Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                       
Tarix : 20-11-2019, 11:23
RSXM-də Qadınlar Şurası yaradılıb

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Qadınlar Şurasının yaradılmasına dair təsis iclası keçirilib. Butov.az-a verilən məlumata görə, RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azay Rzayevin sədrliyi ilə keçirilən iclasda Həmkarlar Təşkilatının sədri, “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev və mərkəz əməkdaşları iştirak ediblər.
Tədbirdə “İnformasiya” şöbəsinin müdiri Vüsalə Rafiqqızı (Hüseynova) çıxış edərək, Qadınlar Şurasının yaradılmasının əhəmiyyəti, AMEA-da çalışan qadın əməkdaşların ölkəmizin elmi, mədəni və ictimai-siyasi həyatındakı rolundan danışıb. Azərbaycan qadınlarına müsəlman Şərqində ilk olaraq seçki hüququ verildiyini qeyd edən şöbə müdiri “bu gün ölkəmizin ictimai-siyasi həyatında qadınlar böyük rol oynayırlar. Qadınların təhsil alması, işləməsi üçün dövlət tərəfindən bütün imkanlar yaradılıb. Qadın hüquqları qanunvericilikdə də ən yüksək səviyyədə təmin olunmuşdur” - deyərək, Azərbaycanın birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin bütün qadınlar üçün örnək olduğunu qeyd edib.
Daha sonra Qadınlar Şurasının İdarə heyətinə namizədlərin seçilməsi keçirilib. Müzakirələrin nəticəsi olaraq, doqquz nəfər xanım əməkdaşın İdarə heyəti üzvlüyünə namizədliyi irəli sürülüb. Açıq səsvermə nəticəsində - “Kadrlar” şöbəsinin müdiri Fəridə Axundova, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, “İnformasiya” şöbəsinin müdiri Vüsalə Hüseynova, “Seysmoloji materialların təhlili və təfsiri” şöbəsinin kiçik elmi işçisi Təranə Kazımova, “Maqnitometriya” şöbəsinin kiçik elmi işçi Aygün Davudova, “İnstrumental” şöbənin elektronçusu Lalə Fəttahova, “Kompleks geokimyəvi tədqiqatlar” şöbəsinin mühəndisi Xoşqədəm Yusifova, “Beynəlxalq əlaqələr” şöbəsinin kiçik elmi işçisi Leyla Aşurova və “Geodinamika” şöbəsinin kiçik elmi işçisi Gülxanım Əsgərli İdarə Heyətinin üzvləri seçiliblər.
Daha sonra RSXM - nin Qadınlar Şurasının İdarə Heyəti üzvlərinin iclası olub. Idarə heyətinin üzvləri - “Kadrlar” şöbəsinin müdiri Fəridə Axundova və “Beynəlxalq əlaqələr” şöbəsinin kiçik elmi işçisi Leyla Aşurova çıxış edərək, təşkilat sədrliyinə “İnformasiya” şöbəsinin müdiri Vüsalə Hüseynovanın namizədliyini irəli sürüb və məsələ səsverməyə qoyulub. Səsvermənin nəticəsi olaraq, “İnformasiya” şöbəsinin müdiri Vüsalə Hüseynova AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Qadınlar Şurasının sədri, “Beynəlxalq əlaqələr” şöbəsinin kiçik elmi işçisi Leyla Aşurova isə katibi seçiliblər.
RSXM-də Qadınlar Şurası yaradılıb
RSXM-də Qadınlar Şurası yaradılıb
RSXM-də Qadınlar Şurası yaradılıb


AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!