Şapur Qasimi
OKTAY SARALIN
SƏVİYYƏSİ
BUDURMU?Türkiyəmizin Prezidenti sayın Rəcəp Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın Tehran mollalarının Bakıda təşkil etdikləri “hicab şivəni” tragikomediyası ilə bağlı Azərbaycan rəhbərliyinə sərt və təhqiramiz müraciət –mühazirəsinə rast gəldim. Məni ilk növbədə heyrətləndirən bu dərəcədə savadsız, bir-birini tam və mütləq inkar edən fikirlər söyləyən birisinin Türkiyə kimi böyük dövlətin, dünyanın ən nəhəng siyasətçilərinə meydan oxuyan sayın Ərdoğanın müşaviri, həm də baş müşaviri olması oldu.
İlk növbədə Oktay Saral Türkiyə və Azərbaycanın bir millətin iki dini deyil, dünyəvi dövləti olduğunu bilməlidir. Türkiyə ilə Azərbaycanı bir-birinə qırılmaz tellərlə bağlayan əsas, həlledici amil məhz hər ikisinin türk dövləti olmasıdır. Türkiyədə dindar əhalinin, tarixən yaranmış səbəb və şərait üzündən sayı başqalarından çox olsa da, Azərbaycanda dindar əhalinin sayı əhalinin ümumi sayının 3-4 faizindən çox deyil. Elə, bu da tarixi şəraitin nəticəsidir.
İkinci bir məsələ də, Bakıda “Hicab şivəni” təşkil edən şovinist fars mollaları, Türkiyənin ərəb milli ideologiyasının daşıyıcıları olduğu, klassik islamın müəllifi olan Məhəmməd peyğəmbərə əsaslanan islamı deyil, Əlinin oğlu Hüseyn ilə Sasani hökmdarının qızı Şəhərbanunun izdivacından doğulan oğlu Zeynalabdinə, yəni, İmamətə, daha dəqiq desək, imamət adı ilə fars etnik əsaslı milli ideologiyanın daşıyıcıları olub, ərəb, həm türk millətinin ən qatı düşmənləridir.
Görünür Oktay Saral İran İslam Respublikasının qurucularından, sonra prezidenti olmuş Rəfsəncaninin qızı, Faizə Haşimi-Rəfsəncaninin “Əl-Monitora” verdiyi müsahibədə, – “Bizim (yəni, İranın molla rejiminin – Ş.Q.) xətalarımız İsrail, ABŞ və şah rejimi də daxil olmaqla, pis adlandırdığımız rejimlərin səhvlərindən daha çoxdur. Xalqımıza yaşatdığımız müsibətlərin heç birini onlar etməyib. Suriyada 500 min insan ölüb, bunda bizim də payımız var. Yəməndə yeddi ildir davam edən müharibədə biz də iştirak edirik. Müsəlmanlara qarşı qətliamlar törətmişik. Bu da o deməkdir ki, müsəlmanları öldürməkdə İsraili keçmişik”.
F.Haşimi Rəfsəncaninin bu müsahibəsindən bu yana Tehran rejiminin illərdir ki, ərəb ölkələrində səkkiz böyük hərbi hissələr yaradaraq, sünnə-şiə əsasında illərdir ki, müsəlman ərəbləri, elə müsəlman ərəblərə qırdırdığını nəzərə alsaq, dünya tarixində Tehran şovinist fars mollaları qədər müsəlman qətlə yetirmiş millət, dövlət olmadığı aydın olar.Üçüncüsü isə, hələ Ermənistan Rusiyanın, İranın köməyi ilə Azərbaycanı işğal etdiyi zaman, Azərbaycan hökuməti Türkiyəyə yardım üçün müraciət etdiyi zaman, Turqut Özalın, “onlar şiədir, qoy onlara şiə İran kömək etsin”, cavabından bir müddət sonra, Ərdoğanın bütün türklərə, onların dini inancı əsasında deyil, türk milli mənliyi əsasında yanaşaraq, bu gün türk düşmənlərinin gözünə yanar ox kimi girən Türk Dövlətləri Təşkilatının yaranmasında əsas, aparıcı xidmətləri olduğunu, sayın Ərdoğanın baş müşaviri bilməlidir.
Dördüncüsü, Türkiyə dövləti prezidentinin baş müşaviri Bakıdakı “Hicab şivəninin” hicab davası olmayıb, Tehranın şovinist şiə mollalarının Güney Azərbaycan və Qacar yurdunun ümumilikdə 63 milyondan çox türkünün türk milli ərazilərini qəsb edib, özlərini əsarətə aldıqdarı kimi, quzey Azərbaycan ərazisini işğal edib və əhalisini əsarətə almaq məqsədi ilə Bakıya ölkə daxilində açdığı ideoloji savaş olduğunu başa düşməlidir. Həm də bu, son 35 il ərzində Quzey Azərbaycanda beyinlərini yuyub, ideoloji əsarətə aldığı qulbeçələrinin əlinə silah verib, ərəb ölkələrində etdiyi kimi, Azərbaycana qarşı hərbi təcavüz törətməsinin hazırlıq mərhələsidir. Oktay Saral bunu da anlamalıdır.
