Bu ölkə ABŞ-dən kömək istədi .....                        Azərbaycanda sadəcə müəllimlər saathesabı işləyir - Nazir .....                        Tanınmış həkimin hesabından 11 min manat oğurlandı .....                        Şagirdlərə universitetə məktəbin özündə hazırlaşacaq - Nazir detalları açıqladı .....                        İki cüdoçumuz medal qazandı .....                        Azərbaycanda bu maşınlar 100 faiz bahalaşdı .....                        Müəllimlərin bir çoxu məktəbdə oturmağa yer tapa bilmir - Nazir .....                        20 min tamştatlı müəllim - İlk bu məktəblərdə olacaq .....                        Lavrov iranlı həmkarı ilə danışıqlar apardı .....                       
Tarix : Bu gün, 12:24
Yolumuz bir, Bayrağımız bir!


Yolumuz bir, Bayrağımız bir!


Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi Güney Azərbaycan ədəbiyyatı və Milli Azadlıq Hərəkatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığının müxtəlif dönəmlərini müasir oxucuya olduğu kimi çatdırılması istiqamətində mühüm addımlar atmaqdadır. Təsadüfi deyildir ki, təkcə bu il ərzində Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, görkəmli ədəbiyyatşünas alim Rəhim Əliyevin irəli sürərək həyata keçirdiyi layihələr əsasında bir neçə xüsusi əhəmiyyətə malik dəyərli kitabın nəşrinə nail olunmuşdur. “Azərbaycan mühacirəti” seriyasından yaxın günlərdə işıq üzü görmüş kitab olduqca müqəddəs amallara xidmət edən Güney Azərbaycanımızdan olan siyasi fəal, həqiqətlər carçısı GünAz.TV kanalının rəhbəri, çağdaş mühacirət mətbuatının ən parlaq simalarından olan Əhməd Obalının şərəfli ömür və mücadilə yolunu özündə əks etdirir.
“Bir yol, bir Bayraq” adlandırılan kitaba bu ad təsadüfən verilməyib. Topluya 20 ildən də artıq bir müddətdə Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərindən peyk rabitəsi vasitəsilə bütün dünyaya yayımlanan, GünAz.TV-nin (Güney Azərbaycan Televiziyası) təsisçisi və rəhbəri olan Əhməd Obalının ikiyə bölünmüş millətimizin istiqlal mübarizəsinin daha da genişlənməsi və nəzərdə tutulan hədəfə yetişməsi yolunda etdiyi fədakarlıqları özündə əks etdirən cəsarətli müsahibə, çıxış və məqalələrinin böyük əksəriyyəti daxil edilib.
Güney həqiqətlərini, soydaşlarımızın məhrumiyyət və haqsızlıqlara uğradılmasının müxtəlif tərəflərini, türk olmaları səbəbindən başlarına gətirilən olmazın əzab və məşəqqətləri qorxmadan, çəkinmədən sivil toplumlara çatdırmaq, bu ədalətsizliklərin qarşısının alınmasına ömür sərf etmək kimi müqəddəs missiyanın daşıyıcısı olan millət fədaisi Əhməd Obalını çox güman ki, tanımayan yoxdur. Bu haqda müəyyən bilgiləri yenidən xatırlatmağı lazım bilirik:

