
—Xalqımız sizi rəqqasələr Mühəbbət Qurbanova və Malikə Qurbanova bacıları kimi yaxşı tanıyır. Rəqslə maraqlanmağa neçə yaşından başlamısınız?
—Mən sənətkar ailəsində doğulmuşam. Atam: Jora Olimov Özbəkistanda ilk kişi balerin olub. Mən də düşünürəm ki, sənətə sevgim atamdan keçib. Məktəbdə anamın təşkil etdiyi “Şəbnəm” rəqs dərnəyində bacım, Özbəkistanın əməkdar artisti Muhabbət (Qurbanova) Qulomova ilə birlikdə iştirak edirdik. Ona görə də ilk müəllimim anam olub.
Uşaq vaxtı xəyallar içində yaşayırdım... Əvvəllər həkim olmaq istəyirdim. Sənət yolu mənim taleyim olduğu üçün bu gün də bu sahədə çalışıram.
—Hansı yaşda böyük səhnələrə addımlamağa başladınız, yadınızdadırsa, xatirələrinizi bölüşsəniz...
—13, 14 yaşlarımda böyük səhnədə ilk solo rəqsimi Özbəkistanın xalq artisti, ölkəmizin sevimli sənətçisi Yulduz Usmanovanın konsertlərində ifa etmişəm.
—Niyə İroda İsmayılova, Pərizoda, Muhabbət Qurbanova, Malikə Qurbanova kimi xalqın məşhur, sevdiyi, onlarla rəqabət apara biləcək rəqqaslar yoxdur?
—Müəllimimiz, Özbəkistan Respublikasında xidmət etmiş mədəniyyət işçisi Kərimə Uzokova bizim tanınmış və sevimli rəqqasə olmağımıza, öz yerini tutmağımıza kömək etdi. Belə sərt, mehriban, həqiqətən fədakar müəllimdən dərs almışıq. M.Qurbanovanın “Uyğurça”, İ.İsmayılovanın “Şarob” Pərizoda və mənim müəllimimiz tərəfindən səhnələşdirilib. Çox düz deyirsiniz, nədənsə, son vaxtlar demək olar ki, görkəmli rəqqaslar yoxdur...
Biz də onlar kimi olmaq, rəqs sənətində vaxtilə öz layiqli yerini tapan ustadlara həsəd aparmağı arzulayırdıq. Rəqs sənəti fədakarlıq və zəhmət tələb edir. Ona görə də hamı sona qədər gedə bilmir, çətindir. Müğənnilər yorulanda fonoqram taxıb dincələ bilirlər, amma rəqqasların fonoqramı yoxdur, hamısı canlı ifadır. İdmançılar həmişə məşqdə olduğu kimi, biz də müntəzəm məşq edirik.
Çətinliklərdən qorxan, işdən qaçan insan heç vaxt uğur qazana bilməz.
—Siz aktrisa kimi bir neçə filmə çəkilmisiniz və çoxlu mükafatlar almısınız. Xüsusən də “Bacılar” serialındakı Malikə roluna görə. Hələ də film və serial təklifləri alırsınız, yoxsa rol seçirsiniz?
—Bu gün də filmlərə, seriallara təkliflər var. Ailəmə, övladlarıma, peşəmə, rəqs məktəbimə daha çox vaxt ayırıram. Ona görə də filmlərdən və seriallardan gələn təklifləri rədd edirəm.