Beşincisi, Oktay Saral! Deyirsən ki, – “İnanca görə başını örtən bir şagirdi məktəbin qapısında saxlamaq hansı vicdana, hansı ədalətə sığar?”
Bu deyimində sən bir çoxları kimi “hicab” sözü əvəzinə “başını örtən” deməklə saxtakarlıq edirsən. Hər millətin, o cümlədən türklərin yaşadığı şəraitdən, fəsillərdən və s. asılı olaraq müxtəlif paltar, ayaqqabı, baş örtüyü vasitələri var. İslam dininin daşıyıcıları, xristianlar və sairələri daşıyıcısı olduğu dinin tələblərinə görə geyim və başörtüyü vasitələrindən istifadə edirlər. Hər bir ölkədə müxtəlif sahələr, ixtisaslar, peşələr üçün iş vaxtı geyilməsi icbari olan geyim vasitələri var və onların iş vaxtı başqa geyim formalarından istifadə edilməsinə yol verilmir. Bu geyim formaları ölkənin Anayasası və qanunları ilə deyil, hər bir sahənin idarə edilməsində məsul olan nazirlik, baş idarə, xüsusi kimyəvi, bakterioloji, proseslərin aparıldığı laboratoriya, müəssisələrdə, hüquq-mühafizə orqanlarında, orta və ali təhsil, tibbi müəssisələrdə və s. hər sahənin özünəməxsus xüsusi geyim formaları, bəzi sahələrdə hətta onların materialının tərkibi belə müəyyən edilərək qəbul edilir. Bu qaydalar qanun statusu daşıyır və onları pozan hər kəs cəzalandırılır. Bu cəzanın ən geniş tətbiq olunan forması da bu qaydanı pozan hər kəsin işdən kənarlaşdırılmasıdır. Dünyəvi dövlətin dövlət büdcəsindən maliyyələşən məktəbdə din deyil, şagirdlərə elm öyrədilir. Sən özün də təsdiq edirsən ki, – “Təhsil hüququ heç bir ideoloji məcburiyyətin qurbanına çevrilməməlidir. Baş örtüyü maneə deyil, inancın tələbidir”, – deyərək, hicabın inancın məcburiyyət elementi olduğunu etiraf edirsən. Hicablı qızın təhsil hüququnu da pozan, onun təhsil hüququnu özünün və uşağına aşıladığı inancın tələbi ilə uşağını hicaba bürüyüb, məktəbə gətirən, göndərən valideyindir. “İki qoçun başı bir qazanda qaynamaz”, – deyib türk aqilləri. Valideyn evdə uşağın beynini Qurandakı, – “Bütün yeri, göyü insanları allah yaradıb, bütün insanlar allahın quludur. Göylərdə, yerlərdə nə varsa onundur” (Quranın “Bəqərə surəsi”), – kimi cəfəngiyyatlarla doldurduqdan sonra, həmin uşaq fiziki proseslərdə Nyutonun, Kimyəvi proseslərdə Mendeleyev cədvəli elementlərin, Pifaqorun teoremini, Eynşteynin nisbillik nəzəriyyəsini, Lütfizadənin qeyri-səlis məntiqlər nəzəriyyəsini, Adam Smitin dəyər qanununu, Marksın izafi dəyər qanununu, iqtisadi-ictimai, texniki-texnoloji və təbiətdə gedən dəyişkən proses və hadisələri idarə edən təbii obyektiv qanunları qəbul edərək zehninə həkk edib, xüsusilə ictimai elmlərə yiyələnə bilərmi?
Əgər valideyn uşağını dindar görmək istəyirsə onun başına hicab taxaraq mədrəsəyə göndərsin. Dövlətin yetkinlik yaşına çatmamış vətəndaşının təhsil hüququna təcavüz etməsin. Oktay Saralın dediyi baş örtüyünün bütün formaları isə, şaxtalı günlərdə məktəbdə istilik sistemində baş verən nasazlıq üzündən siniflərdə soyuq hava olduğu hallarda nəinki şagirdlərə yaylıq, şal, papaq və s. kimi baş örtüyü taxmaqla soyuqdan qorunmağa icazə verilir. Hətta soyuqdan xəstələnmək ehtimalı olduqda, dərslər təxirə salınır.
