“Qarabağ” güclü komandadır və asan rəqib deyil .....                        Son 10 gündə ikinci əfv fərmanı .....                        Sabah şansımız var - Qurban Qurbanov .....                        “Qiyamət Saatı”nın əqrəbləri dörd saniyə irəli çəkildi .....                        Bayden sükutu pozdu: Trampı tənqid etdi .....                        Azərbaycanda qəribə toy: gəlin onlayn qoşuldu - VİDEO .....                        Baş nazir Bakı buxtası ilə bağlı iclas keçirdi .....                        Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı .....                        Sahibə Qafarova Əbu-Dabidə Forumunda .....                       
Tarix : 29-02-2024, 10:52
Onlar kimi deyiləm...

Sən, xahiş edirəm, ümid edib, girmə iblisanə baxışlarımın Tanrıdan iraq bucağına. Əgər ki, mənli xəyallara ortaq eləsən gələcək sənə bu vücudumu, aqibətiniz eynidir, bunu bil! Bəs sən nə istədin? Zamansız və qəsvətli dəryalara qucaq açan, sınıq qayıqla səyahət edib, ümid yerinin dənizdəki kəskin dişlərin ətinə yeridilib, ölümü gözləyən bir dəniz quldurundan yəni məndən. Niyə gəldin? ya batıb gedəcəkdim qara dənizin dibinə, ya da hiss edəcəkdim dostlarımın ülgüc dişlərinin soyuq təmasını bədənimdə. Qanım axacaqdı o qara dənizdə. suya qarışıb yox olacaqdı. Amma sən gəldin ey palçıq! Elə bildin məni şeytanlarımın əllərindən qurtarmağa gəlmisən? Nə oldu bəs sonra?

Gözləyirdin sakitcə varlığımın yavaş-yavaş qeybə çəkilməyini. Kaş gəlməzdin! Demişdim axı keçmə lüzumsuz baxışlarımın öldürücü, yönbilməz qarmağına. Məcbur deyildim sənə mən. Sən məcbur etdin özünü mənə. Sonrasını sən danışmayacaqsan, sonrası bax, mənəm! Jack Torransenin həba edib, atdığı pyes dolu kağızlar kimi tulladın məni, ey palçıq! Tanrının ən ali məhsulu sizmişsiniz, buna gülürəm. Sənmişsən xaliq olan yaradılmışların içində. Bir cüt kainatları daxilində himayə edən göz, küləkdə dalğalanmasına həsrət qaldığım torpaq rəngi saçlar. İnan ki, artıq bilmirəm. Sən ki bir palçıqsan, amma üstündən keçib getməyəcəm. Lənət olsun!... Narahat deyilsən məndən ötrü bilirəm. Özünü xəyal dünyama həbs edib, açarını alovun içinə atdın ki, səndən sonra çıxmayım ordan azadlığa?

Bilmirəm...

Xəyal dünyası demişdin sən bura. Yalançısan sən! Axı bura cəhənnəmdir. Qaytar məni qapqara dəryanın tam ortasında keçirdiyim o günlərə. Onlar - mənimlə paralel yaşayıb bədənimlə qidalanan, yanımdan heç ayrılmayan eybəcər "dostlarım" - deyirlər ki, sənsiz də olar.

İnanmazdım...

Amma deyəsən razılaşır sənsizliyə bu iztiraba ehtiras duyan yaralı vücud. Onlar var artıq. Sevəcəm onları. Dincəl artıq, insan ya da palçıq idin, deyəsən, hə? Ya unuduram ya da unutdurmaq üçün vuruşuram o tayda. Ya sənə mənsizliyi ərmağan edirəm ya da sən mənə mənsizliyi...


Əli Məmmədli
BDU Jurnalistika fakültəsinin tələbəsi


Paylaş



Bölmə: Ana seife / Tələbə sözü / Karusel
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!