—İstənilən sahədə effektiv nəticə əldə etmək üçün nizam-intizam əsasında müntəzəm təcrübə tələb olunur. Nə dərəcədə intizamlısınız?
—Düz deyirsən, hansı peşənin sahibi olursan ol, nizam-intizam birinci yerdə olmalıdır. Vaxtını düzgün idarə edən insan fürsətlərdən maksimum yararlanmağı bilir. Mən “Malikə” özbək milli rəqs məktəbində hər həftə görüşlər keçirirəm və tələbələrimdən dərslərə vaxtında gəlmələrini, mütəşəkkil olmalarını, məsuliyyət hiss etmələrini tələb edirəm. Övladlarıma, tələbələrimə nümunə olduğum üçün məsuliyyət ikiqat artır. Ona görə də vaxtımı düzgün idarə edirəm, diqqətlə planlar qururam, nizam-intizamı ciddi qoruyuram.
—İstedadınız və marağınızla öz peşənizin yetkin nümayəndəsi olmaq kimi xoş niyyətlə sənətə qədəm qoymusunuz... Təəssüf ki, gənclərin çoxu populyarlıq dalınca bu sahəyə daxil olur. Bu nə dərəcədə doğrudur?
—“Doğrudan da, dediyiniz kimi, bizim rəqs sənətimiz bəzi gənclərin biznesinə çevrilib... Seriallara, kliplərə çəkilənlər yüngül fikirlərlə ki, məşhurlaşsam, tanınsam, bəsdir. bir-iki aya xatırlanacaq. Yaradıcılıq belə olmamalıdır. Hər şeyin asan olacağını deyənlər yanılırlar.
—Arzulara çatmaq üçün hər kəs çalışır. Amma hər kəsin bəxti gətirmir. Uğurunuzun sirri nədir?
—Arzularıma çatmağı çox istəyirdim və bu yolda çox çalışdım. Anam həmişə bizə deyirdi: “Hansı peşəni seçsən də, ya ən yaxşı olmalısan, ya da xüsusilə də rəqsdə olmamalısan.” 15-16 yaşımız olanda mənim də, bacımın da belə fikirləri var idi.
Uğur sirrimə gəlincə: Düşünürəm ki, çox mehriban, hər zaman bizə imkan yaradan, övladlarının gələcəyi üçün özünü əsirgəməyən valideynlərin övladı olmuşam.

—Əsl sənətkar üçün xalqın diqqətindən böyük mükafat yoxdur. Sizcə, mükafatların yaradıcılığa təsiri nə dərəcədədir?
—İnsanların diqqəti, hörməti, pərəstişkarlarının səmimi sevgisi orijinal yaradıcı üçün ən yaxşı mükafatdır. Az-çox nailiyyətlərim, mükafatlarım mənə ancaq zövq verdi, yaradıcılığıma yaradıcılıq, həvəsimə isə həvəs qatdı.
— “Bütov Azərbaycan” qəzetinin oxucularına arzularınız?!
—Hər zaman sağlam olsunlar, heç vaxt xəyal qurmaqdan və hərəkət etməkdən əl çəkməsinlər! Onlara yüksək uçmalarını arzulayıram.
Özbəkistan və Azərbaycan arasında dostluq əlaqələrimiz davam etsin!
—Səmimi söhbətinizə görə təşəkkür edirik!

Söhbətləşdi: Cihangir NOMOZOV,
“Bütöv Azərbaycan”ın Özbəkistan təmsilçisi.

[center]



14-09-2024, 08:32
İsti və sorğu-suallı günün xatirəsi...

İsti və sorğu-suallı günün xatirəsi...