Oktay Saralın Azərbaycan hakimiyyətinə, onun yanlış hesab etdiyi bu qərarı geri çəkmək çağırışına gəldikdə isə, əslində yetkinlik yaşına çatmamış, hələ zehni, şüuru formalaşmamış övladlarına hicab taxıb, dövlətin qayda-qanunlarını pozmağa sövq etməməli, uşaqlarının təhsil almaq hüququna təcavüz etmələrindən çəkinməli olduqları, barədə həmin uşaqların valideynlərinə ünvanlamalıdır.
Oktay Saralın dediyi vicdana, ədalətə sığmayan iş, Azərbaycan məktəblərində yetkinlik yaşına çatmamış qız uşaqlarını orta məktəblərə hicab bağlayıb göndərərək, Tehranın şovinist fars faşizminə tulalıq edib, Azərbaycanın Quzeyini də işğal edərək Güney Azərbaycan kimi əsarətə almaq məqsədinə, Tehranın onlara verdiyi tula payı qarşılığında ölkənin təhsil sisteminin birinci pilləsini bizim öz əlimizlə bizə qarşı ideoloji savaş meydanına çevirməsinə xidmət edir. və Tehran mollalarının öz məqsədinə çatmaq üçün Fələstində etdikləri kimi, Bakıda törətdikləri murdar əməllərində məhz günahsız körpə uşaqlardan istifadə etməsidir. Bu nə insanlığa, nə də müsəlmanlığa uyğun olan bir xüsusiyyət olmayıb, ermənilərin, farsların milli xüsusiyyətlərinin tərkib hissəsidir. Oktay Saral sonra Azərbaycanın 28 üzvündən 17-sinin müsəlman ölkəsi olan AQEM-in üzvü olduğunu xatırladır.
Burada da o, Bakıdakı “Hicab şivənində” Tehranın casuslarının, “Azərbaycan müsəlman ölkəsidir” şüarının başqa formasını irəli sürməklə, Türkiyəyə, Türklərə deyil, türk cildində Tehranın fars mollalarına xidmət etdiyini ortaya qoyur.
Ümumiyyətlə, təkcə islam deyil, bütün idealist və materialist dinlər, Əziz Nesin demişkən; – “Dünyada ən karlı ticarət dindir. Sərmayəsi yalan, müştərisi isə cahillikdir”.Nəhayət, Azərbaycanq Respublikasının Anayasasının 48-ci maddəsinin (Vicdan azadlığı) IV bəndinə əsasən dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. 25-ci maddənin (Bərabərlik hüququ) IV bəndinə əsasən isə, irqi, etnik, dini əsaslara görə heç kəsə güzəştlər və imtiyazlar verilə bilməz.
Oktay Saralın iddia etdiyi kimi əgər hicab inancın daşıyıcısı olduğu dinin tələbi olduğuna görə islam dininin daşıyıcısı qızlar məktəbə hicabla buraxılsa, onda xristian qızlar rahibə qiyafəsində, oğlanlar molla, keşiş paltarında, nudistlərə isə lüt anadangəlmə məktəbə gəlməyə icazə verilməlidir. Çünki, nudizm də başqa dinlər kimi, eyni hüquqa malikdir. London yaxınlığında yerləşən Spielptaz kəndi 1929-cu ildə Çarlz Makaskie tərəfindən salınıb. Burada nudistlər yaşayır. Hamı küçəyə lüt çıxır.
Əgər Azərbaycan hökuməti 21.09.2026-cı il tarixli qərarını geri çağırarsa, bu Anayasanın 25-ci maddəsinin IV bəndi kobudcasına pozularaq, islam dini daşıyıcalarına qanunsuz imtiyaz verilməsi deməkdir. Belə olduqda isə, Azərbaycanda yaşayan bütün etnik, dini toplumlar, o cümlədən nudistlər də, ayağa qalxıb, özlərinin qanunlara zidd, uyğun olmayan dini və inanclarına uyğun, geyim və atributlardan nəinki, orta məktəbdə hüquq mühafizə orqanlarında, tibbi və s. sahələrdə iş yerlərində istifadə edilməsi azadlığını tələb etməkdə haqlı olarlar. Bu isə cəmiyyətdə xaos və anarxiya vəziyyətinin yaranması deməkdir.
Türkün və o cümlədən Azərbaycanın düşmənlərinin nail olmağa cani-dildən çalışdıqları məqsəd də elə budur. Hicablılar nudistlərlə bir sinifdə, bir partada oturmaq istəmədiyi kimi, nudistlər də hicablılar kimi bir sinifdə oturmaq istəmir. Bu zaman ya hicablılar məktəbə yox, mədrəsəyə, nudistlər London ətrafındakı Spielptaya getməli, ya da ki, dünyəvi dövlətin elm öyrədən, dünyəvi məktəbində hökumətin hamı üçün məqbul olan geyim formasında elm öyrənməlidir. Məsələnin də yeganə səmərəli həll yolu da budur.
21.10.2026Redaksiyadan: Ərdoğanın baş müşaviri Oktay Saral vəzifəsindən kənarlaşdırılıb.