Tramp Makronu qarşılamadı .....                        İkinci kurs tələbəsi vəfat etdi .....                        "Gülüstan" sarayında dövlət ziyafəti verilir .....                        Bakıda Azərbaycan-Pakistan biznes forumu - Liderlər çıxış ediblər .....                        Qara görə 8 aviareys təxirə salındı .....                        Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr .....                        Şahbaz Şərif İlham Əliyevi Pakistana dəvət etdi .....                        Hacıqabulda yaşayış binasında partlayış - Xəsarət alan var .....                        "Axmat" batalyonunun qəddar komandiri Ukraynada öldü .....                       
Tarix : 29-07-2018, 20:30
Azadlıq carçısı


Dərin baxışlar ardında səni qoyub, gedirəm. Bir durna qatarına qoşulub, azad asimanda qanaq çalıram. Sən məndən daha vəfali, daha etibarlısan. Çünki sən məndə də azadsan. Azadlığın hər zərrəsini cismindən duyub, yaşamaq kimi gözəl hiss varmı? Nə arzularla yaşadın? Nə də ki, xəyallarla? Gerçəkliyi axtardın. Atdığın addımları yüz ölçüb bir bilçdin. Mənsə, həyata yenicə addım atmış körpə kimi büdrəyib, yıxıldım. Dizlərim qanadı. Amma heç bir zaman azadlıq duyğusundan vazkeçmədim. Sən ətraf üçün məsləhətlər qəbul edər kən, mən azadlıq üçün yol axtarırdım. Əslinə baxsan sən məndən bir addım irəlidə idin. Amma mən sənə yad və ögey idim. Qəribə xaraktere malik iki yad insan idik. Mən günəşidim. Sən isə ay. Nə qovuşa bildik?! Nə də ki, birləşə?! Mən azadlığı seçdim, sən isə....

Sənin seçim imkanın olmadı axı?! Həyatı sənə kimlərsə seçib, yol göstərdilər. Mən kənardan aciz görünərkən, sən hər kəsin gözündə güclü və qüdrətli idin. Addım atmaq üçün icazə almırdım, sən isə məsləhətlərlə dolu gen bir don geyinmiş kimi ətrafda rahat gəzirdin. Mən asiman ardını düşünərkən, sən isə buranı və sabahı düşünürdün. Düşünməki, səni qınayıram?!. Əsla,buna haqqım çatmaz. Yalnış vaxta rast gəldik. Azadlığımı tapıb, qayıdacam. Bilmirəm, bügun ya sabah. Bilki harada olsam da, çağır məni. Azadlıq! Azadlıq! Səslə. Bu mənə bəs edər. Mən sənə yaxın birisi. Ruhundan keçən hər sözü, cümləni anlaram. Mən səninləyəm. Bütün sadaladığın bu sözləri daxilində gizlətdiyin ruhun sənə söyləyir. Qorxma! Əslində mən sənin daxilində sənin qəlbində, gizlənmiş azad ruhunam. Bu nəfəs sənlə başladı. Və sənlədə bitəcək. Yalnız bir səs səni azadlığa sürükləyəcək. Hür ol! Maneələrdən qorxma! Mən işıqlı sabahların talismanı, doğan günün şəfəqiyəm. Can yoldaşı kimi sarıl mənə. Mən, "Azadlıq carçısıyam" gizlətmə, bağır! Bütün mənəviyyatınla qaranlıq dünyanın məhbusu olmadan, səslə məni. Durna qatarına qoşul o səni istədiyin asimana çatdıracaq. Yetər ki, sən bunu istə....



Günel Ağayeva


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!