Masazıra gedənlərin nəzərinə! .....                        Ukrayna üçün vacib sənəd imzalandı .....                        Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - Yeni təyinat .....                        Ağsuda maşın aşdı - Ölən var .....                        İran dağılır - İnsanları güllələyirlər .....                        Bakıda güclü duman - Sürət həddi endirildi .....                        Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı anonim sənədlər yayıldı .....                        Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü .....                        İnsan kimi yeriyə bilən robot hazırlandı .....                       
Tarix : 30-11-2025, 19:52
Sökülən danın pıçıltıları


Sökülən danın pıçıltıları

Mən məndə deyil, səndə də həm sən, həm mən,
Mən həm məninəm, həm də sənin, sən də ki mən...
Bir oylə qərib hala bu gün gəldim ki,
Sən mənmisənmi, bilmirəm, ya mənmi sənəm?..


(M.C.Rumi)

...Kökündən güvən yeri olmayanlar var, atam balası... havada uçuşan qar dənəciyi kimi...
Olan-olmaz, yapmacıq ümidləri də sümrülüb alınanlar var... içi boş qaya daşı kimi...
Eyvah... Dünəni, bu günü qış günəşinə belə möhtac olanlar var... ünvansız buludlar kimi...

Danılmaz Dan ulduzum... Sənə ithaf edirəm. Bütün dönəmlərimdə və dönəmlərimlə həmsöhbət, ruh yoldaşı, qalamın qalanmış ocağının yeganə, doğma həniri olduğun üçün sənə bir ömür minnətdarlıq borcum var.

...Güvən yeri. Cəmi yaranmışın dayaq nöqtəsi. Hətta bəşərin Arximedinin özünün də iddialı arzusu... "...mənə istinad nöqtəsi verin, dünyanı məhvərindən çıxarım..." İndi insan oğlu bu nöqtəni hansı halında, harada axtarsın? İşdir, taparsa, O-nu hansı parametrlərindən tanısın? Şair demiş: "...nə yerdəsən, nə göydəsən... bilmək olmur nə yerdəsən..." Və beləcə, bu sürüşkən, ləngərli dünyada yaşamaq (?!?) hüququ yenicə boynuna qoyulan canlının içindən ümid dolu sevgili bir ehtiyac boylanır. Bu ehtiyaca nə ad qoymağımızdan asılı olmayaraq onun vur-tut yalnız bir adda ünvanı vardır. O ünvanın adı EŞQ qapısıdır. Əlbəttə və ancaq... o körpənin nəbzi kainatın nəbzinə uyğunlaşana qədər şəkli kimi elə rəngini, dadını, bucağının dərəcəsini də dəyişəcək olan o Həqiqət adlı istinad qalası (məhz) həyatın istənilən fəslinin gətirdiyi hər hansı qabarma-çəkilmələrə rəğmən mahiyyətini heç dəyişməyəcəkdir.
Cəmi Yaranmış ehtiyaclı varlıqdır. Bəli, ilk ağıla gələn su... hava... qida öz yerində... ancaq bunların fövqündə durmuş olan və həqiqi, Tanrıdan gələn sevgi ehtiyacı -- varlığı həm də kainatın fövqündən dolandırıb özünə, ruhuna, mahiyyətinə qaytaran İlahi bir qüvvədir O! Elə məhz buna görə də toxunulmazdır, müqəddəsdir, tükənməzdir, əzəli və əbədidir həm də. Əzəlidir ona görə ki, ünvanına sahibindən daha öncə gəlib; əbədidir ona görə ki, kainatı heç vaxt, heç bir halda tərk etməyəcəkdir.
Bu, həm də disharmoniyalaşmağa doğru yuvarlanmaqda olan dünyamızın sabah ümidli bir harmonik bağının ən xəfif zərrəsinin inikası, bütün saf, əziz hisslərin bir düyün, vəhdət nöqtəsidir sanki. Bir nəfəsdən qopduğu... bir nəfəsə qayıdacağı üçünmü?.. Eyni amala, əqidəyə vurğun olduğu üçünmü?.. Fələyin hər türlü qasırğasına belə yalnız öz çapından və üfüqi xətt boyunca baxdığı üçünmü?..
Çünki o sevginin əslində bir istinad yeri var: Yaradan(ın)a... vəsilə olan(ın)a... ən nəhayət, öz Həqiqətinə olan EŞQ! Ayrılıqda hər biri bir dünya olan bu toxunulmazlıqlar onlara qarşı bəslənilən güvən, inam, sevgili səcdə yeridir axı.
...Elə o qar dənəciyinin də, tənha, soyuq qaya daşının da, ünvansız, sərgərdan buludların da sığına biləcəyi bir ünvandır bu toxunulmaz məbədgah.
...Bəlkə də əbədiyyətə aparan o yolu sonsuz bir səbrlə, arın-arxayın gedən bir karvanın sarvanıdır o ruhu gəzdirən... laməkan...

Hörmətlərimlə: Gülgəz NUR


Paylaş



Bölmə: Köşə / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!