Maraqlı, fərqli tərəfləri ilə ruhumu və qəlbimi fəth edən Jurnalistika ixtisasının, bəlkə də, ən çətin tərəflərindən biri əhali arasında sorğu keçirməkdir. Bəli, sorğu qismi mənim üçün insanları manipulyasiya etmək qabiliyyəti ilə şansın vəhdətidir. Bu məkan və zamandan asılı olaraq şans insanın üzünə günəbaxanın günəşə çevirildiyi kimi dönüb gülümsəyə bilər. Yayın son isti günlərini yaşayırıq. Günəşin od tutub yanması məsələsi məni sual atəşinə qərq edib. Görəsən, günəş insanları sevdiyindən ətrafı aydınlığa qərq etmək üçün bu qədər od yağdırır göydən yerə? Yoxsa insanlara nifrət etdiyi üçün qəzəblə bütün şüaları ilə yeri zəbt etməyə çalışır? Bu sualları düşünürdüm ki, hazırlamalı olduğum sujet ağlıma gəldi. Təbii ki, sujetim üçün əhali arasında sorğu keçirməli idim.
“Kameraya, çəkilişə qarşı kompleksli insanları yola gətirəcəmmi?”, “hamının qaçıb kölgə axtardığı bir vaxtda mənim sualıma cavab verəcəklərmi?” kimi düşüncələr beynimdə yallı gedirdi. Budur, əlimdə mikrofon “sorğuların beşiyi” adlandırdığım Elmlər Akademiyasının qol-qanadı olan Hüseyn Cavid parkında addımlayıram. Bir yerə toplasan, böyük bir roman çıxacaq hadisələr yaşayan müxtəlif insanlar parkda yanımdan keçirlər. Beynimi “kimə yaxınlaşım?” sualı işğal edib. Yanımdan keçən gənc qız mikrofon və kameranı görərək yolunu dəyişir. Bunun bir açıqlaması var: Ya o qız səbəbsiz olaraq çəkilişi sevmir, ya da hər hansı mövzuya fikir bildirməyə qarşı kompleksi var. Yəqin, kiçik yaşda özünü ifadə etməyə çalışaraq fikirlərini demək istədikdə “qız uşaqları çox danışmaz, onlar sadəcə deyilənə əməl edərlər” kimi sözlər eşidib. Bu isə onda psixoloji travma kimi qalıb. Digər insanlara yönəldikdə skamyada oturub bizə gülümsəyən bir baba görürəm. Babaya yaxınlaşdıqda sualımızı cavablandıracağını deyir.
Baba sualı cavablandırarkən gözləri və baxışlarından hiss olunur ki, oturacaqda əyləşərkən gözləri önündə canlanan 2024-cü ilin H.Cavid parkıdır. Amma izlədiyi isə gəncliyindən bu yana başına gəlmiş acı və şirini ilə ən gözəl xatirələridir. Baba öz dünyagörüşü çərçivəsində sualımızı cavablayandan sonra sorğuda iştirak etmək istəyən gənc bizə yaxınlaşdı. Əlindəki kitabdan, qeyd dəftərindən və danışıq tərzindən hiss edilirdi ki, gələcəyin savadlı kadrlarından biri olacaq. Həmin gəncə təşəkkür edib oradan uzaqlaşırıq. Üzü metroya tərəf addımlayırıq. Yolun solunda öz alıcısını gözləyən qəzet köşkünün yanından tələsik klassik geyimdə orta yaşlarda bir bəy üzü metroya tərəf addımlayır. Yaxınlaşıb “sorğumuzda iştirak etmək istəyərsizmi?” sualını ünvanlayıram. O isə tələsik “gecikirəm” deyib uzaqlaşır. İnsanlar fərqində deyillər ki, iş, fəaliyyət və problemlər hər zaman var. Onlar tələsərək bu günlərini unudub ömür qatarının yolunu daha çox qısaldırlar. Sorğu zamanı hər yerə tələsən saysız insanlar ilə qarşılaşıram. Görəsən onların tələsmədiyi yer varmı?!
Bəzən deyirəm ki, insanların tələsmədiyi yer yalnız son mənzildir. Çünki bəzi insanlar heç ölməyəcəklərmiş kimi yaşayırlar. Ömür “kassa”larını pisliklər ilə doldururlar. Artıq H.Cavid parkını bir neçə dəfə dolaşandan sonra gülən simalarla yanaşı, aqressiyalarını tökməyə yer axtaran insanlar da diqqətimdən yayınmır. İnsanların birinə hər zaman olduğu kimi gülərüzlə yaxınlaşıb sualımı ünvanlayarkən qarşımdakı şəxs cavab vermir. Məyusluğu içimdə dəf edərək digər şəxsə yaxınlaşıram. Bu zaman müəyyən səbəblərdən asosial, aqressiv birinə çevirilən dayı əsəbi halda “mən heç nə deyən deyiləm” deyir. Digər qadının biri isə qaça-qaça “yooxx, məni çəkməyin ha” kimi sözləri işlədir. Bu zaman hər zaman mövzu axtarışında olan mən “bir gün insanlarda bu komplekslərin səbəbini dərindən araşdıracam” deyərək isti Günəşin altında işimə əzmlə davam edirəm. Bu zaman operatorun da motivasiyası və “narahat olma insandan çox insan var” deməsi məni ruhlandırır.
Budur, gedib sual verək deyə kənardan bizi izləyən sağ əlində çanta, sol əli ilə isə balaca nəvəsini tutub saxlayan bir ortayaşlı qadın dayanıb. Qadına yaxınlaşdıqda adəti üzrə müasir gənclikdən şikayət edir. “Sovetin vaxtında indiki kimi şeylər yox idi” deyir. Söhbətdən anlayırıq ki, qadına on beş dəqiqə öncə metroda gəncin biri yer verməyib. Qadın sualımıza gəldikdə bizə istədiyimiz cavabı verir. Xüsusi təşəkkür edib, “hər şeyə görə əsəbiləşməyin” deyərək oradan uzaqlaşıram. Bu əsnada sorğumuzda iştirak etməsin deyə guya telefonla danışırmış kimi onu qulağında tutub saxlayan insanlara da rast gəlirəm.
Neynəyək, hər zaman deyirəm “hər insan ayrı dünyadır..." Sorğunu Hüseyn Cavid heykəlinin sağ tərəfində bir gəncdən müsahibə götürərək uğurla sonlandırıram. Nəticədə, “mən bunu bacardım” deyərək gülümsəyə-gülümsəyə həmin yeri tərk edirəm. Bu peşəsinə vurğun jurnalistin sorğu ilə keçən bir günüdür. İnsanları danışdırmaq, onlardan istədiyimiz cavabları almaq müşkül məsələ olsa da, gün ərzində fərqli insanlar ilə ünsiyyət qurmaq biz jurnalistlərə bəxş edilən fərqli bir fəaliyyətdir. Axı hər insan, hər baxış, hər cümlə, hər söz insanı olduğu yerdən daha da çox zirvələrə qaldırmaq, ya da tam əksi həmin zirvələrdən aşağı endirmək gücünə malikdir…