...1961-ci il aprelin 1-də İranın Ərdəbil əyalətinə bağlı Meşkinşəhrdə doğulan Əhməd Obalı, ilk və orta təhsilini bu şəhərdə, ali təhsilini isə ABŞ-ın İllinoys şəhərində almışdır. Gənc yaşlarından tələbə hərəkatına qoşulan Əhməd, şah rejiminə qarşı təşkil olunan kütləvi etiraz aksiyalarına qoşulmaqla sanki gələcək müqəddəratını həll etmiş oldu. Siyasi fəallığı ilə seçilən digər həmfikirləri kimi, o da 19 yaşında İran təhlükəsizlik orqanları tərəfindən tutularaq həbsə atılır. Minbir zillətlə həbsdən azad olunmasına baxmayaraq, onun qarşısında ciddi şərtlər qoyulur: ölkədən çıxmağa cəhd göstərəcəyi halda qardaşını da həbs edəcəkdilər. Fars-molla rejiminin qadağalarından bezən Əhmədlə qardaşı birlikdə ölkədən qaçmağa müvəffəq olurlar. Burda da onları məşəqqətlərlə dolu ağır günlər gözləyirmiş. Qardaşlar əvvəlcə Türkiyədə məskunlaşmağa qərar verirlər. Bir müddət sonra Əhməd Belqrada, oradan da Stokholma gedir. Qardaşı isə problemlər səbəbindən Türkiyədən İrana qayıtmalı olur. Əhmədin bəxti burda da gətirmir; vizası olmadığına görə, Yuqoslaviyaya deportasiya edilən gənc mühacir, gah Belqradda, gah Romada yaşamaq məcburiyyəti ilə üzləşir. Nəhayət, 1985-ci ildə 24 yaşlı Əhməd ABŞ-a köçmək imkanı əldə edir. Əvvəlcə Kaliforniya ştatının San-Dieqo şəhərində yaşamağa başlayır, daha sonra isə Green card qazanaraq Çikaqo ştatına köçür.
Bu ayın 26-da Əhməd Obalının ABŞ-a köçməyinin 40 ili tamam olur. Bu təbəddülatlı ömrün 30 ilindən artıq hissəsi siyasi mübarizələrdə keçən Əhməd bəyin həyatı hər zaman çətinliklərlə müşayiət olunub. Əvvəllər daşıdığı “Sadat” soyadını “Obalı” təxəllüsünə dəyişən Əhməd bəyin Amerikadakı həyatı da həmişə keşməkeşli olub. Dini fanatizmin nökərləri onu hər yerdə qarabaqara izləməklə bu böyük amallar və ideallar sahibinin yolunda əngəllər yaratmağa, həyatını məhv etməyə çalışıblar. O isə ətrafına özü əqidədə olan saf insanları, vətənpərvər, cəsur oğul və qızları toplayaraq, 1992-ci ildə “Azərbaycan cəmiyyəti”ni yaratmağa nail olub. Əsl mübarizə də bundan sonra başlayıb...
Əhməd Obalının vətəndaşlıq mövqeyindən, Vətən, Yurd, Torpaq, Bayraq sevgisindən cild-cild kitablar yazmaq olar. Onun kitablara sığmayan örnək ömrü Azərbaycanın özündə, eləcə də mühacirətdə yaşayan bütün soydaşlarımız üçün əsl insanlıq, mübarizlik, milli kimlik məktəbidir. Onun bütün siyasi və ictimai görüşləri, GünAz.TV kanalı vasitəsilə sərgilədiyi azadlıq, birlik, bərabərlik, ədalətli cəmiyyət və müstəqil dövlət ideyaları dünyanın bütün sülhsevər insanlarının gündəlik həyat normalarına çevirmək istədikləri arzularının işıqlı platformasıdır. Bu platforma demokratik cəmiyyətlərin hər biri üçün çoxdan reallığa çevrilsə də, Əhməd bəyin doğulduğu İran dövlətində insanların bu ideallara çatmaq arzusu elə arzu olaraq da qalmaqdadır.
Kitabın tərtibçisi və “Birliyə çağıran səs” adlı ön sözünün müəllifi Elmira Bağırova Əhməd Obalı şəxsiyyətini yüksək dəyərləndirərək yazır: “Hal-hazırda ABŞ vətəndaşı olan Əhməd Obalı Çikaqo ştatında yaşayır. O, Ana dilini milli kimliyin onurğa sütunu hesab edir. Ana dilində danışmağı bacarmayan insanın mənəvi şikəst olduğunu dilə gətirir. Mütaliə etməyi özünə peşə borcu hesab edən və bütün varlığı ilə Azərbaycana bağlı olan bu soydaşımız xalqımızın qənimət övladlarından biridir. Bəli, Əhməd Obalı Amerikada bütöv Azərbaycan sevdası ilə yaşayan böyük azərbaycanlıdır...”
