Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                        Avtovağzalın qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU .....                        Kamran Əsədov hakimdən xahiş etdi - Məhkəmə təmin etmədi .....                        Daha bir mətbuat katibi medalla təltif olunub .....                        Kim Çen In 13 yaşlı qızını varisi təyin edib .....                        Ukraynada 20 deputat zəhərləndi .....                        Ermənistanın dəmir yolları Azərbaycan və Türkiyə ilə birləşdiriləcək .....                        Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılır .....                       
Tarix : 1-07-2015, 16:11
Əziz oğlum və qızım!

Gün gələcək, mən qocalacağam – o zaman səbr et və məni anlamağa çalış. Əgər yemək yeyərkən üzərimə tökərəmsə və ya sənin köməyin olmadan əynimi geyinə bilmərəmsə, səbrli ol.
Sənə bütün bunları öyrədərkən necə səbirli davrandığımı xatırla. Əgər səninlə danışarkən eyni şeyi dəfələrlə təkrarlasam – sözümü kəsmə, sonacan dinlə. Kiçikkən yuxulamağın üçün eyni nağılı dəfələrlə oxuduğumu xatırla. Görsən ki, yeni texnologiyanı anlamaqda çətinlik çəkirəm, mənə gülmə. Mən min bir çətinliklə sənə bundan da asan şeyləri öyrətmişəm; yeməyi necə yeyərlər, daha gözəl necə geyinə bilərsən, həyatın çətinlikləri ilə necə mübarizə aparmaq lazımdır... Əgər birdən iştaham küsərsə, məni yeməyə məcbur etmə, mən özüm nə zaman yeməli olduğumu bilirəm. Əgər ayaqlarım məni gəzdirməyə çətinlik çəkərsə, mənə əlini ver, necə ki, sən ilk addımlarını atarkən mən verərdim... Əgər nə zamansa nəyisə unudaramsa və ya nitq qabiliyyətimi itirərəmsə — mənə xatırlamağım üçün zaman ver. Əgər yenə də alınmasa, narahat olma. Axı əsas olan mənim ne dediyim deyil, əsas olan mənim səninlə olmağım, səninlə danışmağım və sənin də mənə qulaq asmağındır... Mənim qocalığımı görüb kədərlənmə, əsəbiləşmə, özünü çarəsiz görmə. Sən o zamanlar mənim yanımda olub mənə kömək etməli, məni anlamağa çalışmalısan, necə ki, sən həyata ilk addımlarını atanda mən sənə bunları edirdim... Yardım et irəli gedim, yardım et öz yolumu sevərək və səbirlə bitirim. Buna qarşılıq səni, heç sönməyən, ölümsüz sevgim və təbəssümümlə mükafatlandıracağam. Oğlum, səni sevirəm... Qızım, səni sevirəm...


Paylaş



Bölmə: Köşə / Karusel
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!