Çinarə MURADOVA,
BDU Jurnalistika fakültəsinin tələbəsi
13-09-2024, 06:58
Redaksiyamızın qonağı
ARZULARIM KİMLƏRƏSƏ NAĞIL KİMİ GƏLİRDİ...

ARZULARIM KİMLƏRƏSƏ
NAĞIL KİMİ GƏLİRDİ...

“Nihol” mükafatı laureatı, “Şührət” medalı sahibi, status və estrada mahnılarını mükəmməl ifa edən gözəl müğənni Malikə ƏGƏMBERDİYEVA özünəməxsus ifaları ilə pərəstişkarlarının qəlbində dərin yer qazanıb. Söhbətimiz onun məktəb illərindən, gənclik arzularından, çətin sənət yolundan, aktual estrada mahnılarından gedirdi.
Məktəb illərində hər birimizin hansısa peşə və ya sənətə yiyələnmək arzusu var idi.
Söhbətimizə məktəb illərindən, uşaqlıq arzularınızdan başlayaq.
-Müsahibəyə dəvətə və işimə göstərilən diqqətə görə təşəkkürümü bildirirəm.
Məktəb illərindən, uşaqlıq arzularımızdan danışanda qəlbimizdə ən aydın xatirələr canlanır. Sənətkar ailəsindən olduğum üçün yaşıdlarımdan sənətə olan sevgim və marağımla seçildim. Musiqini əla qiymətlərlə oxuyurdum. Məktəbimizdə keçirilən bayram tədbirlərində mahnılarım, rəqslərim, çıxışlarımla fəal iştirak edirdim. Heç yadımdan çıxmaz, 8-9-cu siniflərdə oxuyanda mənə qismət olsa, mütləq Daşkəndə gedəcəyəm, böyük səhnələrdə çıxış edəcəyəm deyəndə, sinif yoldaşlarım gülürdü, inanmırdılar. Xəyallarım kiməsə nağıl kimi görünürdü...
Allaha şükür edirəm, bütün uşaqlıq arzularım gerçəkləşdi.
İstedadsız uşaq yoxdur, hər kəsin müxtəlif gizli qabiliyyətləri var.
Valideynləriniz müğənniliyə olan marağınıza və istedadınıza necə diqqət yetirdilər?

