Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                       
Tarix : Bu gün, 21:10
Təbrik edirik!

Təbrik edirik!

İnsan həyatı mübarizələrdən ibarət bir yoldur. İnsan rahat yaşamaq üçün uyğun bir yol seçməli və o yolla da maneələri sağlam şəkildə aşmaqla yürüməlidir. Uğurlu insanlar bu mübarizə yolunu ağılla, səbrlə, təmkinlə irəliləyir. Sonda məqsədinə çatmaqla yanaşı, böyük məqamlara doğru yüksələrək mükəmməl, faydalı bir insana çevrilir.
Bu cür mükəmməl insanlardan biri də AMEA nəzdində RSXM-in Kadrlar şöbəsinin müdiri Fəridə xanım Axundovadır. Fəridə xanım kollektivimizdə hörmətəlayiq bir xanımdır. O öz işini yüksək keyfiyyətlə və dəqiqliklə yerinə yetirməklə yanaşı, mehriban davranışı ilə də əməkdaşların dərin hörmət və rəğbətini qazanmışdır. Onun bilik və bacarığından gənc əməkdaşlar faydalanmaqla yanaşı, bəzən özündən yaşca böyüklər də hər hansı bir iş üçün ondan məsləhətlər alırlar. O da öz növəsində şöbəyə gələn hər kəsi çox diqqət və səbrlə dinlədikdən sonra, öz faydalı məsləhətləri ilə insanlarda xoş təəssürat yaradır. Bəzən adi bir söz belə insanın ruhuna toxunur, mənfi fikirlərdən ayırıb müsbət fikirlərin formalaşmasına səbəb olur. Fəridə xanım da məhz bu cür yanaşmayla insanın ruhuna toxunmağı bacarır, insanlara çıxış yolunun düzgün yol olduğunu israrla aşılamağa çalışanlardandır.
Fəridə xanım qayşıkeş ana, mədəni, səmimi, zəhmətkeş yoldaş, dövlətinə və xalqına faydalı olmağa çalışan bir xanımdır.
Fəridə xanımın bu il 55 yaşı tamam olur və bu münasibətlə onu kollektivimiz adından səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik və işlərində müvəffəqiyyətlər arzu edirik.
Mən inanıram ki, zaman gələcək,
Qəmli gözlərimiz bir gün güləcək.
Haqq tərəzisinin ağır gözündə,
Hər zaman yaxşılıq qalib gələcək!

Yamən Orucova


Paylaş



Bölmə: Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!