Təbii ki, belə bir cəsur insanın, böyük azərbaycanlının şərəfli ömür yolu hər addımda rastlaşdığı çətinliklərdən sıyrılıb çıxmaqla belə dolğun, bu cür əzəmətli görkəm ala bilib. Onun “Yumruq kimi eyni mövqedən çıxış etməliyik”, “Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır”, “Dövlətçiliyə müdaxilə olanda Azərbaycanı müdafiə etməyi özümüzə borc bilirik”, “Güneylə yanaşı, Türk dünyasının istənilən bölgəsindəki problem diqqətimizdən kənarda qalmır”, “GünAz.TV-nin yaranmasını gərəkdirən əsas amil, millətimizin özü-öz səsini eşidə bilməsidir”, “Təzyiqlər bizi bezdirə bilməz”. “Dilimiz bütün millətimiz üçün azad olmalıdır”, “Yolumuz yalnız istiqlala, üzümüz yalnız Türk Dünyasına doğru olmalıdır”...və başqa bu kimi dərin məzmunlu çıxış, müsahibə və yazılarında qaldırdığı problem məsələlərin hər biri Azərbaycanımızın Güneyində və Quzeyində, eləcə də bütövlükdə Türk Dünyasında sabitliyin pozulmasının, müstəqillik idealları düşmənlərinin, xəbisniyyətlilərin baş qaldırmasının, daxili və xarici anti-milli qüvvələrin Türk Birliyinə qarşı hesablanmış müdaxilə və hücum planlarının alt-üst edilməsinə hesablanmışdır.
Mən milli mücadilə insanı, haqqında fəxarətlə söz açdığımız Əhməd bəy Obalını cəmi bir dəfə görmüş və onun Vətən, Bayraq, Torpaq, Yurd, İnsan sevgisi ilə döyünən ürəyindən qopan möhtəşəm duyğulu kəlmələri öz dilindən eşitmişəm. Bu görüşümüz 2007-ci ilin son aylarında baş tutmuşdu. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Vətən” Cəmiyyətinin ofisində keçirilən tədbirdə Əhməd bəy fikir və arzularını bu cür ifadə etmişdi: “25 ildir ki, Azərbaycandan uzaqlarda yaşayıram. Ömrümün 21 illik bir dövrünü isə Amerikada yaşamışam. Kənardan baxanda, Azərbaycanın dərdlərini daha aydın görmək olur. O qədər də böyük olmayan dünyamızda qonşuluq şəraitində, mehriban münasibətlər qurmaqla yaşamaq olduqca xoş olardı. Əfsuslar olsun ki, düşmənlərimiz bu müqəddəs arzularımızın qarşısına hər zaman sədd çəkməyə çalışıblar. Xalqımızın övladları dostları ilə düşmənlərini yaxşı ayırd edə bilsələr, biz bu problemlərin öhdəsindən yaxın zamanda gələ bilərik...” – Bu cür müqəddəs arzular o vaxt yazıb mətbuatda çap etdirdiyim “Okeanın o tayından gələn var” yazıda öz əksini tapmışdı.
O vaxtdan xeyli illər keçib və Əhməd Obalının canından artıq sevdiyi, lakin illərdən bəri işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olunmuş, uğrunda qanlar tökülən üçrəngli bayrağımız o müqəddəs torpaqlarımızdakı ən uca zirvələrdə dalğalanmaqdadır.
Zaman bütün yaraları sağaltmağa qadir və qabildir. Sizin Vətən üçün arzuladığınız o xoş diləklərin çin olacağı gün də hökmən gələcək, hörmətli Əhməd bəy! Sağlıq olsun!
Son olaraq demək istərdik ki, haqq işi uğrunda mübarizədə daim təhlükə və təhdidlərlə, həyatına qəsd cəhdlərilə üzləşən, lakin bütün bu sınaqlardan alnıaçıq, üzüağ çıxan mərd, mübariz fədakar soydaşımız, böyük azərbaycanlımız Əhməd Obalının ideallara sadiqlik ruhunu özündə əks etdirən “Bir yol, bir Bayraq” kitabı milli kimliyimizi hər zaman uca tutan hər bir vətəndaşın masaüstü oxu kitabına çevrilməlidir.

Qiymət Məhərrəmli,

AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru




Paylaş



Bölmə: Güneyin sesi / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!