- Çox düzdü. Hər bir uşağın kəşf edilməmiş tərəfləri, istedadları olur. Bunun inkişafında valideynlərin dəstəyi çox vacibdir. Bu baxımdan valideynlərim mənə bacardıqları qədər şərait yaratdılar, hər zaman mənə inandılar, motivasiya verdilər ki, bu da məni daha çox yaratmağa ruhlandırdı. Beş yaşımda böyük səhnədə olmaq mənə qismət oldu. Atam Namanqan vilayəti, Pop rayonunun mədəniyyət şöbəsinin müdiri olub. O vaxtlar rayonumuzda keçirilən mötəbər bayram tədbirlərində mənim mahnılarımdan, qardaşımla birgə çıxışlarımdan istifadə edirdilər. Bizə tapşırılan işləri mükəmməl yerinə yetirərək atamın əmanətini inkişaf etdirdim.
Bu günə kimi ailə üzvlərim və həyat yoldaşım işimə xüsusi diqqət yetirir, yanımda olurlar.
Fərqi yoxdur, şairdir, aktyordur, müğənnidir, yaradıcılıq aləminə qədəm qoyanda hər birimiz kimisə pərəstiş edir, onu təqlid edir, onun kimi olmağa çalışırdıq.

Sizdə də olubmu, kimi təqlid edib onun kimi olmaq arzusunda idiniz?
-Mən bir çox yerdə, demək olar ki, hər müsahibədə bu suala aydınlıq gətirmişəm. Bu gün tam cavab verəcəm. Hər kəsin öz qəhrəmanları var. İlk qəhrəmanlarım valideynlərimdir. Yaradıcılıq baxımından müəllimim, Özbəkistanın xalq artisti Gülsənəm Mamazoitovaya heyran oldum. Mahnıları da onun kimi ifa etməyə çalışdım, öz üzərimdə işlədim. Ona görə də mən ilk dəfə səhnəyə çıxanda çoxları mən Gülsənəm Mamazoitovanın bacısıyam deyə düşünürdülər. Mənim müəllimimin təkcə sənətinə deyil, həm də insani keyfiyyətlərinə böyük hörmətim var, əgər insanın niyyəti xoşdursa, arzularına can atırsa, mütləq məqsədinə çatar. Mən çox şanslıyam ki, qibtə olunası ziyalı qadının və mehriban müəllimin şagirdi olmuşam. İstiqamətimi tapmağa çalışdım. İndi də müəllim kimi istəyirəm ki, mənim kimi tələbələrim olsun!
-Estradada da eyni dərəcədə gözəl, yüksək statuslu mahnılar oxuyursunuz.
Hansı daha çətindir?

