Milli Qəhrəmanların təqaüdü 200 manat artdı .....                        Tokayev parlament sədrləri ilə görüşdü - FOTO .....                        Dəfn pulu 600 manat oldu .....                        Şəhid ailələlərinin təqüdünü yeni məbləği .....                        Çoxuşağlı ailələrin təqaüdü 35 manat artdı .....                        Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM .....                        Vətən Müharibəsi Qəhrəmanları 2200 manat alacaq .....                        Sosial müavinətlər və təqaüdlər artırılır - Prezident Sərəncam imzaladı .....                        Kəlbəcərlilər bu tarixdə doğma yurda qayıdır .....                       
Tarix : 19-02-2025, 17:40
Türkiyə Ukraynaya qoşun göndərəcək? - ÖZƏL AÇIQLAMA


Türkiyə Ukraynaya qoşun göndərəcək? - ÖZƏL AÇIQLAMA

Ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edib. Zelenskinin Türkiyəyə səfəri və Ərdoğanla görüşü rəsmi danışıqlarla yanaşı simvolik məqamlarla da diqqət çəkib.
Xüsusilə Ankarada keçirilən rəsmi qarşılanma mərasimində yağış başladığı üçün Ərdoğanın çətirini Zelenski ilə paylaşması sosial mediada geniş müzakirələrə səbəb olub. Bir çox analitiklər bu görüntünü sadəcə nəzakət jesti kimi deyil, həm də Türkiyənin Ukraynaya verdiyi dəstəyin rəmzi kimi dəyərləndirir.
Bu görüş, Zelenskinin son beynəlxalq toplantılarda iştirakı ilə bağlı yaşanan gərginliklər fonunda xüsusi əhəmiyyət daşıyır. Belə ki, Ankaradakı görüşdən əvvəl Ər-Riyadda Rusiya və ABŞ rəsmiləri uzun müddət sonra ilk dəfə görüş keçirib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Zelenskinin də görüşə qatılmasını istəsə də, Vaşinqton və Moskva bunu qəbul etməyib. Ukrayna lideri bu görüşün onlar üçün “sürpriz” olduğunu və məlumatı yalnız mediadan aldıqlarını bildirib. O vurğulayıb ki, müharibəni dayandırmaq barədə qərarlar Ukraynasız qəbul edilə bilməz.
Eyni zamanda, Parisdə Avropa liderlərinin görüşündə də Ukrayna məsələsi müzakirə edilib. Fransada keçirilən görüşdə Avropa liderləri Ukraynaya qoşun göndərmək məsələsini də müzakirə ediblər. Britaniya bu məsələyə açıq olduğunu bildirsə də, hələlik yekun razılıq əldə olunmayıb və ABŞ-nin bu qərardakı rolu həlledici hesab edilir.[s][/s]
Türkiyə bu günə qədər Rusiya-Ukrayna müharibəsində balans siyasəti aparmağa çalışsa da, son hadisələr Ankaranın Kiyevə daha açıq dəstək verdiyini göstərir. Ərdoğanın çətiri altına girən Zelenskinin Ankaradan hansı zəmanətləri aldığı isə qarşıdakı günlərdə daha da aydınlaşacaq.
Bəzi ekspertlər Türkiyənin də Ukraynaya qoşun göndərmək ehtimalını tamamilə istisna etmir. Xüsusilə Ankara ilə Kiyev arasında hərbi sahədəki strateji əməkdaşlıq, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalı və müdafiə sənayesi layihələri nəzərə alınarsa, bu ssenari gələcəkdə daha çox gündəmə gələ bilər.
Məsələ ilə bağlı Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Şamil Ayrım bildirib ki, Türkiyə ən çətin zamanlarda Ukraynanın yanında olub:
“Ukrayna-Rusiya müharibəsi başlayanda tək vasitəçi ölkə Türkiyə olub. Həm Rusiya, həm də Ukrayna ilə dialoqu olan Türkiyə taxıl daşınmasında təşəbbüs göstərib. Proses çox da yaxşı gedib. İndiki vəziyyətdə ABŞ Prezidenti Donald Tramp müharibəni dayandıracağını deyir. Proses davam edir. ABŞ-nin ağır tələblərinin olduğunu öyrənirik. Bu isə Ukraynanı məyus edib. Çünki Ukraynanın bir qisim resurslarını ABŞ özü istifadə etmək istəyir. Ukrayna Rusiya və ABŞ arasında qalıb. Onun ən çətin günlərində yanında olan tək ölkə Türkiyədir. Buna görə də, Zelenski Türkiyə ilə belə bir dialoq qurmaq ehtiyacını hiss etdi”.
Parlamentari Türkiyənin Ukraynaya əsgər göndərib göndərməyəcəyi ilə bağlı məsələyə də cavab verib:
“Asan olmayan proseslər davam edir. Biz də gözləyəcəyik. Türkiyənin Ukraynaya əsgər göndərməsi bildiyim qədəri ilə planlaşdırılmır”.


Paylaş



Bölmə: Dünya / fotomanset1 / Reklam xidmətləri
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!