-Hər bir tamaşanın öz məsuliyyəti, ifaçılıq bacarığı, texnikası var. Ona görə də hər üç istiqamətdə axtarışı dayandırmamalısınız. Mən kollecdə və institutda oxudum və status öyrənməyə çalışdım, amma bu kifayət deyil. Maqom nəhəng dənizdir... Bu məkanda estrada musiqisini, böyük mahnıları da bu cür təsəvvür etmək olar. Heç biri yüngül qəbul edilməməlidir.
-Müəllim görüb dərsini, duasını alan tələbələrdənsiniz. Bu gün müəllim görməyən müğənnilər çoxdur. Buna reaksiyanız necədir?
-Hər sahədə müəllim görmək lazımdır Xalqımızda gözəl bir atalar sözü var: “Müəllim görməyən şagird hər vəzifəyə yüksələr”. Bu purman sözləri boş yerə deyilməyib.
Müəyyən bir peşəyə yiyələnmək, müəyyən sənətə yiyələnmək üçün müəllimlərin göstərişlərinə əməl etməliyik. Onlarla məsləhətləşərək işimizi görsək, daha uğurlu olar. Bacıları kimi gənclərimizə də tövsiyəm: müəllimlərin dərsini, duasını alın, yaradıcılığın, həyatın sirlərinə dərindən yiyələyin!
—Status və opera baxımından dünya səhnələrini həyəcanlandıran, milyonlarla qəlbi özbək sənətinə sevdirən bir çox sənətçilər var. Amma mənə elə gəlir ki, estradada elə deyil...
—Niyə belə düşünürsünüz?
Bəlkə Hazırda estrada və milli estrada istiqamətlərində “Artist” və “Səs” layihələrində iştirak edən istedadlı insanlara baxın. Belə yaradıcılar çoxdur. Biz həmişə popumuzun parlaq ulduzlarını işıqlandırmanızı arzu edirik. Amma nədənsə onların yaradıcılığı və yeni albom təqdimatları azdır.
—Hər peşənin öz çətinliyi olur.
Amma yenə də sənət digər sahələrdən iki dəfə çətindir.
Sizcə, artistın əsas vəzifəsi nədir?
- Haqlısiniz. Əslində asan iş deyilən bir şey yoxdur.
Hər peşənin öz çətinlikləri, uğurları var. İncəsənət sahəsinə gəlincə, məncə, bu, daha çox insanlarla məşğul olduğu üçün bir az çətindir. Sənətkar ideal insan kimi həmişə xalqa nümunə olmalıdır. Biz hər zaman mahnılarımızla insanların sevincinə sevinc qatmağa, dərdlərinə şəfa verməyə çalışırıq.
—Yaradıcı insanlar başqalarından daha təsirli, şən, bir az da xəyalpərəst olurlar. Sizcə, bu keyfiyyətlər nə dərəcədə vacibdir?
—“Xəyalpərəst” müsbət mənada işlədilməlidir. İstər şair, istər yazıçı, istər rəssam, istər müğənni, istərsə də bəstəkar olsunlar, həmişə yeni əsərlər yaratmağa ruhlanırlar.
Düzdür, kreativlər digər sahələrə nisbətən daha təsirlidir. Biz varlığın, təbiətin, insanların təsiri altında sənət əsərləri yaradırıq.
—Az-çox yaradıcılıqla mahnılar yaradıb, pərəstişkarların sevgisinin, ölkəmizin tanınmasının səfiri oldunuz. Bu sizə nə qədər motivasiya verir?
—On yeddi yaşımda böyük səhnəyə qədəm qoyduğum, ölkəmizin diqqət mərkəzinə düşdüyüm və yüksək mükafatlara layiq görüldüyüm üçün çox şadam.

Harada iş varsa, əməyiniz yüksək qiymətləndirilib, etibar edilsə və tanınsa, gələcəyə cəsarətli addımlar atacaqsınız. Mən hələ də nailiyyətlərimdən ruhlanıram. Mənə göstərilən etimadı doğruldaraq hər zaman tanınmağa layiq olmağa çalışıram. Keçdiyim yolların işıqlı, gözəl izləri olduğu üçün arxaya baxanda sevinirəm və onların davam etməsini istəyirəm.
—Yaradıcılığınızda nə yenilik var, yeni mahnılar yaradırsınız?
—Qardaş xalqlarımızın sənətinə istinad edərək fars dillərində yeni mahnılar yaratdım.
Qismət olsa, növbəti işimdə milli şaş statuslarımızın məşhur əsərlərindən və böyük mahnılardan ibarət albom təqdim etmək fikrindəyəm.
—“Bütov Azərbaycan” qəzetinə arzularınız...
—Qardaş Azərbaycan xalqına həmişə yaxşılıq, əmin-amanlıq və xoşbəxtlik arzulayıram! Özbəkistan və Azərbaycan dostluq əlaqələrimiz möhkəm olsun!
“Butov Azərbaycan” qəzetinə işində uğurlar, oxucularının sayı çox olsun, qəlblərə xeyirli olanı paylaşmaqdan yorulmasın.

Söhbətləşdi: Cihangir NOMOZOV,
“Bütöv Azərbaycan”ın Özbəkistan təmsilçisi.





����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!